Məhkəmə qərarları › İş №2-1(103)-1349/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1349/2020

05.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1349/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Musayeva (Allahverdiyeva) Günel Fazil qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması tələbinə dair iddiasının mümkün sayılmaması barədə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1567/2020 saylı qərardadından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dair işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Musayeva (Allahverdiyeva) Günel Fazil qızı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiaçıya X1 X3 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AVB 0509 836 nömrəli ali təhsil haqqında sənədin (diplomun) tanınmasınostrifikasiya olunması barədə iddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddiaçı xx.xx.2019-cu il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək onun X1 X3 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli АВГ ******* nömrəli diplom üzrə ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1567/2020 saylı qərardadı ilə iddiaçı Musayeva (Allahverdiyeva) Günel Fazil qızının cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı diplom üzrə ixtisasın tanınması tələbinə dair iddiası mümkün hesab edilməmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verib Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1567/2020 saylı qərardadının ləğv edilərək iddianın mümkün hesab edilməsini xahiş etmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, inzibati orqana rəsmi müraciət etmiş və ona imtina cavabı verilmişdir. O, imtina cavabından qanunla müəyyən olunmuş 30 günlük müddəti buraxmadan birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Musayeva (Allahverdiyeva) Günel Fazil qızı apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən cavabdehə ilk dəfə 2015-ci ildə müraciət edilmiş və ona xx.xx.2015-ci ildə imtina cavabı verilmişdir. İddiaçı həmin imtinadan məhkəməyə şikayət verməli olduğu halda bunu etməmiş, 2019-cu ildə yenidən eyni tələblə orqana müraciət etmişdir. Onlar tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdehə imtina deyil, məlumat xarakterli məktub göndərmişlər. Ona görə də cavabdehin həmin məktubu aldığı vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etməsi tamamilə qanunsuzdur. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini və tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İşin faktik hallarından müəyyən edilir ki, iddiaçı X1 X3 tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AVB 0509 836 nömrəli ali təhsil haqqında sənədin (diplomun) tanınması-nostrifikasiya olunması barədə tələblə xx.xx.2014-cü il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaçının müraciətini təmin etməkdən imtina edilməsinə dair iddiaçıya xx.xx.2015-ci il tarixli A-7199/03-24 nömrəli məktub ünvanlamışdır. Daha sonra xx.xx.2019-cu il tarixli ərizə ilə təkrarən cavabdeh orqana müraciət edərək tələbinin təmin olunmasını xahiş etmiş, cavabdeh orqanın xx.xx.2019-cu il tarixli məktubu ilə onun tələbi üzrə ona xx.xx.2015-ci il tarixdə imtina cavabı verildiyi qeyd edilmiş və onun inzibati aktın təqdim ediliyi andan 30 gün müddətində məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qeyri-mümkün olduğu qənaətinə gəlib qərardadını onunla əsaslandırmışdır ki, iddiaçıya cavabdeh orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina edilməsi barədə xx.xx.2015-ci il tarixdə imtina məktubu verilmiş, iddiaçı isə yalnız xx.xx.2019-cu ildə, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürməklə iddia qaldırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir: Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən isə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, xx xxxxx 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. Məhkəmə kollegiyası qanunveriliyin yuxarıda qeyd olunan tələblərinə əsasən qeyd edir ki, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə ilk dəfə xx.xx.2014-cü ildə müraciət etsə də, həmin vaxt ona xx.xx.2015-ci il tarixdə verilmiş imtina cavabını məhkəmə qaydasında mübahisələndirməmiş, müraciətinə yeni sənədləri əlavə edərək təkrarən xx.xx.2019-cu ildə cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan tərəfindən ona xx.xx.2019-cu il tarixdə imtina cavabı verilmiş, iddiaçı həmin cavabı xx.xx.2019-cu il tarixdə məhkəmədə mübahisələndirərək qanunla müəyyən olunmuş 30 günlük müddəti ötürməmişdir. Birinci instansiya məhkəməsinin imtina məktubunun xx.xx.2015-ci il tarixdə verilməsi, sonradan cavabdeh orqan tərəfindən ona xx.xx.2019-cu il tarixdə verilmiş cavabın məlumat xarakterli olmasına dair dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası hesab edir ki, qanunla vətəndaşın inzibati orqana və məhkəməyə təkrar müraciət etmək hüquqlarının məhdudlaşdırıldığı hallar istisna olmaqla, vətəndaşın müraciət etmək hüququ məhdudlaşdırıla bilməz. Cavabdeh inzibati orqan hər bir halda iddiaçının müraciətini araşdırmalı və ona qanunla müəyyən edilmiş müddət ərzində cavab verməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli cavab məktubu inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün qanunauyğun əsaslar mövcuddur, ona görə də apellyaisya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 1567/2020 saylı qərardadı ləğv edilərək iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)- 1567/2020 saylı qərardadı ləğv edilsin və inzibati iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar