Məhkəmə qərarları › İş №2-1(103)-1342/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1342/2022

27.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1342/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1781/2021 saylı, 29.11.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Qarabağ Müharibəsi zamanı 18N saylı və N nömrəli hərbi hissədə döyüş əməliyyatlarında xidmətlərini nəzərə alaraq Qarabağ Müharibəsi veteranı adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ölkənin erməni silahlı birləşmələrindən müdafiəsi zamanı N nömrəli hərbi hissəyə gedərək tank taboruna qeydiyyata düşmüş və orada xidmətə başlamışdır. Eyni zamanda N saylı hərbi hissə komandirinin 01.04.N-ci il tarixli 10 nömrəli əmri ilə adı, familyası yazılması göstərilmiş və əmrdə ata adı yazılmamışdır. N nömrəli əlahiddə tank briqadasına sürücü vəzifəsinə təyin edilmiş kimi qeyd olunmuşdur. N nömrəli hərbi hissəyə ezam edilməklə döyüş tapşırığının yerinə yetirmiş hesab edilmiş və bütün növ təminatlarla təmin olunmaqla bir günü üç gün hesablanmışdır. Xidmətilə əlaqədar hərbi biletində belə müvafiq qeydlər aparılmışdır. Lakin uzun müddətdir Qarabağ Müharibəsi veteranı adını və vəsiqəsini ala bilmir. Bununla əlaqədar Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etsə də, komissiyanın 10.06.2016-cı tarixli məktubu ilə bildirilir ki, barəsində müsbət qərarın qəbul edilmədiyi üçün sənədlər geri qaytarılmış, lakin heç bir əsas gətirilməmişdir. Onun vətənin ərazi bütövlüyünün qorunmasında xidmətləri olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1781/2021 saylı, 29.11.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1781/2021 saylı, 29.11.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1781/2021 saylı, 29.11.2021-ci il tarixli qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - İddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 həqiqi hərbi xidmətdə olmuşdur. - İddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya tərəfindən iddiaçının müraciətinə baxılmış və “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın 10.06.2016-ci il tarixli iclasında baxıldığı və N nömrəli phərbi hissənin şəxsi heyətindən çıxarılması əsası ilə müharibə veteranı adının və vəsiqəsinin verilməsinin məqsədəuyğun olmadığı bildirilmişdir. - İddiaçının növbəti müraciətinə baxılaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 23.06.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinə baxılaraq “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın 10.06.2016-ci il tarixli iclasında baxıldığı və 352 №li protokol ilə barəsində müsbət rəyin qəbul edilmədiyi bildirilmişdir. - Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən 29 oktyabr 2021-ci il tarixdə verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, X1 məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin 03 mart 2021-ci il tarixli məktubdan görünür ki, 1966-cı il təvəllüdlü X1 Səfərbərlik və Hərbi Ximdətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsi tərəfindən 16.07.1993-cü il tarixdə hərbi xidmət keçmək üçün səfərbərliyə çağırıldığı və Azərbaycan Respublikası Silahlı Qüvvələrinə göndərildiyi, lakin vətəndaşın sonrakı hərbi xidməti və hərbi qeydiyyatı barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Məktubda həmçinin qeyd olunmuşdur ki, 30.06.2008-ci il tarixdə keçmiş Səbail rayon Hərbi Komissarlığı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən göndərilən məktubların nəticəsinə əsaslanaraq xidmət müddətləri Qanunvericilikdə nəzərdə tutulmuş müddəalara uyğun gəlmədiyi üçün adları qeyd olunan şəxslərin aylıq müavinətlərinin dayandırılması barədə olan adlı siyahı 438 nömrəli məktubla Səbail rayon ƏSMM-nin direktoruna göndərlmiş və həmin adlı siyahıda vətəndaş X1 adı mövcud olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanan 03 mart 2021-ci il tarixli məktubdan görünür ki, N №-li hərbi hissə komandirinin 21.02.N-ci il tarixli 40 №-li əmrində (əsas: səh 52, § 3, sıra 50, əmrdə atasının adı “Han” yazılmışdır) ezamiyyətdən qayıdaraq qazan təminatına daxil edilmiş şəxsi heyətin siyahısında X2 adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin 05.03.Nci il tarixli 48 №-li əmrilə (əsas: səh 67, § 5, sıra 5) MTB hərbi qulluqçusu X3 şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq tutduğu vəzifədən azad edilmişdir. N №li hərbi hissə komandirinin 01.04.N-ci il tarixli 10 №-li əmrində (əsas: § 2, sıra 107, əmrdə atasının adı yazılmamışdır) N №-li hərbi hissənin əlahiddə tank taborundan gəlmiş sıravi Cabir Bünyatovun N №-li hərbi hissənin tank batalyonunun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilərək sürücü vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 08.05.N-ci il tarixli 11 №-li əmrində (əsas: səh 15, § 4, əmrdə soyadı, adı və atasının adı fərqli diyircəkli qələmlə sonradan əlavə edilmişdir) sıravi X1 N №-li hərbi hissəyə ezam edilməklə döyüş tapşırığını yerinə yetirmiş hesab edilərək, təminatla təmin edilməklə ezamiyyəti birə üç gün hesabı ilə hesablanması barədə məlumat vardır. N №li hərbi hissə komandirinin 01.07.N-ci il tarixli 46 №-li əmrində (əsas: səh 67, sıra 17, əmrdə soyadı “Bünnyətov” yazılmış, atasının adı yazılmamışdır) sürücü Cabir Bünnyətovun QAZ-53 markalı maşını ilə şəxsi heyətin siyahısına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 31.07.N-ci il tarixli N №-li əmrində hərbi hissə komandirinin 04.07.N-ci il tarixli 51 №-li əmrinə əlavədə (əsas: § 8, sıra 18, əmrdə atasının adı yazılmamışdır) sürücü Cabir Bünyatovun QAZ-53 markalı maşını ilə OPB tank batalyonunun ümümi siyahısına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 03.08.N-ci il tarixli N №-li əmrində hərbi hissə komandirinin 01.08.N-ci il tarixli N №-li əmrinə əlavədə (əsas: § 2, sıra 57, əmrdə atasının adı yazılmamışdır) sıravi Cabir Bünyatovun 01.08.N-ci il tarixdən şəxsi heyətin siyahisında hesab edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 21.08.N-ci il tarixli 93 №-li əmrində (əsas: § 4, əmrdə soyadı “Bünyadov” yazılmış, atasının adı yazılmamışdır) çörək maşınını işlədən sürücü Cabir Bünyadov iş yerini tərk edib getdiyi üçün işdən azad edilməsi barədə məlumat vardır. Qeyd edirlər ki, N №-li və N №-li hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan 03 mart 2021-ci il tarixli məktubuna əsasən X3 barədə N №li hərbi hissə komandirinin N may N-ci il tarixli, 11 №li, və 21 avqust N-ci il tarixli, 93 №li əmrlərdən arxiv çıxarışları məhkəməyə ünvanlanmış, lakin N №li hərbi hissədə komandirinin nizami hissə üzrə əmrlərinin Müdafiə Nazirliyinin mərkəzi arxivinə daxil olmadığı qeyd edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına «Veteranlar haqqında» AR Qanununun 3, 7-ci maddələrini, AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1ci bəndinin 8, 10-cu yarımbəndlərini, Azərbaycan Respublikası müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndini, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsini, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin sözügedən bəndinin “Qeyd” hissəsində göstərilmişdir ki, Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istehfaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin sözügedən bəndinin 10-cu yarımbəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası müdafiə nazirinin 06.01.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Beləliklə, baxılan iş üzrə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə xidmətə göndərilmişdir. Lakin sonrakı hərbi xidməti və hərbi qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. O cümlədən, iddiaçının N №li hərbi hissə komandirinin nizami hissə üzrə müvafiq əmrinin Mərkəzi Arxivə daxil olmadığı, N №-li hərbi hissə komandirinin 21.08.N-ci il tarixli 93 №-li əmri ilə iş yerini tərk edib getdiyi üçün işdən azad edilməsi müəyyən edilmişdir. Beləliklə, işin yuxarıda qeyd edilən hallarına əsasən məhkəmə belə bir qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı iddiaçının müharibə veteranı adının və vəsiqəsinin alması üçün qanunvericiliklə müəyyən olunan əsasların bütünlükdə mövcud olması şərtləndirildiyindən və işin araşdırılan halları ilə həmin şərtlərin mövcud olması əsaslı sübutlarla təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Ona görə də, şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1781/2021 saylı, 29.11.2021-ci il tarixli dəyişdirilmədənqüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1781/2021 saylı, 29.11.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar