Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1349/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi" tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X11 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X8 və X5 ibarət tərkibdə, X10-Yusiflinin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-940/2024 saylı 28 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışlara əsasən: - 1698 saylı, xx.xx.2004-cü il tarixli müayinə aktı əsasında xx.xx.2005-ci il tarixədək ikinci dərəcə; - 2008 saylı, xx.xx.2005-ci il tarixli müayinə aktı əsasında xx.xx.2006-cı il tarixədək ikinci dərəcə; - 1759 nömrəli, xx.xx.2006-cı il tarixli müayinə aktı əsasında xx.xx.2007-ci il tarixədək ikinci dərəcə; - 1878 nömrəli, xx.xx.2007-ci il tarixli müayinə aktı əsasında xx.xx.2008-ci il tarixədək üçüncü dərəcə; - 1967 nömrəli, xx.xx.02008-ci il tarixli müayinə aktı əsasında xx.xx.2009-cu il tarixədək üçüncü dərəcə; - 1878 nömrəli, xx.xx.2009-u il tarixli müayinə aktı əsasında xx.xx.2010-cu il tarixədək üçüncü dərəcə; - 1815 nömrəli, xx.xx.2010-cu il tarixli müayinə aktı əsasında xx.xx.2011-ci il tarixədək üçüncü dərəcə; - 1751 nömrəli, xx.xx.2011-ci il tarixli müayinə aktı əsasında xx.xx.2012-ci il tarixədək üçüncü dərəcə; - 1705 nömrəli, xx.xx.2012-ci il tarixli müayinə aktı əsasında xx.xx.2013-cü il tarixədək üçüncü dərəcə; - 1762 nömrəli, xx.xx.2013-cü il tarixli müayinə aktı əsasında xx.xx.2014-cü il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. - 1826 nömrəli, xx.xx.2014-cü il tarixli müayinə aktı əsasında xx.xx.2015-ci il tarixədək üçüncü dərəcə əlillik təyin edilmişdir. Həmçinin işdə olan sənədlərdən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yarası diaqnozun mətni ilə 1 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (digər: döş qəfəsinin sol yarısının güllə yarası) təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə döş qəfəsinin plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotamiyadan sonrakı bitişmələr. TC-ğı ilə diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: döş qəfəsinin sol yarısının kor güllə yarası ) təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə döş qəfəsinin sol yarısının kor güllə yarası diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: döş qəfəsinin sol yarısının kor güllə yarası) təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotmiya əməliyyatından sonrakı bitişmələr diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: döş qəfəsinin dəqiqləşdirilməmiş yarası) təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotmiya əməliyyatından sonrakı bitişmələr diaqnozun mətni ilə 5 il müddətinə təkrar 2.3. üçüncü dərəcə əlillik (digər: döş qəfəsinin dəqiqləşdirilməmiş yarası) təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr diaqnozun mətni ilə göndərişin natamam doldurulması – səbəb: ağırlaşmalar ətraflı qeyd olunmayıb, dəqiqləşdirilsin səbəbi ilə imtina edilmişdir. xx.xx.2021-ci il tarixdə döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasının nəticəsi. Sol diafraqma kümbəzində yad cisim (güllə) soltərəfli torakoektomiya, yad cismin diafraqma kümbəzindən çıxarılması, plevra boşluğunun drenə olunması diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotomiya əməliyyatından sonrakı bitişmələr diaqnozun mətni ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 292 nömrəli Qərarında qeyd edilmişdir ki, Bakı ş. Nizami RHK tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2003-cü ildə aldığı və xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanması (xx.xx.2003) hemopnevmotoraks, sol ağ ciyərin zədələnməsinə görə soltərəfli torakosentez,- plevra boşluğunun drenə olunması (xx.xx.2003) əməliyyatından sonrakı vəziyyət” və xx.xx.2003cü ildən xx.xx.2003-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunduğu yaralanmanın nəticəsi-diaqnoz: “Döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasının nəticəsi (xx.xx.2003). Sol diafraqma kümbəzində yad cisim (güllə). Soltərəfli torakoektomiya, yad cismin diafraqma kümbəzindən çıxarılması, plevra boşluğunun drenə olunması” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Nizami rayon idarəsinin xx.xx.2021-ci il tarixli 175 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli elektron arayışı, MN Baş Klinik Hospitalından verilmiş xx.xx.2003-cü il tarixli, xx.xx.2003-cü il tarixli çıxarış epikrizləri, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR”. İddiaçı əlillik vəziyyəti xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən qiymətləndirilmiş, lakin sonuncu tərəfindən diaqnozun əlillik əlamətini təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyəti növbəti dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və iddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının **********8 nömrəli xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin Qərarda bildirilmişdir ki, Bakı şəhər sakini xx.xx.1984-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinədə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********2) Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 292 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsinin sol yarısının plevra bosluğuna nüfuz edən kor güllə yaralanması (xx.xx.2003) hemopnevmotoraks, sol ağciyərin zədələnməsinə görə soltərəfli torakosentez, plevra bosluğunun drenə olunması (xx.xx.2003) əməliyyatından sonrakı vəziyyət. Sol diafraqma kümbəzində yad cisim (güllə). Soltərəfli torakoektomiva. yad cisim diafraama kümbəzindən çıxarılması, plevra bosluöunun drenə olunması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi Xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslikdən, başağrısından, yüksək arterial təzyiqdən, yaddaşsızlıqdan şikayətlənmişdir. Baxış zamanı döş qəfəsinin sol yarısında keçirilmiş torakotomiya əməliyyatına müvafiq çapıq izlənmişdir. Müayinə zamanı nəbzi 131 vurğu, saturasiyası 98%, tənəffüs hərəkətlərinin sayı 16-17 müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik olmuşdur. X1 İnstitutunun xx.xx.2022-ci il tarixli 6895 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Restruksivanın üstünlüyü ilə Qarışıq tipli mötədil ventilvasiva pozğunluğu qeyd olunur. FVC 67%, FEV 1 74%” kimi qeyd edilmişdir. Təqdim edilmiş 2 nömrəli X3 xx.xx.2022-ci il tarixli 1/534 nömrəli Tibbi Rəyində diaqnoz “Uzun sürən posttravmatik stress pozuntusu" kimi qeyd edilmiş, obyektiv müayinə zamanı əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təvin etmir barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli imtina məktubunda da qeyd olunmuşdur ki, onun əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və diaqnozun əlillik əlamətini təyin etməməsi (Səbəb Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir) barədə qərar qəbul edilmişdir. Gələcəkdə onun səhhətində ağırlaşmalar əmələ gələrsə, tibb müəssisəsi tərəfindən ona dair sağlamlıq vəziyyətini tam ətraflı əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin üzərinə tələb kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək, sağlamlıq imkanlarının 31-60 faiz intervalında pozulmasının müddətsiz olaraq müəyyən edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı Şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən 2002-ci ildə hərbi xidmətə çağırılmışdır. İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2003-cü il tarixində güllə yarası almışdır. xx.xx.2003-cü ildən xx.xx.2003-cü il tarixinə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik hospitalında müayinə və müalicə olunmuşdur. Diaqnozu əks etdirən və hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış hərbi travma olduğunu təsdiqləyən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 292 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı da iddia ərizəsinə əlavə edilmişdir. Həmin güllə yaralanması nəticəsində iddiaçıya təqaüd təyin edilmişdir. Lakin bir müddət bundan qabaq qanunsuz və əsassız şəkildə təqaüdün ödənilməsi dayandırılmışdır. İddiaçı əsassız olaraq ödənilməsi dayandırılan təqaüdün yenidən ödənilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmişdir. Müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixində imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Lkspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilən cavab iddiaçının konstitusion hüquqlarını kobud şəkildə pozur, həmin qərarın heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib olunmuş 292 nömrəli, xx.xx.2021-ci il tarixli qərarda iddiaçının hərbi xidmət vəzifələrini yerinə yetirərkən hərbi travma aldığı göstərilmişdir. Ancaq göstərilən bütün əsaslı faktlara baxmayaraq iddiaçıya ödənilən təqaüd dayandırılmışdır. İddiaçı əlavə olaraq qeyd edir ki, ailənin bütün maddi xərcləri iddiaçı tərəfindən qarşılanmaqdadır. Lakin, hərbi xidmət dövründə aldığı güllə yarası səbəbindən hal-hazırda əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu vəziyyət iddiaçı və ailəsini maddi cəhətdən çıxılmaz vəziyyətə salır. Belə ki, hərbi xidmət dövründə hərbi vəzifəmi yerinə yetirərkən aldığı xəsarət səbəbi ilə iddiaçıya təyin edilən təqaüd yeganə qazanc yeri idi. İddiaçı ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə hərtərəfli, tam, obyektiv baxmalı, iddiaçıya yenidən əlillik dərəcəsinin təyin edilməsini Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin üzərinə tələb kimi qoymalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının xx.xx.2004-cü il tarixdən 1 il müddətinə olmaqla Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik səbəbi ilə 2-ci dərəcə əlilliyi olmuşdur. Növbəti illərdə 1 il müddətinə əlillik təyinatı verilmişdir. 26 saylı Şəhər Poliklinikasının xx.xx.2013cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi; Hərbi xidmət vəzifəsim yerinə yetirməklə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S20-S29 - Döş qəfəsinin travmaları => S21 - Döş qəfəsinin açıq yarası => S21.1 - Döş qəfəsinin ön divarı...; Diaqnozun mətni: Döş qəfəsinin plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotamiyadan sonrakı bitişmələr. TC-ğı ilə. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR; Döş qəfəsinin sol yarısının kor güllə yarası” səbəbi ilə 1 iİ müddətinə əlillik verilmişdir.Qeyd olunan diaqnozla verilən əlillik dərəcəsi 1 il müddətinə olmaqla 2016-cı ilə qədər uzadılmışdır. Sonuncu dəfə əlillik vəziyyəti xx.xx.2016-ci il tarixdə elektron qaydada baxılmış və “Səbəbi: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik; X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S2Q-S29 - Döş qəfəsinin travmaları => S29 - Döş qəfəsinin digər dəqiqləşdirilibmiş travmaları => S29.9 - ...; Diaqnozun mətni: Döş qəfəsinin sol yarısının plervd boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotomiya əmliyyatından sonrakı bitişmələr. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR; Döş qəfəsinin dəqiqləşdirilməmiş travması.” olmaqla 5 il əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitməsi ilə əlaqədar Bakı 26 nömrəli Şəhər Poliklinikası tərəfindən daxil olan xx.xx.2021-ci, il tarixli göndərişi əsasında elektron qaydada baxılmış və “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr,. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulmas] - Səbəb: Ağırlaşmalar ətraflı qeyd olunmayib.dəqiqləşdirilsin’’ səbəbi ilə İmtina verilmişdir. Bakı 26 nömrəli Şəhər Poliklinikası tərəfindən daxil olan xx.xx.2021-ci il tarixii göndərişi əsasında əyani müayinə edilərək baxılmış və “Diaqnozun mətni: Döş qəfəsinin solyarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasının nəticəsi .Sol diafraqma kümbəzində yad cisim (güllə) Soltərəfli torakoektomiya, yad cismin diafraqma kümbəzindən çıxarılması, plevra boşluğunun drenə olunması,. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi -Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin tərəfindən daxil olan xx.xx.2022-ci il tarixii göndərişi əsasında əyani müayinə edilərək baxılmış və “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə" törədilmiş zədələnmələr, döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanması. Döş qəfəsi orqanizmin travmasının nəticələri, Sol tərəfli,, torakotomiyadan sonrakı plevral bitişmələr və qalınlaşma. Restruksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu. FVC-67%, FEV 1-74%.,. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3,4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları“na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bildirilir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-940/2024 saylı 28 noyabr 2024-cü il tarixli qərarı ilə iddian təmin edilərək, İddiaçı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasının xx.xx.2022-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti cavabdehin etiraz məktubunun məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyi (ağırlaşması T91.4) səhiyyə müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə (Forma 88) müəyyən edilməsinə (həmin tibbi göndəriş həkim müayinəsinə (obyektiv müayinə) və instrumental müayinəyə (spirometriya, elektrokardioqram (EKQ), doppler rəngli exokardioqrafoya, rentgenoqrafiya, EEQ çəkimi) əsaslanmışdır), eləcə də həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (SQ Baş Klinik Hospitalı xx.xx.2003xx.xx.2003;ET ACX İnstitutu xx.xx.2021; Səhhət Klinikası xx.xx.2022) ambulator və stasionar müalicələrdə olmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən sırf ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə uyğun şəkildə və işi lazımi qaydada araşdırmayaraq vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki vətəndaşda sözügedən diaqnoz aşkar edilməmişdir. Sözügedən hal İddiaçı əyani müayinələri zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görəAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslikdən, başağrısından, yüksək arterial təzyiqdən, yaddaşsızlıqdan şikayətlənmişdir. Baxış zamanı döş qəfəsinin sol yarısında keçirilmiş torakotomiya əməliyyatına müvafiq çapıq izlənmişdir. Müayinə zamanı nəbzi 131 vurğu, saturasiyası 98%, tənəffüs hərəkətlərinin sayı 16-17 müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik olmuşdur. X1 İnstitutunun xx.xx.2022-ci il tarixli 6895 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Restruksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. FVC 67%, FEV 1 74%” kimi qeyd edilmişdir. Təqdim edilmiş 2 nömrəli X3 xx.xx.2022-ci il tarixli 1/534 nömrəli Tibbi Rəyində diaqnoz “Uzun sürən posttravmatik stress pozuntusu” kimi qeyd edilmiş, obyektiv müayinə zamanı əlillik təyinatına əsas verməmişdir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunun 33-39-cu maddələrində ekspert qarşısında hansı sualların qoyulması məsələsi ətraflı şəkildə qeyd edilmişdir. Belə ki, ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir. Həmçinin şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıb-tapmadığı, diaqnozun X2na uyğunluğu və sairə) suallar qoyula bilər. Qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən sualların qeyd edilməsi əsassız və Ali məhkəmənin icmal məktubunda qeyd edilən hallara ziddir. Bundan əlavə məhkəmə qərarının nəticə hissəsində qeyd edilən –“İddiaçı 22 avqust 2022-ci il tarixdən 3160 faiz olmaqla əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” hissəsi özü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskression səlahiyyətinə birbaşa müdaxilədir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunda diskression səlahiyyətlə bağlı müddəalar da öz əksini tapmışdır: “Ali Məhkəmənin bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyə əsasən əlilliyin müəyyən olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin müəyyən olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.” Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X12 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçı tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın sonuncu xx.xx.2023-cü il tarixli imtina məktubundan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “sağlamlıq imkanlarının 31-60 faiz intervalında pozulmasının müddətsiz olaraq müəyyən edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Təqdim olunmuş inzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2004xx.xx.2007-ci il tarixədək İİ dərəcə əlillik, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İİİ dərəcə əlillik təyin edilmişdir. Belə ki, İddiaçı münasibətdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 292 nömrəli Qərar verilmişdir. Həmin qərarda İddiaçı Bakı şəhəri Nizami RHK tərəfindən 2002ci ildə hərbi xidmətə çağırıldığı, hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xx.xx.2003-cü ildə yara aldığı və xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu qeyd olunmuş; “Döş qəfəsinin sol yarısının plevra bosluğuna nüfuz edən kor güllə yaralanması (xx.xx.2003) hemopnevmotoraks, sol ağciyərin zədələnməsinə görə soltərəfli torakosentez, plevra bosluğunun drenə olunması (xx.xx.2003) əməliyyatından sonrakı vəziyyət. Sol diafraqma kümbəzində yad cisim (güllə). Soltərəfli torakoektomiva. yad cisim diafraqma kümbəzindən çıxarılması, plevra boşluğunun drenə olunması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi Xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı ş. Nizami rayon idarəsinin xx.xx.2021-ci il tarixli 175 nömrəli göndərişi, xx.xx.2021-ci il tarixli elektron arayışı, MN Baş Klinik Hospitalından verilmiş xx.xx.2003-cü il tarixli, xx.xx.2003- cü il tarixli çıxarış epikrizləri, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş Arayışlara (Forma № TSEK-2) və TSEK Müayinələrə əsasən İddiaçı 1698 saylı xx.xx.2004-cü il tarixli müayinə aktı əsasında döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yarası diaqnozun mətni ilə xx.xx.2005-ci il tarixədək ikinci dərəcə əlillik; 2008 saylı xx.xx.2005-ci il tarixli müayinə aktı əsasında xx.xx.2006-cı il tarixədək ikinci dərəcə əlillik; 1759 nömrəli xx.xx.2006-cı il tarixli müayinə aktı əsasında xx.xx.2007-ci il tarixədək ikinci dərəcə; 1878 nömrəli xx.xx.2007-ci il tarixli müayinə aktı əsasında xx.xx.2008-ci il tarixədək üçüncü dərəcə əlillik; 1967 nömrəli xx.xx.02008-ci il tarixli müayinə aktı əsasında xx.xx.2009-cu il tarixədək üçüncü dərəcə əlillik; 1878 nömrəli xx.xx.2009-u il tarixli müayinə aktı əsasında xx.xx.2010-cu il tarixədək üçüncü dərəcə əlillik; 1815 nömrəli xx.xx.2010-cu il tarixli müayinə aktı əsasında xx.xx.2011-ci il tarixədək üçüncü dərəcə əlillik; 1751 nömrəli xx.xx.2011-ci il tarixli müayinə aktı əsasında xx.xx.2012-ci il tarixədək üçüncü dərəcə əlillik; 1705 nömrəli, xx.xx.2012-ci il tarixli müayinə aktı əsasında xx.xx.2013-cü il tarixədək üçüncü dərəcə əlillik; 1762 nömrəli xx.xx.2013-cü il tarixli müayinə aktı əsasında döş qəfəsinin plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotamiyadan sonrakı bitişmələr. TC-ğı ilə diaqnozun mətni ilə xx.xx.2014-cü il tarixədək üçüncü dərəcə əlillik; 1826 nömrəli xx.xx.2014-cü il tarixli müayinə aktı əsasında döş qəfəsinin sol yarısının kor güllə yarası diaqnozun mətni ilə xx.xx.2015-ci il tarixədək üçüncü dərəcə əlillik; xx.xx.2015-ci il tarixli müayinə aktı əsasında döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotmiya əməliyyatından sonrakı bitişmələr diaqnozun mətni ilə 1 il müddətinə; xx.xx.2016-cı il tarixdən döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanmasına görə sol tərəfli torokotomiya əməliyyatından sonrakı bitişmələr diaqnozun mətni ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və sonuncu forma 88 arayışında qeyd olunmuşdur ki, özünü 2003-cü ildən xəstə hesab edir. Dediyinə görə 2003-cü ildə Füzuli rayonunda döyüş postunda durarkən atılan atəş nəticəsində döş qəfəsinin sol yarısından güllə yaralanması almış, HH-da stasionar müalicə almış, soltərəfli torakotomiya, diafraqma gümbəzindən yad cismin çıxarılması əməliyyatına məruz qalıb. Həmin vaxtdan xəstə mütəmadi olaraq müalicələr alır. ETACXİ-da müayinə olunur. Xəstə xx.xx.2021-də və xx.xx.2022-də ETACXİ-da müayinə olunub. xx.xx.2022-də ETKİ-da müayinə olunub, xx.xx.2022-də 2 saylı KPX-da müayinə olunub və xəstəyə “uzunsürən postravmatik stress pozuntusu” diaqnozu təyin olunub. Obyektiv müayinədə döş qəfəsinin sol yarısında Vİİİ qabırğa səviyyəsində məmə xəttindən arxa qoltuqaltı xəttə qədər uzanan çapıq toxuma təmizdir, palpasiyası ağrısızdır. Şikayətləri ümumi zəiflik, halsızlıq, təngənəfəslik, soyuq havada əməliyyat yarasında ağrı, göynəmə, əsəbilik, ürəkdə sancı xarakterli ağrı, başağrısı, yuxu pozğunluğundandır. Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır. AR MN-nin MHHK-nın 1313 №li Arayışı əsasında. Xəstə İİİ qrup əlildir. Əsas diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Döyüş postunda düşmən tərəfindən atılan atəş nəticəsinə döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə . Ağırlaşma T91.4 Döş qəfəsi orqanlarının travmasının nəticələri, Sol tərəfli torakotomiyadan sonrakı plevral bitişmələr və qalınlaşma. Restruksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilayasiya pozğunluğu. Həkim müayinəsi nəticəsində xx.xx.2022-ci il tarixdə F43.2 Posttravmatik stress pozuntusu. Uzunsürən postravmatik stress pozğunluğu və xx.xx.2022-ci il tarixdə Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Döyüş postunda düşmən tərəfindən atılan atəş nəticəsinə döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən kor güllə yaralanması. Sol tərəfli torakotomiyadan sonrakı plevral birişmələr və qalınlaşma. Restruksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu müəyyən edilir. İddiaçının əlillik vəziyyəti növbəti dəfə xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və iddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial ekspert komissiyasının **********8 nömrəli xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin Qərarda bildirilmişdir ki, Bakı şəhər sakini xx.xx.1984-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da əyani müayinədə xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. (ESDAS **********2) Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 292 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Döş qəfəsinin sol yarısının plevra bosluğuna nüfuz edən kor güllə yaralanması (xx.xx.2003) hemopnevmotoraks, sol ağciyərin zədələnməsinə görə soltərəfli torakosentez, plevra bosluğunun drenə olunması (xx.xx.2003) əməliyyatından sonrakı vəziyyət. Sol diafraqma kümbəzində yad cisim (güllə). Soltərəfli torakoektomiva. yad cisim diafraama kümbəzindən çıxarılması, plevra bosluöunun drenə olunması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi Xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslikdən, başağrısından, yüksək arterial təzyiqdən, yaddaşsızlıqdan şikayətlənmişdir. Baxış zamanı döş qəfəsinin sol yarısında keçirilmiş torakotomiya əməliyyatına müvafiq çapıq izlənmişdir. Müayinə zamanı nəbzi 131 vurğu, saturasiyası 98%, tənəffüs hərəkətlərinin sayı 16-17 müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, tənəffüs keçiriciliyi simmetrik olmuşdur. X1 İnstitutunun xx.xx.2022-ci il tarixli 6895 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Restruksivanın üstünlüyü ilə Qarışıq tipli mötədil ventilvasiva pozğunluğu qeyd olunur. FVC 67%, FEV 1 74%” kimi qeyd edilmişdir. Təqdim edilmiş 2 nömrəli X3 xx.xx.2022-ci il tarixli 1/534 nömrəli Tibbi Rəyində diaqnoz “Uzun sürən posttravmatik stress pozuntusu" kimi qeyd edilmiş, obyektiv müayinə zamanı əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təvin etmir barədə qərar qəbul edilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli Qərardadlarla məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X7 ekspertlərinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. xx.xx.1984-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla (məhkəmə ekspertizası zamanı instrumental müayinələrə cəlb edilməklə) xx.xx.2022-ci il tarixli xxxxxxx0009 saylı Forma 88-də qoyulmuş diaqnoz diaqnoz və ağırlaşmalar onun hazırkı sağlamlıq vəziyyətinə uyğundurmu? 2. xx.xx.1984-cü il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur (canlı müayinə olunmaqla) və həmin xəstəliyin beynəlxalq təsnifat kodu nədir? 3. xx.xx.1984-cü il təvəllüdlü İddiaçı cari sağlamlıq vəziyyəti nəzərə alınaraq aşkar olunan xəstəlik və qüsurlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? 4. xx.xx.1984-cü il təvəllüdlü İddiaçı bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkündürmü? 5. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması mütəxəssisin səlahiyyətinə (sərəncamına) buraxılsın. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ tərəfindən verilmiş T 499/2024 nömrəli Ekspert Rəyində qeyd olunmuşdur: İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozlar xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuşdur. ...İddiaçı əziyyət çəkdiyi xəstəliklər ağırlaşaraq xroniki hala keçdiyindən bərpa müalicələrindən sonra onların tam reabilitasiyası (sağalması) mümkün deyildir. Bununla bağlı birinci instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı barəsində tərtib edilmiş və əlillik təyinatı üçün əlillik alt sistemində yerləşdirilimiş xx.xx.2023-cü il tarixli V00146685RRM nömrəli Forma 88-dəki xəstəliklər (əsas diaqnoz) iddiaçının hazırkı sağlamlıq vəziyyətinin eyni olduğu məhkəmə icraatı gedişində əldə edilmiş ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Buna görə də iş üzrə birinci instansiya məhkəməsi əlillik təyinatı zaman məhz yuxarıda qeyd edilən Qaydaların 2.3-cü bəndinə əsaslanmaqla orqanizmin funksiyalarının pozulmasının 31-60 faizi ilə müddətsiz əlillik təyin edilməsi qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə 2022-ci il iyulun 1-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarların 2.3-cü bəndinə əsasən Döş qəfəsi orqanlarının travmasının nəticələri T91.4 XBT kodu ilə, Qiymətləndirmə 2.3.1 ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ - 35-60% -1il; 2.3.2 ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİB mərhələ - 65-80%2 il ; 2.3.3 ÜDS-nin mülayim disfunksiyası: FS İV, XÜÇ İİİ mərhələ - 85-100%- Müddətsiz; 2.3.4 ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər -80%- Müddətsiz; 2.3.5 ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda -50%-Müddətsiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Beləliklə, yuxarıda qeyd edilən müayinələrin nəticələrindən və qanunvericiliyin müvafiq normalarından da görünür ki, birinci instansiya məhkəməsi “XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin olunmasına əsas verən xəstəliyi (ağırlaşması T91.4) səhiyyə müəssisəsi tərəfindən təqdim edilmiş göndərişdə (Forma 88) müəyyən edilməsinə (həmin tibbi göndəriş həkim müayinəsinə (obyektiv müayinə) və instrumental müayinəyə (spirometriya, elektrokardioqram (EKQ), doppler rəngli exokardioqrafoya, rentgenoqrafiya, EEQ çəkimi) əsaslanmışdır), eləcə də həmin xəstəliklərlə bağlı illər ərzində mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində (SQ Baş Klinik Hospitalı xx.xx.2003-xx.xx.2003; ET ACX İnstitutu xx.xx.2021; Səhhət Klinikası xx.xx.2022) ambulator və stasionar müalicələrdə olmasına baxmayaraq əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır.” qənaətinə gəlməkdə haqlı olmuşdur. Lakin birinci instansiya məhkəməsi iddiaçının orqanizmin funksiyalarının pozulmasının 31-60 faizi ilə müddətsiz əlillik təyin etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2004-xx.xx.2007-ci il tarixədək-3 il İİ dərəcə əlillik, xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək-14 il (15 ildən az) İİİ dərəcə əlillik təyin edilmişdir. İddiaçının sağlamlıq vəziyyəti T91.4 XBT kodu ilə, Qiymətləndirmə 2.3.1 ÜDS-nin mülayim disfunksiyası: FS İİİ, XÜÇ İİA mərhələ - 35-60% aralığında pozulduğundan və onun 14 il İİİ dərəcə əlilliyi olduğundan ona xx.xx.2022-ci il tarixdən İİİ dərəcə əlillik 1 il müddətinə təyin olunmalıdır. Göründüyü kimi, qeyd edilən ekspert rəyi ilə də iddiaçının barəsində göndərilmiş forma 88-də olan diaqnozlar təsdiqlənmişdir. Bununla da iş üzrə müəyyən olunur ki, cavabdeh qurum iddiaçını əvvəllər də əziyyət çəkdiyi xəstəliklə bağlı əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 940/2024 saylı 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilərək, İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulmasının xx.xx.2022-ci il tarixdən 1 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-940/2024 saylı 28 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilərək, İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulmasının xx.xx.2022-ci il tarixdən 1 il müddətinə təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X13 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1349/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1349/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver