Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1341/2020 20.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər İddiaçı Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X2 Xüsusi şərtlərlə təyinat idarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2189/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının “Azərsənayetikinti” 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsində çalışdığı bənna işi ilə Nazirlər Kabinetinin adıçəkilən Qərarının 29 nömrəli bölməsində göstərilən bənna işi uyğunlaşdırıla bilməz. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən bənna peşəsi bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalara aiddir. İddiaçının çalışdığı bənna işinin hansı şəraitdə görüldüyünü İdarəyə təqdim olunmuş sənədlər əsasında müəyyən etmək mümkün deyil. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Mahiyyətcə şikayət əsassızdır. İşdə olan, cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna görə, təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. İddiaçıya məxsus N3 ******* nömrəli hərbi biletə görə, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. AR Təhsil Nazirliyi Bakı İdarəetmə və Texnologiya Kolleci tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 60 nömrəli arayışa görə, iddiaçı keçmiş Bakı Politexnik Texnikumunun xx.xx.1979-cu il tarixli 274 nömrəli əmrinə əsasən əyani şöbəsinin “Sənaye Mülki Tikinti” ixtisasına qəbul edilmiş, xx.xx.1981-ci il 146 nömrəli əmrlə hərbi xidmətə getmişdir. xx.xx.1983-cü il 395-C nömrəli əmrlə həmin ixtisasa bərpa edilərək, xx.xx.1984cü il 200-C nömrəli əmrlə texnikumu bitirmiş, ona “texnik-inşaatçı” ixtisas dərəcəsi, qeydiyyat №781/15, XT018197 nömrəli diplom verilmişdir. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1983-cü ildən “Azkəndtikinti” Trestinin 44 №-li MMK-da əmək fəaliyyətinə başlamış və ona 3-cü dərəcəli bənna ixtisası verilmiş, xx.xx.1983-cü ildə işdən azad olunmuş, “Azərsənayetikinti” 4 №-li Trestin 45 №-li Tikinti İdarəsində xx.xx.1984-cü ildə 3-cü dərəcəli bənna işinə qəbul edilmiş, xx.xx.1985-ci ildə 4-cü dərəcəli bənna işinə keçirilmiş, xx.xx.1987-ci ildə ona 4-cü dərəcəli bənna ixtisası verilmiş, xx.xx.1992-ci ildə iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildə 5-ci dərəcəli bənna işinə keçirilmiş, xx.xx.1995-ci ildə yenidən iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə texniki istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.1999-cu ildə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1999-cu ildə 1 №-li TT Trestinin 8 №-li Təmir-Tikinti Sahəsinə mühəndis vəzifəsinə qəbul edilmiş, xx.xx.2000-ci ildə həmin vəzifədən azad edilmiş, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək digər vəzifədə çalışmış, xx.xx.2002-ci il tarixdən isə “xxxxxxxxxxxxxxxxxxxx” ASC-də yardımçı qurğuların mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixdən isə Yardımçı Qurğular mühəndisi vəzifəsinə təyin edilmiş, hal-hazırda işləməkdə davam edir. 4 №-li Trestin və onun nəzdində olan tikinti idarələrinin hüquqi varisi kimi “xxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 05 nömrəli arayışa görə, iddiaçı həqiqətən “Azərsənayetikinti” 4 №-li Trestin 45 №-li Tikinti İdarəsində xx.xx.1984-cü ildə 3-cü dərəcəli bənna işinə qəbul edilmişdir. xx.xx.1985-ci ildə 4-cü dərəcəli bənna işinə keçirilmişdir. xx.xx.1992-ci ildə iş icraçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1994-cü ildə 5-ci dərəcəli bənna işinə keçirilmişdir. xx.xx.1995-ci ildə yenidən iş icraçısı vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci ildə texniki istehsalat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1999-cu ildə AR Əmək Məcəlləsinin 37--ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarına əsasən 35 №-li bölmənin: “Ümumi peşələr”- elektrik qaynaqçıları və 29 №-li bölmənin “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” - a) bəndi - fəhlələr: (bənnalar briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar”) və b) bəndi - rəhbərlər və mütəxəssislər: “tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları” güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail omaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni Qanunun: 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra - Qaydalar): 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 67-ci maddəsinin üçüncü bəndinin ğ) yarımbəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası cavabdehin imtinası ilə razılaşmır. Belə ki, yuxarıda istinad olunan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (bundan sonra - Siyahı) nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il yarım olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajı xx.xx.2017-ci il tarixədək mövcud olmalıdır. Qeyd olunan şərtlərə iş üzrə əməl olunur. Belə ki, aldığı təhsil üzrə ixtisasca texnikinşaatçı olan iddiaçının xx.xx.2017-ci il tarixədək işlədiyi bənna və iş icraçısı peşələri Siyahıda nəzərdə tutulan - 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - a) fəhlələr: bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar və b) mütəxəssislər: iş icraçıları - peşələrinə uyğun gəlir, iddiaçının xx.xx.2017-ci il tarixədək Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il yarım, ümumi iş stajının minimum 25 il olması onun əmək kitabçası və iş yerindən arayışla təsdiq olunur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), “Əmək pensiyaları haqqında” AR Qanunu ilə və Qaydalarla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təkzib olunur. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, şikayət təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2189/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi yanında Dövlət X3 Xüsusi şərtlərlə təyinat idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR İddiaçı Elmira Nağıyeva Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-1341/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1341/2020
20.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver