Məhkəmə qərarları › İş №2-1(103)-1345/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1345/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1345/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7973/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəliyin icrası haqqında (“İPM m.34.1.) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 2000-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarından ehtiyata buraxıldıqdan sonra 2012-ci ilin iyul ayınadək keçmiş Azərbaycan Respublikası Hərbi komissarlığı sistemində hərbi qulluqçu kimi müxtəlif vəzifələrdə işləmiş və DSMF-yə müntəzəm olaraq əmək haqqından ödənişlər həyata keçirmiş, 2022-ci ilin mart ayına şəxsi sığorta hesabında 6472,76 manat vəsait yığılmışdır. O, pensiya kapitalının toplanmış miqdarı nəzərə alınaraq pensiyasının yenidən hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə müraciət etmiş, lakin cavabdehin **********9 nömrəli, xx.xx.2022 il tarixli məktubu ilə “onun əmək pensiyasının 1663,60 manat məbləğində olmaqla əmək pensiyasının sığorta hissəsi 243,31 manat, qulluq stajına görə əmək pensiyasına əlavəsi 1420,29 manatdan ibarət olduğu göstərilərək 6472,76 manat pensiya sığorta kapitalı olmasına baxmayaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiyası yenidən hesablandıqda, faktiki olaraq heç bir artım olmadığını bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə dair etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 1663,60 manat məbləğində, əmək pensiyasının sığorta hissəsi 243,31 manat, qulluq stajına görə əmək pensiyana əlavə 1420,29 manat tərkibdən ibarət olmaqla ödənilmişdir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 6472,76 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Həmin pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (6472,76:72=89,90 manat) əmək pensiyasının sığorta hissəsinin (243,31 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 333.21 (243,31+89,90) manat müəyyən edilmişdir. Eyni zamanda Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənin məbləği (1420,29 manat) həmin artımlar qədər (89,90 manat) azaldılmışdır, nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 333,21 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1330,39 (1420,29-89,90) manat təşkil edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7973/2022 saylı qərarı ilə iddia təmin edilmiş, Əmək pensiyası təyin edildikdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən iddiaçı X2 təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: «… Məhkəmə qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. Belə ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 1 yanvar 1996-cı il tarixində xidmət illərinə görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyası Mərkəzi Filial tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında'1 Azərbaycan Respublikası Qanununun 37.3.1, 29.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarı nəzərə alınaraq, iddiçnın 6472,76 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (6472,76:72=89,90 manat) əmək pensiyası sığorta hissəsinin (243,31 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 333,21 (243,31+89,90) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (1420,29 manat) həmin artımlar qədər (89,90 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 333,21 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 1330,39 (1420,29-89,90) manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixnədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən Qərarın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalların tələblərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 -ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayııı birindən ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında əmək pensiyasının sığorta kapitalı əsasında yenidən hesablanmasının müraciət edildiyi gündən həyata keçirildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarında isə yenidən hesablanmış əmək pensiyasının növbəti ayın 1-dən ödənildiyi qeyd olunub. Məhkəmənin sözügedən qərarının əsaslandırıcı hissəsində iddiaçının əmək pensiyasının yenidən hesablanmasının əsasını Qanunun 29.1 -ci maddəsinə uyğun pensiyanın indeksləşdirilməsi təşkil etmədiyindən məhkəmə bu hesablamanı qanuni hesab etməmişdir. Bununla bağlı bildiririlir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “həmin Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (quiluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Göründüyü kimi, “Əmək pensiyaları haqqında“ Qanunun 37.3.1 -ci maddəsinə əsasən yenidən hesablanma da Qanunun 29.1 -ci maddəsinin təsir dairəsinə daxildir. Bu səbəbdən cavabdeh tərəfindən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləğinin azaldılması tamamilə qanunauyğundur. Cavabdehin qeyd olunan mövqeyi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında da aydın ifadə olunub...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi G.Məmmədova apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsi nəzərdə tutur ki, “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki:

1. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. İddiaçının iş materiallarında olan ******* №li əmək kitabçasının surətinə, pensiya işinə dair sənədlərə, məlumat vərəqinə, pensiya uçot vərəqinə fərdi hesabının sığorta hisəsinə dair sosial arayışa və s əsasən müəyyyən olunur ki, iddiaçıya xx.xx.2001-ci il tarixdə yaşa görə xidmət illərinə görə əmək pensiyası təyin edilmiş, pensiya təyin edildikdən sonra o, 2012-ci ilə kimi 6 ildən də çox işləmiş və onun fərdi hhesabında 6472,76 manat məbləğində pensiya kapitalı yığılmışdır və bu işin cavabdeh tərəfindən mübahisələndirilməyən halıdır. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunan fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 37.3.1-ci, 37.3.2-1 və 29.1-1-ci maddəsinnin hazırda qüvvədə olan redaksiyasına görə: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (maddənin bu yeni redaksiyası 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir (maddəyə edilən bu əlavə 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); 29.1-1-ci maddəsinə əsasən isə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir ( maddəyə əlavə edilən bu əlavə 16 avqust 2019-cu il tarixən qüvvəyə minmişdir). Beləliklə də əmək pensiyaları haqqında qanunvericilyin iddiaçının vəziyyətini yaxşılaşdıran qeyd olunan müddəaları, AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi baxımından, iddiaçı Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra 2001-ci ildə pensiyaya çıxıdıqdan sonra, 6 ildən çox işləyərək 2001-2012-ci illərdə fərdi hesabının sığorta hissəsində yığılımış 6472,76 manat məbləğində pensiya kapitalı nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanmasını aparmaq cavabdeh orqanın öhdəliyidir. Lakin konkret halda cavabdeh iddiaçının vəziyyətini yaxşılaşdıran həmin normaların tətbiq olunmasından imtina edərək, “Əmək pensiyaları haqqında” Qanunun 15 dekabr 2022-ci il tarixdən artıq qüvvədən düşmüş 29.2-ci maddəsinin köhnə redaksyiasını tətbiq etməklə, onun pensiyasını 2001–2012-ci illər ərzində toplanmış 6472,76 manat sığorta kapitalı qədər artırıb, həmin məbləğdə də pensiyasını azaltmaqla, faktiki olaraq onun fərdi hesabından həmin illər ərzində sığorta kapitalını silərək sıfırlamış, bununla da onun qanunla qorunan pensiya hüququnun pozulması deməkdir. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanları nəzərə alıan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7973/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7973/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar