Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1340/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10817/2022 saylı 04 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. NZ seriyalı ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletdən görünür ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1980-ci il tarixli əmək kitabçasından görünür ki, o, xx.xx.1980-ci ildə (əmr № 368/k, xx.xx.1980-ci il) “Leninneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) İstehsalatın avtomatlaşdırılması sexinə elektrik avadanlıqlarının xidməti üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1980-ci ildə (əmr № 475/k, xx.xx.1980-ci il) Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1980-ci ildə (əmr № 498/k, xx.xx.1980-ci il) yenidən “Leninneft” NQÇİ-nin İstehsalatın avtomatlaşdırılması sexinə elektrik avadanlıqlarının xidməti üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1981-ci ildə (əmr № 163/k, xx.xx.1981-ci il) Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə (əmr № 287/k, xx.xx.1983-cü il) “Leninneft” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmir sexinin 4-cü sahəsinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. xx.xx.1989-cu ildə (əmr № 253/k, xx.xx.1989-cu il) həmin sexin xüsusi texnika qrupuna mexanik vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 173 saylı qərarı və “Azneft” İB- nin xx.xx.1992-ci il tarixli 111 nömrəli əmrinə əsasən “Leninneft” NQÇİ "Balaxanı neft” NQÇİ adlandırılmışdır. xx.xx.1992-ci ildə (əmr № 161/k, xx.xx.1992ci il) Quyuların yeraltı təmir sexinin xüsusi texnika qrupuna mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə (əmr № 178, xx.xx.1993-cü il) həmin sexin xüsusi texnikanın təmiri və xidməti üzrə qrupuna mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə (əmr-qərar № 336, xx.xx.1994-cü il) 9-cu dərəcə verilmişdir. xx.xx.1996-cı ildə (əmr № 39, xx.xx.1996-cı il) Quyuların yeraltı təmir sexi Quyuların əsaslı və yeraltı təmir sexi adlandırılmışdır. xx.xx.1996-cı ildə (əmr № 572/k, xx.xx.1996-cı il) həmin sexin 2 №-li sahəsinə 10-cu dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə (əmr №739,xx.xx.1996-cı il) həmin sexin xüsusi texnikanın təmiri və xidməti üzrə qrupuna 10cu dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2006-cı ildə (əmr № 353/k, xx.xx.2005ci il) Quyuların yeraltı təmiri sexinə 10-cu dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2006-cı ildə (əmr № 740,xx.xx.2006-cı il) 11-ci dərəcə verilmişdir. xx.xx.2007-ci ildə (əmr № 249/k, xx.xx.2007-ci il) Xüsusi texnika sexinə 11-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu ildə (əmr № 437/k, xx.xx.2009-cu il) həmin sexdə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci ildə (əmr № 935-k, xx.xx.2011-ci il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. xx.xx.2012-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər “X4 LTD” şirkətində xüsusi texnika sahəsində mühəndis (xx.xx.2012-ci il tarixli K10/1316 №-li əmr) işləyir. SOCAR-ın xx.xx.2021-ci il tarixli arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1980-ci ildə (əmr № 368/k, xx.xx.1980-ci il) “Leninneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) İstehsalatın avtomatlaşdırılması sexinə elektrik avadanlıqlarının xidməti üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1980-ci ildə (əmr № 475/k, xx.xx.1980-ci il) Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1980-ci ildə (əmr № 498/k, xx.xx.1980-ci il) yenidən “Leninneft” NQÇİ-nin İstehsalatın avtomatlaşdırılması sexinə elektrik avadanlıqlarının xidməti üzrə 2-ci dərəcəli elektrik montyoru peşəsinə işə qəbul edilmişdir. xx.xx.1981-ci ildə (əmr № 163/k, xx.xx.1981-ci il) Sovet Ordu sıralarına çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1983-cü ildə (əmr № 287/k, xx.xx.1983-cü il) “Leninneft” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmir sexinin 4-cü sahəsinə quyuların yeraltı təmiri üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. xx.xx.1989-cu ildə (əmr № 253/k, xx.xx.1989-cu il) həmin sexin xüsusi texnika qrupuna mexanik vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 173 saylı qərarı və “Azneft” İB- nin xx.xx.1992-ci il tarixli 111 nömrəli əmrinə əsasən “Leninneft” NQÇİ "Balaxanıneft” NQÇİ adlandırılmışdır. xx.xx.1992-ci ildə (əmr № 161/k, xx.xx.1992ci il) Quyuların yeraltı təmir sexinin xüsusi texnika qrupuna mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1993-cü ildə (əmr № 178, xx.xx.1993-cü il) həmin sexin xüsusi texnikanın təmiri və xidməti üzrə qrupuna mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə (əmr-qərar № 336, xx.xx.1994-cü il) 9-cu dərəcə verilmişdir. xx.xx.1996-cı ildə (əmr № 39, xx.xx.1996-cı il) Quyuların yeraltı təmir sexi Quyuların əsaslı və yeraltı təmir sexi adlandırılmışdır. xx.xx.1996-cı ildə (əmr № 572/k, xx.xx.1996-cı il) həmin sexin 2 №-li sahəsinə 10-cu dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1996-cı ildə (əmr №739, xx.xx.1996-cı il) həmin sexin xüsusi texnikanın təmiri və xidməti üzrə qrupuna 10-cu dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2006-cı ildə (əmr № 353/k, xx.xx.2005-ci il) Quyuların yeraltı təmiri sexinə 10-cu dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2006cı ildə (əmr № 740,xx.xx.2006-cı il) 11-ci dərəcə verilmişdir. xx.xx.2007-ci ildə (əmr № 249/k, xx.xx.2007-ci il) Xüsusi texnika sexinə 11-ci dərəcəli mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.2009-cu ildə (əmr № 437/k, xx.xx.2009-cu il) həmin sexdə 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2011-ci ildə (əmr № 935-k, xx.xx.2011 -ci il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur.” Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin 350 saylı xx.xx.2021-ci il tarixli arayışı ilə bildirilmişdir ki, İnəkboğan kənd X7 Təsərrüfatbaşına kitablarında iddiaçının məşğuliyyəti aşağıdakı qaydadır: 1. İllər: 1977, 1978, 1979; kolxozçu, 2. İllər: 1980, 1981, 1982 - fəhlə peşələrində işləmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy Rayon Dövlət X1 37/c-299 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhər Bakıxanov qəsəbə sakini İddiaçı ondan ötəri ki, həqiqətən 05. 07.1995-ci ildə Gədəbəy rayon İnəkboğan kəndinin sabiq “Frunze” adına kolxozun idarə binasında yanğın hadisəsi baş vermişdir. Yanğın zamanı bina, binada olan əşyalar və sənədlər yanıb məhv olmuşdur. Əsas: Gədəbəy rayon İnəkboğan kəndi İƏV-nin 11 iyun 2002-ci il tarixli aktı. “X4 LTD” şirkətinin 02/41 saylı xx.xx.2021-ci il tarixli aryışından görünür ki, iddiaçı xx.xx.1983-cü ildən xx.xx.1989-cü ilədək “Leninneft” Neft və qazçıxarma idarəsinin Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə operator; xx.xx.1989cu ildən xx.xx.2007-ci ilədək Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı və əsaslı təmiri işlərində mexanik vəzifəsində işləyib. Əsas: T-2 şəxsi vərəqəsi. Qeyd: Quyuların yeraltı təmiri üzrə operator peşəsi, mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli 320 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 10-cu bölməsinin “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2”a” və “b” bəndlərinə əsasən, güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir. “X4 LTD” şirkətinin 02/19 saylı xx.xx.2022-ci il tarixli aryışından görünür ki, “X4 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının Xüsusi texnika sexinin mühəndisi İddiaçı qeyd edilmiş peşədə, vəzifədə işləmişdir: xx.xx.1983-cü ildən xx.xx.1989-cü ilədək “Leninneft” Neft və qazçıxarma idarəsinin Quyuları əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə operator peşəsində işləyib. xx.xx.1989-cu ildən xx.xx.2007-ci ilədək Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı və əsaslı təmiri işlərində mexanik vəzifəsində işləyib. Əsas: T-2 şəxsi vərəqəsi. Qeyd: Bu peşə və vəzifə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatlarının, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” ”10.2”a” və “b” bəndlərinə əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Azərbaycan Respublikası Nəzirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının” 12-ci bölməsinin “Qazma, neftin, qazm və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” 2-ci hissəsinin (********) - “Neft-qaz və qaz kondensatının hasilatı” “a” və “b” bəndlərində quyuların yeraltı təmiri üzrə operator peşəsi 2130200a-15870, mexanik vəzifəsi 2130200b- 23485 (neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, laylarının neft verməsinin yüksəldilməsi üzrə işlərində məşğul olan mexaniklər) kodu ilə göstərilmişdir. Həmin peşə və vəzifə iddiaciya güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas verir. İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 29 dekabr 2021-ci il tarixində daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə baxılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neft, qaz və qaz kondensatının hasilatı bölməsinin (10.2) rəhbərlər və mütəxəssislər (b) yarımbölməsində neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1980-ci il tarixli əmək kitabçasında xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Balaxanıneft” NQÇİ-də xüsusi texnikanın təmiri sexində mexanik vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi adıçəkilən müəssisədə işlədiyi xüsusi texnikanın təmiri sexi yuxarıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı işləri, (neft-qaz mədənləri), quyuların yeraltı və əsaslı təmiri işləri, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi sahəsinə aid deyil. Bu səbəbdən də xx.xx.2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (6 il 3 ay 5 gün (xx.xx.1980xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1981-ci il və xx.xx.1983- xx.xx.1989-cu il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “hüququnun yarandığı 08 avqust 2019-cu ildən ona güzəştli şərtlərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 08 avqust 1962-cı il təvəllüdlü olmaqla 08 avqust 2019-cu ildə 57 yaşı tamam oldugu tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdehin 18 iyun 2022-ci il tarixli məktubu ilə ona imtina verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Çünki 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün həm ümumi, həm də xüsusi stajı var. Belə ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Neft, qaz və qaz kondensatın hasilatı” bölməsinin (10.2) “rəhbərlər və mütəxəssislər” (b) yarımbəndində “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər” vəzifələrində işlədiyindən onun güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10817/2022 saylı 04 noyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Həmçinin bu məsələ ilə bağlı Ali Məhkəmənin icmal məktubunda qeyd edilir ki, ümumi və xüsusi iş stajını təsdiq edən sənədlər mötəbər olmalı, ehtiyac yarandıqda bununla bağlı zəruri məhkəmə araşdırması aparılmalıdır. Bu mənada iddiaçı tərəfindən təqdim edilmiş ümumi və xüsusi iş stajını təsdiq edən sənədlərin (əmək kitabçası, arxiv arayışı, İş yerindən arayış, məhkəmə aktı və s.) əsli və ya lazımi qaydada təsdiqlənmiş surəti, o cümlədən Azərbaycan dilində tərtib edilməyibsə, həmin sənədin notarial qaydada təsdiq edilmiş tərcüməsi iş materiallarına əlavə edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti müdafiə edərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı vəkilinin verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirmiş, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixlidir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materiallarından müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona hüququnun yarandığı 08 avqust 2019-cu ildən güzəştli şərtlərlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun güzəştli iş stajının 12 il 6 aydan az, yəni 6 il 3 ay 5 gün olması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, güzəştli iş stajının 12 il 6 ay olmasına, bu halların məhkəmə araşdırması zamanı öz təsdiqini tapmasına, iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Əvvəla qeyd olunmalıdır ki, iddiaçı Rafiq Cəfərov xx.xx.1962-ci il təvəllüdlü olduğu üçün onun 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur. Bununla yanaşı, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, o, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçının ümumi iş stajı iş materiallarında olan hərbi bileti və əmək kitabçasındakı qeydlərə əsasən - xx.xx.1981-xx.xx.1983-ci illərdə həqiqi hərbi xidmət dövrü 2 il 25 gün, xx.xx.1980-xx.xx.1980-ci illərdə “Leninneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) İstehsalatın avtomatlaşdırılması sexində elektrik avadanlıqlarının xidməti üzrə 2-ci dərəcəli elektrik montyoru 1 ay 26 gün, xx.xx.1980-xx.xx.1981-ci illərdə həmin sexdə elektrik avadanlıqlarının xidməti üzrə 2-ci dərəcəli elektrik montyoru 4 ay 12 gün, xx.xx.1983xx.xx.1989-cu illərdə 4-cü dərəcəli operator 5 il 9 ay, xx.xx.1989-xx.xx.1989-xx.xx.2007-ci illərdə quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı və əsaslı təmiri işlərində mexanik vəzifəsində 18 il 1 ay 5 gün olmaqla, ümumilikdə iş stajı 26 il 3 ay 8 gün təşkil edir. Buna görə də iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərtdən birincisi- 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. Lakin hazırki işdə olan iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunundan görünür ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün onun zərərli iş stajının qanunla tələb olunan 12 il 6 ay olması inzibati orqan tərəfindən mübahisələndirilir və ona istinad olunur ki, iddiaçının xx.xx.1989xx.xx.2006-cı illər ərzində işlədiyi “Balaxanıneft” NQÇİ-də “xüsusi texnikanın təmiri sexi” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neft, qaz və qaz kondensatının hasilatı bölməsinin (10.2) rəhbərlər və mütəxəssislər (b) yarımbölməsində neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi sahəsinə aid deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İşə birinci instansiya qaydasında baxılarkən “Azneft” İstehsalat Birliyi tərəfindən verilmiş SOCAR**********30490075X00562 nömrəli 02 noyabr 2022-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdi ki, İddiaçı “Balaxanıneft” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmiri sexində xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək (05 il 09 ay) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü (XXXİİİ) 12-ci “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a-15870 kodu ilə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi ilə, Quyuların yeraltı təmiri sexində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək (01 il 05 ay) işlədiyi mexanik vəzifəsi həmin yarımbölmədə 2130200b-23485 kodu ilə edilmiş “quyuların yeraltı və əsalı təmiri işlərində məşğul olan mexaniklər” vəzifəsi ilə eynilik təşkil edir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nda nəzərdə tutulmuş peşə və vəzifələr üzrə ümumi iş stajı 7 (yeddi) il 2 (iki) aydır. Həmçinin işə birinci instansiya qaydasında baxılarkən “X5 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş arayışda qeyd olunmuşdu ki, İddiaçı işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi və mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” 10-cu bölməsinin “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2 “a” və “b” bəndlərinə əsasən güzəştli şərtlərlə yaşa görə təqaüd hüququ verir. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixə qanunla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajının olması ilə bağlı sadalanan arayışlar arasında ziddiyyətli məqamlar mövcud olmuşdur. Həmin ziddiyyətin aradan qaldırılması məqsədilə apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq sorğular verilmişdir. Həmin sorğulara cavab olaraq məhkəməyə daxil olmuş SOCAR “Azneft” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli məktublarında qeyd edilmişdir ki, SOCAR-ın xx.xx.2011-ci il tarixli 197 nömrəli ““Balaxanıneft” Neft və Qazçıxarma idarəsinin ləğv edilməsi haqqında” əmri ilə “Azneft" İB-nin təşkilati strukturuna daxil olan “Balaxanıneft” NQÇİ xx.xx.2012-ci il tarixdən ləğv edilib və həmin əmrin 3.8 bəndinə uyğun olaraq, NQÇİ-nin sənədləri saxlanmaq üçün SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinə təhvil verilmişdir. “X3 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filalının xx.xx.2021 -ci il tarixli 02/41 nömrəli arayışında qeyd edilir ki, “Balaxanıneft Neft və Qazçıxarma İdarəsinin işçisi olmuş İddiaçı işlədiyi peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №- li Siyahı”nın 10-cu (X) “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsinə uyğundur. Lakin “Balaxanıneft” NQÇİ-nin istismar etdiyi quyular quruda yerləşdiyinə görə bu idarədə İşləmiş işçilərinin əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə olan iş stajının 1 №li Siyahı üzrə “dəniz neftçisi” kimi nəzərə alınması müvafiq qərarın tələblərinə uyğun deyil. “Balaxanıneft” NQÇİ-nin quruda yerləşən təşkilat olduğu nəzərə alınaraq, “Azneft" İB- nin xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00562 nömrəli “Sorğunun cavablandırılması haqqında” məktubunda İddiaçı işlədiyi peşələrdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 33-cü (XXXİİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində nəzərdə tutulan peşələrələ (vəzifələrə) eynilik təşkil edən peşələr və həmin peşələrdə işlədiyi dövr “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən əmək stajı" olaraq qeyd edilmişdir. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək “Balaxanıneft” NQÇİnin Quyuların yeraltı və əsaslı təmiri sexinin Xüsusi texniki qrupunda, Quyuların yeraltı təmiri sexinin Xüsusi texnika qrupunda, həmin sexin Xüsusi texnikanın təmiri və xidməti üzrə qrupunda, Quyuların əsaslı və yeraltı təmiri sexinin Xüsusi texnikanın təmiri və xidməti üzrə qrupunda mexanik vəzifəsində işlədiyi dövrdə qrupun adından göründüyü kimi, o, xüsusi texnikaların təmiri işlərində məşğul olmuşdu. Lakin 2 №-lı Siyahının 33-cü (XXXİİİ) bölməsinin 2-ci yanmbölməsində “neft qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər nəzərdə tutulmuşdur. 2 №-li Siyahının 33-cü (XXXİİİ) bölməsinin 2-ci yarımbölməsində xüsusi texnikaların təmiri və xidməti ilə məşğul olan mexaniklər nəzərdə tutulmadığına görə “Azneft” İB-nin SOCAR**********30490075X00562 nömrəli xx.xx.2022-ci il tarixli “Sorğunun cavablandırılması haqqında” məktubunda İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xüsusi texnika qrupunda mexanik vəzifəsində işlədiyi dövr “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələr’’də əmək (sığorta) stajı olaraq nəzərə alınmamışdır. İddiaçı “Balaxanıneft” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmiri sexində xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək (05 il 09 ay) işlədiyi quyuların yeraltı təmiri üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 33-cü (XXXİİİ) 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200a—15870 kodu İlə qeyd edilmiş “quyuların yeraltı təmiri üzrə operatorlar” peşəsi ilə, Quyuların yeraltı təmiri sexində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək (01 il 05 ay) işlədiyi mexanik vəzifəsi həmin yarımbölmədə 2130200b—23485 kodu ilə qeyd edilmiş “quyuların yeraltı və əsaslı təmiri işlərində məşğul olan mexaniklər” vəzifəsi ilə eynilik təşkil edir. Həmin sorğuya cavab məktubuna SOCAR-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xüsusi texnika qrupunda mexanik vəzifəsində işlədiyi dövrlərə aid əmrlərin, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışının surəti də əlavə olunmuşdur. Həmçinin SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli SOCAR**********80020123X00174 nömrəli arxiv arayışında İddiaçı “Balaxanıneft” NQÇl-nin Quyuların yeraltı və əsaslı təmiri sexinin (Quyuların yeraltı təmiri sexinin) "Xüsusi texnika qrupunda” və “Xüsusi texnikanın təmiri və xidməti qrupunda" xx.xx.1989cu il tarixdən xx.xx.2006-cı il tarixədək, Quyuların yeraltı təmiri sexində isə xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək mexanik vəzifəsində işlədiyi qeyd edilmişdir. SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş arxiv arayışındakı qeydlərə əsaslanaraq “Azneft” İB-nin xx.xx.2022-ci il tarixli SOCAR**********30490075X00562 nömrəli, xx.xx.2023-cü il tarixli 14-2-1/2-1042/2023 nömrəli və xx.xx.2023-cü il tarixli “Sorğunun cavablandırılması haqqında” məktublarında İddiaçı “Balaxanıneft” NQÇİ-nin Quyuların yeraltı təmiri sexində xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək (01 il 05 ay) işlədiyi mexanik vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 N-li Siyahısı”nın 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində 2130200b—23485 kodu ilə qeyd edilmiş “quyuların yeraltı və əsaslı təmiri işlərində məşğul olan mexaniklər” vəzifəsi ilə eynilik təşkil etdiyi qeyd edilmişdir. Sorğu məktubundakı qeydlərə əsasən isə vətəndaş İddiaçı “Balaxanıneft” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmiri sexinin (Quyuların yeraltı təmiri sexinin) “Xüsusi texnikanın təmiri və xidməti qrupunda" xx.xx.1989-cu il tarixdən xx.xx.2007- ci il tarixədək mexanik vəzifəsində işləmişdir. İddiaçı “Balaxanıneft” NQÇİ-nin Quyuların yeraltı və əsaslı təmiri sexinin (Quyuların yeraltı təmiri sexinin) “Xüsusi texnikanın təmiri və xidməti qrupunda” xx.xx.1989-cu il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi mexanik vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 12-ci (XXİİ) “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsində, 28-ci (XXVİİİ) “Nəqliyyat” və 33-cü (XXXİİİ) “Ümumi peşələr” bölməsində nəzərdə tutulmuş peşələrlə eynilik təşkil etmir. Göründüyü kimi, iddiaçının xx.xx.1989-xx.xx.2006-cı il tarixləri dövründə “Balaxanıneft” NQÇİ-də Quyuların yeraltı və əsaslı təmiri sexinin (Quyuların yeraltı təmiri sexinin) “Xüsusi texnikanın təmiri və xidməti qrupunda” işlədiyi “mexanik” vəzifəsi ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün əsas verən yuxarıda adı çəkilən Siyahıda sadalanan zərərli peşə olaraq zərərli istehsalat sahəsində həyata keçirilmədiyi üçün iddiaçıya tələb etdiyi növdə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür. Buna görə də iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Resublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 2 saylı əlavəsi ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəşt şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. Odur ki, iddiaçıya yaşa görə pensiya təyin olunması barədə tələb əsassız olduğundan rədd edilməlidir. Göründüyü kimi, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün cavabdeh apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10817/2022 saylı 04 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10817/2022 saylı 04 noyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1340/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1340/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver