Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1350/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1961-ci il tarixində Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-821/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarından cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən, inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 16.03.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, reyestrdən çıxarışın verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, təqdim etdiyi sənədlər cavabdeh tərəfindən müxtəlif bəhanələrlə, bir neçə dəfə qəbul olunmamışdır. Müraciətlərinə imtina səbəbinin biri FHN-yi tərəfindən “X10” olmaması göstərilmişdir. FHN-yi bu tələbin əsassız olduğunu bildirərək, obyektin 100 kv. metrdən artıq, on iki metrdən hündür olduğu halda akt verildiyini bildirsələr də, müraciətini nəzərə alıb, bütün texniki ekspertiza işləri apararaq, “X12”nı vermişlər. Yenidən cavabdehə müraciət etdikdə, bələdiyyə sənədinin Dövlət Xəritəçəkmə və Torpaq Komitəsi tərəfindən qeydə alınmadığı bildirilmişdir. Obyekt 1990-cı illərdə, aidiyyatı qurumların icazəsi ilə tikilmişdir. 2003-cü ildə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən çıxarış verilmişdir. Bir neçə il öncə çıxarışın yenilənməsi üçün müraciət etdikdə, ona bildirilmişdir ki, qeyd olunan Dövlət Tikinti və Arxitektura Komitəsi nəzdində Baş X1, Mülkiyyət hüquqlarının Qeydiyyatı və Kadastrı İdarəsi qanunsuz fəaliyyət göstərib və onun verdiyi “çıxarış”lar etibarsızdır. 16.03.2018-ci ildə aidiyatı üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, obyektdə müəyyən təmir-quraşdırma işləri aparmaq məqsədi ilə yeni layihə və digər sənədləri təqdim etmiş və rəsmi icazə aldıqdan sonra yenidənqurma işləri aparmışdır. Binəqədi Rayon İcra hakimiyyəti, mövcud tikilidə layihəyə uyğun, yeni üslubda işlərin aparılması üçün müvafiq sənədləşməni aparmış, çıxarış alınması üçün lazım olan sənədləri tam hazırlayaraq təqdim etmişdir. Cavabdeh DƏRX-nin 1 saylı Ərazi İdarəsi, tələb etdikləri sənədlərin təqdim olunmasına baxmayaraq, yeni bəhanələrlə çıxarış verməkdən imtina edərək əlavə səbəblər göstərmişlər. Sonradan iddiaçı 28.07.2020-ci il tarixində iddia ərizəsinə əlavə təqdim edərək məhkəmədən ona aid ünvan 2 ünvanlı 63 kv.metr obyektin ilkin sənədlərinin tam hazır olmasının nəzərə alınaraq, çıxarış verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4043/2020 saylı, 28.07.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Daha sonra 03.02.2021-ci il tarixdə iddiaçı yenidən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona məxsus Bakı şəhəri, Binəqədi rayonu 8ci mikrorayon, Cəfər Xəndan küçəsi 11 a saylı binanın qarşısında yerləşən 63 kv. metr qeyri-yaşayış sahəsinin mövcud vəziyyətə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmaqla, onun adına texniki pasport və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-821/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 63 kv. metrdən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. 17.03.2021-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, İddiaçı ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binasına dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 10.02.2020-ci il tarixdə poçt vasitəsilə İdarəyə müraciət etmişdir. Ərizəyə sənədlərin surəti əlavə edilmiş, sözügedən sənədlərin əsilləri İdarəyə təqdim edilməmişdir.Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, müvafiq qeyri-yaşayış binasına dair tikintiyə icazə sənədi təqdim edilməmiş, surəti təqdim edilmiş eskiz layihəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmamış, surəti təqdim edilmiş istismara icazə sənədi isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilməmiş və tam tərtib olunmamışdır.Bundan başqa, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq Şəhərsalma Baş İdarəsinin rəyi yoxdur. Bundan əlavə, İdarənin elektron kadastr baza məlumatlarına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri qeyd edilməmişdir və faktiki sahə ilə konfiqurasiya fərqi var. Həmçinin, qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaqlara aid deyil (dövlət torpağıdır) və yaşıllıq ərazisində yerləşir. Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış, aidiyyəti dövlət qurumları üçüncü şəxs qismində məhkəmə tərəfindən cəlb edilməmiş, müvafiq ünvanda ekspertiza keçirilməmiş və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. 10.06.2021-ci il tarixində iddiaçı tərəfindən məhkəmənin dəftərxanası vasitəsilə iddia ərizəsinə əlavə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materiallarında olan: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1961-ci ildə Ermənistan, Qafan rayonunda doğulmuş, ünvan 5 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 346 A nömrəli, 12 sentyabr 2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən qeyd olunmuşdur ki, verilir Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov 11 a binanın qarşısında yerləşən 22 nömrəli qeyri-yaşayış binası ümumi sahəsi 24 kv.metr mağaza Nümayəndə adına 12 sentyabr 2003-cü il tarixdə, 01 №li reyestr kitabında 86-cı səhifədə 346 A reyestr nömrəsi ilə qeydə alınmışdır (imzalayan şəxslər rəis M.A.Maqsudov və qeydəalmaq üçün məsul şəxs-İ.İ.Qurbanov) - Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş 347 B №li “Qeydiyyat Vəsiqəsi”nin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 11 A saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 27 kv. metr olan mağaza İddiaçı adına mülkiyyət hüququ əsasında 01.11.2003-cü il tarixdə 01 №li reyestr kitabında 87-ci səhifədə 347B reyestr nömrəsi ilə qeydə alınmışdır. - "xxxx" MMC tərəfindən tərtib olunmuş memarlıq layihəsinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon, H.Hüseynov/C.Xəndan küçəsi 11a, binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsi bir mərtəbəli ofis binasından ibarətdir. - Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 02/12-10-7/Q-13/2- 149/2- t/1 nömrəli, 01.05.2018-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, qeyd olunan sərəncamla İddiaçı ünvan 6 ünvanında mülkiyyətində olan 90 kv. metr torpaq sahəsində, təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib olunmuş layihə əsasında inşa edilmiş birmərtəbəli, ümumi sahəsi 63,8 kv. metr qeyri-yaşayış sahəsinin layihəsi təsdiq olunaraq göstərilən ölçülərdə mövcud vəziyyətdə sənədləşdirilməsi qərara alınmışdır. - 52 nömrəli, 24 avqust 2018-ci il tarixli istifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazədən görünür ki, tikinti obyektinin istismarına icazə verən orqan Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti olmaqla, Binəqədi rayonu 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 11a saylı binanın qarşısında yerləşən (yeni qaydalarla: Binəqədi rayonu C.Xəndan küçəsi 11a) qeyri-yaşayış sahəsinin ümumi sahəsi 63,8 kv. metr, faktiki 63,8 kv. metr olan 1 mərtəbə, 1 girişi olan 2 otaqdan ibarətdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azkommunlayihə” KLİ ünvan 7 ünvanında fiziki şəxs İddiaçı məxsus qeyriyaşayış binasına təqdim olunan eskiz layihəsi əsasında keçirilmiş texniki baxışın nəticəsi haqqında müayinə aktının nəticə hissəsində göstərilmişdir ki, ünvan 7 ünvanında fiziki şəxs İddiaçı məxsus qeyri-yaşayış binasına təqdim olunan eskiz layihəsi əsasən aparılan texniki müayinə zamanı konstruktiv elementlərdə çat və zədələrə rast gəlinmədi. - Cavabdehin **********67 №li, 06.03.2020-ci il tarixli cavab məktubu ilə müraciətçiyə bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələrinin qeyd edilmədiyi və faktiki sahə ilə konfiqurasiya fərqinin olduğu müəyyən edilmişdir. Bundan başqa qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazilərə aid deyil və yaxınlığı yaşıllıq ərazisidir. Həmçinin torpaqların alqı-satqısına dair aktın keçmiş DTXK-i tərəfindən təsdiq edilmədiyi, tikintiyə icazənin əlavə olunmadığı, layihənin və istismara icazənin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən razılaşdırılmadığı müəyyən edilmişdir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən (29.03.2017-ci il tarixində Bakı şəhəri 36 saylı notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmişdir, reyestrdə 1S-1716 № ilə qeyd edilib) görünür ki, ünvan 8 ünvanda yerləşən 26,7 kv. metr qeyri-yaşayış sahəsi İddiaçı adına xüsusi mülkiyyət kimi ********** qeydiyyat nömrəsi ilə 17.03.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 6953 nömrəli vərəqində qeydiyyat aparılmış və sonuncunun adına 17.03.2017-ci il tarixdə texniki pasport tərtib olunmuşdur. - AN-İ seriyalı, ******* nömrəli, 05.04.2017-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən qeyd edilmişdir ki, satıcı-İddiaçı, alıcı- X5, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, Cəfər Xəndan küçəsi, 11 G ünvanında istifadədə olan 0.00308 ha-dan ibarət torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 26.7 kv.m olan qeyri-yaşayış binası tam mülkiyyət üzrə X2 mülkiyyətinə verilir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, 22.04.2017-ci il qeydiyyat tarixli çıxarışın surətinə əsasən qeyd olunmuşdur ki, hüququ rəsmiləşdirilən şəxs-X5; daşınmaz əmlakın növü-qeyri-yaşayış binası; daşınmaz əmlakın ünvanı-ünvan 9i sahəsi-26.7 - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 10.06.2020-ci il tarixli, **********03 nömrəli məktuba əsasən qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr, C.Xəndan küçəsi, 11 G saylı binanın qarşısında yerləşən ümumi sahəsi 24 kv.m olan qeyri-yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına, həmin əmlak ilə bağlı texniki pasportun tərtib edilməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlməmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 8.0.9.2-ci maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, X12 daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” əsasnamənin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə əsasən yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin səlahiyyətlərinə aiddir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Bakı Şəhər icra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş idarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X8 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin torpaqların alqısatqısına dair 12.05.2006-cı il tarixli aktına əsasən aktın imzalanma hissəsində rayon, şəhər torpaq şöbəsi müdiri Natiq Məlikovun imzası mövcud deyildir. Eyni zamanda torpaqların alqı-satqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmiş və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq Şəhərsalma Baş İdarəsinin rəyi də yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin predmetini Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 11 a saylı binanın qarşısında yerləşən 63 kv. metr qeyri-yaşayış sahəsinin mövcud vəziyyətə uyğun olaraq Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına texniki pasport və reyestrdən çıxarışın verilməsi təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarının 13-cü vərəqində olan Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 02/12-10- 7/Q-13/2-149/2- t/1 nömrəli, 01.05.2018-ci il tarixli sərəncamının kserosurəti aşağıdakı məzmundadır: “Vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsində təqdim edilmiş layihə əsasında inşa edilmiş qeyri-yaşayış sahəsinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında. Vətəndaş Quliyev X7 rayon İcra Hakimiyyətinə ünvanladığı 16.03.2018-ci il tarixli Q- 50-159 saylı müraciətində, ünvan 11 ünvanında, ona aid torpaq sahəsində inşa edilmiş qeyri yaşayış sahəsinin mövcud vəziyyətdə sənədləşdirilməsini xahiş etmişdir. Təqdım edilən sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, ünvan 12 ünvanında yerləşən 90 kv.m. torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 12 may 2006-cı il tarixli 132c saylı qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamə” nin 4.11.11.1 -ci bəndini rəhbər tutaraq, Qərara alıram:
1. Müraciətdə qaldırılan məsələ ilə əlaqədar olaraq. vətəndaş İddiaçı ünvan 14 ünvanında mülkiyyətində olan 90 kv.m torpaq sahəsində təqdim edilmiş "LAYİHƏAZ” MMC tərəfindən tərtib olunmuş layihə əsasında inşa edilmiş bir mərtəbəli, ümumi sahəsi 63.8 kv.m qeyri yaşayış sahəsinin layihəsi təsdiq olunaraq göstərilən ölçülərlə mövcud vəziyyətdə sənədləşdirilsin.
2. Sərəncamın surətləri müvafiq qaydada sənədləşdirmə işlərinin aparılması üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə, Rayon İcra Başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinə, məlumat üçün isə vətəndaş İddiaçı göndərilsin. Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi Tikinti obyektinin sifarişçisi-İddiaçı, Tikinti obyektinin layihəçisi "xxxx" MMC, Tikinti obyektinin podratçısı, Tikinti obyektinin dəyəri dövlət vəsaiti hesabına tikilməmişdir. Tikinti obyektinin keyfiyyət zəmanəti (istismarı ilə bağlı zəmanət) müddət ticarət obyekti istismara tam yararlıdır. Təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, 01 may 2018-ci il tarixində İddiaçı qeyri-yaşayış sahəsinin istismarına icazə verilsin. (İstismarçının adı) Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı – Xaləddin İsgəndərov” İmza və möhür. Həmçinin iş materiallarının 14-cü vərəqində olan Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi LAYİHƏAZ MMC tərəfindən Mearlıq (mətnə uyğun) Layihəsinə əsasən A.S.A: İddiaçı; Ünvan- Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mkr., H.Hüseynov/C.Xəndan küç. 11A binanın qarşısı. (Direktor: Ağayev Ş.Ə, Memar: Bağırov E.N) Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti başçısının 02/12-10-7/Q-13/2-149/2- t/1 nömrəli, 01.05.2018-ci il tarixli sərəncamının qərara aldı hisəsində layihəçinin "xxxx" MMC olması göstərilsə də, tikinti obyektinin layihəçisi "xxxx" MMC qeyd edilmişdir. Həmçinin sərəncamda iddiaçının ünvan 14 ünvanında inşa edilmiş bir mərtəbəli, ümumi sahəsi 63.8 kv.m qeyri-yaşayış sahəsinin layihəsinin təsdiq olunaraq göstərilən ölçülərlə mövcud vəziyyətdə sənədləşdirilməsi qeyd edilmiş, lakin obyektin Mearlıq layihəsində ünvan - ünvan 15imi göstərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, göstərilən qeyri-yaşayış sahəsinin istismarına dair Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismara icazə sənədi verilmədiyindən, həmçinin iş materiallarında olan müvafiq sərəncam kserosurət olduğundan, sərəncamla memarlıq layihəsi arasında ziddiyətlər mövcud olduğundan və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsassızdır, iş materialları ilə təsdiq olunmur, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı :
Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-821/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus Bakı şəhəri, Binəqədi rayonu 8-ci mikrorayon, Cəfər Xəndan küçəsi 11 a saylı binanın qarşısında yerləşən 63 kv. metr qeyri-yaşayış sahəsinin mövcud vəziyyətə uyğun olaraq Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına texniki pasportun və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə iddia tələbi rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər . Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.