Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1347/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7634/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 2020-ci il üçün tərtib edilmiş **********7900 saylı 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişinin və “Torpaq və Əmlak vergisinin ödənilməsi haqqında” Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il tarixli qərarının əsassız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7807/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-732/2022 nömrəli 02 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7807/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7634/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia “tədiyyə bildirişinin ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7634/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-7634/2022 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərarının ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********10-12301 reyestr nömrəli,********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli, 20 fevral 2019-cu il tarixli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz ƏmlakınDövlət Reyestrindən Çıxarışı”na əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 8-ci Köndələn küçəsi, 0.759001 ha dövlət mükiyyətində olan torpağın üzərində olan 2 saylı ünvanda yerləşən ümumi sahəsi 7.291,27 kv.m-dən ibarət “Əmlak Kompleksi kimi müəssisə” xüsusi-şəxsi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Həmin çıxarışa əsasən 0.759001 ha dövlət mükiyyətində olan torpaq sahəsi İddiaçı istifadəsindədir. Mübahisələndirilən “Torpaq və Əmlak vergisinin ödənilməsi haqqında” Bakı Şəhəri Nizami Rayonu Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin 198.1.1, 206.3 və 59.1-ci maddələrinə, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə və “İnzibat icraat haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək İddiaçı 20.671,27 manat məbləğində vergi borcu tutulması qərara alınmışdır. Lakin Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin İddiaçı ünvanlanmış olduğu 79-k saylı, 06 iyul 2020-ci il tarixli (sonradan əldə olunmuş) məktubunda isə qeyd edilir ki, 2020-ci ilin vergisi nəzərə alınmamaqla ötən dövrlər üzrə torpaq və əmlak vergisinə görə İddiaçı 12.653,15 manat, gecikdirilmiş günlərə görə hesablanmış faiz borcu 8.193,26 manat olmaqla, ümumilikdə 20.846,41 manat borcu vardır. Bundan başqa, 2020-ci il üçün tərtib edilmiş **********7900 saylı, 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişinin beşinci qrafasında qeyd olunur ki, əmlak vergisi üzrə 2.916,51 manat, torpaq vergisi üzrə 2.849,16 manat hesablanmış, tədiyyə bildirişinin altıncı qrafasında qeyd olunur ki, verginin ödənilmə müddəti 15 avqust 2020-ci il tarixədək 2.882,84 manat; 15 noyabr 2020-ci il tarixədək 2.882,84 manat, tədiyyə bildirişinin yeddinci qrafasında qeyd olunur ki, ötən dövrlər üzrə vergi borcu 12.653,15 manat, tədiyyə bildirişinin səkkinzinci qrafasında qeyd olunur ki, gecikdirilmiş günlərə görə hesablanmış faiz borcu 8.193,26 manat və tədiyyə bildirişinin onuncu qrafasında ödəniləcək vergi məbləği 26.612,07 manat təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfindən qəbul edilmiş qərarda göstərilən ümumi vergi məbləğləri ilə İddiaçı ünvanlanmış məktub və tədiyyə bildirişində göstərilən ümumi vergi məbləğləri bir-birindən kəskin şəkildə fərqlənir. “Torpaq və əmlak vergisinin ödənilməsi haqqında” Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il Qərarının əsaslandırıcı hissəsində qeyd edilir ki, İddiaçı 20.671,27 manat yaranmış vergi borcu məbləğinin 10.057,31 manatı əmlak vergisi və 10.613,96 manat isə torpaq vergisi üzrədir. Lakin Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin İddiaçı ünvanlanmış olduğu 79-k saylı, 06 iyul 2020-ci il tarixli (sonradan əldə olunmuş) məktubunda isə qeyd edilir ki, İddiaçı 20.846,41 manat yaranmış vergi borcu məbləğinin 12.653,15 manatı torpaq və əmlak vergisi, 8.193,26 manat isə gecikdirilmiş günlərə görə hesablanmış faiz borcu üzrədir. Göründüyü kimi cavabdehin iddiaçının hesablanmış olduğu ümumi vergi borcu məbləğləri bir-birindən kəskin fərqlənməklə yanaşı, həm də ziddiyyətlidir. “Torpaq və Əmlak vergisinin ödənilməsi haqqında” Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il Qərarının əsaslandırıcı hissəsində İddiaçı bələdiyyə orqanın hesablanmış olduğu vergi məbləğləri əsaslandırılmamış, yaranmış vergi məbləğləri hansı dövrlər üzrə və hansı qaydada hesablanması qeyd olunmamış, iddiaçıya məxsus əmlakın hansı əmsal tətbiq edilməsi qeyd olunmamışdır. Ümumilikdə, cavabdeh tərəfdən qəbul edilən inzibati akt aydın, anlaşılan və dəqiq deyil. Qeyd olunan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan əmlak kompleksinin ümumi sahəsi 7291.27 kv.m təşkil edir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin tələbinə əsasən fiziki şəxlərin əmlak vergisi üzrə iddiaçının illik vergi yükü ünvan 2 (zona 7, əmsal 0.95) 7291.21x0,40x0.95=2.770,68 manat təşkil edir. 2020-ci il üçün tərtib edilmiş 0**********7900 saylı, 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişində isə əmlak vergisi üzrə əsassız olaraq 2.916,51 manat qeyd olunmuşdur. Qeyd olunan Çıxarışa əsasən İddiaçı əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi onun xüsusi şəxsi mülkiyyətində deyil, əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olmaqla iddiaçının daimi istifadəsindədir. Belə olan halda, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin tələblərinə əsasən İddiaçı istifadə etdiyi torpaq sahəsi vergi obyekti olmadığı üçün torpaq vergisinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Vergilər Məcəlləsində göstərilən torpaq sahəsinin istifadəçiləri dedikdə isə bu hal Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin qərar (müqavilə) əsasında istifadəçisi və icarəçisi başa düşülür, həmin istifadəçi şəxslər istifadəsində olan torpaq sahəsinin hər 100 kv.m görə vergi ödəyirlər. Hətta ehtimal edilsə belə ki, İddiaçı istifadəsində olan torpaq sahəsi vergi obyekti olaraq vergiyə cəlb edilə bilər, onda belə halda həmin Çıxarışa əsasən İddiaçı istifadəsində olan ümumi torpaq sahəsi 0.759001 ha bu isə 7.590 kv.m (0.759 ha və ya 75,9 sot) x 10 = 759,00 manat təşkil etdiyi göründüyü halda, 2020-ci il üçün tərtib edilmiş **********7900 saylı, 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişində isə topaq vergisi üzrə əsassız olaraq 2.849,16 manat qeyd olunmuşdur. Qərarın qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd olunan çıxarışda torpaq sahəsinin ölçüsü 0,759001 ha, torpaq sahəsi üzərində hüququn növü “istifadə” kimi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi-2 ünvanda yerləşən Qeyri yaşayış sahəsi-X2 aid xx.xx.2009-cu il tarixdə tərtib olunmuş 003413 №li “Müəssissə və obyektin Daşınmaz Əmlakının Texniki pasportu”nun “Torpaq sahəsinin təsnifatı”nda torpaq sahəsinin faktiki ölçüsü 19245,8 kv.metr, ümumi tikinti altı sahə 8743,4 kv.metr kimi göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsinin iclasının 17 saylı protokolunun 11 avqust 2020-ci il tarixli “Torpaq və əmlak vergisinin ödənilməsi haqqında” qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1.1, 206.3 və 59.1-ci maddələrinə, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edilərək, vət. İddiaçı 20671 manat 27 qəpik məbləğində vergi borcunun tutulması qərara alınmış, qərar icra olunması üçün Bakı şəhər Nəsimi rayon İcra və probasiya şöbəsinə və vətəndaşa göndərilmişdir (10057,31 manat əmlak vergisi, 10613,96 manat torpaq vergisi). İş materiallarında olan Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsinin 2020-ci il üçün tərtib edilmiş **********7900 saylı 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişində ödəyici (iddiaçı) tərəfindən ödənilməli məbləğ kimi 26612,07 manat göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış 21 oktyabr 2019-cu il tarixli 130-K №li və 06 iyul 2020-ci il tarixli, 78-K №li məktublardan görünür ki, sonuncuya Keşlə bələdiyyəsinin tədiyyə bildirişində göstərilən borcun ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş: - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda 7291,27 kv.metr əmlak kompleksi kimi müəssisə İddiaçı xüsusi mülkiyyətindədir; - xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq olunmuş surəti ilə müəyyən olunur ki, satıcı İddiaçı tam mülkiyyət üzrə ona məxsus ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 7291,27 kv/m olan əmlak kompleksi kimi müəssisənin 593.1 kv.metr hissəsini alıcı X1; - İddiaçı tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin 7291.27 kv.metr ümumi sahəsinin 6.955 kv.metr ümumi sahəyə azaldılmasına etiraz etmir; - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanda 6347,6 kv.metr əmlak kompleksi kimi müəssisə İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Keşlə Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 10 mart 2023-cü il tarixli, 38-k saylı məktubda qeyd olunur: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayonu Keşlə bələdiyyəsinə qarşı 2020-ci il üçün tərtib edilmiş **********7900 saylı, 02 iyul 2020-ci il tarixli tədiyyə bildirişini və “Torpaq və əmlak vergisinin ödənilməsi haqqında” Bakı şəhəri Nizami rayonu Keşlə bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il tarixli Qərarını əsassız hesab edərək ləğv edilməsi tələbinə dair inzibati işin 2-1(103)- 1347/2023 saylı Apellyasiya Məhkəməsində olan icraatı ilə bağlı tərəfimizdən aparılan araşdırma zamanı həqiqətən də müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********10-12301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, RX seriyalı, ******* nömrəli, 20 fevral 2019-cu il tarixli “Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışı”na əsasən xüsusişəxsi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 8-ci Köndələn küçəsi, 0.759001 ha dövlət mükiyyətində olan torpağın üzərində olan 2 saylı ünvanda yerləşən ümumi sahəsi 7.291,27 kv.m-dən ibarət “Əmlak Kompleksi kimi müəssisə”nin əmlak vergisi tərəfimizdən texniki səhv olaraq 6-cı zonanın əmsalları ilə hesablanmışdır, baxmayaraq ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 aprel 2015-ci il tarixli qərarına əsasən 7-ci zonanın əmsalları ilə hesablanmalı idi. Bundan başqa, aparılan digər araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının ünvan 6 ünvanda qanuni istifadəsində olan torpaq sahəsi 0.759001 ha təşkil edir. Bu səbəbdən iddiaçıya texniki səhv olaraq, artıq torpaq vergisi hesablanmışdır. Bu səbəbdən qəbul edirik ki, iddiaçı barəsində qəbul edilmiş qərarda texniki hesablama səhvləri buraxılmışdır. Hazırda göstərilən texniki səhvlər düzəldilmiş, iddiaçının gətirmiş olduğu iradlar qəbul olunmuş, buna müvafiq olaraq iddiaçı torpaq və əmlak vergi ödənişlərini ödəmiş və 2022-ci il dövr üzrə iddiaçının Keşlə bələdiyyəsinə hər hansı borcu qalmamışdır. İş materiallarında olan Keşlə Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış 15 may 2023-cü il tarixli, 74-k saylı məktubda qeyd olunur: Sizin xx.xx.2023-cü il tarixli №2-1 (103)-1347/2023 saylı sorğunuza cavab olaraq bildiririk ki, 17 saylı, 11 avqust 2020-ci il tarixli qərar ilə iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 8-ci Köndələn küçəsi, 0.759001 ha dövlət mükiyyətində olan torpağın üzərində olan 2 saylı ünvanda yerləşən ümumi sahəsi 7.291,27 kv.m-dən ibarət “Əmlak Kompleksi kimi müəssisə” nin əmlak vergisi tərəfimizdən texniki səhv olaraq 6-cı zonanın əmsaları ilə hesablanmışdır, baxmayaraq ki, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 aprel 2015-ci il tarixli qərarına əsasən həmin əmlak üzrə 7-ci zonanın əmsalları əsas götürülməklə hesablanmalı idi. Bundan başqa, aparılan digər araşdırma zamanı müəyyən olunmuşdur ki. iddiaçının ünvan 6 ünvanda qanuni istifadəsində olan torpaq sahəsi 0.759001 ha təşkil edir. Ona görə 17 saylı, 11 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçıya texniki səhv olaraq, torpaq vergisi artıq hesablanmışdır. Bu səbəbdən qəbul edirik ki, iddiaçı barəsində qəbul edilmiş qərarda texniki hesablama səhvləri buraxılmışdır. Hazırda göstərilən texniki səhvlər düzəldilmiş, iddiaçının gətirmiş olduğu iradlar qəbul olunmuş, buna müvafiq olaraq iddiaçının Keşlə Bələdiyyəsinə torpaq və əmlak vergisi üzrə 2022-ci il dövrə kimi hər hansı borcu qalmamışdır. Bundan başqa, qeyd edirik ki, iddiaçı ilə aramızda olan məhkəmə mübahisəsi davam etdiyi üçün Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il tarixli qərarı ləğv edilməmiş və hazırda qüvvədədir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən yerli (bələdiyyə) vergi və ödənişlərə (bundan sonra - yerli vergilər və ödənişlər) dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, "Bələdiyyələrin statusu haqqında" və "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq qəbul edilmiş digər qanunvericilik aktlarından ibarətdir. 3.1-ci maddəsinə əsasən yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. 3.2-ci maddəsinə əsasən yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir. 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, su və hava nəqliyyatı vasitələri), habelə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. 5.2-ci maddəsinə əsasən vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fiziki və hüquqi şəxslərdir. 6.0-cı maddəsinə əsasən vergilər aşağıdakı formalarda tutulur: 6.0.1. bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); 6.0.2. bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); 6.0.3. bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında, bələdiyyələrin vergi xidməti orqanlarının hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi üzrə vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). 8.0-ci maddəsinə əsasən yerli vergilərə aşağıdakılar aiddir: 8.0.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.0.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.1-ci maddəsində nəzərdə tutulan halda fiziki şəxslərin əmlak vergisi; 8.0.4. bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun: 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyrirezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. 18.2-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi. 200.6-cı maddəsinə əsasən binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir. 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. 208.6-cı maddəsinə əsasən müəssisələrin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsinin iclasının 17 saylı protokolunun 11 avqust 2020-ci il tarixli “Torpaq və əmlak vergisinin ödənilməsi haqqında” qərarına əsasən iddiaçıdan 20671,27 manat məbləğində vergi borcunun tutulması qərara alınmış, qərar icra olunması üçün Bakı şəhər Nəsimi rayon İcra və probasiya şöbəsinə və iddiaçıya göndərilmişdir (10057,31 manat əmlak vergisi, 10613,96 manat torpaq vergisi). Bakı şəhəri Nizami rayon Keşlə Bələdiyyəsi tərəfindən iddiaçıya 21 oktyabr 2019-cu il tarixli və 06 iyul 2020-ci il tarixli məktublar göndərilərək göstərilən borcun ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Keşlə Bələdiyyəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 10 mart 2023-cü il tarixli məktubdan görünür ki, iddiaçıya mübahisələndirilən 17 saylı, 11 avqust 2020-ci il tarixli qərarla əmlak vergisi və torpaq vergisi cavabdeh tərəfindən səhv hesablanmışdır, hazırda göstərilən səhvlər cavabdeh tərəfindən düzəldilmiş, iddiaçının gətirmiş olduğu iradlar qəbul olunmuş, buna müvafiq olaraq iddiaçının Keşlə Bələdiyyəsinə torpaq və əmlak vergisi üzrə 2022-ci il dövrə kimi hər hansı borcu qalmamışdır, lakin iddiaçı ilə cavabdeh arasında olan məhkəmə mübahisəsi davam etdiyi üçün Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il tarixli qərarı ləğv edilməmiş və hazırda qüvvədədir. Göründüyü kimi, mübahisələndirilən qərara əsasən əmlak vergisi və torpaq vergisinin cavabdeh tərəfindən düzgün hesablanmadığı öz təsdiqini tapır. Belə olan halda iddia tələbi əsaslı hesab olunmalı və təmin edilməlidir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7634/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməli, Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il tarixli “Torpaq və əmlak vergisinin ödənilməsi haqqında” qərarı ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7634/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri Nizami rayonu Keşlə Bələdiyyəsinin 17 saylı, 11 avqust 2020-ci il tarixli “Torpaq və əmlak vergisinin ödənilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1347/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1347/2023
24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver