Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1340/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (xx.xx.1947-ci il tarixdə Qazax rayonunun Musaköy kəndində anadan olmuş, ünvan 1 mənzil 14 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-964/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus bağ sahəsinin özəlləşdirilməsi zamanı, saxta sənədlər təqdim etməklə, yalan ifadələr verməklə, süründürməçiliyə yol verərək, özəlləşdirməyə maneələr törədərək, nəticədə ona vurduğu mənəvi zərər müqabilində 2.000.0000 manat, əldən çıxmış fayda üçün 15.000 manat, maddi ziyan kimi 1.060 manat olmaqla, ümumilikdə 2.016.060 manat pul məbləğinin cavabdeh təşkilatdan tutularaq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı il tarixdə “Azneft” İstehsalat Birliyinin tabeliyində olan “26 Bakı Komissarları” adına NQÇİ-nin rəhbərliyinin, Həmkarlar İttifaqı Komitəsinin və Əmək Kollektivinin 10 saylı Protokoluna əsasən, gələcəkdə neft və qaz çıxarılması perspektivliyi olmayan, mədən ərazisindən kənarda, dağətəyi sahədə, Lökbatan Xocahəsən şossesinin qərb hissəsində, Şabandağ ərazisində bağçılıq təsərrüfatı üçün torpaq sahəsi ayrılmışdır. Həmin sahə 1990-cı ildən 2000-ci il tarixədək Neft Şirkəti tərəfindən öz işçilərinə paylanmışdır. O, isə torpaq sahəsini 1996-cı ildə əldə etmişdir. Beləliklə də, ona məxsus 58 saylı bağ sahəsinin özəlləşdirilməsi üçün, 2010-cu ildə Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. Elə problemlər, süründürməçilik, qanunlara laqeydlik, şəxsiyyətə hörmətsizlik buradan başlamışdır. Belə ki, ilk imtina cavabı: - “bağçılıqbostançılıq üzvlərinin ilkin siyahısında İddiaçı adı aşkar olunmamışdır”. 2-ci imtina cavabı: - “bağ sahəsi sürüşmüşdür, yəni başqa əraziyə düşmüşdür.” 3-cü imtina cavabı: “bağ sahəsi başqa hüquqi şəxsə satılmışdır”. Belə cavablarla neçə illərdirki, süründürməçiliyə yol verməklə, ona mənəvi iztirablar veriblər. Uzun illər boyu bilə-bilə süründürməçiliyə yol verdiyinə görə xx.xx.2019-cu ildə 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ona vurduğu maddi və mənəvi zərərin ödənilməsini tələb etmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin **********03 saylı, xx.xx.2019-cu il tarixli cavab məktubunda cavabdeh məhkəməyə müraciət etdirmiş kimi öz köhnə mülahizələrini təkrarlamaqla kifayətlənmişdir. O, məhkəmə vasitəsi ilə mülkiyyət hüququnu bərpa etməsinə baxmayaraq, cavabdeh yenə yeni fikirlərini təkrarlayır. Eyni zamanda İnzibati Prosessual Məcəlləsinin 81, 90 və 100-cu maddələrini sitat gətirərək, öz hüquqlarından istifadə etdiyini göstərmişdir. Amma nəzərə almamışdır ki, onların hərəkəti hüquqlardan sui istifadədir. Hüquqlardan su-istifadə isə qanunla qadağandır. Cavab məktubunda, eləcə də, məhkəmə çəkişmələri zamanı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 **********0058 saylı, xx.xx.2010-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü verildiyi göstərilmişdir. Həmin plan və ölçü sənədi bəzi yerlərdə son rəqəmi “58”, bəzi sənədlərdə “592 kimi göstərilir, eyni zamanda həmin sənədin əsli və ya surəti məhkəməyə təqdim olunmur. Bu hal süründürməçiliyə yol verildiyinin bariz sübutudur. Digər tərəfdən DTXK-nın torpaq sahəsi vermək hüququ yoxdur. 3-cü isə məhkəməyə təqdim olunan yeganə kadastr planının surətindən görünür ki, saxta sənəd tərtib olunmuş və məhkəməni altdatmaq məqsədi güdülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin onun xeyrinə olan son qərarından sonra, mülki iş icra olunması üçün icra şöbəsinə göndərilmiş, ona rəsmi qəbz verilmişdir ki, xx.xx.2018-ci il tarixdə hazır sənədi götürməlidir. Həmin tarixdə İdarəyə gəlmiş və yeni açılmış hallar üzrə Ali Məhkəmənin Plenumuna əsassız və formal kassasiya şikayəti verdiklərini bildirdilər. Bakı Apellyasiya Məhkəməsi şikayəti yeni açılmış hallar mövcud olmadığında görə əsassız hesab edərək, təmin etmədi. Həmin qərardaddan yenidən kassasiya şikayəti verdilər və kassasiya şikayəti təmin edilmədi. Göründüyü kimi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin rəhbərliyi bilə-bilə, qəsdən süründürməçiliyə yol verərək, hətta məhkəmələrə saxta sənəd təqdim etməkdən belə çəkinməyərək, apellyasiya və kassasiya şikayətlərində, məhkəmə çıxışlarında bilərəkdən yalan ifadələr verməklə, faktiki istifadəsində olan bağ sahəsinin onun adına qanuni yollarla özəlləşdirilməsinə maneəçilik törətmiş, bütün yollara əl ataraq illər uzunu ona mənəvi iztirablar vermişlər. Hesab edir ki, bu neçə ildə ona vurulan maddi və mənəvi ziyan cavabdeh tərəfindən tam olaraq ödənilməlidir. Cavabdeh hətta saxta sənəd təqdim etməkdən çəkinməmişdir. Belə ki, üzərində kimə hansı inzibati orqana və ya hansı təşkilata verilməsi göstərilməyən, guya ləğv edilmiş DTXK tərəfindən tərtib olunmuş, **********0059 nömrəli torpaq sahəsinin planı və ölçüsü olan kadastr planı məhkəməyə rəsmən təqdim edilmişdir. Həmin kadastr planına əsasən Sumqayıt-Lökbatan (dairəvi) şossesi, Xochəsən kəndinin bir hissəsi, Xocahəsən gölü, hətta qəbirstanlığın bir hissəsi guya satılmışdır. Bir sözlə guya Neft Şirkətinə məxsus torpaq sahəsi, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ilk öncə “başqa hüquqi şəxsə”, son anda isə guya H.Əliyev Fonduna satılmışdır. Görəsən doğrudanmı, bir inzibati orqanın balansında olan torpaq sahəsini başqa bir inzibati orqana sata bilər? Sənədlər saxta olduğu üçün mütəxəssis rəy verməkdən, ekspert isə məhkəmə ekspertizasının aparılmasından imtina etmişdir. Belə kobud haqsızlığa görə o, alçalmaya, əsəbiləşməyə, qəzəblənməyə, utanmağa, ümidsizliyə, diskomfort vəziyyətə məruz qalmışdır. Ona məxsus bağ zonasında onlara məlum olmayan mühafizə qrupu fəaliyyət göstərir və bağ sahiblərinin öz ərazilərində hər hansı xırda tikinti və ya hasar çəkilməsinə maneəçilik törədirlər. Göründüyü kimi, əgər 8- 10 il əvvəl o, bağ sahəsində müəyyən işlər görə bilsəydi, bu gün lazımı fayda (gəlir) əldə edə bilərdi. Cavabdeh təşkilat öz vicdansız hərəkətlərini, təqdim etdiyi saxta sənəd və məlumatları məhkəmədə sübuta yetirə bilməmiş və o, məhkəmə qaydasında öz hüquqlarını bərpa edə bilmişdir. Ona görə də, hesab edir ki, yalan dolu məlumatlarla, saxta sənədlərlə, müxtəlif yollara əl atmaqla, uzun müddət süründürməçiliyə yol verdiyi üçün Bakı şəhər Ərazi İdarəsi ona çəkdiyi maddi ziyan, əldən çıxmış gəlirlərlə yanaşı, mənəvi zərərə görə də məsuliyyət daşıyır və tam məbləğdə ödəməlidir. Eyni zamanda bildirir ki, Ərazi İdarəsi “başqa hüquqi şəxsə satılıb” ifadəsini, “H.Əliyev Fonduna verilib” ifadəsi ilə əvəz etməklə, elə bir nüfuzlu təşkilatın adından istifadə edərək, ona da hörmətsizlik etmişdir. Halbuki, onların H.Əliyev Fondunun rəhbərliyi ilə görüşləri zamanı, onlara bildirmişlər ki, H.Əliyev Fondu əhalinin torpağını əlindən almır, əksinə imkan daxilində torpaq paylayır. Əks təqdirdə vacib olan ərazilər üçün üçqat qiymətini ödəyir”. Eyni zamanda nə başqa hüquqi şəxs, nə də H.Əliyev Fondu məsələyə münasibət bildirməmiş və yaxud onların əlindən alınan torpaq sahəsini mübahisələndirməmiş, yaxud məhkəmə aktlarından şikayət verməmişlər. Fikrincə vurulan mənəvi zərər cavabdeh tərəfindən ona ******* (iki milyon) manat məbləğində pul kompensasiyası ödənilməsi zamanı ödəniləcəkdir. Eyni zamanda məhkəmə prosesləri zamanı nümayəndəyə ödədiyi 400 (200+200) manat, vəkilə ödədiyi 500 manat, dövlət rüsumu kimi ödədiyi 60 (30+15+15) manat olmaqla, nəqliyyatdan istifadə üçün 100 manat, əldən çıxmış fayda üçün 15000 manat olmaqla, ümumilikdə 16.060 manat maddi ziyan cavabdeh tərəfindən ona tam məbləğdə ödənilməlidir. xx.xx.2020-ci il tarixdə cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-964/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Novruz Bayramını kənddə qeyd etmək məqsədilə Qazax rayonuna getmiş, xx.xx.2020-ci il tarixli məhkəmə qərarını xx.xx.2020-ci il tarixdə ailə üzvləri almışdır. xx.xx.2020-ci il tarixdə isə COVİD 19 virusu ilə əlaqədar karantin rejimi olduğundan o, rayondan Bakı şəhərinə gələ bilməmişdir. O, ayın 26-da mərhum oğlunun ildönümü olduğundan bu müddətdə kənddə qalmalı olmuşdur. Eyni tarixdə iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-964/2020 nömrəli qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətində göstərməsə də, iddia tələbinin tam təmin edilməsi barədə məhkəmə iclas protokolunda qeyd edilməklə şifahi izahat vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarında onun tərəfindən yazılmış iddia ərizəsi, cavabdehin etiraz ərizəsini və mübahisə zamanı bütün instansiya məhkəmələrinin qərarlarını sadalamaqla kifayətlənmiş və buna görə də öz mülahizəsinə uyğun qərar qəbul etmişdir.Məhkəmə öz qərarında iddiaçı ona mənəvi ziyanın vurulmasını təsdiq edən hər hansı bir sübut təqdim edə bilməmişdir – göstərmişdir. Məhkəmə burada qanunda hüquq mətnlərində şərəf və ləyaqətin alçaldılmasının mövcud olmasını sübut etmək üçün obyektiv, xüsusilə əməliyyat meyarlarını ümumiyyətlə olmamasını nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, uzun müddət neft və qazçıxarma sahəsində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Neft və Qaz Sənayesi işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsində çalışdığını, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğunu, Şair-dramaturq kimi bir neçə kitab müəllifi olduğunu, “Qızıl Qələm” mükafatı, iki dəfə “Səməd Vurğun” mükafatı laureatı olduğunu, sədrlik edənin sualına cavab olaraq, yaşlı olduğunu, uzaq yoldan gəldiyini, torpağın əvvəldən özündə olsa idi, ağac əkərək bar götürə biləcəyini, lakin, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edə biləcəyini bilmədiyindən bu səbəbdən əldən çıxmış faydanın, maddi ziyanın olmasını təsdiq edən hər hansı sənədi saxlamadığını, qeyd etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-964/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-2767/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(102)-405/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarlarından müəyyən edilir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “Şabandağ” bağçılıq-bostançılıq təsərrüfatı tərəfindən iddiaçıya verilmiş 1200 kv.m sahəsi olan 58 saylı bağ sahəsinin rəsmiləşdirilərək qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2-1(81)-1069/2016 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2-1(103)-25/2017 saylı qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli, 2-1(102)-1549/2017 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək, İddiaçı “Şabandağ” bağçılıq-bostançılıq təsərrüfatı tərəfindən verilmiş 1200 kv.m sahəsi olan, 58 saylı bağ sahəsinin onun adına rəsmiləşdirilərək, həmin bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona plan və ölçü tərtib edilməklə, çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1055/2018 saylı, xx xxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(103)-2767/2017 saylı qərardadı ilə (sədrlik edən C.A.Yusifov, hakimlər V.M.Ağayev və A.B.Nuriyeva) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərardadından cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və onun vəkili Bağırov Ziya Bayram oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-405/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli,2-1(103)-2767/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, sahəsi 0.12 ha olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Şabandağ” b/y-nin 58 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş A seriyalı, 382203 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Şabandağ” b/y-nın 58 saylı bağ sahəsinə dair İddiaçı adına torpaq sahəsinin plan-ölçüsü verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ərizəsinə dair yazılı etirazı iddiaçıya ünvanlanmış imtina məktubu ilə oxşar məzmunda tərtib edilmiş və qeyd edilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarə tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, iddiaçıya maddi və mənəvi ziyan vurulmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)- 2767/2017 saylı qərarı icra üçün daxil olmuş, icra olunaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Şabandağ” bağçılıq yoldaşlığının 58 saylı bağ sahəsi üzərində İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati məhkəmə icraatının iştirakçıları Azərbaycan Respublikasının inzibati məhkəmələri tərəfindən qəbul olunmuş qərar və qərardadlardan apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından Ali Məhkəmənin inzibati kollegiyasına şikayət verə bilər. Həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Bu baxımdan da, 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəallarına əsasən öz prosessual hüquqlarından istifadə etmişdir. Eləcə də, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Hüquqların dövlət qeydiyyatı ilə bağlı müraciəti ilə əlaqədar aparılan araşdırmalar nəticəsində İdarənin arxivində olan bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş ilkin siyahısında İddiaçı adı aşkar olunmadığı, təqdim olunmuş protokoldan çıxarışda bağ nömrəsi qeyd olunmadığı, həmçinin, müvafiq torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin tam aparılmadığı məlum olmuşdur. Sonradan müvafiq ünvanda təkrar yoxlama-ölçü işləri aparılarkən müəyyən edilmişdir ki, İdarənin elektron baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olan və Bakı şəhər İcra Hakimiyyətinin 330 nömrəli, xx.xx.2003-cü il tarixli Sərəncamına əsasən Universitet binasının tikintisi məqsədilə X5 ayrılmış ərazinin hüdudları daxilində yerləşir və həmin ərazidə yerləşən ümumi torpaq sahəsinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 **********0058 saylı, xx.xx.2010-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” verilmişdir. Məhz, qeyd edilən səbəblərdən ərizənin icrası mümkün olmamış, qanunamüvafiq qaydada hüquqların dövlət qeydiyyatından imtina məktubları ünvanlanmışdır. Həmçinin iddiaçı maddi ziyanla bağlı tələbə dair qeyd edirlər ki, ərizəyə nümayəndəyə, vəkilə, nəqliyyatdan istifadə üçün ödənilmiş məbləğləri təsdiq edən hər hansı sübut (qəbz, arayış və .s) əlavə edilməmişdir. Habelə tələbin mənəvi ziyanla bağlı hissəsinə dair bildirirlər ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmaqla, zərərvuran şəxsin təqsiri müəyən edilmiş olsun. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. İddiaçının ərizədə maddi və mənəvi ziyan olaraq göstərilən məbləğin ödənilməsinə dair tələbi tamamilə əsassızdır və hər hansı qanunvericilik norması ilə əsaslandırılmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə iddiaçıya **********03 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubu ünvanlanmışdır. Bundan əlavə, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2-1(81)-1069/2016 saylı qərarı ilə İddiaçı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli, 2-1(03)-25/2017 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2-1(81)-1069/2016 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2017-ci il tarixli, 2-1(102)-1549/2017 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2- 1(103)-2767/2017 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2016-cı il tarixli, 2-1(81)-1069/2016 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək İddiaçı “Şabandağ” bağçılıqbostançılıq təsərrüfatı tərəfindən verilmiş 1200 kv.m sahəsi olan 58 saylı bağ sahəsinin onun adına rəsmiləşdirilərək, həmin bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə ona (plan və ölçü tərtib edilməklə) çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2018-ci il tarixli, 2-1(102)-1055/2018 saylı qərarı ilə cavabdeh İdarənin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2-1(103)-2767/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2- 1(103)-2767/2017 saylı qərarından cavabdeh İdarə tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə və məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(103)- 2767/2017 saylı qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-405/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2-1(103)-2767/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının “maddi və mənəvi ziyan tələbinə dair” iddia tələbi tamamilə əsassızdır və hər hansı qanunvericilik norması ilə düzgün əsaslandırılmamışdır. Bununla bağlı İdarə tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilməmiş və İdarə tərəfindən iddiaçıya hər hansı maddi və mənəvi ziyan vurulmamışdır. Qeyd olunanlara əsasən İddiaçı İdarəyə qarşı “maddi və mənəvi ziyan tələbinə dair” iddiasının təmin edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur . «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X2 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X4 məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X2 haqqında Konvensiya»nın müddəaları və X4 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hazırkı iş üzrə iddiaçının tələbi cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərər müqabilində 2.000.0000 manat, əldən çıxmış fayda üçün 15.000 manat, maddi ziyan kimi 1.060 manat olmaqla, ümumilikdə 2.016.060 manat pul məbləğinin cavabdeh təşkilatdan tutularaq onun xeyrinə ödənilməsidir. İddiaçı hazırkı tələblə həm mənəvi zərərinin, həm də maddi ziyanın cavabdeh orqandan tutulmasını tələb edir. Məhkəmə kollegiyası mənəvi zərərlə bağlı qeyd edir ki, iddiaçı cavabdehdən mənəvi zərərin tutulmasını tələb etsə də, cavabdeh orqanın hazırkı iş üzrə təqsiri müəyyən edilməmiş, iddiaçının ona zərər vurduğunu iddia etdiyi hərəkətləri qanunvericiliyin pozulması şəklində həyata keçirilməmişdir. İddiaçı həmçinin mənəvi zərərin hansı meyarlar əsasında hesablandığını və cavabdehin hərəkətləri nəticəsində onun mənəvi sarsıntı, iztirab keçirərək sağlamlığında hansı mənfi halların meydana gəldiyini əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası maddi ziyanla bağlı qeyd edir ki, iddiaçı əldən çıxmış fayda üçün 15.000 manat, maddi ziyan kimi 1.060 manat olmaqla, ümumilikdə 2.016.060 manat pul məbləğinin cavabdeh təşkilatdan tutularaq onun xeyrinə ödənilməsini tələb etsə də, həmin məbləğlərin tərəfindən ödənildiyini təsdiq edən hər hansı sübut (qəbz, arayış, müqavilə və s.) məhkəməyə sübut qismində təqdim edilməmişdir. Bu səbəbdən də, iddia həmin hissədə də haqlı olaraq əsassız hesab edilərək təmin edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-964/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-964/2020 nömrəli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-1340/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1340/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver