Məhkəmə qərarları › İş №2-1(103)-1342/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1342/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1342/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun xeyrinə kəşfiyyat subyektləri əməkdaşları üçün nəzərdə tutulmuş 3 illik kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, Cavabdehin nümayəndəsi XN iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin N-1(11N)-9359/N0N4 saylı, xx.xx.N0N4-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları

1. Cavabdehin 8/964 nömrəli 08 aprel N0N4-cü il tarixli imtina məktubuna əsasən “N nömrəli hərbi hissənin “C” taqımının heyət nəfəri - atıcısı” vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin N-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmir. Yuxarıda göstərilənləri nəzərə alıb, Nazirlər Kabinetinin 180-N4 №-li N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb kompensasiyanın ödənilməsi mümkün deyil.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hissənin 549 nömrəli 01 sentyabr N0N3-cü il tarixli arayışına əsasən sabiq hərbi qulluqçu ehtiyatda olan mahhxhq əsgər İddiaçı ondan ötrü ki, o, həqiqətən “Vətən müharibəsində” xx.xx.N0N0-xx.xx.N0N0-ci il tarixlərdə Kəlbəcər rayonu istiqamətində N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstənin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və yaralanmışdır.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həssənin NN iyul N0N3-cü il tarixli NN7 nömrəli ehtiyatda olan hərbi qulluqçu mahhxhq əsgər İddiaçı ondan ötrü ki, həqiqətən Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N-ci il tarixli 04 nömrəli əmrinə əsasən “kəşfiyyat ixtisası” üzrə N-ci məharət dərəcəsi verilmişdir.

4. N nömrəli Hərbi Hissə Komandirinin 10 iyul N0N0-ci il tarixli 198 nömrəli əmrindən çıxarışa əsasən N nömrəli hərbi hissənin komandirinin N iyul N0N0-ci il tarixli 0N7 əç nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N6-cı maddəsinin “a”, 1N-ci maddəsinin “b” və 33-cü maddəsinin “a” bəndlərinə müvafiq olaraq, Xüsusi Təyinatlı Qüvvələrin Tədris Mərkəzində 04 may-N4 iyun N0N0-ci il tarixlərdə keçirilən “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu” nu müvəffəqiyyətlə bitirmiş, müddətli həqiqi hərbi xidməti başa çatmış, N nömrəli hərbi hissənin aşağlda adları çəkilən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Azərbaycan Ordusunda bağlaşma əsasında 3 il müddətinə “müddətdən artıq həqiqi hərbi xidmətə” könüllü qəbul edilməklə hərbi hissədə müvafiq vəzifələrə təyin olunsunlar və təyin olunduları vəzifələrinin icrasına başlamış hesab olunsunlar. Əsgər İddiaçı 1- ci xüsusi təyinatlı dəstənin xüssi təyinatlı taqımının xüsusi təyinatlı manqasının heyət nəfəri-atıcısı vəzifəsindən -1-ci Xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı taqımının xüsusi təyinatlı manqasının heyət nəfəri-atıcısı (HUİ-051) vəzifəsinə təyin edilmişdir.

5. N nömrəli Hərbi Hissə Komandirinin N7 sentyabr N0N0-ci il tarixli N76 nömrəli əmrindən çıxarışına əsasən N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N0-ci il tarixli 01 nömrəli əmrinə müvafiq olaraq MAHHXHQ əsgər İddiaçı “C” taqımın N-cü manqasının heyət nəfəri-atıcısı hərbi hissənin qarşısına qoyulmuş döyüş tapşırıqlarının icrası ilə əlaqədar döyüştəyinatı rayonuna çıxarılmış hesab edilmiş və ərazi çıxışında qazan təminatina qoyulmuşdur.

6. N nömrəli Hərbi Hissə Komandirinin N sentyabr N0N0-ci il tarixli N79 nömrəli əmrindən çıxarışına əsasən MAHHXHQ əsgər İddiaçı “F” dəstəsinin “C” taqımın N-cü manqasının heyət nəfəri-atıcısı, müalicəyə, N nömrəli hərbi hissəyə (Gəncə şəhəri) N sentyabr N0N0-ci il tarixdən getmiş hesab edilmişdir.

7. N nömrəli Hərbi Hissə Komandirinin N5 may N-ci il tarixli 149 nömrəli əmrindən çıxarışına əsasən müddətdən artıq həqiqiq hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı taqımının xüsusi təyinatlı manqasının heyət nəfəri-atıcı, N nömrəli hərbi hissə komandirinin N may N-ci il tarixli 0N1 əç nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyinə görə) müvafiq olaraq, həqiqi hərbi xidmətdən ehtiyata buraxildığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, N-ci ilin növbəti məzuniyyəti (30 təqvim günü) verilməklə, N4 iyun N-ci il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı Rayon Şöbəsinə göndərilmişdir. Müddətdən artıq həqiqiq hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarına əsasən N-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Müddətdən artıq həqiqiq hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı ehtiyata buraxılması ilə əlaqədar beşaylıq maaş miqdarında birdəfəlik pul müavinəti verilmişdir.

8. N6 dekabr N0N0-ci il tarixli 15968 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə İddiaçı MN Mərkəzi Hərbi Poliklinikasının Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Azərbaycan Rspublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli,59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası haqqında Əsasnaməyə müvafiq olaraq Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı N sentyabr N0N0-ci il tarixdə aldığı partlayış travması hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı onun xeyrinə kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş illik kompensasiyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MAHHXXHQ əsgər İddiaçı Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin (N nömrəli hərbi hissəsinin) N nömrəli hərbi hissəsinin xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı tağımın xüsusi təyinatlı manqasını heyət nəfəri atacı vəzifəsində xdmət etmiş, N nömrəli hərbi hissə komandirinin N-ci il tarixli əmrinə əsasən o ehtiyyata buraxılmışdır. Belə k, “Vətən Müharibəsi” döyüş əməliyyatı başladığı andan, N nömrəli hərbi hissə komandirinin N76 saylı N7 sentyabr N0N0-ci il tarixli əmri ilə İddiaçı döyüş təyinatlı rayonunda döyüş tapşırığına getmiş hesab edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.N0N0-ci il tarixdə xəsarət almış və N nömrəli hərbi hissəyə (Gəncə Hospitalına) müalicə üçün göndərilmişdir. MAHHXHQ əsagər İddiaçı sülh və müharibə dövründə orduda etdiyi xidmətlərə görə “Şücayətə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş, həmçinin “Müharibə Veteranı” adı və vəsiqəsi verilmişdir. MAHHXHQ əsgər İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinika rəisinin sərəncamına əsasən 15968 nömrəli N6 dekabr N0N0-ci il tarixli Xəstəlik haqqında Şəhadətnaməyə əsasən şəhadətləndirilmişdir. Həmin şəhadətnaməyə əsasən diaqnoz və xəsarətin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarına əsasən N sentyabr N0N0-ci il tarixdə partlayış travması nəticəsində sol gözün nüfuz edən qəlpə yarası, posttravmatik kataraktasma görə aparılmış yaraların birincili-cərrahi işlənməsi, FAKO- HİOL implantasiya əməliyyatından sonrakı psevdofakiya, posttravmatik retnopatiya nəticəsində görmə itiliyinin 0,08-ə qədər azalması, korreksiya etmir, sağ gözün görmə itiliyi 1,0 olmaqla, həmçinin döş qəfəsinin arxa səthinin boşluğuna nüfuz edən kor qəlpə yaralanması, sağ tərəfli hemopnevmotoraks, qarının sağ divarının dəlib-keçən güllə yarası, qaraciyərinin sağ payının cırılma yarası və s. xəsarətlər nəticəsində sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası Haqqında Əsasnaməyə müvafiq olaraq Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı N sentyabr N0N0-ci il tarixdə aldığı xəsarətlər hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Bu xəstəlik haqqında şəhadətnamə əsas götürülərək İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı TSEK-in arayışına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü, müstəqilliyininvə konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərə görə 3-cü dərəcəli əlillik qrupu təyin edilmişdir. Bundan sonra iddiaçı MAHHXHQ əsgər İddiaçı cavabdeh xx.xx.N0N4-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə ərizə ilə müraciət edərək kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyasının ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Lakin, AR Müdafiə Nazirliyi 8/964 saylı xx.xx.N0N4-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı hərbi əməliyyatlar zamanı tutduğu “N nömrəli hərbi hissənin C tağımının (xüsusi təyinatlı) heyət nəfəri - atıcısı vəzifəsi Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti əməkdaşı vəzifəsi hesab edilmədiyindən, Nazirlər Kabinetinin 180-N4 nömrəli N3 noyabr N004-cü il tarixli Qərarı ilə qüvvəyə minmiş “ Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”na uyğun tələb etdiyi kompensasiyanın ödənilməsi mümkün hesab edilməmişdir. Lakin iddiaçı hesab edir ki, Müdafiə Nazirliyi onun ərizəsinə baxarkən bir sıra hüquqi məsələləri nəzərə almamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin komandirinin MN-nin Kəşfiyyat Baş İdarəsinə (N nömrəli hərbi hissəyə) təqdim etdiyi N saylı xx.xx.N0N3-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən N7.09-xx.xx.N0N0-ci il tarixlərdə komandanlığın sərəncamına əsasən N nömrəli hərbi hissənin xüsusi təyinatlı dəstəsinin tərkibində düşmənin yerləşdiyi ərazilərdə döyüş tapşırığını yerinə yetirərkən kəşfiyyat fəaliyyətini icra etmiş və Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin komandirinin MN-nin Maliyyə və Büdcə İdarəsinə təqdim etdiyi NN7 saylı xx.xx.N0N3-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən Müdafiə Nazirinin xx.xx.N -ci il tarixli 04 nömrəli əmrinə əsasən “kəşfiyyat ixtisası” üzrə N-ci məharət dərəcəsi verilmişdir. “Kəşfiyyat və Əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun N0.6 və N0.7-ci maddələrinə əsasən kəşfiyyat tapşırığı yerinə yetirdiyinə görə N0N0-ci ildə kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları üçün nəzərdə tutulmuş N aylıq pul təminatı həcmində məzuniyyət və müalicə pulları ödənilmişdir. Müdafiə Nazirliyinin imtina məktubunda göstərilmiş Müdafiə Nazirinin N0N0-ci il tarixli əmri ilə təsdiq olunmuş kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarının vəzifələri siyahısında qeyd hissəsində nəzərdə tutulmuşdur ki, bu əmrdə siyahıda göstərilməyən və xüsusi təyinatlı qüvvələrin tabeliyində vəzifələr tutan hərbi qulluqçular komandanlığın sərəncamına əsasən düşmənin yerləşdiyi ərazilərdə kəşfiyyat və ya kəşfiyyat diversiya fəaliyyətini icra etdiyi müddətdə bu əmrin qüvvəsi onlara da şamil edilir. Müdafiə Nazirinin müvafiq əmrində kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları qismində vəzifələri göstərilməyən, lakin N0N0-ci il Vətən Müharibəsi və N0NN- ci il Kəlbəcər hadisələri zamanı şəhid olmuş və İddiaçı ilə eyni vəzifələr tutmuş və ya icra etmiş hərbi qulluqçular Müdafiə Nazirinin müvafiq əmrinin qeyd hissəsinə əsaslanaraq Qanunun N0.1N-ci maddəsinə uyğun olaraq onlara (və ya ailə üzvlərinə) kompensasiyalar ödənilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı verdiyi imtina tam əsassız və qeyri-qanunidir. Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 saylı Fərmanının 1-ci bəndinə əsasən “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və öz əsasnamələrinə uyğun olaraq, kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri aşağıdakılardır: 1.4. müvafiq dövlət orqanlarının aşağıdakı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən strukturları: 1.4.1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyətini. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun N0.1N-ci bəndinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.

11. Cavabdeh orqan iddiaya etiraz edir və bildirir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə uyğun olaraq verilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N8 yanvar N005-ci il tarixli 186 №li Fərmanına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi müdafiə sahəsində hərbi kəşfiyyat fəaliyyəti üzrə subyekt müəyyən edilmişdir. Həmçinin, həmin Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşlarına nəzərdə tutulmuş vəzifələrinin müəyyən edilməsi, yuxarıda qeyd olunan Fərmana əsasən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Fərmanın icrası ilə bağlı müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahıları, həmçinin vəzifələri təsdiq edilir. Yuxarıda yazılanları nəzərə alaraq bildiririk ki, N №li hərbi hissədə, kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahıları Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrlərinə əsasən təyin edilir. İddiaçı, N0N0-N-ci illərdə tutduğu vəzifələr üzrə, Qanunun 7-ci maddəsində qeyd olunan kəşfiyyat fəaliyyəti həyata keçirən əməkdaşların siyahısına daxil edilməmişdir. Öncə qeyd olunanlardan aydın olur ki, sözügedən hərbi hissələrdə xidmət etmək və ya onların tərkibində döyüş əməliyyatlarında iştirak etmək kəşfiyyat fəaliyyətinin əmakdaşı olmaq anlamını vermir. Qeyd olunmuş vəzifələr və vəzifədən irəli gələn tədbirlərin yerinə yetirilməsi Müdafiə Nazirliyində hərbi kəşfiyyat həyata keçirən orqanların (subyektlərin) və onların əməkdaşlarının siyahısı (hərbi qulluqçuların hamısı deyil), yalnız müdafiə nazirinin müvafiq əmrlərilə elan olunur. Müdafiə Nazirliyi icra orqanı olaraq qəbul olunmuş Qanunların və Qərarların icraçısıdır. Yuxarıda qeyd edilən normativ hüquqi aktlar müvafiq səlahiyyətli orqanlar tərəfindən qəbul edilmişdir və onların Müdafiə Nazirliyi tərəfindən başqa formada təfsil və icra edilməsi qanunauyğun deyildir.

12. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-9359/N0N4 saylı, xx.xx.N0N4-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı üç illik pul təminatı məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilmişdir.

13. Cavabdeh AR Müdafiə Nazirliyi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissənin “C” taqımının heyət nəfəri – atıcısı” vəzifəsi Azərbaycan Respublikası müdafiə nazirinin N-ci il tarixli müvafiq əmrinə əsasən, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekt əməkdaşı hesab olunmur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

16. Məhkəmədə cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

17. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kollegiyası məhkəmə iclasını iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

18. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: N.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; N4.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; N4.N-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

19. Kəşfiyyat və əks-kəşfiyyat haqqında Azərbaycan Respublikasının Qanunun: 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. 1.N. Kəşfiyyat fəaliyyəti Azərbaycan Respublikasının milli maraqlarının təmin edilməsinə və milli təhlükəsizlik siyasətinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasına yönəlmişdir. 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terrortəxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. 6.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 6.N. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri və onların səlahiyyət dairəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin subyektlərin işinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 6.3. Digər müvafiq icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin müraciəti əsasında kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsində iştirak edirlər.

N0. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N3 noyabr N004-cü il tarixli 180- N4 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın. N.N-ci bəndinə əsasən xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir.

N1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.N məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 8N. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1N-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.N. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, N.1 və 3.1-ci maddələrinə əsasən)

25. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir.

26. Belə ki, işin hallarından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N76 saylı N7 sentyabr N0N0-ci il tarixli əmri ilə döyüş təyinatlı rayonunda döyüş tapşırığına getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xx.xx.N0N0-ci il tarixdə xəsarət almış və N nömrəli hərbi hissəyə (Gəncə Hospitalına) müalicə üçün göndərilmişdir. Daha sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş Hərbi Həkim Ekspertizası Haqqında Əsasnaməyə müvafiq olaraq Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə İddiaçı N sentyabr N0N0-ci il tarixdə aldığı xəsarətlər hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır, səbəb əlaqəsi ilə təsdiq olunmuşdur. Bu xəstəlik haqqında şəhadətnamə əsas götürülərək İddiaçı xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı TSEK-in arayışına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü, müstəqilliyininvə konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı xəsarətlərə görə 3-cü dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçının xidmət dövrü N0N0-ci ili əhatə etmişdir.

27. Hazırda iddiaçı Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə ərizə ilə müraciət edərək kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 (üç) illik kompensasiyasının ödənilməsini tələb edir.

28. Birinci instansiya məhkəməsi qərarında iddiaçının xidmət etdiyi qurumun kəşfiyyat fəaliyyəti subyekti olmasını, İddiaçı həqiqətən xüsusi təyinatlı dəstənin xüsusi təyinatlı taqımının xüsusi təyinatlı manqasının heyət nəfəri-atıcısı vəzifəsində xidmət etdiyinə görə kəşfiyyat orqanı əməkdaşı olmasını bildirərək, iddianı təmin etmişdir.

29. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

30. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N76 saylı N7 sentyabr N0N0-ci il tarixli əmrindən çıxarışa əsasən MAHHXHQ əsgər İddiaçı, “C” taqımının N-ci manqasının heyət nəfəri-atıcısı vəzifəsində xidmət etmişdir.

31. Məhkəmə kolleqiyası tərəfindən məxfi hesab edilən siyahıya baxış keçirilmiş və müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 fevral N0N0-ci il tarixli, 0011 nömrəli əmri ilə təsdiq edilmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nda N nömrəli hərbi hissənin kəşfiyyat və əks kəşfiyyat subyektləri hesab edilən vəzifələrin adları həmin siyahının 1N.5, 1N.7, 1N.8, 1N.9, 1N.10 və 1N.11-ci bəndlərinə öz əksini tapmış və İddiaçı xidmət etdiyi “C” taqımının N-ci manqasının heyət nəfəri-atıcısı vəzifəsi həmin siyahıda öz əksini tapmamışdır.

32. Bununla bağlı kollegiya qeyd edir ki, əsgər İddiaçı xidmət etdiyi heyət nəfəri-atıcısı vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kəşfiyyat fəaliyyəti subyekti əməkdaşları vəzifələrinin Siyahısı”nın təsdiq edilməsi haqqında 19 fevral N0N0-ci il tarixli, 0011 nömrəli əmrinin göstərilən bəndlərində qeyd olunmadığından o, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyekt əməkdaşı hesab olunmur. Belə olduğu tədqirdə iddiaçının kəşfiyyat və əks kəşfiyyat subyektləri üçün nəzərdə tutulmuş 3 illik kompensasiyanı almaq hüququ yaranmır.

33. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunanlar nəzərə alınmamış, məhkəmənin qərarda gəldiyi nəticə işin hallarına və maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır.

34. İPM-nin 73.1-ci maddəsinin tələbindən də məhz görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. İnzibati Prosessual Məcəllənin 1N-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

36. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu və maddi hüquq normalarının pozulması ilə qəbul olunduğu dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin N- 1(11N)-9359/N0N4 saylı, xx.xx.N0N4-cü il tarixli qərarı ləğv edilməli və iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmalıdır. 37.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.N ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-9359/N0N4 saylı, xx.xx.N0N4-cü il tarixli qərarı ləğv olunsun. İddia tələbi üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar