Məhkəmə qərarları › İş №2-1(103)-134/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-134/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-134/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)408/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı X11 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X13 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Vergilər Nazirliyinin Bakı şəhəri X13 üzrə Baş İdarəsi tərəfindən tərtib olunmuş 04.11.2019-cu il tarixli, **********174395 nömrəli səyyar vergi yoxlaması barədə aktın qanunsuz hesab edilməsi və ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin X5 barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30.05.2014 tarixli, **********763467 saylı, 15.05.2015 tarixli, **********900653 saylı və 13.12.2019-cu il tarixli, **********194742 saylı vergi ödəyicisiniin məsuliyyətə cəlb edilməsi barədə qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Vergilər Nazirliyinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin X5 barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30.05.2014 tarixli, **********763467 saylı və 15.05.2015 tarixli, **********900653 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərarların etibarsız hesab edilməsi və 13.12.2019-cu il tarixli, **********194742 saylı vergi ödəyicisiniin məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv olunması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Həmin qərarlar qanunsuz və əsassız olaraq və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə tərtib olunmuşdur. Belə ki, vergi orqanının 26.12.2018-ci il tarixli **********172758 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" Qərarına əsasən X1 fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 04.11.2019cu il tarixli **********174395 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. İddiaçı 30.07.2019-cu il tarixli **********651600 nömrəli digər şikayət ərizəsində ödəyici ekspertizanın təyin edilməsi barədə qərarın 23.07.2019-cu il tarixdə qəbul olunduğunu, lakin, ekspert və mütəxəssis rəylərinin 18.06.2019-cu il tarixdə tərtib edildiyini bildirmişdir. Həmçinin, ekspert rəyində ümumi istehsal həcminin 27774,633 ədəd göstərildiyini və 25%, yəni 1499829,92 ədəd itki tətbiq edildiyini başlanmış cinayət işi üzrə Qaradağ Rayon Məhkəməsinin qərarına əsasən itkilərin müəyyən edilməsi ilə əlaqədar ekspertizanın təyin edildiyini, 11054 saylı məhkəmə ekspertiza rəyində hasilatdan itki faizinin 78% müəyyən edildiyini bildirmiş, ekspert rəyinin ləğv edilməsini və yeni ekspertiza əmri təyin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf yeni ekspertizanın təyin edilməsinə zərurət yaranmadığını, həmçinin Qaradağ Rayon Məhkəməsinə sorğu göndərilmiş, məhkəmənin 07.08.2019-cu il tarixli cavab məktubunda cinayət işi üzrə sonuncu dəfə 09.07.2019-cu il tarixdə əlavə kompleks məhkəmə-yer quruluşu, mühəndis- tikinti-texniki, bioloji-torpaqşunaslıq və əmtəəşunaslıq ekspertizasının təyin edilərək rəy verilməsi üçün cinayət işini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərildiyindən, iş üzrə məhkəmənin yekun qərarını qəbul edilmədiyini bildirilmişdir. Hazırda həmin ekspert rəyidə əsas götürülərək, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü (qərarı) mövcuddur. Əlavə olaraq bildirmişdir ki, ona məxsus olan Mini-T 61.11 markalı 00721 zavod nömrəli nəzarət kassa aparatı vergi orqanında 07.05.2015-ci il tarixdə qeydiyyata alınmışdır. 04.11.2019-cu il tarixdə yoxlanılan dövr üçün fiskal yaddaşı çıxarılaraq dövriyyə 45713,76 manat müəyyən edilmişdir. Yoxlama zamanı mütəxəssis və ekspert tərəfindən təqdim edilmiş rəylərə əsasən vergi ödəyicisi tərəfindən dövriyyənin düzgün əks etdirilməməsi və faktiki olaraq dövriyyənin daha çox yəni 244483,11 manat olması müəyyən olunduğu göstərilmişdir. Sahibkarın fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayonu, Şahqaya yatağının cənubu ünvanında yerləşən daş karxanasında hasil edilmiş mişar daşının həcminin müəyyən edilməsi məqsədilə 11.01.2019-cu il tarixli **********173967 nömrəli “Mütəxəssisin dəvət edilməsi haqqında” qərar çıxarılaraq yoxlamaya Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi cəlb edilmişdir. Qərarda qoyulan suallar üzrə mütəxəssis tərəfindən 18.06.2019-cu il tarixli rəy təqdim edilmişdir. Yoxlanılan dövr 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olmasına baxmayaraq, 2012-ci ilin mart ayı tarixindən 2013-cü ilin mart ayı tarixinədək olan dövr 30.07.2013-cü il tarixli **********681024 nömrəli, 2013-cü ilin mart ayı tarixindən 2014-cü ilin mart ayı tarixinədək olan dövr 29.05.2014-cü il tarixli **********750056 nömrəli və 2014-cü ilin mart ayı tarixindən 2015-ci ilin mart ayı tarixinədək 12.05.2015-ci il tarixli **********894393 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Mütəxəssisin gəldiyi nəticəyə görə yoxlanılan dövrdə yəni 01.03.2015-31.08.2018-ci il tarixdə sahibkar tərəfindən ümumilikdə 1303909,94 ədəd mişar daşı hasil edildiyi qeyd edilmişdir ki, bundan 25% miqdarında yəni 325977.48 ədəd mişar daşı açılışa və çıxdaşa çıxdığı göstərilmişdir. 977932,45 ədəd mişar daşı satış üçün qaldığı göstərilmişdir. Sahibkar istehsal prosesində 1 ədəd SM-89 DKM və 1 ədəd NKM- 2U pillə üstü açan DKM-dən istifadə edildiyi göstərilmişdir. Yoxlama zamanı dövriyyələr cəlb edilmiş mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən edilmişdir. Belə ki, 01.05.2015-ci il tarixdən 31.08.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-yə cəlb olunan dövriyyəsi 231552.78 manat məbləğində müəyyən edilmiş və ondan 35321.61 manat ƏDV-si hesablanmışdır. (231552.78/1.18*18%=35321.61) Sahibkar tərəfindən təqdim edilmiş bəyannamələrdə dövriyyədən 16456.6 manat ƏDV məbləğinin göstərildiyini, eyni zamanda may 2016-cı il tarixdə əlavə dəyər vergisi üzrə 32.95 manat artıq hesablandığı nəzərə alaraq 18865,0 manat ƏDV azaldılması aşkar edilmişdir. Bununla da 01.01.2016-cı il tarixdən 31.08.2018-ci il tarixədək olan dövr üzrə ƏDV-yə cəlb olunan dövriyyəsi 198077,47 manat məbləğində müəyyən edilmiş və ondan 30215,21 manat ƏDV-si hesablanmışdır. (198077,47/1.18* 18%=30215.21) Sahibkar tərəfindən təqdim edilmiş bəyannamələrdə dövriyyədən 16456,54 manat ƏDV məbləğinin göstərildiyini, eyni zamanda may 2016-cı il tarixdə əlavə dəyər vergisi üzrə 32,95 manat artıq hesablandığı nəzərə alaraq 13758,66 manat ƏDV azaldılması aşkar edildiyi göstərilmişdir. Yoxlanılan dövr 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olmasına baxmayaraq, 2012-ci ilin mart ayı tarixdən 2013-cü ilin mart ayı tarixədək olan dövr 30.07.2013-cü il tarixli **********681024 nömrəli, 2013-cü ilin mart ayı tarixdən 2014-cü ilin mart ayı tarixədək olan dövr 29.05.2014-cü il tarixli **********750056 nömrəli və 2014-cü ilin mart ayı tarixindən 2015-ci ilin mart ayı tarixədək olan dövr 12.05.2015-ci il tarixli **********894393 aktlarla rəsmiləşdirilmişdir. Bununla da yoxlanılan dövrdə yəni 01.03.2015-ci il tarixdən 31.08.2018-ci il tarixədək Mütəxəssis rəyinə əsasən müəssisə yoxlanılan dövrü üzrə 1303909,94 ədəd mişar daşı istehsal etmişdir. Bununlada ((1303909.94/72 = 18109.86 kubmetr) (01.03.2015-31.12.2015) 3437,46 *0.5 manat = 1718.73 manat) + (01.01.2016- 31.08.2018)14672,40*2 manat=29344,80 manat) 31063,53 manat mədən vergisinin büdcəyə hesablamalı və ödənilməli olduğu müəyyən edilmişdir. Sahibkar tərəfindən təqdim edilmiş bəyannamələrdə 6038,0 manat mədən vergisinin göstərildiyini nəzərə alaraq, 25025,54 manat mədən vergisinin azaldılması aşkar edilmişdir. Eyni zamanda, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması anında 3 il keçmişdirsə, şəxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyət cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilmədiyi aktda göstərlmişdir. Yoxlama zamanı yəni 01.01.2016-31.08.2018-ci il dövr üzrə Mütəxəssis rəyinə əsasən sahibkar 1056413.15 ədəd mişar daşı istehsal edildiyi qeyd edilmişdir. Bununla da Vergi Məcəlləsinin 216-cı maddəsinə əsasən ((1056413,15/72 = 14672.40 kubmetr) (01.01.2016-31.08.2018)14672,40*2,0 manat = 29344,82 manat) 29344,82 manat mədən vergisinin büdcəyə hesablanmalı və ödənilməli olduğu müəyyən edilmişdir. Sahibkar tərəfindən təqdim edilmiş bəyanamələrda 6038,0 manat mədən vergisinin göstərildiyini nəzərə alaraq 23306.82 manat mədən vergisinin azaldılması aşkar edildiyi qeyd edilmişdir. Bununla da 18.06.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən 01.03.2015-30.04.2015-ci il dövr üçün 25% itkini nəzərə alaraq 51721,33 ədəd əmtəə mişar daşı istehsal olduğu müəyyən edilmişdir. Eyni zamanda 18.06.2019-cu il tarixli ekspert rəyinə əsasən 01.03.2015-ci il tarixdən 30.04.2015-ci il tarixədək 1 ədəd mişar daşının karxanadan satış qiyməti 0,25 manat təşkil edildiyi qeyd edilmişdir. Bununla da yoxlama ilə büdcəyə hesablanan sadələşdirilmiş vergi 517,21 manat məbləğində müəyyənləşdirildiyi qeyd edilmişdir. 01.03.2015- 30.04.2015 ((51721.33*0,25)*4%). Yoxlanılan dövr 01.01.2013-cü il tarixindən 31.08.2018-ci il tarixədək olmasına baxmayaraq, 2012-ci ilin mart ayı tarixdən 2013-cü ilin mart ayı tarixədək olan dövr 30.07.2013-cü il tarixli **********681024 nömrəli, 2013-cü ilin mart ayı tarixindən 2014cü ilin mart ayı tarixədək olan dövr 29.05.2014-cü il tarixli **********750056 nömrəli və 2014-cü ilin mart ayı tarixindən 2015-ci ilin mart ayı tarixədək olan dövr 12.05.2015-ci il tarixli **********89493 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Yoxlamaya gəlirdən çıxılan xərclərlə bağlı sənədlər təqdim edilmədiyindən sahibkarın gəlirini bir başa müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. Bununla bağlı Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən 02.10.2019-cu il tarixili **********995600 nömrəli analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyənləşdirilməsi barədə xidməti məktubla iqtisadi təhlil və büdcə proqnozunun icrasına nəzarət idarəsinə müraciət olunduğu səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur. Lakin idarə tərəfindən təqdim edilmiş analoji vergi ödəyicilərinin uyğun olmadığı göstərilmiş bu səbəbdən (işçi sayı, sahə, təsarrüfat subyektlərinin sayı, tədiyyə, istehsal məhsulun fərqliliyi və s.) sahibkarın gəliri Vergi Məcəlləsinin 83.9-cü maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlar Kabinetinin 01.03.2011-ci il tarixli 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. İş materiallarından da görünür ki, 16.01.2019-cu il tarixli ölçmə işi ilə bağlı akt tərtib edilmişdir. Vergi orqanı nümayəndələri akt tərtib edilərkən sahibkar olaraq onun iştirakı təmin olunmamışdır. Göstərilən akt tərtib edilərkən aktdan da göründüyü kimi 1 paqon metr uzunluqda məsafədən çıxan mişar daşının sayı 3.75 qeyd edilmişdir. 1 paqon metr 100 sm-dir, 3.75 ədəd mişar daşının uzunluğu isə 150 sm edir. Aktda həmçinin qeyd olunur ki, daşkəsən maşının sürəti ölçmə yolu ilə aparılmışdır və ölçü hesablanan zaman 60 p.m/saat ölçüsü götürülməklə 1 p.m məsafədən çıxan mişar daşı sayı 3.75 tətbiq edilərək hesablama aparılmışdır. İtkilər faktiki kəsilmiş daş sayı və ümumi say qeyd olunmuşdur. Burada ümumi say 350 ədəd müəyyən edilmişdir. Lakin, 1 p.m (3.75 ədəd) göstərildiyi üçün 0.75 ədəd 1 mişar daşı 1 mişar daşının 3/4 hissəsinə bərabərdir. Buradan da görünür ki, həm 0.75 m. yəni, 1 mişar daşının 3/4 hissəsi də faydalı daş miqdarı kimi götürülmüş və ümumi say müəyyən edilmişdir. Ümumi say hesablanarkən düzgün hesablanmamış, aktda da 350 ədəd göstərilmişdir. Halbuki, vergi orqanı əməkdaşlarının tərtib etdikləri ölçmə işi ilə əlaqədar aktı əsas götürərək hesab edilsə ki, vergi orqanı tərtib etdiyi aktda bu akta əsasən ekspertiza və mütəxəssis rəylərinə əsasən vergiləri hesablamış və 13.12.2019-cu il tarixli **********194742 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarı məhz bu hesablamaların nəticəsində çıxarılmışdır. Halbuki, həmin vergi orqanı əməkdaşlarının tərtib etdikləri bu aktdakı 1 saata sərf olunan elektrik enerjisi (124.5 kvt/saat), elektrik mühərrikinin gücü (79 kvt/saat) və şırım açan maşının mühərrikinin gücü (45.5 kvt/saat) və sayma yolu ilə ekspertlərin və vergi orqanı əməkdaşlarının tərtib etdikləri aktın itkisi və faydalı sahəsi müəyyən edilərkən 1 p.m-dan çıxan mişar daşı - 3.75*60 p.m/saat=225 ədəd olmasına baxmayaraq aktda ümumi say 1 saat üzrə 350 ədəd müəyyən edilmişdir. Hesablama çıxarılarkən bu miqdar 350 deyil 225 edir (3.75*60=225). Buradan da faydalılıq əmsalı nəzərə alındıqda, yəni vergi ödəyicisinin bəyannaməsində kənarlaşma müəyyən edilmişdir. Göründüyü kimi vergi orqanı və ekspertlər aktlarında göstərdikləri rəqəmləri süni şəkildə artırmışlar. 3/4 hissədə olan daşın miqdarını faydalı kimi hesablamış, 25% itki hesablamışlar. Ümumi hasilat miqdarını hesablayan zaman hesablama səhvlərinə yol vermiş, ümumi hasilat miqdarı çıxarılan zaman düzgün hesablanmamış, yekunda vergi hesablamalarında səhvə yol verilmişdir. 21.06.2019-cu il tarixli Azərbaycan Respublikası Ticarət və X3 Birliyinin vergi yoxlaması üçün təsdiq etdiyi mütəxəssis rəyininin 2.3-cü bəndində istehsal həcmləri düzgün hesablanmamış və həmin dövrdə tərtib edilmiş 2013 və 2015-ci illərin aktları ilə ziddiyyət təşkil etmişdir. Bu mütəxəssis rəyindən də görünür ki, sahibkarın bütün il boyu istehsalat itkiləri və digər itkilər nəzərə alınmaqla fəsillər yay və ya qış mövsümi fərq qoyulmadan hesablamalar aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasının 27.05.2019-cu il tarixli ekspert rəyində isə ümumi itki sayı 78% təşkil etmişdir. 1 paqon metrdən isə 2 ədəd mişar daşı çıxdığı göstərilmişdir. Vergi orqanının tərtib etdiyi aktda istinad etdiyi Azərekspertiza Birliyinin ekspert rəyi ilə 1303909.94/72=18109.86 - bu o deməkdir ki, 1 kub üçün 72 ədəd daş hasil edilir. Ədliyyə Nazirliyinin təqdim etdiyi ekspert rəyində isə 200000 ədəd mişar daşı 8000 m3 mişardaşı təşkil edir. Bu da 1 m3-də 72 ədəd deyil 25 ədəd mişar daşı hesablanması deməkdir. Yuxarıda göstərilənlər səyyar vergi yoxlamasının səthi və qanunvericiliyin maddələrinə ziddiyyətli, qərəzli həmçinin, əsassız hesablanmışdır. Daha sonra iddiaçı 12 fevral 2021-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanına Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 13.12.2019-cu il tarixli, **********194742 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Dəqiqləşdirilmiş iddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh İqtisadiyyat Nazrliyi yanıda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş idarəsinin X5 barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30.05.2014 tarixli, **********763467 saylı, 15.05.2015 tarixli, **********900653 saylı və 13.12.2019-c il tarixli, **********194742 saylı vergi ödəyicisiniin məsuliyyətə cəlb edilməsi barədə qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin cavabdehin X5 barəsində vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 30.05.2014 tarixli, **********763467 saylı, 15.05.2015 tarixli, **********900653 saylı qərarlarına 13.12.2019-cu il tarixli, **********194742 saylı qərarda münasibət bildirildiyindən iddia tələbinin dəqiqləşdirilməsi zərurətinin yaranmasını qeyd etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)408/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən iddiaçı X12 barəsində qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 13.12.2019-cu il tarixli, **********194742 №li qərarı ləğv olunması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)408/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, eyni zamanda məhkəmə xüsusi bilik tələb olunan sahə üzrə həqiqətin müəyyən edilməsi üçün mütəxəssisin dəvət edilməsinin və təkrar ekspertizanın keçirilməsinin zəruri olmasını nəzərə almadan, fəaliyyət dairəsinə aid olmayan sahə üzrə ekspert və mütəxəssisin səlahiyyətlərini öz üzərinə götürərək, mişar daşının ölçilərini və 1 m3 kütlədən istehsal olunan mişar daşının miqdarını müəyyən edərək, mişar daşlarının sayının artıq göstərildiyini, yoxlayıcı tərəfindən saat dövriyyəsinin şişirtdiyini və vergilərin artıq hesablandığını müəyyən etmişdir. Məhkəmə inzibati işdə olan iki ekspert rəyi arasında əhəmiyyətli dərəcədə ziddiyyət olmasını öz qərarında təsdiq etsə də, öz növbəsində bu ziddiyəti aradan qaldırmaq üçün təkrar ekspertiza təyin etməmiş, bununla da prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.2-ci, 385.1.1-ci , 385.1.2-ci maddələrini, İnzibati Prosessual Məcəlləsinin 81-ci, 87.6-cı maddələrini əsas gətirərək , qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda işin apellyasiya icraatı zamanı cavabdeh apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Apellyasiya şikayətinə əlavədə qeyd edilmişdir ki, məhkəmənin fəaliyyət dairəsinə aid olmayan xüsusi bilik tələb olunan sahə üzrə ekspert və mütəxəssisin səlahiyyətlərini öz üzərinə götürərək, mişar daşının ölçiləri və 1 m3 kütlədən istehsal olunan mişar daşının miqdarı barədə gəldiyi nəticə əsassızdır. Ona görə ki, məhkəmə mişar daşının ölçiləri və 1 m3 kütlədən istehsal olunan mişar daşının miqdarı barədə məlumatıların hansı mənbədən götürdüyünü qərarda əsaslandırmamışdır. Mişar (divar) daşı istehsalının işlənib hazırlanmış texniki şərtləri ilə müəyyən edilən dövlət standartları mövcud olmasına baxmayaraq, məhkəmə qeyd olunan halı nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini və apellyasiya şikayətinə əlavəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)408/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, “iddiaçının tələbi Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 13.12.2019-cu il tarixli, **********194742 saylı qərarının vergi qanunvericiliyinin yuxarıda sadalanan normalarını pozmaqla qəbul edildiyindən iddiaçının tələbinin əsaslı hesab olduğu qənaətindədir” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, iş materiallarında olan Vergilər Nazirlyinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin 04.11.2019-cu il tarixli **********174395 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirlyinin Bakı şəhəri X13 üzrə Baş İdarəsinin Səyyar vergi yoxlamaları idarəsinin Təmir-tikinti və istehsal sahələri üzrə şöbəsinin əməkdaşları tərəfindən Vergi Məcəllənin 38.3.6-cı maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (2013-2018-ci illər üzrə aksz vergisi, İ rüb 2013-İİ rüb 2018-ci illər üzrə sadələşdirilmiş vergi, 2013-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, yanvar 2013-avqust 2018-ci illər üzrə mədən vergisi, İ rüb 2013-İİ rüb 2018ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, yanvar 2013-avqust 2018ci illər üzrə əlavə dəyər vergisi, 2013-2017-ci illər üzrə gəlir vergisi üzrə növbədənkənar vergi yoxlaması aparılmışdır. Yoxlama 27.12.2018-ci il tarixdə başlanıb, 04.11.2019-cu il tarixdə başa çatdırılmışdır. İş materiallarına əlavə edilmiş 13.12.2019-cu il tarixli, **********194742 saylı səyyar vergi yoxlaması aktından görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən X11 (VÖEN **********) üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında 04.11.2019-cu il tarixli **********174395 nömrəli aktına və 10.12.2019cu il tarixli **********471300 nömrəli sənədə baxılıb aşağıdakılar müəyyən edilmişdir: vergi orqanının 26.12.2018-ci il tarixli **********172758 saylı və Binəqədi rayon məhkləməsinin 16.11.2018-ci il tarixli qərarlarına əsasən X6 (VÖEN **********) 01.01.2013-cü il tarixdən 31.08.2018-ci tarixədək olan fəaliyyət dövrü üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyəti növbədənkənar səyyar vergi yoxlaması aparılmaqla yoxlanılmışdır. Yoxlamanın nəticələri 04.11.2019-cu il tarixli **********174395 saylı aktla rəsmiləşdirilmişdir. Hazırkı yoxlama ilə cəmiyyətin 2012-ci ilin mart ayından 2013-cü ilin mart ayınadək olan, 2013-cü ilin mart ayından 2014-ci ilin mart ayınadək olan və 2014-cü ilin mart ayından 2015-ci ilin mart ayınadək fəaliyyət dövrü təkrar yoxlanılmış və kənarlaşma aşkar edilməmişdir. Odur ki, Vergi Məcəlləsinin 49-011, 49.1-ci və 49.1,4cu maddələrinə əsasən 31.07.2013-cü il tarixli **********683689 saylı, 30.05.2014-ü il tarixli **********763467 saylı və 15.05.2015-ci il tarixli **********900653 saylı "Vergi ödəyicisiııin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarlar qüvvədə saxlanılmalıdır. Yoxlamanın gedişində vergi ödəyicisiııin fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayonu, Şahqaya yatağının cənubu ünvanında yerləşən daş karxanasında hasil edilmiş mişardaşlarının həcminin müəyyən edilməsi məqsədi ilə 11.01.2019-cu il tarixli **********173967 saylı “Mütəxəssisin dəvət edilməsi haqqında” və mişar daşın bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə 11.01.2019-cu il tarixli **********173966 isə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyindən mütəxəssis və ekspert dəvət edilmişdir. Mütəxəssis tərəfindən hesablamalar istehsalda istifadə edilmiş elektrik enerjisinin həcminə görə aparılmışdır. Eyni zamanda 24.06.2012-ci il tarixli "Torpaq sahəsinin razılaşma haqqında" müqaviləyə əsasən 3,0 hektar torpaq sahəsini X7 27 il müddətinə götürülməsinə baxmayaraq ödəmə mənbəyində tutulan vergilər hesablanmamışdır. Bu səbəbdən 23.07.2019-cu il tarixli **********187382 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında" Qərar təyin edilərək icarəyə götürülmüş torpaq sahəsinin real bazar qiymətinin müəyyənləşdirilmişdir. Yoxlanılan dövrdə 01.03.201531.08.2018-ci il üzrə mütəxəssis və ekspert rəylərinə əsasən sahibkar tərəfindən sadələşdirilmiş verginin 517.21 manat, mədən vergisinin 25025,54 manat, gəlir vergisinin 4103.88 manat, əlavə dəyər vergisinin 18865.06 manat, ödəmə mənbəyində tutulan vergisinin 5880,0 manat yayındırılması müəyyən edilmişdir. Buna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci madəsinə əsasən yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 27212,34 manat məbləğində maliyyə sanksiyyası tətbiq edilməsi təklif olunur. Bundan başqa, yoxlanılan dövrdə vergi bəyannamələrin və arayışların əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 1440,0 manat və Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyieisinə vaxtında ödənilməmiş 1061,37 manat ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası yəni 530.7 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Lakin, Vergi Məcəlləsinin 85.4cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisiııin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyin zamanda, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasan vergi qanunvericiliyinin pozulması anından 3 il keçmişdirsə, saxs həmin qanunvericiliklə bağlı hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bununla yoxlanılan dövrdə yəni 01.01.2016-31.08.2018-ci il üzrə üzrə mütəxəssis və ekspert rəylərinə əsasən sahibkar tərəfindən mədən vergisinin 23306,82 manat, gəlir vergisinin 3158.25 manat, əlavə dəyər vergisinin 13758.66 manat, ödəmə mənbəyində tutulan vergisinin 4200,0 manat yayındırılması müəyyən edilmişdir. Buna görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci madəsinə əsasan yayındırılmış vergi məbləğinin Vergi Məcəlləsinin 56.1-ci maddəsini nəzərə alaraq 50 faizi miqdarında, yəni 15283,26 manat məbləğində maliyyə sanksiyyası tətbiq edilməsi təklif olunur. Bundan başqa, yoxlanılan dövrdə vergi bəyannamələrin və arayışların əsas olmadan müəyyən edilmiş müddətdə təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 280,0 unat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Vergi ödəyicisinin öziinii müdafiəsi üçün gətirdiyi dəlillər və digər sənədlər: Vergi ödəyicisi vergi orqanına ünvanladığı 30.07.2019-cu il tarixli **********663700 nömrəli şikayət məktubunda 03.04.2015-ci il tarixli və 10.04.2014-cü il tarixli səyyar vergi yoxlaması keçirilməsi barədə qərarlara əsasən qəbul edilmiş VMCQ-nın ləğv edilməsini xahiş etmişdir. Ərizəyə cavab olaraq 05.08.2019-cu il tarixli **********325200 nömrəli cavab məktubunda Vergi Məcəlləsinin 49.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 38.3-cii maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara niinasibəldə bu Məcəllənin 49.1.4-cü-49.1.6-cı maddələrinin müddəalarının tətbiq edilmədiyi, buna əsasən Vergi Məcəlləsinin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsasla yenidən növbədənkənar səyyar vergi yoxlaması təyin olunduqda, əvvəlki yoxlamanın nəticəsi üzrə qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilmədiyi və növbədənkənar səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi, əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanıldığı və yeni qərarın qəbul edilməsi barədə qərarlardan birinin çıxarıldığı bildirilmişdir. Bundan başqa, 30.07.2019-cu il tarixli **********651600 nömrəli digər şikayət ərizəsində ödəyici ekspertizanın təyin edilməsi barədə qərarın 23.07.2019-cu il tarixdə qəbul olunduğunu, lakin, ekspert və mütəxəssis rəylərinin 18.06.2019-cu il tarixdə tərtib edildiyini bildirmişdir. Həmçinin, ekspert rəyində ümumi istehsal həcminin 27774.633 ədəd göstərildiyini və 25 %, yəni, 1499829,92 ədəd itki tətbiq edildiyini, başlanmış cinayət işi üzrə Qaradağ rayon məhkəməsinin qərarına əsasən itkilərin müəyyən edilməsi ilə əlaqədar ekspertizanın təyin edildiyini, 11054 saylı məhkəmə ekspertiza rəyində hasilatdan itki faizinin 78% müəyyən edildiyini bildirmiş, ekspert rəyinin ləğv edilməsini və yeni ekspertizanın təyin edilməsini xahiş etmişdir. Bununla bağlı ərizəyə cavab olaraq 08.08.2019-cu il tarixli **********929200 nömrəli vergi orqanının cavab məktubunda 23.07.2019-cu il tarixli '‘Ekspertizanın təyin edilməsi haqqında” qərar üzrə rəyin 26.07.2019-cu tarixdə, 11.01.2019-cu il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar üzrə rəyin 18.06.2019-cu il tarixdə təqdim edildiyi bildirilmişdir. Ekspert rəyləri əsaslı olduğundan onların ləğv edilməsinə və yeni ekspertizanın təyin edilməsinə zərurət yaranmamışdır. Həmçinin, Qaradağ rayon məhkəməsinə sorğu göndərilmiş, məhkəmənin 07.08.2019-cu il tarixli cavab məktubunda cinayət iş üzrə sonuncu dəfə 09.07.2019-cu il tarixdə əlavə kompleks məhkəmə-yer quruluşu, mühəndis-tikinti-texniki, bioloji-torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizasının təyin edilərək rəy verilməsi üçün cinayət işinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi, iş üzrə məhkəmənin yekun qərarının qəbul edilmədiyi bildirilmişdir. Qərar üzrə vergi ödəycisinə maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İşin birinci instansiya icraatı materiallarından müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən aparılan yoxlama dövründə vergi ödəyicisinin fəaliyyət göstərdiyi Bakı şəhəri Qaradağ rayonu, Şahqaya yatağının cənubu ünvanında yerləşən daş karxanasında hasil edilmiş mişar daşlarının həcminin müəyyən edilməsi məqsədi ilə 11.01.2019-cu il tarixli **********173967 saylı “Mütəxəssisin dəvət edilməsi haqqında” və mişardaşının bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının "Azərekspertiza" Birliyindən mütəxəssis və ekspert dəvət edilmişdir. Sözügedən ekspert rəyinə əsasən 01.01.2013 - cü il tarixdən 31.08.2018 - ci il tarixədək olan dövr üçün istehsal edlmiş mişardaşı məhsullarının real orta bazar qiyməti neçəyə olması barədə sualına cavab olaraq ekspert aparılmış tədqiqat zamanı fiziki şəxs X9 məxsus daş karxanasında 01.01.2013 - cü il tarixdən 31.08.2018 - ci il tarixədək olan dövrdə istehsal edilmiş mişar daşının real satış qiymətinin karxanadan 0.25 AZN müəyyən edilmişdir. İş materiallarlnda olan 11.01.2019-cu il tarixli **********173967 saylı saylı Qərardan görünür ki, ekspert qarşısında qoyulan sual 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olan dövrdə istehsal olunmuş daşın miqdarını təyin edilməsi barədə olmuşdur. Tədqiqat zamanı 01.01.2013-cü il tarixdən 31.08.2018-ci il tarixədək olan dövrdə iddiaçının istismarında olan daş karxanasında ******* ədəd mişar daşının istehsal olunuğu müəyyən edilmişdir. Həmçinin 1(002)-106/2019 saylı mülki iş üzrə məhkəmə mühəndis texniki, biolojitorpaqşünaslıq və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspert qarşısında Qaradağ rayonu «Şahqaya» əhəngdaşı yatağında yerləşən daş karxanasında fərdi sahibkar X8 fəaliyyət göstərdiyi 25 iyul 2017-ci il tarixdən - 21 avqust 2018-ci il tarixədək olan dövr ərzində nə qədər elektrik enerjisi sərfiyyatı olduğu və istifadə edilmiş enerji sərfiyyatı nəzərə alınmaqla, bir ədəd DKM- SM-89 markalı daşkəsən kombayn və bir ədəd NKM-2U markalı şınmaçan maşın vasitəsilə hasil edilən əhəngdaşının hecmi nə qədər təşkil etdiyi, Qaradağ rayonu «Şahqaya» əhəngdaşı yatağında yerləşən daş karxanasında fərdi sahibkar X8 fəaliyyət göstərdiyi 25 iyul 2017-ci il tarixdən - 21 avqust 2018-ci il tarixədək olan dövr ərzində sərf edilmiş şlektrik enerjisi sərfiyyatı nəzərə alınmaqla, bir ədəd DKM-SM-89 markalı daşkəsən kombayn və bir ədəd NKM-2U markalı şırımaçan maşın vasitəsilə 9600 kub,metr əhəngdaşı hasil etməyin mümkün olub-olmaması, hasil edilmiş bir kubmetr əhəngaşının dəyərinin 7,7 manat nəzərə alınmaqla qanunsuz hasil edilmiş əhəngdaşına görə təbiətə dəyən ziyanın məbləğinin nə qədər təşkil etdiyi, Qaradağ rayonu «Şahqaya» əhəngdaşı yatağında yerləşən daş karxanasında fərdi sahibkar X8 fəaliyyət göstərdiyi 25 iyul 2017-ci il tarixdən - 21 avqust 2018-ci il tarixədək olan dövr ərzində onun adına ayrılmış əhəngdaşı yatağının hüdudları daxilində faydalı qazıntı məqsədi ilə istehsal edilmiş əhəngdaşına (mişardaşına) görə təbiətə nə qədər ziyan dəyib-dəyməməsi barədə suallar qoyulmuşdur. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Birinci və ikinci suallar üzrə 22 may 2019-cu il tarixdə keçirilmiş baxış zamanı Qaradağ rayonu «Şahqaya» əhəngdaşı yatağında yerləşən daş karxanasında fiziki şəxs X5 fəaliyyət göstərildiyi əhəngdaşı karxanasının elektrik təchizatı dayandırıldığından, həmin karxanada istifadə olunan DKM-SM-89 markalı daşkəsən və NKM-2U markalı şırırnaçan maşınların vasitəsilə bir saatlıq mişardaşın kəsilməsi ilə əhəndaşin (eləcə də mişardaşın) hasil olunan və buna sərf olunmuş elektrik enerjisinin miqdarını ölçmək mümkün olmadığına görə, qoyulmuş suallar üzrə tədqiqatın aparılmasının mümkün olmadığı, digər suallar üzrə daş karxanasının 2012-ci il üçün dağmədən işlərin inkişaf planı»na əsasən daş karxanasının sənaye, yəni istehsalat zamanı (fəaliyyət nəticəsində yerin təkindən çıxarılacaq faydalı qazıntı ehtiyatlarının) çıxarılmış əhəngdaşının 22% təşkil etdiyi, yəni 78% isə ümumi itkilərin olması (ümumi itkilər ibarətdir: 60% istismar itikisi, 13% texnoloji itkisi və 5% bortlarda layihə üzrə itkilərdən) nəzərə aldıqda, X8 fəaliyyət göstərdiyi 25 iyul 2017-ci il tarixdən - 21 avqust 2018-ci il tarixədək olan dövr ərzində onun adına ayrılmış əhəngdaşı yatağının hüdudları daxilində faydalı qazıntı məqsədi ilə istehsal edilmiş əhəngdaşına (mişardaşma) görə təbiətə deymiş ziyanı, ümumi dağ kütləsinin (süxurun) 9600,0 m3-nin 22%-i 2112 m3 təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən ekspert rəyləri arasında olan ziddiyyətləri aradan qaldırmaq üçün, eyni zamanda eyni mahiyyətli mübahisələrlə əlaqədar məhkəmə təcrübəsi formalaşdığından və ona əsasən məhkəmə ekspertizasının keçirilməsi yolu ilə daş karxanalarında istehsalın həcminin müəyyənləşdirilməsini nəzərə alaraq, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmənin 2-1(103)-1695/2021 saylı, 04.10.2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə kompleks məhkəmə mühəndis-texniki, məhkəmə-mühasibatlıq, və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Məhkəmənin qərardadı ilə “araşdırılması üçün məhkəmə mühəndis-texniki ekspertizası qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağında yerləşən daş karxanasında fərdi sahibkar X5 fəaliyyət göstərdiyi 01.01.2013-cü il tarixdən- 31 avqust 2018-ci il tarixədək olan dövr ərzində nə qədər elektrik enerjisi sərfiyyatı olmuşdur və istifadə edilmiş enerji sərfiyyatı nəzərə alınmaqla, bir ədəd DKM-SM-89 markalı daşkəsən kombayn və bir ədəd NKM-2U markalı şırımaçan maşın vasitəsilə hasil edilən əhəngdaşının həcmi nə qədər təşkil edir? - Bakı şəhəri Qaradağ rayonu, Şahqaya yatağının cənubu ünvanında yerləşən fiziki şəxs X5 istismarında olan daş karxanasında 01.01.2013-cü il taixdən 31.08.2018-ci il tarixədək olan dövrdə istehsal olunmuş mişar daşının miqdarının təyin edilməsi. Araşdırılması üçün məhkəmə-mühasibatlıq ekspertizası qarşısında aşağıdakı sual qoyulmuşdur: - Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağında yerləşən daş karxanasında fərdi sahibkar X5 fəaliyyət göstərdiyi 01.01.2013-cü il tarixdən- 31 avqust 2018-ci il tarixədək olan dövr ərzində onun adına ayrılmış əhəngdaşı yatağının hüdudları daxilində faydalı qazıntı məqsədilə istehsal edilmiş əhəngdaşının (mişardaşının) dəyəri nə qədər təşkil edir? - Fərdi sahibkar X5 yoxlama dövrünü əhatə edən illərdə gəliri nə qədər təşkil etmişdir (hər il üzrə gəlir ayrı-ayrılıqda) ? -Gəlirin əldə edilməsi ilə bağlı xərclər vergi ödəyicisinin fəaliyyəti ilə bağlı olan sənədlərdə öz təsdiqini tapırmı? - Əgər gəlirin əldə edilməsi ilə bağlı iddiaçının hər hansı xərci iş materiallarında olan sənədlərdə öz təsdiqin tapırsa, həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması iddiaçının tətbiq etdiyi kassa və hesablama metodunun tələblərinə uyğundurmu? - Səyyar vergi yoxlaması nəticəsində çıxarılmış 13 dekabr 2019-cu il tarixli qərarda göstərilən mədən vergisinin 23306,82 manat, əlavə dəyər vergisinin 13791,61 manat, gəlir vergisinin 3158,25 manat ödəmə mənbəyində tutulan verginin 4200 manat azaldılması müəyyən edilmişdirmi? Araşdırılması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası qarşısında aşağıdakı sual qoyulmuşdur: - Qaradağ rayonu “Şahqaya” əhəngdaşı yatağında yerləşən daş karxanasında fərdi sahibkar X5 fəaliyyət göstərdiyi 01.01.2013-cü il tarixdən- 31 avqust 2018-ci il tarixədək olan dövrdə istehsal olunmuş mişar daşının real orta bazar qiymətinin müəyyən edilməsi.” Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 20.12.2021-ci il tarixli, 10/6009 saylı məlumatı ilə ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məlumatda qeyd edilmişdir ki, “2-1(103)-1695/2021 №-li iş üzrə 04.10.2021-ci il tarixdə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: - 15.11.2021-ci il tarixli ekspert vəsatəti ilə xahiş edilmiş iddiaçı X5 istifadəsində olmuş daş karxanası 17 dekabr 2021-ci il tarixdə baxış keçirilərkən həmin karxananın fəaliyyətinin dayandığı, daş kəsən maşınların götürüldüyünü və elektrik enerji təchizatının dayandırıldığından eksperimentin keçirilməsi və bununla qoyulmuş sualların cavablandırılmasının mümkün olmaması.” Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 27.12.2021-ci il tarixli, 9/8173-9/8275 saylı məlumatı ilə ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Məlumatda qeyd edilmişdir ki, “2-1(103)-1695/2021 №-li iş üzrə 04.10.2021-ci il tarixdə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Məhkəmə-mühasibatlıq eksperti qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə 22.11.2021-ci il tarixli vəsatət göndərilmiş, həmin vəsatətdə X5 fəaliyyəti üzrə hesablanmış vergilərə dair ilkin mühasibat sənədləri (qaimə fakturalar, VHF-lər, kassa mədaxil-məxaric orderləri,ödəniş sənədləri), alışa-satışa dair mühasibatlıq sənədləri, gəlirin əldə edilməsi ilə bağlı xərc sənədləri, bank hesabından çıxarış və s. təqdim edilməsi xahiş edilmişdir. Lakin bir aydan artıq müddət keçməsinə baxmayaraq həmin vəsatət hal-hazıradək təmin edilməmişdir.” Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə tərəfindən cavabdehə məktub ünvanlanaraq, iddiaçı X5 iddia tələbi üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin 22.11.2021-ci il tarixli vəsatətində qeyd olunan sənədlərin təqdim edilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 06.01.2022-ci il tarixli, **********141200 №-li məktubda qeyd edilmişdir ki, “iddiaçı X5 (VÖEN **********) sahibkarlıq fəaliyyəti üzrə həyata keçirilən səyyar vergi yoxlaması zamanı X11 tərəfindən yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər təqdim edilməmiş və bu barədə X5 etibarnamə üzrə nümayəndəsi Rahim Əlizadənin iştirakı ilə 27.02.2019-cu il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Akt tərtib edilmişdir. (Akt əlavə olunur) Vəsatətdə qeyd edilən və Dövlət Vergi Xidmətinin məlumat bazasından əldə olunan sənədlər VHF (alış və satışa dair) 13 (on üç) vərəq, Elektron qaimə-fakturalar (alış və satışa dair) və 5 (beş) vərəq, Bank hesabından çıxarış 26 (iyirmi altı) vərəq sənədlər, Sizə təqdim edilmişdir. Göründüyü kimi işin hazırkı apellyasiya icraatı zamanı təyin edilmiş kompleks məhkəmə ekspertizası icra edilməmiş və müvafiq ekspertiza rəyləri məhkəməyə daxil olmamışdır. Lakin iş materiallarında olan MEM-in 27 may 2019-cu il tarixli 11054 saylı ekspert rəyindən müəyyən edilir ki, 78% itki açılış (hazırlıq) işləri zamanı olmuşdur, bu da istehsal zamanı real itki ilə kəskin fərq təşkil edə bilər. Rəydən görünür ki, X19 yataqının cənub sahəsində fəaliyyət göstərən fiziki şəxs X5 daş karxanasının sənaye, yəni istehsalat zamanı çıxarılmış əhəng daşı 22 faiz təşkil edir, qalan 78 faiz isə ümümi itkilərdən ibarətdir (60 faiz istismar itkisi, 13 faiz texnolojı itki və 5 faiz bortlarda layihə üzrə itki). X5 fəaliyyət göstərdiyi 25 iyul 2017-ci il tarixdən 21 avqust 2018- ci il tarixədək istehal edilmiş əhəng daşının kütləsi iki min yüz kub metri təşkil etmişdir. İş materiallarında olan 26 iyul 2019-ci il tarixli mütəxəssis rəyi icarə haqqı 1 ha 1000 azn ayda qiymətləndirilmiş və vergi organı 14% ödəmə mənbəyindən vergi hesablamış, 18 iyun 2019-cu ik-l tarixli ekspert rəyi ilə daşın bir ədədinin dəyərini 25 qəpik qiymətləndirmişdir. 18.06.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən yoxlayıcı tərəfindən tərtib olumuş 16 yanvar 2019-cu il tarixli ölçmə işi ilə bağlı akta əsasən daşkəsən maşının surəti 60 pm saat olduğu halda, daş karxanasının eni 130 metr olduğuna görə bir gedişə 2 saat 10 dəqiqə vaxt sərf olunduğu müəyyən edilmişdir. Belə olan halda aparılan ekspertiza zamanı daş karxanasının istehsal xüsusiyyətləri nəzərə alınmamış, nəticədə enerji sərfiyyatı 8 saatlıq iş gününə fasiləsiz olaraq hesablanmışdır. Beləliklə hər 2 saat 10 dəqiqədən bir daşkəsən maşının və 24 ədəd relsin (130 m/11=12 ədəd rels x 2 sıra=24) yerinin dəyişdirilməsi zərurəti yarandığını, bu prosesə isə təqribən 1 saat vaxt tələb olunduğunu nəzərə aldıqda, gün ərzində daşkəsən aparatın ən azı 3 saat boşdayanması da mütəxəssis tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda 18.06.2019-cu il tarixli mütəxəssis rəyində 1 m3 kütlədən 72 ədəd mişar daşı istehsal olunduğu göstərilmişdir. Nəzərə alsaq ki, 1 ədəd mişar daşının eni 20 sm, hündürlüyü 20 sm, uzunluğu 40 sm-dir, onda 1 m3 kütlədən 62,5 ədəd mişar daşının (5 ədəd x 5 ədəd x 2,5 ədəd = 62,5 ədəd) çıxdığı müəyyən olunur. Lakin 1 m3 kütlədən 62,5 ədəd mişar daşı çıxdığını nəzərə alsaq mütəxəssis tərəfindən hər kub metr kütlədə 9,5 ədəd mişar daşı artıq göstərlmişdir. Nəticədə ümumilikdə mişar danışının sayı artıq göstərilməklə yoxlayıcı tərəfindən saat dövriyyəsinin şişirdildiyi və eyni zamanda vergilərin (mədən vergisi, ƏDV, gəlir vergisi və sadələşdirilmiş vergi) artıq hesablandığı işin araşdırılan halları ilə sübut edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan əsassız olaraq Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.5-ci maddəsinə istinad edərək məbləğin silinməsinin əsası kimi iddiaçı tərəfindən 5 il ərzində artıq ödənilmiş məbləğin qaytarılması tələb etmədiyini, həmçinin iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin keçməsi səbəbindən ləğv edilməsinin qeyrimümkün olduğunu göstərmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh yoxlanılan dövr ərzində sahibkar tərəfindən mədən vergisinin 23306,82 manat, gəlir vergisinin 3158.25 manat, əlavə dəyər vergisinin 13758.66 manat, ödəmə mənbəyində tutulan verginin 4200,0 manat yayındırılması və buna görə də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci madəsinə əsasan yayındırılmış vergi məbləğinin Vergi Məcəlləsinin 56.1-ci maddəsini nəzərə alaraq 50 faizi miqdarında, yəni 15283,26 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunaraq nəticədə 44.456.68 manat məbləğində azaldılmanın, 44.423.73 manat məbləğində fərqin yaranması əsasında 16.120.45 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi müəyyən edilsə də, qeyd olunan yayındırma hallarını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatı zamanı cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 06.01.2022-ci il tarixli, **********141200 №-li məktubda iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti üzrə həyata keçirilən səyyar vergi yoxlaması zamanı yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilmədiyini və bu barədə X5 etibarnamə üzrə nümayəndəsi Rahim Əlizadənin iştirakı ilə 27.02.2019cu il tarixli “Sənədlərin təqdim olunmasından imtina barədə” Akt tərtib edildiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tətbiq edilmiş maliyyə sanksiyalarını hansı əsaslarla müəyyən edilməsini sübut edən materialları məhkəməyə təqdim edə bilməməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunazidd və əsassız olaraq, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edildiyindən mübahisələndirilən qərar ləğv edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan məhkəmə inzibati işdə olan iki ekspert rəyi arasında olan ziddiyyəti aradan qaldırmaq üçün təkrar ekspertiza təyin etməməsi ilə bağlı qeyd edir ki, işin apellyasiya icraatı zamanı cavabdehin bu dəlili nəzərə alınmış və iş üzrə kompleks məhkəmə ekspertizası təyin edilmişdir. Lakin məhkəməyə daxil olmuş ekspert vəsatətlərindən görünür ki, məhkəmə mühəndis-texniki ekspertizası ilə bağlı karxananın fəaliyyətinin dayandığından, daş kəsən maşınların götürüldüyündən və elektrik enerji təchizatının dayandırıldığından ekspert rəyinin təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə-mühasibat ekspertizasının isə əlavə materialların təqdim olunmadığından aparılması mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən müvafiq ekspertiza təyin ediləcəyi təqdirdə belə iş üzrə ekspert rəyinin təqdim edilməsinin mümkünsüzlüyü sübuta yetirilir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən apellyasiya şikayətində və apellyasiya şikayətində əlavədə dəlil kimi göstərilmiş məhkəmənin fəaliyyət dairəsinə aid olmayan xüsusi bilik tələb olunan sahə üzrə ekspert və mütəxəssisin səlahiyyətlərini öz üzərinə götürərək, mişar daşının ölçüləri və 1 m3 kütlədən istehsal olunan mişar daşının miqdarı barədə gəldiyi nəticənin əsassız olması ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi formal mülahizələrə əsaslanmayaraq, işin faktiki hallarını və iş materiallarını əsas götürərək 18.06.2019-cu il tarixli mütəxəssis rəyində mişar danışının sayının artıq göstərilməsi və saat dövriyyəsinin şişirdildiyi qənaətinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)408/2021 saylı, 22 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)408/2021 saylı, 22 fevral 2021-ci il tarixli dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar