Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1341/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X3 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(112)-4634/2022 saylı qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə 04 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəyişdirilməsi ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özələşdirilmənin nəticələrinin ləğv edilməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, həmin qeyri-yaşayış sahəsinə dair yeganə təsisçi olduğu “Çinar” kiçik müəssisəsinin hüuqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 məxsus hazırda da istifadəsində və sahibliyində olan Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsində nizamnamə kapitalı ilə ona məxsus “Çinar” Kiçik müəssisəsinin xüsusi mülkiyyətində olan qeyri-yaşayş sahəsində mağaza açılması barədə Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısına müraciət edib və müraciətinə baxılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsindəki binada qapısı küçəyə açılmaqla mağaza açılmasına icazə verilməsi barədə xx.xx.1993-cü il tarixli 562 nömrəli sərəncam verilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti Başçısı tərəfindən həmin mağazanın açılması üçün 61.56 kv.m sahə ayrılmışdır ki, həmin sahədə tikilərək 2006-cı ildə başa çatmışdır. Hətta bu barədə obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktıda verilmiş və İH tərəfindən möhür də vurulmuşdur. Hal-hazırda da qeyd edilən qeyri-yaşayış sahəsi onun istifadəsindədir. Lakin həmin sahəni özəlləşdirmək üçün cavabdeh orqana xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət etdim. Lakin cavabdeh Azərbaycan Respublikasının Ə.M.D.K-si yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi ərizəsinə baxaraq elektron kadastr məlumatlarına əsasən özəlləşdirmək istədiyim qeyri-yaşayış sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alındığı bildirilmişdir. Bundan sonra sorğu ilə tikilinin hansı sənədlər əsasında və kimin adına qeydiyyatdan keçməsi barədə məlumat verilməsini tələb edib. Cavabdeh isə qeyd edilən qeyri-yaşayış sahəsinin 5002 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2013-cü il tarixdə, torpaq sahəsi isə 4709 nömrəli xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə xx.xx.2014-cü il tarixdə X3 adına qeydiyyatdan keçməsi cavabını vermiş və sənədlərin surətini təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(112)-4634/2022 saylı saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə oxşar əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.Verilən suala cavab olaraq bildirdi ki, iddia tələbi üzrə birinci cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özələşdirilmənin nəticələrinin ləğv edilməsi tələbi ilə həmin cavabdehə müraciəti olmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.Əlavə olaraq bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan iddia tələbi iddia tələbinin birinci hissəsinin nəticəsindən asılı olduğundan cavabdehə qarşı olan iddia tələbi iddiaçı tərəfindən asaslandırılmamışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətlərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(112)- 4634/2022 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçın iddia tələbi iki hissədən ibarətdir: 1-ci hissə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 1 ünvanındakı qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özələşdirilmənin nəticələrinin ləğv edilməsi hissəsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, 2-ci hissə həmin qeyri-yaşayış sahəsinə dair yeganə təsisçi olduğu “Çinar” kiçik müəssisəsinin hüuqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması tələbi üzrə isə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsidir. Məhkəmə Kollegiyası iddia tələbinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı olan qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və özələşdirilmənin nəticələrinin ləğv edilməsi hissəsinə münasibət bildirərkən qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl iddia tələbində göstərilən məsələ ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməmiş və bu barədə iş materiallarında hər hansı bir sübut aşkar edilməmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh orqana hazırki iddia tələbi ilə bağlı müraciət etməmiş, həmin orqan tərəfindən imtina almamış, lakin, buna baxmayaraq mövcüd iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Kollegiyası iddia tələbinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan qeyri-yaşayış, sahəsinə dair yeganə təsisçi olduğu “Çinar” kiçik müəssisəsinin hüuqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması hissəsinə münasibət bildirərkən qeyd edir ki, cavabdeh orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı olan iddia tələbi ilk iddia tələbinin nəticəsindən asılı olduğundan ikinci cavabdehə qarşı olan iddia tələbi iddiaçı tərəfindən asaslandırılmamışdır. Bundan başqa məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia üzrə iki cavabdehə qarşı tələb irəli sürülməsinə baxmayaraq prosessual həmiştirakçılığa əsas verən hallar (məsələn, tələbin eyni faktiki və hüquqi əsasa söykənməsi) müəyyən edilmir. Halbuki, İPM-in tələblərinə əsasən: Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)”. Lakin birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən iddia tələbini mümkünlük şərtlərini yoxlamadan, iddiaya mahiyyəti üzrə baxaraq iddia tələbini rədd etmiş və bununla da düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbinə mahiyyət üzrə baxaraq qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(112)-4634/2022 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(112)-4634/2022 saylı qərarı ləğv edilsin. İddia tələbi mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1341/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1341/2023
04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver