Məhkəmə qərarları › İş №2-1(103)-1342/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1342/2024

17.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1342/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X18 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X13 ibarət tərkibdə, X14-Yusiflinin katibliyi ilə, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin mərhuma məxsus olması barədə arayışın verilməsi» tələblərinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4075/2023 saylı 05 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Lenin rayonu X5 Sovetinin İcraiyyə Komitəsinin fevral 1964-cü il tarixli 1/340 nömrəli arayışından görünür ki, X1 qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı evin mülkiyyətçisidir. Ev 1 mərtəbəli olmaqla 3 otaqdan ibarətdir və sahəsi 56 kv.m.-dir. 26 fevral 1964-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi yaşayış evinin 1/2 hissəsi satıcı X9 tərəfindən alıcı X2. Həmin müqavilə xx.xx.1964-cü il tarixdə Bakı şəhəri 4 saylı notariat ofisində təsdiq olunmuş və 7-2190 nömrə altında qeydə alınmışdır. Həmçinin 26 fevral 1964-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi yaşayış evinin 1/2 hissəsi satıcı X9 tərəfindən alıcı X3 və həmin müqavilə də Bakı şəhəri 4 saylı notariat ofisində təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 Saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli 1448 saylı məktubundan görünür ki, X25 14 may 1964-cü il tarixdə vəfat etmiş və 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində vərəsə kimi hazırkı İddiaçı1 müraciəti əsasında onun (X21) vəfatı ilə əlaqədar vərəsəlik işi açılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 Saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli 1669 saylı məktubundan görünür ki, X23 24 sentyabr 1987-ci il tarixdə vəfat etmiş və 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində vərəsə kimi hazırkı İddiaçı2 müraciəti əsasında onun (X15) vəfatı ilə əlaqədar vərəsəlik işi açılmışdır. Bununla bağlı iddiaçılar İddiaçı1 və İddiaçı2 hər biri müvafiq evin ayrı-ayrılıqda 1/2 hissəsinə mülkiyyət hüquqlarının müvafiq olaraq mərhum X22 və mərhum X19 məxsus olması ilə bağlı reyestrdən müvafiq arayışın verilməsi barədə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə müraciət etmişlər. Lakin cavabdeh inzibati orqan iddiaçıların tələbini təmin etməkdən imtina etmiş və onlara eyni məzmunlu xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublarla bildirmişdir ki, tərəfinizdən təqdim edilən müqavilədə göstərilən X9 barədə idarənin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin idarənin arxivində mövcud olan ünvan 4 ünvanına dair tərtib edilmiş texniki pasport digər şəxsin adına göstərilmişdir. Odur ki, fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğu mövcuddur. Cavabdehin imtina məktubundan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 ayrıayrılıqda cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarsinə qarşı «fərdi yaşayış evinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişlər. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iş İddiaçı1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinə dair reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair işə birləşdirilmişdir. Məhkəmə icraatı dövründə iddiaçılar iddia tələblərini dəqiqləşdirərək, sözügedən fərdi yaşayış evinin ½ və ½ hissədə mərhum şəxslərə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbinin əsaslandırılması: Hər iki iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 161A saylı fərdi yaşayış evinin ½ hissəsi 20 fevral 1964-cü il tarixli müqaviləyə əsasən İddiaçı1 atası X25 tərəfindən, digər ½ hissəsi isə 22 fevral 1964-cü il tarixli müqaviləyə əsasən İddiaçı2 atası X24 tərəfindən əldə olunmuşdur. İddiaçıların 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinə müraciəti əsasında 22 iyul 2022-ci il tarixdə 1448 nömrə ilə 14 may 1964-cü il tarixdə vəfat etmiş X21 adına, 21 sentyabr 2021-ci il tarixdə isə 1669 nömrə ilə 24 sentyabr 1987-ci il tarixdə vəfat etmiş X16 adına vərəsəlik işləri açılmışdır. Qeyd olunanlarla əlaqədar notarius «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun müddəalarına uyğun olaraq, hər iki mərhumun adına həmin evə dair reyestrdən çıxarışın notariat ofisinə göndərilməsini xahiş etmişdir. Sonradan iddiaçılar da həmin evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdehə müraciət etmişlər. Lakin cavabdehin 20 oktyabr 2022-ci il tarixli və 21 oktyabr 2022-ci il tarixli cavab məktublarında bildirilmişdir ki, təqdim edilən müqavilələrdə göstərilən X9 barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin İdarənin arxivində mövcud olan ünvan 4 ünvanına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8- ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğunun mövcud olması əsas gətirilərək, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Hər iki iddiaçı hesab edir ki, cavabdehin verdiyi imtinalar əsassızdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən hər iki iddiaçının iddia tələbinə dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçıların fərdi yaşayış evinə dair çıxarış və texniki pasportun verilməsi tələbinə dair iddiası etirazla qarşılanır. Belə ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçılar tərəfindən təqdim edilən müqavilədə göstərilən X9 barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin İdarənin arxivində mövcud olan ünvan 4 ünvanına dair tərtib edilmiş texniki pasport digər şəxsin (Axundov Qəmbər) adına göstərilmişdir. İddiaçılar tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrində satıcı qismində göstərilmiş X9 ilə Axundov Qəmbər arasında keçidlə bağlı əlaqələndirici sənəd təqdim edilməmişdir. Odur ki, fərdi yaşayış evinin iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanuqu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bundan əlavə, texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğu mövcuddur. Belə ki, sözügedən daşınmaz əmlaka İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ümumi sahəsi hüquqmüəyyənedici sənədə əsasən 1392 kv.m təşkil etsə də, faktiki sahəsi 1363,5 kv.m təşkil edir, fərdi yaşayış evinin ümumi ölçüsü faktiki 67.7 kv.mdır, texniki pasportdakı həyət tikliləri sökülüb, ərazidə əlavə həyət tikilisi inşa edilmiş, A tiklisində açıq eyvan bağlanıb və A tiklisi genişləndirilib. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçılara 20 oktyabr 2022-ci il və 21 oktyabr 2022-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8, 11.1, 23-cü maddələrinə əsaslanaraq, iddia tələblərinin rədd edilməsi məhkəmədən xahiş olumuşdur. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4075/2023 saylı 05 oktyabr 2023-cü il tarixli qərarı ilə hər iki iddiaçının iddiası təmin edilərək, Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi yaşayış evinin 1/2 hissəsinə mülkiyyət hüququnun mərhum X22 məxsus olması barədə, digər 1/2 hissəsinə mülkiyyət hüququnun isə mərhum X19 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmununa uyğun əsaslandırılmış və bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli, 439 saylı Azərbaycan Respublika Prezidentinin Fərmanının 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. İddiaçı1 və İddiaçı2 tərəfindən təqdim edilən müqavilədə göstərilən X9 barədə İdarənin arxivində məlumat aşkar olunmamışdır. Həmçinin idarənin arxivində mövcud olan ünvan 5 ünvanına dair tərtib edilmiş texniki pasportda digər şəxsin (AxundovQəmbər) adı göstərilmişdir. Odur ki, fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan RespublikasıQanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim edilməmişdir. Bundan əlavə texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğu mövcuddur. Belə ki, sözügedən daşınmaz əmlaka idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ümumi sahəsi hüquqmüəyyənedici sənəd üzrə 1392.0 kv.metr təşkil etsə də, faktiki sahəsi 1363.5 kv.metr təşkil edir, həmçinin fərdi yaşayış evinin ümumi ölçüsü faktiki 67.7 kv.m-dır. Texniki pasportdakı həyət tikliləri sökülüb, ərazidə əlavə həyət tiklisi inşa edilib. A tiklisində açıq eyvan bağlanıb və A tiklisi genişləndirilib. Bundan başqa İddiaçı2 tərəfindən təqdim olunmuş alqı-satqı müqaviləsinə əsasən fərdi yaşayış evi mərhum İddiaçı2 tərəfindən tam deyil, ½ hissədə (3 otaq, 56 kv.metr, mətbəxlə birlikdə) alınıb. Bu texniki göstəricilər texniki pasportla uyğun gəlmir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsində satıcı qismində göstərilmiş X9 ilə Axundov Qəmbər arasında keçidlə bağlı əlaqələndirici sənəd təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsi müvafiq məlumatların İdarənin arxivində aşkar edilməməsini nəzərə almamış, ünvana dair Axundov Qəmbərin adına olan texniki pasport barədə dəlili ətraflı araşdırmamışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. İddiaçıların nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçıların hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktublarının tarixi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlidir. İddiaçılar isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbləri “Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 161A saylı fərdi yaşayış evinin ½ hissəsinə mülkiyyət hüququnun mərhum X22, digər ½ hissəsinə mülkiyyət hüququnun isə mərhum X19 məxsus olması barədə ayrı-ayrılıqda arayışın verilməsi” ilə bağlıdır. Bununla bağlı onlar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onların tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra onlar hazırki tələblə məhkəməyə müraciət etmiş və onların iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan 26 fevral 1964-cü il tarixli müqavilələrdən (i.v. 39 və 40) görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 161A saylı fərdi yaşayış evinin ½ hissəsi X22, digər ½ hissəsi isə X19 X9 tərəfindən satılmışdır. Həmin müqavilələrin məzmunundan görünür ki, sözügedən evin hüquqmüəyyənedici sənədi qismində Bakı şəhəri X11 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş fevral 1964-cü il tarixli 1/340 saylı arayış göstərilmişdir. Belə ki, işdə olan (i.v. 33) Bakı şəhəri Lenin rayonu X11 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verilmiş fevral 1964-cü il tarixli 1/340 saylı arayışa əsasən Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 161A saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında X8 məxsus olmuşdur. Sözügedən evin sonuncuya məxsus olması iş materiallarında olan digər sənədlərlə də (i.v. 34, 35, 36, 37 və 38) öz təsliqini tapır. Bununla yanaşı, birinci instansiya məhkəməsinin sorğusuna əsasən Dövlət Notariat Arxivi tərəfindən təqdim olunmuş sənədlərdən, o cümlədən xx.xx.1964-cü il tarixli müqavilələrdən (i.v. 39 və 40) görünür ki, iddiaçıların mərhum ataları X25 və X23 Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 161A saylı fərdi yaşayış evinin ½ və ½ hissədə ayrı-ayrılıqda olmaqla vaxtilə X4 almışlar. Həmin müqavilələrdə də sözügedən evin Bakı şəhəri X11 Sovetinin İcraiyyə Komitəsinin verdiyi fevral 1964-cü il tarixli 1/340 saylı arayışa əsasən X6 xüsusi mülkiyyətində olduğu qeyd olunmuşdur. Buna görə də iddiaçılar Bakı şəhəri Buzovna qəsəbəsi, R.Axundov küçəsində yerləşən 161A saylı fərdi yaşayış evinin ½ və ½ hissədə ayrı-ayrılıqda olmaqla onların mərhum ataları X22 və X19 məxsus olması barədə arayış verilməsini tələb etmişlər. Cavabdeh inzibati orqan isə iddiaçıların müraciəti ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nda qeyd olunan hüquqmüəyyənedici sənədlərin və iddiaçılar tərəfindən təqdim edilmiş alqı-satqı müqavilələrində satıcı qismində göstərilmiş X9 ilə adına texpasport olan Axundov Qəmbər arasında keçidlə bağlı əlaqələndirici sənədin təqdim edilməməsinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların tələbinə münasibətdə cavabdeh inzibati orqanın imtina verməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrindən arayışı əldə etmək üçün qeydiyyat orqanına ərizə ilə müraciət etmiş fiziki şəxs şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs isə onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surətini və nümayəndəsinin səlahiyyətini təsdiq edən etibarnaməni təqdim etməlidir. Dövlət reyestrindən arayış əldə etmək məqsədi ilə elektron müraciətlər dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla həyata keçirilir. Hazırki işdən müəyyən olunur ki, cavabdeh inzibati orqanın iddiaçıların tələbinin təmin olunmasından imtinası “X9 barədə idarənin arxivində məlumatın aşkar olunmaması, idarənin arxivində mövcud olan ünvan 4 ünvanına dair tərtib edilmiş texniki pasportin digər şəxsin adına göstərilməsi və texniki pasportda qeyd edilən torpaq sahəsi ilə faktiki sahə arasında perimetrik ölçü və konfiqurasiya uyğunsuzluğunun mövcudluğu” ilə əsaslandırılmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçılar tərəfindən onların mərhum atalarına məxsus olduğunu iddia etdikləri evlə bağlı reyestrdən məxsusluq arayışının verilməsi üçün tələb olunan bütün sənədlər təqdim olunmuşdur. Hazırki işdə iddiaçıların tələbinin hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi çıxış edir. Həmin maddənin 8.0.8-ci bəndinə görə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin müddəa eynilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddəyə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nda Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və ya bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər qismində: 1.1-ci bəndində yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.4-cü bəndində rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.8-ci bəndində yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd nəzərdə tutulmuşdur. Hazırki işdə iddiaçların mərhum atalarına məxsus olduğuna dair arayış verilməsini tələb etdiyi yaşayış evi onların mərhum atalarına notariusda bağlanmış alqı-satqı müqaviləsi ilə satılarkən yuxarıda da qeyd olunduğu kimi, evin hüquqmüəyyənedici sənədi qismində Bakı şəhəri Lenin rayonu X5 Sovetinin İcraiyyə Komitəsinin fevral 1964-cü il tarixli 1/340 nömrəli arayışı çıxış etmiş və arayışda da həmin evin X6 xüsusi mülkiyyətində olduğu qeyd olunmuşdur. Bu fakt Bakı şəhəri X11 Sovetinin İcraiyyə Komitəsində sözügedən evlə bağlı müvafiq qeydlərin aparıldığına birmənalı dəlalət edir. Belə olan halda sözügedən yaşayış evinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqan olan Bakı şəhəri Lenin rayonu X5 Sovetinin İcraiyyə Komitəsi tərəfindən verildiyi və bu barədə səlahiyyətli orqanda müvafiq qeydlərin mövcudluğu onu deməyə əsas verir ki, mərhum X25 və mərhum X23 Bakı şəhəri, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 161A saylı fərdi evin ayrı-ayrılıqda 1/2 hissəsi ilə bağlı hüquqlarını adı çəkilən Qanun qüvvəyə minənədək əldə etmişdir. Lakin iş materiallarından göründüyü kimi, mərhum X25 və mərhum X23 daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etmişlər. Bu səbəbdən onların vərəsələri kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 yaşayış evinin hər birinə münasibətdə ½ hissədə atalarına məxsus olması barədə arayış verilməsi ilə bağlı cavabdeh inzibati orqana haqlı olaraq müraciət etmişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında» Təlimatın 7.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Qeyd olunan normaların tələbinə görə, müqavilə və ya dimgər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Yəni, həmin müqavilə onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı qeyd edir ki, sözügedən daşınmaz əmlaka idarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı müəyyən olunan halların (torpaq sahəsinin ümumi sahəsinin hüquqmüəyyənedici sənəd üzrə 1392.0 kv.metr təşkil etsə də, faktiki sahəsinin 1363.5 kv.metr təşkil etməsi, həmçinin fərdi yaşayış evinin ümumi ölçüsünün faktiki 67.7 kv.m. olması, texniki pasportdakı həyət tiklilərinin sökülüb, ərazidə əlavə həyət tiklisinin inşa edilməsi, A tiklisində açıq eyvanın bağlanması və A tiklisinin genişləndirilməsi, texniki göstəricilərin texniki pasporta uyğun gəlməməsi) yuxarıda qeyd olunan normaların müddəaları baxımından əmlak üzərinə etibarlı müqaviləyə əsaslanan hüququn iddiaçıların mərhum atalarına məxsus olmasını istisna edən hal kimi qiymətləndirilə və bu barədə onların vərəsələrinə müvafiq arayışın verilməsindən imtinaya səbəb ola bilməz. O ki qaldı cavabdehin “iddiaçı tərəfindən təqdim edilmiş alqı-satqı müqaviləsində satıcı qismində göstərilmiş X9 ilə adına texpasport tərtib edilən Axundov Qəmbər arasında keçidlə bağlı əlaqələndirici sənədin təqdim edilməməsi” barədə dəlilinə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlil də əsassızdır və təmin edilə bilməz. Belə ki, bu barədə bir daha qeyd olunması zəruridir ki, iddiaçıların mərhum atalarına daşınmaz əmlak üzərində hüquqlar notariat ofisində bağlanmış alqı-satqı müqavilələri və həmin alqı-satqı müqavilələrinin kökündə duran- Kamilə Rəsulovanın adına Bakı şəhəri X11 Sovetinin İcraiyyə Komitəsində sözügedən evlə bağlı aparılmış müvafiq qeydlər əsasında keçmişdir ki, həmin etibarlı sənədlər də sadalanan maddi hüquq normalarının tələbinə görə iddiaçıların hazırki iddialarının təmin olunması üçün yetərli sənədlər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, cavabdehin qeyd olunan yaşayış evinə dair hüququn ölmüş şəxslərə - mərhum X22 və mərhum X19 məxsus olması barədə onun vərəsələri İddiaçı1 və İddiaçı2 arayış verməkdən imtina etməsi ilə iddiaçıların (hazırki halda onların hüquq varislərinin) Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələrində, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuş mülkiyyət hüquqları (gözlənilən) pozulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. İşin hallarından görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçıların müraciətinin təmin olunmasından imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 15.1-ci və 15.2-ci maddələrinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci və 19.2-ci maddələrinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən tədim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və (ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər (bax bu qərarın 18-ci bəndinə). Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 1818/2022 saylı xx.xx.2022-ci il tarixli qərar; 2-1(102)-2113/2021 saylı, 2-1(102)-207/2022 saylı və 2-1(102)-2357/2019 saylı inzibati məhkəmə işləri). Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib iddiaçıların iddiasının rədd edilməsi üçün əsas yaratmır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4075/2023 saylı 05 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4075/2023 saylı 05 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar