Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1346/2020 27.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi və vəkili X6, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinə (bundan sonra mətndə - DSMF XŞTİ) qarşı pensiyanın yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Səbail rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsibarədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1990-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı və 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin deputatı kimi pensiya alır. Lakin, ona pensiya hesablanarkən pensiya qanunvericilikdə göstərilən şərtlərə uyğun hesablanmayıb. Ona pensiya hesablanıb ödənilərkən Qanuna edilən dəyişiklik, yəni «Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci hissəsində göstərilən 25 faiz ödənil nəzərə alınmamışdır. Azərbaycan Respublikası bəzi Qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında» xx xxxx 2008-ci il (N 649-İİİQD tarixdə qəbul edilmişvə «Azərbaycan» qəzetində (xx xxxxxx 2008-ci il 190 saylı) dərc edilmiş Azərbaycan Respublikasının Qanununa əməl edilməmişdir. Həmin Qanunda göstərilmişdir ki, «Azərbaycan Respublikası Milli X5 haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin beşinci hissəsində «25» rəqəmi «50» rəqəmi ilə əvəz edilsin. Qeyd edilən qanunda göstərilən dəyişikliklə əlaqədar olaraq ona pensiya hesablanarkən 2007-ci il tarixindən xx.xx.2013-cü il tarixədək pensiya təyin oluanrkən deputatlara deputat səlahiyyətlərini yerinə yetirilməsi üçün verilən pul təminatına görə pensiyaya əlavə olaraq hesablanmamışdır. Qeyd edilən Qanunda hələ 2007-ci ildə hesablanıb verilməli olan pensiyaya 25 faiz əlavə, həmçinin 2008-ci ilin 01 sentyabr tarixindən aldığı pensiyaya 50 faiz artım hesablanaraq ödənilməli olduğu halda həmin artımda hesablanmayaraq ödənilməmişdir. Onu da qeyd edir ki, həmin Qanuna 2013-cü ilin dekabr ayından etibarən əməl edilmişdir. 2013-cü ilin dekabr ayında onların pensiyaları yenidən hesablanmışvə qanunla müəyyən olunmuş artım onların pensiyalarına əlavə olunmuşdur. Lakin, 2007-ci ildən 2013-cü ilin dekabr ayına qədər olan müddət üçün hesablanıb ödənilməli olan pensiyaya artımlar cavabdeh tərəfindən hesablanamış və ödənilməmişdir. Bununla bağlı cavabdehə tərəfindən müraciət olunmuş, müraciətə cavab olaraq xx xxxx 2019-cu il tarixdə Dövlət X9 Səbail rayon Şöbəsindən ona ünvanlanan məktubda bildirilmişdir ki, xx xxxxxx 2013-cü il tarixdən bütün əlavələr hesablanmış və hazırda əmək pensiyası 2722.50 manat təşkil edir. Hesab edir ki, «Azərbaycan Respublikası Milli X5 haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutaraq, göstərilən müddətlərdə həmin fərqin hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdeh təşkilatın üzərinə qoyulması barədə iddiası əsaslı və qanunidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmsinin 2-1(81)-3899/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 Bakı şəhəri Səbail rayon Şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsi ilə əvəz edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddiaya dair «Etiraz»ını təqdim edərək bildirmişdir ki, «Azərbaycan Respublikası Milli Məclisinin deputatı statusu haqqında» Qanunun 21-ci maddəsinin V hissəsinin ilk mətni belə olub: «Deputat hər ay əmək haqqı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilmsəi üçün vergilərdən azad olunan pul təminatı alır. Deputatların əmək haqqının və pul təminatının məbləği hər il üçün Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə müəyyənləşdirilir». xx xxxx 2004-cü il tarixli, 718- İİQD nömrəli «Azərbaycan Respublikası Milli X5 haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin üçüncü hissəsi çıxarılmış və aşağıdakı redaksiyada yeni üçüncü dördüncü və beşinci hissələr əlavə edilmişdir: «Milli Məclisin sədri şərti maliyyə vahidinin 1400 misli miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faiz, Milli Məclisin komissiya sədri – 80 faizi, milli Məclisin komissiya sədrinin müavini – 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komisisya sərdləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 25 faiz məbləğində vergilərdən azad olunan aylıq pul təminat alırlar.» xx xxxx 2008-ci il tarixli, 649-İİİQD nömrəli Qanunla 21-ci maddənin beşinci hissəsində «25»rəqəmi «50» rəqəmi ilə əvəz edilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 20.10-cu maddəsinə görə, Bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Milli Məclisinin deputatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatının orta aylıq əmək haqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərinincəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir. Göründüyü kimi, deputatlara pensiya təyin edilməsi zamanı orta aylq əmək haqqının hesablanması Qaydası «Əmək pensiyaları haqqında» Qanunun 20.10-cu maddəsində öz əksini tapmışdır. Bu zaman, vəzifə maaşı və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlər diqqətə alınır. İşdə iddiaçının vəzifə maaşının 25 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatından sosial sığorta haqqı ödəməsinə dair sənəd yoxdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, Qanun, həmin məbləğin (əvvəl vəzifə maaşının 25, daha sonra 50 faizi miqdarında) deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi məqsədilə verilməsini nəzərdə tutub. Dolayısı ilə, bu məbləğin «əmək haqqındakı sonrakı artım» olaraq da qiymətləndirilməsi mümkün deyildir. Çünki, sözügedən əlavənin yeganə təyinatı vardır: xərclərin qarşılanması. Odur ki, Milli Məclisin deputatı olmayan şəxsin, hər hansı xərcinin qarşılanmasından söhbət gedə bilməz; başqa sözlə, sözü gedən artımın pensiyada olan sabiq deputatlara şamil edilməsi mümkün deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2007-ci il tarixdən xx xxxxxx 2013-cü il tarixədək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məzmunca iddiaya qarşı verilmiş «Etiraz»a uyğun olmaqla onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak etmiş iş üzrə cavabdehin nümayəndəsi və vəkili X2pellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin əsaslı olduğundan təmin edilməsini, 1-ci instansiya məhkəməsinin qərarının qərarının ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iş üzrə iddiaçının nümayəndəsi və vəkili X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, 1-ci instansiya məhkəməsinin qərarının qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə ünvan 2 ünvanında pasport qeydiyyatındadır. İş materiallarında olan, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri tərəfindən verilmiş BD seriyalı, 83 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı (İİ çağırış Milli Məclisin səlahiyyət müddətində) Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. İş materiallarında olan, iddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, 17.209.2004-cü il tarixdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini seçilmiş, xx.xx.2005-ci ildə ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyətlərinə xitam verilmişdir. İş materiallarında olan, DSMF XŞTİ tərəfindən verilmiş «Əmək pensiyasının yenidən hesablanması haqqında 00266 nömrəli, xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, iddiaçıya yaşa görə (deputat kimi) pensiya təyin edilmişdir. İş materiallarında olan, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2019cu il tarixli, **********7 nömrəli cavab məktubunda bildirilmişdir ki, ««Əmək pensiyları haqqında» Azərbaycan Respublikası Qanununun 20.10-cu maddəsinə əsasən, Bu Qanunun 20.1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr Azərbaycan Respublikası Milli Məclisinin deputatının orta aylıq əməkhaqqı, onun son 12 ay ərzində müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisindən aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilir. Sizin də əmək pensiyanızın üzərinə Azərbaycan Respubliaksı Milli Məclisindən aldığı gəlirlərdən yuxarıdakı qaydada müəyyənləşdirilmiş orta aylı əmək haqqı nəzərə alınmaqla əlavə hesablanmışdır. Eyni zamanda bildirmişlər ki, sabiq deputatların əmək pensiyasına qulluq illərinə görə əlavənin Azərbaycan Respublikası Milli Məclisininfəaliyyətində olan deputatın əməkhaqqından vəya sabiq deputatların 12 ay ərzində aldığı əmək haqqından əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla yenidən hesablanması məsələsinə münasibət bildirməsi ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə sorğu edilmiş və sorğunun nəticəsindən asılı olaraq əmək pensiyasının məbləği xx.xx.2013-cü il tarixdən yenidən hesablanmışdır. Hazırda əmək pensiyasının məbləği sonrakı artımlar da nəzərə alınmaqla 2722.50 manat təşkil edir və mütəmadi olaraq ödənişə göndərilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübhisə ilə əlaqədar cavabdehin imtinasında və etirazında göstərdiyi dəlillərin əsassız olması nəticəsinə gələrkən aşağıdakı hüquq normalarına istinad etmişdir. «Azərbaycan Respublikası Milli X5 haqqında» Qanununun 21-ci maddəsinə görə deputat hər ay vəzifə maaşı və deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərinin ödənilməsi üçün vergilərdən azad olunan pul təminatı alır. Deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır. Milli Məclisin sədri 2250 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini - 85 faizi, Milli Məclisin komitə və komissiya sədri - 80 faizi, Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. Həmin Qanunun 30-cu maddəsinə görə səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmu əsasında deputat mandatından məhrum edilmiş və Milli Məclisin iclaslarında üzürsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq deputatın pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» xx xxxx 2008-ci il tarixli 649-İİİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən «Azərbaycan Respublikası Milli X5 haqqında» Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin beşinci hissəsində «25» rəqəmi «50» rəqəmi ilə əvəz edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin etirazının dəlillərinə görə «Azərbaycan Respublikası Milli X5 haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci bəndində göstərilən əlavələrin vergilərdən azad olunan aylıq pul təminatından sosial sığorta haqqı ödəməsinə dair sənəd yoxdur. Qanunverilicik həmin məbləğin deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi məqsədilə verilməsini nəzərdə tutub. Bu məbləğin «əmək haqqındakı sonrakı artım» olaraq da qiymətləndirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab eidr ki, qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə alaraq, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, «Azərbaycan Respublikası Milli X5 haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci bəndində aylıq pul təminatı nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası əsassızdır və iddiaçının pensiya hüququnun pozulması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi bundan əlavə həmçinin onu da qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq hakimi O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2014-cü il tarixli qərarında Plenumun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda Plenum hesab etmişdir ki, pensiya yaşına çatmış sabiq hakimlərin pensiya təminatı ilə əlaqədar qanuni əsası olmayan fərqli yanaşmalar nəticəsində ərizəçinin Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi fəaliyyətdə olan hakimlərlə sabiq hakimlərin pensiya təminatı arasında hər hansı fərq qoyulmasını eyni kateqoriyadan olan bu şəxslərin bərabərlik hüququnun pozuntusu kimi qiymətləndirmişdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Ranqelov Almaniyaya qarşı» işində (xx xxxx 2012-ci il tarixli qərar, 85-86) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, Konvensiyanın 14cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqlənmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyildirsə, başqa sözlə qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab olunur. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun, həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən Azərbaycan Konstitusiyasının 149-cu maddəsinin 7ci hissəsində nəzərdə tutulanlar istisna olmaqla mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan qanunvericiliyin tələblərini nəzərə alan birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, sözügedən artımlar iddiaçı həmin vəzifədən çıxdıqdan sonrakı müddətdə qəbul edilsə də, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığına görə, iddiaçıya münasibətdə qüvvəsi geriyə şamil edilməlidir. Birinci instansiya məhkəməsi eləcə də, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 31.1, 32, 37.7-ci maddələrinin tələblərini nəzərə alaraq, iddiaçıya yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi tələbini də əsaslı hesab edərkən ona istinad etmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun 31.1-ci maddəsinə əsasən (xx xxxx 2017-ci ilədək olan redaksiyası) əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi hazırki mübahisə ilə əlaqədar düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddia iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-262/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1346/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1346/2020
27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver