Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1339/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştiakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair idiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3281/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı “Radioquraşdırma” İB tərəfindən verilmiş 0082 saylı xx.xx.2006-cı il tarixli orderdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi, yataqxana ev 3A, 59 saylı mənzil Bakı “Radioquraşdırma” İB müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsinin 41 saylı protokolu ilə rəsmiləşdirilmiş “09” noyabr 2004-cü il tarixli birgə qərarına əsasən X6 verilmişdir. AZ-İ seriyalı 679419 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 nömrəli Mənzil İstismar Sahəsinin balansında olan mənzil fondunun (yataqxanaların) əmlakı ilə birlikdə Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilməsi barədə xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s saylı xx.xx.2013-cü il tarixli sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 294 saylı xx.xx.2013-cü il tarixli sərəncamına, Departamentinin 122 saylı xx.xx.2013-cü il tarixli sərəncamına, 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 16 saylı xx.xx.2013-cü il tarixli əmrinə, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 01-1/984 saylı xx.xx.2013-cü il tarixli məktubuna və Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsinin 15 saylı xx.xx.2013-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Müdafıə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən 4 saylı Mənzil İstismar Sahəsinin balansına qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s saylı xx.xx.2013-cü il tarixli sərəncamının icrası haqında Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısınn 294 saylı xx.xx.2013-cü il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s saylı xx.xx.2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq Bakı şəhər İcra hakimiyyətinin balansına verilməsi qərara alınmış, həmin Sərəncama əlavədə göstərilmiş siyahıda iddiaçının qeyd etdiyi ünvan - ünvan 3apmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 122 saylı xx.xx.2013-cü il tarixli sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 131s saylı xx.xx.2013-cü il tarixli sərəncamına, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 294 saylı xx.xx.2013-cü il tarixli sərəncamına, Departamentinin 122 saylı xx.xx.2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlərin onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahı üzrə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilməsi qərara alınmışdır. Həmin Sərəncama 2 saylı əlavədə göstərilmiş siyahıda iddiaçının qeyd etdiyi ünvan öz əksini tapmışdır. Bakı “Radioquraşdırma” İB müdiriyyəti və Həmkarlar İttifaqı Komitəsi tərəfindən təsdiqlənmiş Bakı şəhəri “Radioquraşdırma” İB-nin balansında olan ünvan 5 ünvanında yerləşən yataqxanada “Radioquraşdırma” İB-nın HİK-nın Əmək Kollektivi və MMK-nın Birgə qərarı ilə fəhlə və qulluqçlarına mənzil və yataqxana növbəsi əsasında verilmiş Orderlərin siyahısından görünür ki, siyahıda 82-ci bənddə iddiaçının atasının adı qeyd edilmişdir. Bakı “Radioquraşdirma” İB-nin HİK-nin müdiriyyətinin, MMK-nın sədri və MTŞ-nin rəisinin birgə 41 saylı xx.xx.2004-cü il tarixli qərarına əsasən Bakı şəhəri, Məhsəti küçəsi, bina 3A, giriş 3, sahəsi 30 kv.m olan 59 saylı mənzilin sahibi X4 ailəsinə verilməsi qərara alınmışdir. İddiaçı yuxarıda qeyd olunan sənədlər əsasında onunla mənzil-kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun müraciətinə münasibətdə hərəkətsizlik edilmişdir. Odur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi, yataqxana ev 3A, 59 saylı mənzilə görə onunla mənzil-kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun faktiki istifadəsinə olan ünvan 6 ünvanında yerləşən 2 otaqdan ibarət 59 saylı mənzilə dair xx.xx.2006-cı ildə 0082 saylı order verilmişdir. Sözügedən mənzilə dair mülkiyyət hüququnu əldə etmək, özəlləşdirmək istəyir. Cavabdeh inzibati orqana müraciət edərək onunla mənzil-kirayə müqaviləsinin bağlanılmasını xahiş etmiş, lakin ərizəsinə heç bir cavab verilməmiş, münasibət bildirilməmişdir. Göründüyü kimi, cavabdeh qanunun tələblərinə əməl etmək istəmir və onunla mənzil-kirayə müqaviləsi bağlamaqdan yayınır. Odur ki, cavabdehin üzərinə onunla mənzil-kirayə müqaviləsinin bağlanılması öhdəliyi qoyulmalıdır. Qeyd olunan mənzilə dair hüquqlar 2009-cu il oktyabrın 1-dək, yəni yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək yarandığından həmin mənzilə dair mübahisələr yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək qüvvədə olmuş qanunlarla tənzimlənməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3281/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması və iddia tələbinin təmin olunması barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, kirayə müqaviləsinin bağlanılmasını iddia etdiyi mənzilə münasibətdə hüquqmüəyyənedici sənədə malik olduğu qənaətindədir. Belə ki, iş materiallarında olan sənədlərdən və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsindəki 3a saylı evdə yerləşən ailələr üçün yataqxananın 3 giriş 5 mərtəbəsindəki yaşayış sahəsi 30 kv.m olan 2 otaqlı 59 No-li mənzilin X6 (ailə tərkibi daxil olmaqala) verilməsi barədə Bakı “Radioquraşdırma” İB tərəfindən xx.xx.2006-ci il tarixli 0082 No-li order verilmişdir. O, atası X4 vəfat etməsini və onun vərəsəsi olmasını nəzərə alaraq həmin order əsasında onunla kirayə müqaviləsinin bağlanılmasını arzulayır. Belə ki, onun mərhum atası X4 “Radioquraşdırma” İB-də əmək fəaliyyəti qərarda göstərildiyi kimi xx.xx.1993- xx.xx.1997 dövrləri əhatə etmir. X12 “Radioquraşdırma” İB-də 1986- cı ildən əmək fəaliyyətinə başlamış, 1992-ci ildən 1993-cü ilin ortalarına kimi könüllü olaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin vaxt öz ərizəsi ilə işdən azad olunmuş ,qayıdarkən isə yenidən “Radioquraşdırma” İB-də əmək fəaliyyətini 1997-ci ilədək davam etdirmişdir. İşlədiyi dövrdə zavodda mənzil növbəsində dayanmışdır. Zavodun mənzil növbəsində olan fəhlə və qulluqçuları mənzillə təmin etmək imkanı olmadığına görə balansında olan yataxana otaqlarını növbədə olanlara mənzil əvəzi olaraq vermişdir. Bakı “Radioquraşdırma” X1 İttifaqı Komitəsinin, X10 və MMK-nin birgə iclasının xx.xx.2004-cü il tarixli, 4 saylı iclasının birgə qərarı ilə Birliyə məxsus olan Xətai rayonu ,Məshəti küçəsi bina 3A-giriş 3, ümumi sahəsi 30 kv.m olan 59 saylı mənzil mərhum atası X6 verilməsi qərara alınmış, xx.xx.2006-cı ildə isə (Mənzil Məcəlləsinin 48. 107-ci maddəsinin tələblərinə uyğun olaraq) həmin mənzilə dair 0082 saylı order verilmişdir. Bundan başqa iş materiallarında olan “Bakı şəhəri “Radioquraşdırma” İB-nin balansında olan Cavanşir küçəsi 4, R.Quliyev küçəsi 6, Məshəti küçısi ZA və S.Ə.Şirvani küçəsi 4A-da yerləşən yataqxanalarda “Radioquraşdırma” İB-nin HİK-nin X10 və MMK-nin Birgə qərarı ilə fəhlə və qulluqçulara mənzil və (təqdim “Yataqxana növbəsi əsasında verilmiş Orderlərin Siyahısı”dan edilən) göründüyü kimi, “Radioquraşdırma” İB balansında olan yataqxanalardan mənzil növbəsində olan fəhlə və qulluqçuların 263 nəfərinə faktiki yaşadıqları və ya boş olan otaqlara mənzil əsaslı olmaqla Order verilmişdir. Təqdim etdiyi “Siyahıda çəhrayı rənglənmiş sakinlər siyahıda qeyd olunan otaqlara dair mülkiyyət hüququ əldə ediblər, onlardan bir neçə nəfər, məs: X7 məhkəmə qaydasında mənzil kirayə müqaviləsinin bağlanılmasına dair “Sərəncam” aldıqdan sonra özəlləşdirsə də, digərləri isə “məhkəmədən kənar' cavabdehin “tələblərinə uyğunlaşmaqla” sərəncam almış və özəlləşmişlər. Bakı ŞİH Başçısının xx.xx.2000-ci il tarixli 154 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Nizamnaməsi”nin 2.4cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə nəzərdə tutulmuş kirayə (icarə) müqaviləsinin dəyişdirilməsi, rəsmiləşdirilməsi tədbirlərinin (işlərinin) yerinə yetirilməsi Bakı ŞİH Mənzil Kommunal Təsərrüfatı Departamentinin vəzifələri sırasına daxildir. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır, qəbul edilən qərar mövcud qanunvericiliyin tələblərinə ziddir və mənim konstitusion hüquqlarının pozulmasına yönəlmişdir, uzun müddətli araşdırmadan sonra, qərarın qəbul edilməsinə istinad olunmuş dəlillərin əsassız olduğunu bilə-bilə qəbul edilmiş qərar qərəzlidir. Odur ki, həmin qərar ləğv edilməli, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki işə İddiaçı iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından (İPM-nin 39.1 maddəsi) hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı tələbi “Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsi, yataqxana ev 3A, 59 saylı mənzilə görə onunla mənzil-kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciətinə münasibətdə cavabdeh inzibati orqan hərəkətsizlik göstərmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İş üzrə birinci instansiya məhkəməsi iddiaçının mərhum atası X4 orderin ayrıldığı vaxtda ümumiyyətlə “Radioquraşdırma” Zavodunda əmək fəaliyyəti ilə məşğul olmamasına, ona xx.xx.2006-cı il tarixdə orderin verilməsinin təmin olunmasına, X4 əmək kitabçasına nəzər yetirdikdə ümumiyyətlə şəxsin “Radioquraşdırma” Zavodunda əmək fəaliyyəti xx.xx.1993-xx.xx.1997 dövrləri əhatə edirdi ki, xx.xx.1997-ci il tarixdə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad olunmasının müəyyən edilməsinə, iddiaçının hal-hazırda həmin yaşayış sahəsində yaşamamasına istinad edərək iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan SSR-nin 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (ictimai mənzil fondu); mənziltikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evləri və mənzilləri (fərdi mənzil fondu). Dövlət-kolxoz və başqa dövlət-kooperativ birliklərinə, müəssisələrinə və təşkilatlarına məxsus yaşayış evləri də mənzil fonduna daxil edilir. İctimai mənzil fondu üçün müəyyən olunmuş qaydalar SSR İttifaqının və müttəfiq Respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun surətdə bu evlərə tətbiq edilir. Həmin Məcəllənin 31-ci maddəsinə əsasən mənzil fondu olan və mənzil tikən yaxud mənzil tikintisində pay vəsaiti ilə iştirak edən müəssisələrdə, idarələrdə, təşkilatlarda işləyən və mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həm iş yerində, həm də öz arzularına görə yaşayış yerində uçota götürülürlər. Pensiyaya çıxması ilə əlaqədar həmin müəssisələrdən, idarələrdən, təşkilatlardan getmiş vətəndaşlar da onlarla bərabər surətdə uçota götürülürlər. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə, iş yerində isə müəssisə, idarə, təşkilat müdriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə uçota götürülürlər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Həmin Məcəllənin 51.1-ci maddəsinə əsasən, Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla— mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən icarədarın ailə üzvlərinin payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. Ayrıca icarə müqaviləsi bağlamaq tələbi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 106-cı maddəsinin tələblərinə görə fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin - 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Həmin Məcəllənin 108-ci maddəsinə əsasən işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Azərbaycan SSR Nazirlər Sovetinin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin) 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında vətəndaşların ərizələrinə və mənzil-məişət komissiyalarının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır və birgə qərar çıxarırlar. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülmüş vətəndaşların siyahıları (2 nömrəli əlavə) və onların uçot işləri qərarın qəbul edildiyi vaxtdan 10 gündən çox olmayaraq, müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqanın 95 saylı xx.xx.2022-ci il tarixli məktubunun məzmununda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər idarəsi MMC ilə Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi arasında xx.xx.2014-cü il tarixli təhvil-qəbul aktı tərtib edilərkən qeyd edilən binada yerləşən mənzillərə, o cümlədən sözügedən mənzilə dair hüquqmüəyyənedici sənədlər (order, protokol, qərar və s) təhvil verilməmişdir. Bakı “Radioquraşdırma” İB-nın müdriyyəti tərəfindən mənzilə dair İddiaçı xx.xx.2006-cı il tarixli orderin müəssisənin möhürü ilə təsdiq olunmaqla müəyyən edilməmişdir. 133 saylı Mənzil -X5 məhkəməyə ünvanladığı 13 saylı xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı faktiki olaraq hazırda həmin mənzildə yaşamır və qardaşı İddiaçı dediyinə görə Belarus Respublikasındadır. Cavabdeh orqan tərəfindən məhkəməyə daxil olmuş 778 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı tərəfindən hazırki tələblə bağlı orqana xx.xx.2022-ci il tarixdə daxil olmuş, lakin mənzilə dair tələb olunan sənədlər ərizəyə əlavə edilmədiyindən araşdırılması üçün 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Birlik tərəfindən ünvana baxış keçirilməklə aparılan araşdırma zamanı ərizəçinin və ailə üzvlərinin göstərilən mənzildə faktiki olaraq uzun müddət yaşamadığı müəyyən edilmiş, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixədək Departamentə heç bir müraciət daxil olmamışdır. 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış (həmçniin surəti iddiaçıya ünvanlanmış) xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı mərhum atasına məxsus yaşadıqları mənzilin sənədləşməsi ilə bağlı Mənzil Kommunal Təsərrüfat Departamentinə etdiyi müraciət əsasında mühəndislər 133 saylı MKİS-nin işçiləri ilə birgə həmin ünvanda olmuşlar. Araşdırma zamanı 39-cu mənzildə yaşayış olmadığı, İddiaçı Belarusiya Respublikasında yaşadığı və qayıdacağı barədə məlumatın olmadığı məlum olmuşdur. “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın (XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş, sonrakı əlavə və dəyişikliklərlə) 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydaları təsbit edilmişdir. Qaydaların 28-ci bəndinə görə yaşamaq üçün vətəndaşlara verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsinin şəraitinə müvafiq surətdə abad olmalı, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməlidir. Avariyalı və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün uyğunlaşdırılmamış digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli, yaxud qeyri-yaşayış evləri sırasına keçirilməli olan evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. xx.xx.2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.1. dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; Həmin Məcəllənin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Həmin Məcəllənin 53.1-ci maddəsinin tələblərinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Məcəllənin 56.4-cü maddəsinə əsasən bu Məcəllənin tələblərinə uyğun olaraq sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar bu qərarda göstərilən müddətdə müvafiq sosial kirayə müqaviləsinin bağlanması üçün əsasdır. Həmin Məcəllənin 62.1-cı maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi, istər xx.xx.2009-cu il tarixədək qüvvədə olan, istərsə də xx.xx.2009-cu il tarixdən sonra qüvvədə olan Mənzil Məcəlləsi vətəndaş ilə dövlət və ya ictimai mənzil fondu arasında kirayə müqaviləsinin bağlanılması şərtlərini müəyyən etmişdir ki, bu şərtlərdən biri - vətəndaşın kirayə müqaviləsinin bağlanmasını tələb etdiyi mənzilə dair hüquqmüəyyənedici sənədin olmasıdır. Nəzərə alınmalıdır ki, yataqxanalardan istifadə edilmə qaydası xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 4-cü fəslində göstərilən maddələrin müddəaları ilə tənzimlənirdi ki, həmin maddələrin tələblərinə görə yataqxanalardan istifadə edilməsinə icazə yalnız xüsusi qrup şəxslərə (fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə) münasibətdə yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilirdi. Hazırki iddia tələbinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı kirayə müqaviləsinin bağlanılmasını iddia etdiyi mənzilə münasibətdə hüquqmüəyyənedici sənədə malik olduğu qənaətindədir. Belə ki, iş materiallarında olan sənədlərdən və Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” Zavodu tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Məhsəti küçəsindəki 3a saylı evdə yerləşən ailələr üçün yataqxananın 3 giriş 5 mərtəbəsindəki yaşayış sahəsi 30 kv.m olan 2 otaqlı 59 №-li mənzilin X6 (ailə tərkibi daxil olmaqala) verilməsi barədə Bakı “Radioquraşdırma” İB tərəfindən xx.xx.2006- cı il tarixli, 0082 №-li order verilmişdir. İddiaçı atası X4 vəfat etməsini və onun vərəsəsi olmasını nəzərə alaraq həmin order əsasında onunla kirayə müqaviləsinin bağlanılmasını arzulayır. Halbuki, iddiaçının mərhum atası X12 orderin ayrıldığı vaxtda ümumiyyətlə “Radioquraşdırma” Zavodunda əmək fəaliyyəti ilə məşğul olmamışdır. Belə ki, təqdim olunmuş sənədlərdən görünür ki, Bakı “Radio Quraşdırma” İB-nin HİK-nin müdriyyətinin , MMK-nın sədri və MTŞ-nin rəisinin birgə 09 noyabr 2004-cü il tarixli 41 saylı qərarı ilə Xətai rayonu, Məshəti küçəsi bina 3a - giriş 3№, mənzil №59 sahəsi 30 kv.m sahənin X6 verilməsi qərara alınmış, bundan sonra xx.xx.2006-cı il tarixdə ona orderin verilməsi təmin olunmuşdur. X4 əmək kitabçasına nəzər yetirdikdə isə görünür ki, ümumiyyətlə şəxsin “Radioquraşdırma” Zavodunda əmək fəaliyyəti xx.xx.1993-xx.xx.1997 dövrləri əhatə edirdi ki, xx.xx.1997-ci il tarixdə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq öz xahişi ilə işdən azad olunmuşdur. Göründüyü kimi, yataqxanadan istifadə edilməsi ilə bağlı iddiaçının mərhum atasına order verilsə də, adı çəkilən şəxsin həmin dövrdə “Radioquraşdırma” Zavodu ilə əmək münasibətləri olmamışdır. Beləliklə, işin araşdırılmış hallarına qiymət verərək Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi order etibarlı sənəd sayılsa belə, həmin order xidməti yataqxanada müvvəqqəti olaraq yaşayış sahəsini tutmaq məqsədilə verilmiş sənəd hesab edilməlidir. Çünki həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə yataqxanada mənzil sahəsi vətəndaşlara iş və ya təhsil dövründə müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilirdi, mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada yaşayış sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilirdi və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər iş ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalı idilər. Bu hal baş verməsə də, mənzil sahəsi istəyi olan vətəndaş Azərbaycan SSR Nazirlər Sovetinin 14 oktyabr 1983-cü il tarixli, 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınmasının və Azərbaycan SSR ərazisindəki yaşayış evlərinin bölüşdürülməsinin Nümunəvi qaydaları”nın 14-cü bəndinə görə, iş yerində uçota götürülmək haqqında ərizə verməli, daha sonra isə mənzil-məişət komissiyasının apardığı yoxlamanın materiallarına müəssisə, idarə, təşkilat müdiriyyəti və həmkarlar ittifaqı komitəsi tərəfindən baxılmalı və birgə qərar çıxarılmalı idi. Növbəti addım olaraq isə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna müdiriyyətin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə götürülənlərin siyahısına daxil edilərək uçot işi müdiriyyət və həmkarlar ittifaqı komitəsi tərəfindən yerli xalq deputatları Soveti İcraiyyə Komitəsinin təsdiqinə verilməli idi. Həmçinin də “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 21-ci bəndinə müvafiq olaraq vətəndaşların iş yerində mənzil növbəsinə uçota götürülməsi qaydalarının 32-ci bəndinin tələbinə görə, idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisə, idarə, təşkilat müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verildi. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin də tələbinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillərin bir qismi iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmin olunması üçün əsas yaratmadığından qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3281/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3281/2022 saylı 09 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1339/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1339/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver