Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1338/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X12 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair çıxarışın və kadastr planının verilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2145/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2145/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 1992-ci il tarixli, 1694 saylı Sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında 118 saylı orderə əsasən 218 saylı BTK-nın nəzdində 0.12 ha ibarət olan 1129 J saylı bağ sahəsinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçünün verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 1992-ci il tarixli, 1694 saylı Sərəncamına uyğun olaraq Bakı şəhəri, Sabunçu rayon, Pirşağı bağ massivi ünvanında 118 saylı orderə əsasən 218 saylı BTK-nın nəzdində 0.12 ha ibarət olan 1129 j saylı bağ sahəsinə dair adına çıxarışın və kadastr planının hazırlanıb verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 1992-ci il tarixli, 169 saylı Sərəncamına uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında 118 saylı orderə əsasən 218 saylı BTKnın nəzdində 0.12 ha ibarət olan 1129J saylı bağ sahəsi onun istifadəsinə verilmiş və bu günə kimi istifadəsindədir. Bağ sahəsinin ətrafında əksər qonşular istifadəlrində olan bağ sahələrinə çıxarış almışlar. Bu səbəbdən də, o, xx.xx.2019-cu il tarixdə rəsmi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında 118 saylı orderə əsasən 218 saylı BTK-nın nəzdində 0.12 ha ibarət olan 1129J saylı bağ sahəsinə mülkiyyət hüququna dair çıxarış verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etmişdir. Müvafiq icra hakimiyyəti orqanı olan cavabdeh müraciətinə xx xxxxxx 2019-cu il tarixdə **********19 saylı cavab məktubu ilə əsassız olaraq torpaq sahəsinə çıxarış və kadastr planını verməkdən imtina etmişdir. Müraciətinə verilən cavabın məzmunundan da göründüyü kimi imtina üçün tutarlı heç bir əsas yoxdur. Hesab edir ki, cavabdeh təşkilatın imtinası qanuni və əsaslı hesab edilə bilməz. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 1992-ci il tarixli, 1694 saylı Sərəncamına uyğun olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında 118 sylı orderə əsasən 218 saylı BTK-nın nəzdində 0.12 ha ibarət olan 1129J saylı bağ sahəsi onun istifadəsinə verilmiş və bu günə kimi istifadəsindədir. İddiaçı müvafiq bağ sahəsinə dair çıxarış almaq məqsədilə xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq vardır. Belə ki, 1129 “J” nömrəsi sxematik xəritədə əks olunmamışdır və göstərilən əraziyə qonşu olan bağ sahələri “1142” ilə başlayan bağ nömrələridir. Bundan əlavə, göstərilən sahənin bir hissəsinə digər şəxslər (X6, X1, X10, X3, X11, X7, X13, X8, X2, X5 etibarnamə əsasında nümayəndəsi X17) tərəfindən Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş sənədlər əsasında çıxarış verilməsi ilə bağlı İdarəyə müraciətləri olmuşdur (ərizənin surəti əlavə olunur). Həmçinin, göstərilən bağ sahəsi digər şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq imtina məktubu ünvanlanmışdır. Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” **********19 nömrəli, xx.xx.2019-cu il tarixli imtina məktubunun surətindən müəyyən edilir ki, iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi ünvanında yerləşən 1129 “J” saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********* nömrəli, xx.xx.2019-cu il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, bağ sahəsi digər şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşir. Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritəsi arasında uyğunsuzluq vardır. Belə ki, 1129 “J” nömrəsi sxematik xəritədə əks olunmayıb və göstərilən ərazinin qonşuluqları “1142” ilə başlayan baş nömrələridir. Həmçinin göstərilən sahinin bir hissəsinə digər şəxsin müraciəti olmuşdur. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının M-564-112 nömrəli, xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1694 saylı sərəncamından çıxarışda qeyd edilmişdir ki, Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx xxxx 1988-ci il, 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin xx xxxx 1988-ci il, 195 №-li qətnaməsinə əsasən: 2. Aşağıdakı vətəndaşlara bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın. 2. 118. İddiaçı -Pirşağı BTK № 218. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********96 nömrəli, xx.xx.2020-ci il tarixli məktubun surətindən və ona əlavə edilmiş orderdən müəyyən edilir ki, 218 nömrəli BTK-ya dair sxematik xəritə aşkar olunmamışdır. Sorğu ilə əlaqədar olaraq 218 BTK-nın nəzdində sahəsi 0,12 ha olan 1129 j nömrəli bağ sahəsinə dair İddiaçı adına verilmiş 118 nömrəli orderin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və X16 bağlar sahəsindəki 218 nömrəli kooperativin 118 nömrəli orderi ilə İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin xx xxxxxxx 1992-ci il tarixli, 1694 nömrəli qərarına əsasən Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1129 J nömrəli bağ ayrılmışdır. Göstərilən xüsusatlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli, 1694 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və X16 bağlar sahəsindəki 218 nömrəli kooperativin 118 nömrəli orderi ilə İddiaçı Pirşağı bağlar sahəsində 218 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi ayrıldığından, İddiaçı mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yaranmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.7. 2007- ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9- ci maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmaması müəyyən edilir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» ,Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göstərilən Qanununun normalarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərə sahib olduğundan, cavabdehin iddiaçıya məxsus bağ sahəsininonun adına hüquqi qeydiyyatının aparılması ilə bağlı hərəkətsizliyi qanunsuzsuz və əsassızdır. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, cavabdeh iddiaçının müraciətindən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq olduğuna, eləcə də, göstərilən sahənin digər şəxslər tərəfindən hasarlanmış ərazidə yerləşməsinə istinad edərək imtina etsə də, Qanunda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün konkret əsaslar göstərilmişdir. Cavabdehin imtinası isə qeyd edilən hallardan heç birinə uyğun deyil. Bununla bağlı müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aiddir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apelyasiya şikayətində göstərilən bağ sahəsinin yerləşməsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuz olması dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri-kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarınınmüəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda; torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə mərzçəkmə işləri aparılır. Bağların faktiki istifadə vəziyyətinin yoxlanılması həm də ona görə əhəmiyyət kəsb edir ki, əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176.3-cü maddəsinə əsasən əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə görə 2006-cı ilin iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eyni zamanda, məhkəmə kollegiyasıapelyasiya şikayətində göstərilən sahənin bir hissəsinə digər şəxslər tərəfindən Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş sənədlər əsasında çıxarış verilməsi ilə bağlı İdarəyə müraciətlərin olması dəlilləri qəbul etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 15.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımı qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən qanunla üzərinə düşən öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetməməklə yanaşı, onun tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun qeyd olunan normalarının da tələblərinə əməl edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsi üçün əsas olmadığından apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-2145/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1338/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1338/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver