Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1349/2023 19.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “təsisçilər sırasından və reyestrdən çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X3 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı “təsisçilər sırasından və reyestrdən çıxarılma” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 saylı 15 noyabr 2*22-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 aprel 2*23-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi, 54*-cı məhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçiləri sırasından, həmçinin reyestrindən çıxarılması və bu barədə hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 saylı 15 noyabr 2*22-ci il tarixli qərardadı ilə iddia tələbinin “təsisçilər sırasından çıxarılma” hissəsində qeyri-mümkün sayılması qərara alınmışdır. Həmçinin 2-1(112)-68*9/2*22 saylı 15 noyabr 2*22-ci il tarixli qərarla iddiaçının “hüquqi şəxslərin dövlət reyestrində dəyişiklik edilməsi” barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 saylı 15 noyabr 2*22-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, *2.*8.2**5-ci ildə 5 təsisçi ilə qeydiyyatdan keçən "xxxx" MTK-nın hazırda 6 təsisçisinin olduğu məlumdur. Həmçinin həmin təsisçilərin heç biri nizamnamə kapitalındakı payı haqqını (pay fondunu) ödəməmişdir. Halbuki, kooperativin nizamnaməsinin 4.5-ci maddəsində nəzərdə tutulur ki, “kooperativ pay fondu kooperativ dövlət qeydiyyatına alındıqdan sonra 1 il ərzində ödənilməlidir. Göstərilən müddətdə mütləq pay haqqını ödəməyən kooperativ üzvü Ümumi Yığıncağın qərarı ilə üzvlükdən çıxarılmalıdır”. İlk öncə 5 təsisçi şəklində qeydiyyatdan keçən kooperativ üzrə daha sonra 6-cı təsisçi– X1* əlavə edilmişdir. Həmin dəyişiklik dövlət qeydiyyatından keçirilən zaman, 6-cı təsisçinin də pay haqqını (pay fondunu) ödəməməsi, cavabdeh tərəfindən dəyişikliyin qeydiyyatından imtinaya səbəb olmamışdır. Halbuki, cavabdeh həmin vaxt 6-cı təsisçi ilə bərabər digər 5 təsisçi tərəfindən də nizamnamə kapitalındakı payın (pay fondunun) ödənilməməsi əsası ilə qeydiyyatdan imtina etməli idi. Belə ki, Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.4.-cü maddəsinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. Hazırda 6 təsisçi kimi qeydiyyatı olan "xxxx" MTK-nın 3 təsisçisi – X9, X5 və X1 vəfat etmişdir. Həmçinin, təsisçi X1* uzun müddət əvvəl ölkəni tərk etmişdir və xaricdə yaşayır. Belə olan halda iddiaçının Ümumi yığıncağın qərarı ilə hər hansı hüququnun gerçəkləşdirilməsi mümkünsüzdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*9-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 11*.1 və 11*.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 21 dekabr 2*21-ci il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının hüquqi şəxsin yaradılmasının və fəaliyyətinin həyata keçirilməsinin əsaslarını təsbit edən 58-ci maddəsinin İ, İİ və İİİ hissələrinə və 59-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur edilə bilməz. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Mülki Məcəllənin 1*9.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Bu anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilatihüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmışdır. Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir. Məhkəmə nəzərə almamışdır ki, kooperativ üzvlüyündən çıxarmadan fərqli olaraq üzvlükdən çıxma kooperativ üzvünün azad iradə ifadəsi kimi müəyyən edilmişdir. Bu, ilk növbədə, ictimai münasibətlərin, o cümlədən mülki münasibətlərin tənzimlənməsində təməl qayda və prinsipləri müəyyən edən Konstitusiyadan irəli gəlir. Həmçinin Mülki Məcəllənin kooperativ üzvlərinin hüquq və vəzifələrini müəyyən edən 1*9-4-cü maddəsi ilə kooperativə daxil olmaq və könüllü qaydada kooperativdən çıxmaq əsas hüquqlardan biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə də kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Qeyd olunan qanunvericilik normalarından görünür ki, kooperativ üzvlüyündən çıxma hər hansı şərtlə məhdudlaşdırılmamışdır. Kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olduğundan, qanunvericilikdə onun üzvlərinin də kooperativdən azad şəkildə çıxa biləcəyi nəzərdə tutulmuşdur. Nəticə etibarı ilə, Mülki Məcəllənin 5.3 və 56*-cı maddələrinə uyğun olaraq, sui-istifadə olunmaması şərtilə, kooperativ üzvləri kooperativdən azad şəkildə çıxmaq hüququna malikdirlər. Kooperativ üzvü isə kooperativdən çıxmaq niyyətini təsisçilərə deyil, kooperativ üzvlərinin ümumi yığıncağına bildirməlidir. Ümumi yığıncağın diskresion səlahiyyəti olaraq “kooperativ üzvlərini qəbul etmək və çıxarmaq” səlahiyyəti həm kooperativ üzvünün ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə çıxarılmasını, həm də kooperativ üzvünün könüllü iradəsi olduğu təqdirdə onun çıxarılmasını ehtiva edir. Beləliklə, Mülki Məcəllənin 1*9-1.1-ci maddəsinin, habelə Mənzil Məcəlləsinin 11*.1 və 11*.3-cü maddələrinin əlaqəli şəkildə təhlili bu nəticəyə gəlməyə əsas verir ki, qeyd edilən maddələrdə nəzərdə tutulmuş qaydalar heç bir halda mənzil-tikinti kooperativinin üzvünün kooperativdən çıxmaq hüququnu məhdudlaşdıran şərt kimi təfsir edilə bilməz. Əks yanaşma Konstitusiyanın 58-ci maddəsinin İİİ hissəsində və Mülki Məcəllənin 6-cı maddəsində təsbit olunan prinsiplərə zidd olardı. Belə ki, Konstitusiyanın 58-ci maddəsinin İİİ hissəsində əks olunmuş könüllülük (heç kəsin hər hansı birliyə daxil olmağa və onun üzvlüyündə qalmağa məcbur edilə bilməməsi) və Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsipləri mülki dövriyyənin və mülki hüquq münasibətləri iştirakçılarının maraqlarının təmin edilməsinə, sərbəst seçim etmək imkanının əsassız məhdudlaşdırılmasının qarşısının alınmasına xidmət edir. Göstərilənlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1*9-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 11*.1 və 11*.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 21 dekabr 2*21-ci il tarixli qərarında öz əksini tapıb. Tərəflərin izahatları İddiaçının vəkili Vəkil iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı vəkilin verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 19.*4.2*23-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «köçüb» səbəbindən geri qaytarıldığı üçün 3-cü şəxs məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin edə bilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 1* aprel 2*15-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.*.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.*.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.*.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Normaların məzmunundan da göründüyü kimi, inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə qarşı tələbi “"xxxx" MTK-nın təsisçiləri sırasından çıxarılması” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsinə əsaslanaraq həmin tələbi mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən iddia tələbinin mümkün sayılmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. Bu baxımdan inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən, kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərinin səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər. Həmin Məcəllənin 111.5-ci maddəsinə əsasən, ümumi yığıncaqda qərarlar qəbul edilərkən kooperativ üzvünün bir səsi vardır. Həmin Məcəllənin 111.7-ci maddəsinə əsasən, kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və kooperativin maliyyə hesabatları təsdiq edildikdən sonra həyata keçirilir. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən, kooperativin üzvü kooperativin nizamnaməsi ilə ona həvalə olunmuş vəzifələri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə kooperativin nizamnaməsi ilə nəzərdə tutulan başqa hallarda ümumi yığıncağın qərarı ilə kooperativdən çıxarıla bilər. Kooperativdən çıxarılmış kooperativ üzvünün bu Məcəllənin 112.1-ci maddəsinə uyğun olaraq, payını və kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişləri almaq hüququ vardır. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən, kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, şəxsin kooperativ üzvlərinin sırasından çıxarılması kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Qeyd edilən məsələ ilə əlaqədar təsisçilər və ya təsisçilərlə hüquqi şəxs arasında olan mübahisələrə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri tərəfindən baxılır. Belə ki, şəxsin təsisçilər sırasından çıxarılması məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki, qeyd edilənlər mülki (korporativ) hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. Başqa sözlə, iddiaçının ərizəsinin faktiki əsasını təşkil edən dəlillərə (təsisçilərin ölməsi, ümumi yığıncağın səlahiyyətli olmaması və s.) həmin icraat çərçivəsində araşdırılmaqla hüquqi qiymət verilə bilər. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi ümumi yığıncaqda həll olunmalı məsələ olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılan deyildir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi “"xxxx" MTK-nın təsisçiləri sırasından çıxarılması” ilə bağlı iddia tələbinin mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iddia ərizəsi ilə eynilik təşkil etməklə iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi və sözügedən iddia tələbinin mümkün sayılması üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 saylı 15 noyabr 2*22-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8*, 87, 9*, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-68*9/2*22 saylı 15 noyabr 2*22-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 1* (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1349/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1349/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver