Məhkəmə qərarları › İş №2-1(103)-1339/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1339/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1339/2025 25.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X5 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “sığorta ödənişinin verilməsi tələbi”nə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11705/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı cavabdehin imtina məktubununun qanunsuz və əsassız hesab edilməsi, xidməti vəzifələrinin icrası zamanı xx.xx.2010-cu il tarixdə az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı sığorta ödənişinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Prokurorluğunun müstəntiqi vəzifəsində, ədliyyə baş leytenantı rütbəsində qulluq keçdiyi zaman xx.xx.2010-cu il tarixdə xidməti vəzifələrinin icrası zamanı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “sol diz oynağının postravmatik hemoartrozu” ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almışdır. Bununla bağlı xx.xx.2010cu il tarixdə xidməti vəzifələrinin icrası ilə bağlı bədən xəsarətləri alması ilə əlaqədar ona sosial sığorta müavinətinin verilməsi üçün müvafiq rəyin verilməsi məsələsinə müraciəti əsasında Azərbaycan Respublikası Hərbi X1 Komissiyasında baxılmış və Komissiyanın xx.xx.2021-ci il tarixli qərarına əsasən almış olduğu “sol diz oynağının postravmatik hemoartrozu” az ağır dərəcəli bədən xəsarətinin bilavasitə xidməti vəzifələrinin icrası ilə əlaqədar olması qənaətinə gəlinmişdir. Bununla əlaqədar sığorta ödənişinin verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə müvafiq təsdiqedici sənədlərlə birlikdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə tərəfindən ərizə ilə müraciət edilmişdir. Lakin, bilavasitə xidməti vəzifələrinin icrası ilə əlaqədar az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsi deyil, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “d” bəndi əsas götürülərək ona 2021-ci ildə 550 manat vəsait ödənilmişdir. Sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci ilin dekabrın 1-dən sonraya, yəni 07 may 2021-ci ilə aid olduğundan cavabdehə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə dövlət icbari şəxsi sığorta ödənişi üçün tələb olunan sənədləri təqdim etmişdir. Lakin, cavabdeh xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli məktubları ilə sənədlərini geri qaytararaq xəsarət almasının xx.xx.2010-cu il tarixdə baş verməsinə və müvafiq dövr üzrə sığorta haqqının xidmət keçdiyi orqan tərəfindən "xxxx" ASC-yə ödənildiyindən sığorta ödənişinin ödənilməsi üçün həmin quruma müraciət etməsini tövsiyyə edərək sığorta ödənişinin ödənilməsindən imtina etmişdir. Hesab edir ki, imtina qüvvədə olan qanunvericiliyin normalarına əsasən tamamilə qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11705/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) iddia mümkün sayılmamışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsinin məzmununa oxşar məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, hazırda qüvvədə olan “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 18 may 2021-ci il tarixli 1340 №-li Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ... prokurorluq işçilərinin ...həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7 və 2.8.-ci bəndləri bəzərə alınmaqla) 2022-ci ilin yanvarın 1-dən Azərbaycan Respubublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilir. Həmin Fərmanın 2.8-ci bəndində isə qeyd edilmişdir ki, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Hakim qərardad qəbul edərkən yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Prezidentinin 18 may 2021-ci il tarixli 1340 №-li Fərmanını diqqətdən kənarda saxlamaqla, hazırki tələb üzrə sığorta ödənişinin ödənilməsinin Azərbaycan Respubublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən deyil, "xxxx" ASC tərəfindən həyata keçirilməli olduğunu qeyd edən zaman Azərbaycan Respublikasının Prezidentinin 31 yanvar 2024-cü il tarixli 2459 nömrəli “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından xəbərsiz olmaqla, bunu nəzərə almamışdır. Belə ki, qeyd olunan Fərmanda əks olunmuşdur ki, “1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilsin.” 2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 740 (Cild İ) ləğv edilsin. Göründüyü kimi hakimin “cavabdeh” hesab etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ləğv edilmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazını bildirərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11705/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, işdən müəyyən olunur ki, iddiaçının tələbi xidməti vəzifələrinin icrası zamanı xx.xx.2010-cu il tarixdə az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi barədədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində sığorta hadisəsi hesab edilə bilən halın baş vermə faktını təsdiq edən sənədin tarixi 2020-ci ilin dekabrın 31-dən sonraya, yəni 07 may 2021-ci il tarixə aid olsa da, iddiaçıya həmin sənədlər əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (hazırda "xxxx" ASC) tərəfindən 2022-ci ilin yanvarın 1-dək sığorta ödənişi həyata keçirilmişdir. İddiaçının hazırki tələbindən də, göründüyü kimi, onun tələbinin əsası Şirkət tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin düzgün ödənilməməsi ilə bağlıdır. Bu səbəbdən də, iddiaçının hazırki tələbi üzrə sığorta ödənişinin verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən deyil, "xxxx" ASC tərəfindən həyata keçirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş 674 nömrəli “canlı şəxsin məhkəmə-tibbi müayinəsi” aktına əsasən İddiaçı Viayət oğlunun adına tərtib olunmuş tibbi sənədlərdə aparılmış qeydiyyatlara əsaslanaraq İddiaçı almış olduğu xəsarət – sol diz oynağının postravmatik hemoartrozu, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, təliqənin təsviri hissəsində qeyd edilən tarixdə və şəraitdə avtomobil qəzası zamanı əmələ gəlməsi inkar olunmur, dərəcəsinə görə isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Hərbi X1 Komissiyasının 17 nömrəli 07 may 2021-ci il tarixli iclas protokoluna əsasən İddiaçı Bakı Hərbi Prokurorluğunun müstəntiqi vəzifəsində qulluq keçdiyi vaxt xx.xx.2010-cu il tarixdə saat 10 radələrində xidməti vəzifələrinin icrası ilə bağlı şəxsi istifadəsində olan avtomaşınla hərəkət edən zaman baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “sol diz oynağının postramatik hemoartrozu” az ağır dərəcəli bədən xəsarəti alması hadisəsi bilavasitə xidməti vəzifələrinin icrası ilə bağlı hesab olunmuşdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən xx.xx.2024-cü il tarixli “Baş vermiş hadisə və şəxsin müvafiq sığorta üzrə sığortaolunan hesab olunmasına dair” və “Xəsarətin dərəcəsinə və səbəbinə dair” arayışlar verilmişdir. - Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 28 mart 2024-cü il tarixli 3-171/2-S-7101720 nömrəli “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi haqqında” məktuba əsasən iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar onun az ağır dərəcədə xəsarət alması xx.xx.2010-cu il tarixində baş verdiyindən və müvafiq dövr üzrə sığorta haqqı xidmət keçdiyi sığortalı qurum tərəfindən "xxxx" ASC-yə ödənildiyindən sığorta ödənişinin verilməsi üçün "xxxx" ASC-yə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi iddiaçı barəsində sığorta hadisəsi hesab edilə bilən halın baş vermə faktını təsdiq edən sənədin tarixi 2020-ci ilin dekabrın 31-dən sonraya, yəni 07 may 2021-ci il tarixə aiddir. İddiaçının hazırkı tələbi “Şirkət tərəfindən ödənilmiş sığorta ödənişi məbləğinin düzgün ödənilməməsi” deyil, ümumiyyətlə “sığorta ödənişinin verilməsi”dir. Belə ki, iddiaçının çatmaq istədiyi məqsəd ona düşən sığorta ödənişinin alınmasından ibarətdir. İddiaçıya qeyd olunan sənədlər əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ("xxxx" ASC) tərəfindən 2022-ci ilin yanvarın 1-dək sığorta ödənişi həyata keçirilməsi, iddiaçının xidməti vəzifələrinin icrası zamanı xx.xx.2010-cu il tarixdə az ağır dərəcəli bədən xəsarəti alması ilə bağlı sığorta ödənişinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbi irəli sürməsini mümkünsüz etmir. İddiaçı “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 31 yanvar 2024-cü il tarixli 2459 nömrəli Fərmanını nəzərə alaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 18 may 2021-ci il tarixli 1340 №-li Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra – Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir. Azərbaycan Respublikasının Prezidentinin 31 yanvar 2024-cü il tarixli 2459 nömrəli “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərman:

1. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti ləğv edilsin.

2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 iyul tarixli 1751 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 740 (Cild İ) ləğv edilsin. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11705/2024 nömrəli, 06 noyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar