Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1337/2020 10.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı – İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət X10 Xüsusi X3rşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X10 Xüsusi X3rşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3781/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 Nəsimi rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X10 Nəsimi rayon Şöbəsinə qarşı “pensiya təyinatı barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiyanın təyin edilməsi zamanı xidmət illərinə görə vəzifə maaşının 45%-i həcmində əlavə əmək haqqı, hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinətin, 2 aylıq əmək haqqı məbləğində müalicə xərcinin, əmək haqqının 2 qat misli qədər 3 dəfə maddi yardım (mükafat) qulluq stajına görə aylıq vəzifə maaşına 30% əlavə haqq və ixtisas dərəcəsinə görə 65 manat nəzərə alınmaqla, müəyyən edilmiş orta əmək haqqının 80% miqdarında təyin edilməsi, pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, ona pensiya təyin edilərkən “prokurorluq orqanlarında qulluqkeçmə haqqında Qanunun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələrin hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatının, müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinətinin, hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq 3 dəfə maddi yardımın, ixtisas dərəcəsinə görə haqq nəzərə alınmaqla, müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1966-cı ildə əmək fəaliyyətinə başlamış, xx.xx.1976-ci il tarixdən prokurorluq orqanlarında stajor, müstəntiq, baş müstəntiq, xx.xx.1983-cü ildən Gəncə şəhəri Nəqliyyat prokuroru, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Azərbaycan Respublikasının Baş Prokuroru işləmişdir. Yaşa görə pensiya təyin edilərkən onun pensiyası düzgün hesablanmamışdır. Onun 38 il ümumi stajı vardır ki, bunun da 18 ili prokurorluq orqanlarında qulluq stajına aiddir. Son 15 ay 5 gün iş fəaliyyəti Azərbaycan Respublikası Baş Prokuroru olmuşdur. Prokurorluq orqanlarında qulluq etdiyi zaman xidmət illərinə görə vəzifə maaşının 45% həcmində əlavə əmək haqqı, prokuror işçiləri üçün nəzərdə tutulan məzuniyyətlə bağlı ildə bir dəfə 2 aylıq həcmində müalicə xərci və daha 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti, əmək haqqının 2 qat mislindən az olmayaraq ildə 3 dəfə maddi yardım verilir. Bu hallar cavabdeh orqan tərəfindən müəyyən edilməli və alınmış məbləğin 80% ona ödənilməli idi. O, cavabdeh orqana müraciət etsə də, tələblərinin təmin edilməsindən imtina olunmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3781/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı məbləğində müavinətin, 2 aylıq əmək haqqı məbləğində müalicə xərcinin, ikiqat misli qədər 3 dəfə maddi yardımın, ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-76/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi qərara alınmışdır. İddiaçı kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1818/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-76/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bundan sonra işə təkrarən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən baxılaraq 2-1(103)-2145/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarla apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalmış cavabdeh tərəfin kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-465/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun Nəsimi rayon Şöbəsi DSMF-nun X9 İdarəsi ilə əvəz olunmuş, 2- 1(102)-465/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarla isə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən baxılaraq 2- 1(103)-2145/2019 saylı xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun müddəasından da göründüyü kimi, «aldıqları əmək haqqı» dedikdə, iddiaçının həmin əmək haqqını alması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış başa düşülməlidir. İddiaçı isə pensiya hesablanması üçün şöbəyə belə bir arayış təqdim etmədiyinə görə qanunvericilikdə nəzərdə tutulmuş əlavələr orta aylıq əmək haqqına daxil edilə bilməz. Çünki, Qanun açıq və aydın şəkildə iddiaçının və ya bir başqasının qanunvericilikdə nəzərdə tutulan əmək haqqından deyil (və ya əmək haqqına daxil edilən əlavələr) aldıqları əmək haqqından pensiya hesablanmasını nəzərdə tutmuşdur. Eyni zamanda pensiya təyinatı zamanı orta aylıq əmək haqqına məcburi dövlət sosial sığorta ödəmələrinə cəlb edilmiş digər gəlirlər də daxil edilir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1966-cı ildən xx.xx.1975ci ilə qədər Amasiya rayonu, Geleins səkkizlik məktəbində müəllim, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci ilə qədər Ermənistan SSR DİN-də tabelikdənkənar mühafizə şöbəsinin rəisi, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilə qədər Amasiya rayonu İcraiyyə Komitəsində könüllü xalq drujinasının təlimatçısı, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilə qədər Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Sənaye əsaslı kənd təsərrüfatı məhsullarının istehsalı idarəsində hüquq məsləhətçisi, xx.xx.1976-cı ildən xx.xx.1980-cı ilə qədər Azərbaycan SSR X12 Vilayətinin Prokurorluğunda prokuror köməkçisi, böyük müstəntiq, xx.xx.1983-cü ildən xx.xx.1993-cü ildə qədər Kirovabad nəqliyyat prokuroru vəzifəsində, xx.xx.1993-cü ildən xx.xx.1994-cü ildə qədər Azərbaycan Respublikası Baş prokuroru vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Baş prokurorluğunun 17/521 saylı xx.xx.2018-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1989-cu ildən xx.xx.1993-cü ildə kimi Gəncə (Kirovabad) şəhər Nəqliyyat prokuror, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü ilə qədər Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsində işləmişdir. Həmin dövrdə xidmət illərinə görə vəzifə maaşının 45% həcmində əlavə əmək haqqı, illər üzrə 1990-cı ilin sentyabr ayında 100% vəzifə maaşı həcmində, 1992-ci ilin dekabr ayında 100% vəzifə maaşı həcmində, 1993-cü ilin mart ayında 100%, may ayında isə 50 % vəzifə maaşı həcmində, dekabr ayında 100% vəzifə maaşı həcmində, 1994-cü ilin may ayında 50% vəzifə maaşı həcmində mükafatlar almışdır. Azərbaycan Respublikası Baş prokurorluğunun 17/144 saylı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, xx.xx.2001-ci il tarixli prokurorluq orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası Qanununun 20.8 və 20.9-cu maddələrinə əsasən prokurorluq işçiləri hər il məzuniyyətə çıxarkən ildə bir dəfə onlara 2 aylıq, müalicə olnmaları ilə əlaqədar 2 aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Müavinətlərdən DSMFna ayrılmalar, yalnız 2007-ci ildən məzuniyyət üçün müavinət, 2010-cu ildən müalicə üçün müavinət sosial müdafiə ayrılmalarına cəlb olunan ödənişlərə daxil edilmişdir. Həmin qanunun 21.4 maddəsinə əsasən prokurorluq əməkdaşlarına əmək haqqının 2 qat mislindən az olmayaraq maddi yardım verilir. Prokurorluğun ümumi əmrlərinə əsasən mart, oktyabr və dekabr aylarında ümumilikdə 3 dəfə maddi yardım verilir. Azərbaycan Respublikası Əmək və X8 Nazirliyi yanında Dövlət X10 Nəsimi rayon Şöbəsinin 1106 saylı xx.xx.2009-cu il traixli qərarına əsasən iddiaçıya xx.xx.2009-cu il tarixdən ömürlük əmək pensiyasi təyin edilmişdir ki, həmin pensiyanın 75 manatı baza hissəsindən, 26.0 manatı sığorta hissəsindən, 1444.99 manatı qulluq stajına görə əlavələrdən ibarətdir. 2915/5 saylı pensiyaçının uçot vərəqəsindən görünür ki, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2009, xx.xx.2009, xx.xx.2010 və xx.xx.2014-cü illərdə artmış, yenə də baza hissəsindən, sığorta hissəsindən, qulluq stajına görə əlavələrdən ibarət olmuşdur. İddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı cavabdeh orqana müraciət etsə də, onun tələbi təmin edilməmişdir. Buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxan məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək iddianın tam təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Prokurorluq haqqında» Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən prokurorluq işçilərinin sosial müdafiəsi prokurorluq işçilərinin maddi və sosial müdafiəsi qanunvericiliklə hakimlər üçün nəzərdə tutulmuş, habelə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş qaydada həyata keçirilir. «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən prokurorluq isçiləri hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Həmin Qanunun 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən prokurorluq isçisinin vəzifə maaşı onun tutduğu təsnifat vəzifəyə uyğun olaraq müəyyən edilir. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Baş prokuroru əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə vəzifə maaşlarının 25 faizindən çox olmamaqla əlavələr təyin edə bilər. Həmin qanunun 21.4-cü maddəsinə əsasən prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Hazırkı işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya ilk dəfə əmək pensiyası hesablanarkən onun istəyi ilə seçilmiş qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək fəaliyyəti müddətinə həmin müddətlə əhatə olunan, qanunla prokurorluq işçisinin əmək haqqı kimi təsnif edilən gəlir və ödənişlərin nəzərə alınıb-alınmaması, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra yenidən hesablamanın həmin vaxtda qvvədə olan qanuna əsasən, həmçinin əmək haqqındakı sonrakı artırmalara uyğun aparılıb-aparılmaması aydınlaşdırılmamışdır. Həmçinin birinci instansiya məhkəməsi qərarında iddiaçının pensiya işinin materiallarına istinad etsə də, istinadların bilavasitə əhatə etdiyi sənədlərin surətləri iş materiallarına əlavə edilmədiyindən, məhkəmə tərəfindən qeyd edilmiş pensiyanın baza və sığorta hissələrinin, habelə xidmət illərinə görə əlavələrin iddiaçının hüququ çatan və əmək haqqı kimi təsnif edilən məhz hansı gəlir və ödənişlərin formalaşdığı qeyri-müəyyəndir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin yenidən apellyasiya qaydasında baxışı zamanı kasassiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq olaraq, cavabdeh inzibati orqandan pensiya işi tələb edilmiş və müəyyən edilmişdir ki, cavabdeh orqan tərəfindən İddiaçı xx.xx.2009-cu il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən bu Qanunun 20.1.1-0.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Həmin Qanunun 20.1, 20.1.5 və 20.1.5-1-ci maddələrinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçilərinə, qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 37.2-ci maddəsinə (xx xxxx 2017-ci ilədək redaksiyası) əsasən əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, İddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 20.8, 20.9, 21.4-cü maddələrində nəzərdə tutulmuş əlavələri almadığından və həmin əlavələrdən sosial sığorta haqqı tutulmadığından pensiyanın hesablanmasında həmin əlavələr nəzərə alınmır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü madələrində nəzərdə tutulmuş pul təminatı və müavinətin pensiya məbləğinin hesablanması zamanı nəzərə alınmasını xahiş edir. Həmin ödənişlər fərdi xarakter daşımamaqla, işəgötürənin iradəsindən asılı deyil və Qanunla nəzərdə tutulmuşdur. Bundan əlavə, iddiaçının tələbinin hüquqi əsasını müvafiq pensiyaya qulluq stajına görə hesablanan əlavəyə dair yuxarıda qeyd olunan müddəalar təşkil edir. Həmin əlavələrin hesablanması əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla aparılmalıdır. “Əmək haqqı” anlayışı isə prokurorluq işçilərinə münasibətdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.-ci maddəsində aşağıdakı kimi müəyyən edilmişdir: prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Ona görə də, Kollegiya hesab edir ki, iddiaçının pensiya məbləğinə qulluq stajına görə əlavə hesablanarkən prokurorluq işçilərinin aldığı əmək haqqına daxil olan bütün növ ödənişlərin nəzərə alınması qanuni qaydada müəyyən edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işdə iddiaçıya hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinət, 2 aylıq əmək haqqı məbləğində müalicə xərci, əmək haqqının 2 qat misli qədər 3 dəfə maddi yardım nəzərə alınmaqla ona pensiyanın təyin edilməsi ilə bağlı düzgün nəticəyə gəldiyindən məhkəmə qərarı həmin iddia tələblərinin təmin olunduğu hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının “ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələblərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbləri təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı bu tələblərinin əsasını təşkil edən halları sübuta yetirə bilməmiş, bu barədə sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən, iddiaçıya “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.8, 20.9 və 21.4-cü maddələrində nəzərdə tutulmuş pul təminatı və müavinət nəzərə alınmaqla pensiya təyin edildikdən sonra əvvəlki dövrə ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi pensiya qanunvericiliyində nəzərdə tutulmadığından təmin oluna bilməz. Qeyd edilənlərə əasən məhkəmə kollegiysı hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, İddiaçı “ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbləri rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3781/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı qismən, İddiaçı “ixtisas dərəcəsinə görə (hal-hazırda 200 manat) müəyyən edilmiş orta əmək haqqının 80%-i miqdarında əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsində ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbləri rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1337/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1337/2020
10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver