Məhkəmə qərarları › İş №2-1(103)-135/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-135/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-135/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X7 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3774/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixli N00111897DTP nömrəli tibbi göndərişə əsasən əlillik təyinatından imtina etməsi barədə qərarının ləğv edilməsi və xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlilliyin bərpa edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1972-ci il tarixində Azərbaycan Respublikası Cəbrayıl rayonunda anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. xx.xx.1999-cu ildən xx.xx.2009-cu ilədək hərbi xidmət dövrü ilə əlaqədar müddətli, xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilədək hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlildir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etdi, xx.xx.2016-cı ildə ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verildi. Əvvələr müddətsiz əlil olmağına baxmayaraq, xx.xx.2017-ci ildən xx.xx.2022ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə ona əlillik təyin edilmişdir. xx.xx.2022-ci ildə əlillik müddəti bitdikdən sonra pensiyası dayanmışdır, lakin cavabdehin bu mövqeyi ilə razı deyil, belə ki, ona 18 ildən sonra yəni xx.xx.2017-ci il tarixdə müddətsiz əlillik təyin edilməsi əvəzinə müddətli əlillik təyin edilərək 24 ildən sonra yəni xx.xx.2022ci il tarixdə əlilliyi dayandırılmışdır. Hətta xx.xx.2009-cu ilədək hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlil olmağı belə bərpa edilməmişdir. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona əlillik təyinatını xx.xx.2009-cu il tarixdən bərpa etməməsi əsassız və qanunsuzdur, belə ki, o, müharibədə yaranmış səbəbdən ağır xəsarət almış, bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.2009-cu il tarixdən müddətsiz əlil olmağı bərpa edilməlidir. Bu barədə Ali Məhkəmənin 2- 1(102)-996/2022 nömrəli xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-188/2022 nömrəli xx.xx.2022-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 4867/2021 nömrəli xx.xx.2021-ci il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-29/2023 nömrəli xx.xx.2023-cü il tarixli və Şirvan İnzibati Məhkəməsinin 2- 1(120)-1426/2022 nömrəli xx.xx.2022-ci il tarixli iddia tələbinə uyğun analoji qərarlarının sürətini nəzərə alaraq iddia ərizəsini təmin edəsiniz. İddiaçının əlilliyinin təyin edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki əvvəl qiymətləndirilmiş və xx.xx.2009-cu il tarixdən hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar müddətsiz əlil olmuşdur, hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin etdiyi haqsızlıq tam əsassızdır. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “iddiaçının xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi” kimi dəyişdirilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, Baş Beynin Üzvi Xəstəliyi (Travma Mənşəli) nəticəsində ağıl zəifliyi (Demensiya) kobud davranış pozuntları tez-tez təkrarlanan qıcolma tutmaları ilə (Ayda 4-5 Dəfə) Mmse-18 İQ47. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 835 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra başın sol təpə nahiyəsinin bir ədəd, başın sol alın nahiyəsində bir ədəd, başın saq gicgah nahiyəsində bir ədəd, sad bel nahiyəsində bir ədəd, döş qəfəsinin sol arxa səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön-içəri səthində bir ədəd, sol dizaltı nahiyədə köndələn istiqamətli bir ədəd köhnə çapıq toxumalar" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına RRM-ə məxsus təkərlikli oturacaqda daxil olmuş, sağ yuxarı ətrafda və bel nahiyəsində sınığa bağlı (deməsinə görə) hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə gedişatında boyunluq, eynəyindən istifadə etməsi, sağ diz oynağı üzərində elastik bintlə sarğı olduğu müşahidə edilmişdir. Anamnestik məlumatlarında işığa qarşı əsəbləşdiyini, bu səbəbdən eynəkdən istifadə etdiyini, başgicəllənmə nəticəsində yıxıldıqdan sonra yerişində məhdudiyyətin yarandığını, belində protruziya səbəbindən cərrahi əməliyyat keçirdiyini, qəbul etdiyi medikamentoz preparatların adlarını xətırlamadığını bildirmişdir. Müəyinə zamanı bel nəhiyəsində - 2 sm ölçülü, büzdüm nəhiyəsində dermoid sistin ləğvinin, qarının səğ-yən tərəfində köndələn istiqamətdə keçirilmiş əməliyyatlara məxsus çapıqlar izlənilmişdir. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus norma daxilində, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Qeyd etməliyik ki, vətəndaşın sonuncu əlillik təyinatına əsas verən xəstəliyin epilepsiya olduğu qeyd olunsa da, vətəndaş qıcolma tutmaları haqqında heç bir məlumat verməmiş, ekspertiza üçün əhəmiyyətli olan başbeynin instrumental (MRT, KT. EEQ) müayinə nəticələrini təqdim etməmişdir. Psixi statusunda zahirən səliqəli, ünsiyyətə həvəslə daxil olmuş, bələdliyi qorunmuş, mnestik sferası yaşam tərzinə və təhsilinə uyğun olmuşdur. Yaddaş və qavrama pozuntusu, şəxsiyyət dəyişikliyi əlamətləri izlənilməmiş, daha çox somatik şikayətlər bildirmişdir. Halhazırda psixi sferasında psixopatoloji dəyişiklik aşkarlanmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3774/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2023-cü il tarixdən əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisin) bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3774/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından müəyyən edilir ki; -2 saylı X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2650/23 nömrəli Çıxarışında “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində HPK-rəyi ağıl zəifliyi (demensiya) kobud davranış pozuntuları tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. İstanbul NS Klinikasının xx.xx.2023-cü il tarixli Spinal MRT müayinəsinin nəticəsi “Spinal xord C7 səviyyəli lezyonu (ependimoma)" kimi qeyd olunmuşdur. X9 və Travmatologiya İnstitutunun xx.xx.2023-cü il tarixli **********2947/2023 nömrəli Tibbi Rəyində diaqnoz “Sağ diz oynağının travmadan sonra qonartrozu İİİ dərəcəli, açıcı-bükücü kontrakturası (açma 170 dərəcə, bükmə 90 dərəcə). Sağ bayır topuğun bitişmiş sınığı, sağ aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), bel fəqərələrinin osteoxondrozu, İV fəqərəsinin çıxıntısımın bitişmiş sınığı, retrolistezi, irradlyasiya verən kəskin kökcük ağrı sindromu, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. - TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2017-ci il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2017- ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnozun öz təsdiqini tapmaması – Səbəb: diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 02 noyabr 2023-cü il tarixli qərarına əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2023-cü il tarixdə aşağıda adı göstərilən 31 nəfər vətəndaşların müraciətləri əsasında əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: Bakı şəhər sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 835 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qəlpə yaralanmalarından sonra basın sol təpə nahiyəsinin bir ədəd, basın sol alın nahiyəsində bir ədəd, başın sağ gicgah nahiyəsində bir ədəd, saq bel nahiyəsində bir ədəd, döş gəfəsinin sol arxa səthində bir ədəd, sol baldırın orta 1/3-nin ön-içəri səthində bir ədəd, sol dizaltı nahiyədə köndələn istigamətli bir ədəd köhnə çapıg toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına RRM-ə məxsus təkərlikli oturacaqda daxil olmuş, sağ yuxarı ətrafda və bel nahiyəsində sınığa bağlı (deməsinə görə) hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə gedişatında boyunluq, eynəyindən istifadə etməsi, sağ diz oynağı üzərində elastik bintlə sarğı olduğu müşahidə edilmişdir. Anamnestik məlumatlarında işığa qarşı əsəbləşdiyini, bu səbəbdən eynəkdən istifadə etdiyini, başgicəllənmə nəticəsində yıxıldıqdan sonra yerişində məhdudiyyətin yarandığını, belində protruziya səbəbindən cərrahi əməliyyat keçirdiyini, qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını bildirmişdir. Müayinə zamanı bel nahiyəsində ~2 sm ölçülü, büzdüm nahiyəsində dermoid sistin ləğvinin, qarının sağ-yan tərəfində köndələn istiqamətdə keçirilmiş əməliyyatlara məxsus çapıqlar izlənilmişdir. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus norma daxilində, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Qeyd etməliyik ki, vətəndaşın sonuncu əlillik təyinatına əsas verən xəstəliyin epilepsiya olduğu qeyd olunsa da, vətəndaş qıcolma tutmaları haqqında heç bir məlumat verməmiş, ekspertiza üçün əhəmiyyətli olan baş-beynin instrumental (MRT, KT, nəticələrini təqdim etməmişdir. Psixi statusunda zahirən səliqəli, ünsiyyətə həvəslə daxil olmuş, bələdliyi qorunmuş, mnestik sferası yaşam tərzinə və təhsilinə uyğun olmuşdur. Yaddaş və qavrama pozuntusu, şəxsiyyət dəyişikliyi əlamətləri izlənilməmiş, daha çox somatik şikayətlər bildirmişdir. Hal-hazırda psixi sferasında psixopatoloji dəyişiklik aşkarlanmamışdır. 2 saylı X1 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 2650/23 nömrəli Çıxarışında “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində HPK-rəyi ağıl zəifliyi (demensiya) kobud davranış pozuntuları tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. İstanbul NS Klinikasının xx.xx.2023-cü il tarixli Spinal MRT müayinəsinin nəticəsi “Spinal xord C7 səviyyəli lezyonu (ependimoma)” kimi qeyd olunmuşdur. X9 və Travmatologiya İnstitutunun xx.xx.2023-cü il tarixli **********2947/2023 nömrəli Tibbi Rəyində diaqnoz “Sağ diz oynağının travmadan sonra qonartrozu İİİ dərəcəli, açıcı-bükücü kontrakturası (açma 170 dərəcə, bükmə 90 dərəcə). Sağ bayır topuğun bitişmiş sınığı, sağ aşıqbaldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), bel fəqərələrinin osteoxondrozu, İV fəqərəsinin çıxıntısının bitişmiş sınığı, retrolistezi, irradiyasiya verən kəskin kökcük ağrı sindromu, əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı əsasında iddiaçı Xuduyev İbrahim Həsən oğlunun sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 113/2024 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir:

1. SN-nin “Məhkəmə Tibbi Ekspertizası və X6” X11 müalicə müəssisəsi olmadığından A.X.Ağakişiyevin hazırda hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə konkret fikir söyləmək mümkün deyildir. İş materiallarında olan tibbi sənədlərə əsasən onun adına 2 nömrəli X2 tərtib edilib Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2023- cü il tarixli, N00111897DTP nömrəli (Forma TQS №088) saylı göndərişdəki xəstəliklər ona stasionarda müayinə və müalicələri zamanı qoyulduğundan onun həmin xəstəliklərdən hazırda əziyyət çəkməsini inkar etmək də olmaz.

2. Qərardadda ekspertiza qarşısında qoyulmuş 2-ci bənddəki sual əlilliklə əlaqədar olduğundan həmin sualın həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi- sosial ekspert komissiyasının səlahiyyətlərinə aiddir Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Kəllədaxili travma. Qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Qıcolma və spazm, teztez təkrarlanan epileptik tutmalarla (ayda 6-8 dəfə). Sağ diz oynağının qonartrozu, konturakturası.” diaqnozu ilə “2.2 İkinci dərəcə əlillik => 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9);” meyar əsasında xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2022-ci il müəyyən olunmuşdur. Daha sonra xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində ağıl zəifliyi (demensiya) kobud davranış pozuntları tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 4-5 dəfə) MMSE-18 İQ47” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz öz təsdiqini tapmır, səbəb diaqnozun əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının 02 noyabr 2023-cü il tarixdə əyani müayinəsi zamanı təqdim olunmuş epikrizlərdəki diaqnozlar klinik olaraq öz təsdiqini tapmamışdır qeyd edilsə də, həmin uyğunsuzluğun nədən ibarət olması barədə məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 113/2024 saylı ekspert rəyində də 2 nömrəli X2 tərtib edilib Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2023-cü il tarixli, N00111897DTP nömrəli (Forma TQS №088) saylı göndərişdəki xəstəliklərdən iddiaçının hazırda əziyyət çəkməsi inkar edilməmişdir. Eyni zamanda təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnozlara əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd - Psixi və davranış pozuntuları – 7.6.1-ci yarımbənd –“ F02* Başqa rubrikalarda təsnif edilən digər xəstəliklər zamanı demensiya” diaqnozu həmin meyyarlarda 7.6.2-ci yarımbəndi – “ F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” ağırlaşmaları ilə əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3774/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3774/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar