Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-135/2022 09.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Səadət İnayət qızı Bəktaşidən ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı oğunun və cavabdehin nümayəndəsi XN iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin NN aprel N0NN-ci il tarixli, N- N(NNN)-N709/N0NN saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “onun xx.xx.N993-cü il tarixdən xx.xx.N995-ci il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrin tərkibində Kəlbəcər, Ağdam və Ağdərə rayonları uğrunda gedən döyüşlərdə iştirakının nəzərə alınaraq ona müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N may N984-ci il tarixdən 5 iyun N986-cı il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Azarbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyyatlarda iştirak etmək üçün könüllü olaraq xx.xx.N993-cü il tarixda Mingəçevir ÇHK-na müraciət etmiş və onu Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərmişlər. xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısına salınaraq bütün növ təminatlarla təmin edilmişdir. xx.xx.N994-cü il tarixdə könüllü olaraq Ağdam RHX-nə müraciət etmiş və onu Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə göndərmişlər. Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 90 №-li əmrinə əsasən 5 MAT-ın Şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. xx.xx.N994-cü il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N65 nömrəli əmrinə əsasən xidmətini davam etdirmək üçün 4 MAT-ın şəxsi heyətin siyahısına daxil edilərək bütün növ taminatlarla tamin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı erməni işğalçılarına qarşı aparılan hərbi əməliyatlarda Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrinin tərkibində xx.xx.N993-cü il tarixdən xx.xx.N995-ci il tarixə kimi Kəlbəcər, Ağdam va Ağdərə rayonları uğrunda gedən döyüşlərdə könüllü iştirak etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N995-ci il tarixli müvafiq əmrinə əsasən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.N995-ci il tarixli N60 nömrəli əmrinə əsasən şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq, ordu sıralarından tərxis edilərək, qeydiyyata düşmək üçün çağırıldığı Hərbi Komissarlığın sərəncamına göndərilmişdir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.N0N0-ci tarixli 840 nömrəli sorğusuna əsasən Qarabağ Hərbi Prokurorunun xx.xx.N0N0-ci il tarixli N8/N893 nömrəli məktubuna əsasən iddiaçının haqqında Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış va material araşdırılmamışdır. İddiaçı xx.xx.N0N7-ci il tarixdə və xx.xx.N0N0-ci il tarixdə Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya rəsmi ərizə ilə müraciat etmişdir. Lakin Müdafiə Nazirliyinin veteran adlarının va müvafiq vasiqələrinin verilməsi üzrə komissiya tərəfindən iddiaçıya göndəriİən məktubİarda müharibə veteranı adının va vəsiqəsinin ona verilməsi məqsədəuyğun hesab ediİməmiş, məktubu iddiaçı 09 noyabr N0N0-ci il tarixdə almışdır. İddiaçı hesab edir ki, döyüş əməliyyatlarında könüllü iştirak etdiyindən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Cavabdeh verdiyi etirazda qeyd edtmişdir ki, iddia ərizəsi əsassızdır, aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən iddiaçıya xx.xx.N0N7-ci il tarixdə imtina olunmuşdur. Arxiv arayışına əsasən hərbi hissənin əlifba qeydiyyatı kitabında iddiaçının adının xx.xx.N993-cü il tarixdə N nömrəli hərbi hissənin siyahısına daxil edilməsi göstərilsə də, orada xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat yoxdur. Hətta iddia ərizəsinin özündə İddiaçı xx.xx.N993-cü il tarixdə Mingəçevir RHK-na və xx.xx.N994-cü il tarixdə Ağdam RHK-na könüllü olaraq müraciət etməsini qeyd etmişdir. Əgər iddiaçı 70N xidmət etsəydi, oradan qanuni əsaslarla ehtiyata buraxılsaydı və ya oradan N nömrəli hərbi hissəyə keçirilsəydi, təbii bu həmin xidmətin davamı olardı, xx.xx.N994-cü ildə xidmətə çağırılmazdı. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli NN6 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteram” adı verilə bilməz. İddiaçının isə döyüş əməliyyatları gedən vaxtı N nömrəli hərbi hissədə xidməti və qanuni əsaslarla ehtiyata buraxılması yoxdur. Həmçinin iddiaçı iddia müddətinin vaxtını qat-qat ötürmüşdür. Belə ki, imtina xx.xx.N0N7-ci olduğu halda o, məhkəməyə N0N0-ci ilin noyabrında müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin NN aprel N0NN-ci il tarixli, N-N(NNN)-N709/N0NN saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin NN aprel N0NN-ci il tarixli, N-N(NNN)-N709/N0NN saylı qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti əsasən iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi iddiaçının N saylı hərbi hissədən getməyi barədə hərbi hissə komandirinin qeydinin olmadığına istinad etsə də, bu halın hərbi hissənin fəaliyyətini davam etdirə bilməməsinə görə baş verdiyini və bunun iddiaçının təqsiri ucbatından baş vermədiyini, iddiaçının N saylı hərbi hissədə tərxis olunana kimi xidmət etməsini, fərariliyinin olmadığını, bu barədə rəsmi arayışların olmasını nəzərə almamaqla gəldiyi nəticə düzgün olmamışdır. Appellyantın fikrincə işin halları düzgün araşdırılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia təmin edilməlidir. Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.N0N0-ci il tarixli 9/N-4980 saylı arayışında göstərilmişdir ki, İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-3, sıra-N4, məlumatda atasının adı düzəliş olunaraq Eyub yazılmışdır) Mingəçevir ŞHK-dan çağırılmış, N965-ci il təvəllüdlü İddiaçı Eyub oğlunun komandirin N7.NN.93-cü il tarixli N №-li əmrilə hərbi hissənin siyahısına daxil olması baradə məlumat vardır. Lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissə komandirinin N7 noyabr N993-cü il tarixli N №-li əmrində (əsas: səh-N0, §-7) Mingəçevir ŞHK-tərəfindən çağırılmış bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda (əsas adlı siyahı noyabr N993 səh-57, sıra-3, əmrdə atasının adı Əyyub yazıİmışdır) Mingəçevir RHK-dan çagırılmış, N965-ci il təvəllüdlü sıravi Allahverdiyev Vaİeh Əyyub oglunun adı qeyd edilmişdir. Ağdam RHK tərəfindən göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin 3N mart N994-cü iİ tarixli 90 №-li əmrilə (əsas səh-N7 §-N6 sıra-N) 5 MAT-ın şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli N65 №-li əmrilə (əsas: səh-5N, §-N əmrdə atasının adı Əyub yazılmışdır) 5 MAT-da xidmət edən sıravi İddiaçı Əyub oğlu 4 MAT-ın şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. Müdafiə nazirinin N4.09.95-ci il tarixli müvafiq əmrinə əsasən (yaşa görə) sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N8 sentyabr N995-ci il tarixli N60 №-lı əmrilə (əsas səh-N8, §-5 sıra-N09) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmış, Ordu sıralarından azad olunaraq qeydiyyata düşmək üçün çağırıldığı Hərbi Komissarlığın sərəncamına göndərilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.N0N6-cı il tarixli 9/N-NN4NN №-li məktubla İddiaçı ünvanına cavab göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 03 mart N0NN-ci il tarixli 9/N-N888 saylı məktubundan görünür ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh-3, sıra-N4, məlumatda atasının adı düzəliş olunaraq Eyub yazılmışdır) Mingəçevir ŞHK-dan çağırılmış, N965-ci il təvəllüdlü İddiaçı Eyub oğlunun komandirin N7.NN.93-cü il tarixli N №- li əmrilə hərbi hissənin siyahısına daxil olması barədə məlumat vardır. Lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. N №-li hərbi hissə komandirinin N7 noyabr N993-cü il tarixli N №-li əmrində (əsas: səh-N0, §-7) Mingəçevir ŞHK-tərəfindən çağırılmış bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda (əsas: adlı siyahı: noyabr N993; səh-57, sıra-3) Mingəçevir RHKdan çağırılmış, N965-ci il təvəllüdlü sıravi İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 40 №-li əmrində (əsas: § 6, sıra N3, əmrdə adı Vidadi yazılmışdır) N-ci MAT-un sıravisi XN hospitala müalicəyə göndərildiyi üçün ərzaq təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-mart N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Ağdam RHK tərəfindən göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin 3N mart N994-cü il tarixli 90 №-li əmrilə (əsas: səh-N7, §-N6, sıra-N, əmrdə çağırıldığı RHK “Ağdam” yazılmışdır) 5 MAT-ın şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli N65 №-li əmrilə (əsas: səh-5N, §-N, əmrdə atasının adı Əyub yazılmışdır) 5 MAT-da xidmət edən sıravi İddiaçı Əyub oğlu 4 MAT-ın şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. Müdafiə Nazirinin N4.09.95-ci il tarixli müvafiq əmrinə əsasən (yaşa görə) sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N8 sentyabr N995-ci il tarixli N60 №-li əmrilə (əsas: səh-N8, §-5, sıra-N09) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılmış, ordu sıralarından azad olunaraq qeydiyyata düşmək üçün çağırıldığı Hərbi Komissarlığın sərəncamına göndərilmişdir. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinin xx.xx.N0N0-ci il tarixli, 567 nömrəli arayışından görünür ki, N965-ci il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı xx.xx.N993-cü il tarixdə N saylı hərbi hissə, xx.xx.N994-cü il tarixdən xx.xx.N995-ci il tarixədək N saylı hərbi hissədə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N995-ci il tarixli əmri ilə (yaşa görə) ehtiyata buraxılmışdır. Qarabağ Hərbi Prokurorluğunun Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon idarəsinə ünvanlanmış xx.xx.N0N0-ci il tarixli N8/N893 saylı məktubundan görünür ki, İddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və material araşdırılmamışdır. Göründüyü kimi iddiaçının xx.xx.N993-cü il tarixdən xx.xx.N995-ci il tarixə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrin tərkibində Kəlbəcər, Ağdam və Ağdərə rayonları uğrunda gedən döyüşlərdə iştirakı iş materiallarında olan yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır. Lakin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.N0NN-ci il tarixli 490 saylı məktubundan görünür ki, İddiaçı barəsində SHXÇDX-nin Suraxanı rayon İdarəsində məlumatın olmadığı qeyd edilmişdir. Göstərilən sübut iddiaçının xidməti barədə məlumat olmadığını ehtiva etsə də, Müdafiə Nazirliyinin arxiv arayışı ilə iddiaçının hərbi xidməti barədə müfəssəl məlumat mövcud olduğundan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.N0NN-ci il tarixli 490 saylı məktuba istinadən iddianı rədd etməklə birinci instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin xx.xx.N0NN-ci il tarixli 490 saylı məktubunu iddianın rədd edilməsi üçün mötəbər və yetərli sübut hesab etmir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu xidməti vəzifəsinə uyğun olaraq yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumalarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri müxtəlif sübutların müqayisə edilməsidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.N0N0-ci il N/A-NN630 il saylı məktubundan müəyyən edilir ki, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissıya”nın xx.xx.N0N0-ci il tarixli iclasında baxılmış və 4N0 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.N0N0-ci il tarixli 9/N-4980 nömrəli arxiv arayışını zəruri sənədlərlə birlikdə (hərbi biletin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini, şəxsiyyət vəsiqəsinin surətini və s.) təqdim olunarsa, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktı qəbul etmək üçün hərbi biletin təqdim edilməsini təklif etmişdir. Bununla da, imtinanın əsasının əslində hərbi biletin təqdim edilməməsi olduğuna vurğulamışdır. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, iddiaçının hərbi biletinin olmaması işin mübahisə edilməyən halıdır. Hərbi biletin olmaması imtina üçün əsasdır. Lakin arxiv arayışları ilə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi təsdiq edildiyi halda hərbi biletin təqdim edilməməsinə görə verilmiş imtina formal olaraq qəbul edilməlidir. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun N5.N-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun N5.N-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Göründüyü kimi qanunvericilik heç də bütün tələblərə deyil, yalnız qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallarda hansısa tələbə əməl edilməməsinin nəticəsində verilmiş imtinaya haqq qazandırır. Hazırkı iş üzrə iddiaçıdan hərbi biletin tələb edilməsi və onun bu tələbə əməl etməməsi o halda qanuni və əsaslı sayılardı ki, onun digər əsaslar üzrə sübutları mövcud olmasın. Halbuki, yuxarıda da qeyd edildiyi kimi onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və ehtiyata tərxis olunması Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.N0N0-ci il tarixli 9/N-4980 saylı və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinin xx.xx.N0N0-ci il tarixli, 567 nömrəli arayışları ilə sübut olunur. Qeyd edilən hər iki sənəd iddiaçının müraciətinin təmin edilməsi üçün əsas olduğu halda, birinci instansiya məhkəməsinin xx.xx.N993-cü ildən xx.xx.N994-cü ilədək dövr üçün iddiaçının N saylı hərbi hissədəki hərbi xidmətinin və qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmamasına istinad etməklə iddianın rədd edilməli olması qənaətinə gəlməsi düzgün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının N saylı hərbi hissədə xidmət dövründə hərbi xidmətdən yayınmaq, fərarilik etməsi sübutlarla təsdiqlənmədiyi halda, bunun əksinə olaraq, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.N0N0-ci il tarixli, N8/N893 saylı məktubu ilə iddiaçının barəsində hərbi prokurorluqda cinayət işinin olmaması təsdiq edildiyindən, onun N saylı hərbi hissədəki hərbi xidmət dövrü barədə məlumatların olmaması onun həmin dövrdə hərbi xidmət etməməsi kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, N saylı hərbi hissədəki xidmət dövrü barədə məlumata şübhə yanaşılacağı halda belə, iddiaçının N saylı hərbi hissədə xidmət dövrü şübhəsiz onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını və ehtiyata tərxis olunduğunu təsdiq etdiyindən və müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdə olması müddətinin aşağı həddi müəyn edilmədiyindən, bu hal kifayət edir ki, iddiaçının müraciəti təmin edilə idi. Beləliklə, işin hallarına görə iddiaçı N hərbi hissədə hərbi xidmətdə olub. Birincisi 70N, ikincisi N saylı hərbi hissədə. Birinci hərbi hissədəki hərbi xidmət dövrünün yalnız başlanğıcı (xx.xx.N993), ikinci hərbi hissədəki xidmət dövrü barədə isə həm başlanğıcı (xx.xx.N994), həm sonu (xx.xx.N995), həm də ehtiyata buraxılma barədə məlumat (MN-in xx.xx.N995-ci il tarixli əmri, N saylı h/h komandirinin xx.xx.N995-ci il tarixli N60 saylı əmri (əsas: səh-N8, §-5, sıra-N09)) var. Hərbi bileti olmasa da, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon Şöbəsi tərəfindən verilmiş arayışlarla təsdiq olunur. Həmin arayışlara istinad etməklə cavabdehə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsini xahiş etsə də, müraciətinin təmin edilməsindən N saylı hərbi hissədəki xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmamasına istinadla imtina edilmişdir. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsaslar “Veteranlar haqqında” Qanunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995ci il tarixli, NN6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamədə əksini tapmışdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr N995-ci il tarixli NN6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi “Müharibə veteranı” adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il NN sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın NNdək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il NN may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N006-cı il tarixli N74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — daxili işlər, dövlət təhlükəsizliyi orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanlari tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin əsasnaməyə əsasən ”Bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Republikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (N000-ci ilin sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 4N-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.” Beləliklə, müharibə veteranı vəsiqəsinin verilməsi üçün hərbi biletlərdən başqa həm də arayışların, şəxsi işlərin, orden və medallarla təltif olunmaq haqqında vəsiqələrin, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışların və əmrlərdən çıxarışların, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərin də əsas olduğunu nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir, iddiaçı haqlı olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə cavabdehin imtinasının qanuni olması və iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlməmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin NN aprel N0NN-ci il tarixli, N-N(NNN)-N709/N0NN saylı qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Azər Hüseynov Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-1(103)-135/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-135/2022
09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver