Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1350/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X1 və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı (xx.xx.1975-ci il tarixində Ağdam rayonunun Çullu kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatdadır, iş materiallarına əsasən ünvan-ünvan 2hlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin ərazisində olan 98,0 kv. metr torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi 98,0 kv.metr ölçü ilə göstərilməklə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)-9112/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 04.08.2021-ci il tarixində cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı iddiа ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin “torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması” haqqında 689 №li, 03 noyabr 2005-ci il tarixli qərarı ilə Binəqədi rayonu, Biləcəri bələdiyyəsi hüdudları daxilində yerləşən, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya ayrılıb verilmiş və həmin torpaq sahəsinə görə iddiaçı ilə bağlanan alqı-satqı müqaviləsi əsasında tərəfindən bələdiyyəyə həmin dövrə görə ******* manat pul köçürməyi və buna dair iddiaçıya qəbz verilmiş ümumi ərazisi 98,0 kv.metr olan torpaq sahəsi ilə bağlı iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmaması, sənədlərin qəbul edilməməsi, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməməsi, torpaq sahəsinin dövlət reyestrindən çıxarışının tərtib edilərək iddiaçıya verilməməsindən (torpaq sahəsinin sənədləşdirilməsindən) ibarət imtinanın qanunsuz hesab edilməsinə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin ərazisində olan 98,0 kv. metr olan torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi 98,0 kv.metr ölçü ilə göstərilməklə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinin sənədləşdirilməsi zamanı yaranmış problemin həllinə köməklik göstərilməsi barədə 04 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Lakin cavabdeh təşkilat torpaq sahəsinin sənədləşdirilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, alqı-satqı keçmiş DTXK tərəfindən təsdiq edilməmiş, torpaq sahəsinin ayrılmasına münasibət bildirməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə edilməmiş, həmçinin ərazinin Dövlət Neft Şirkətinin istifadəsində olan ərazidə yerləşməsi, təqdim edilmiş cizgidə istinadların qeyd edilmədiyi, torpaq sahəsinin ümumi istifadədə olan yol kənarı avtodayanacaq ərazisi olması və qaz xəttinin mühafizə zolağında yerləşməsi kimi əsassız və bir-biri ilə ziddiyət təşkil edən səbəblər göstərilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə bələdiyyəsinin “torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 689 nömrəli, 03 noyabr 2005-ci il tarixli qərarı ilə Binəqədi rayonu, Biləcəri Bələdiyyəsi hüdudları daxilində yerləşən, ümumi ərazisi 98,0 kv.metr olan torpaq sahəsi, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya ayrılmış və həmin torpaq sahəsinə görə onunla bağlanan alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən bələdiyyəyə həmin dövrə görə ******* (bir milyon doxsan yeddi min altı yüz min) manat pul köçürülmüş və buna dair iddiaçıya qəbz təqdim edilmişdir. Yeni qaydalara əsasən DTXK ləğv edildiyindən onun səlahiyyətlərini də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi icra edir. Bundan başqa təqdim edilmiş cizgi və sənədlərdə Dövlət Neft Şirkətinin də razılaşma barədə möhürünün olması ərazinin yaxınlığında əsas yəni iri qaz borusu deyil 50 litrlik turba ilə qaz borusunun keçməsi bu kimi xətləri evlərin həyətlərin arasında da olması qeyd olunan məktubda göstərilən imtina səbəblərinin əsassız və qanunsuz olmasına dəlalət edir. Bakı İnzibati Məhkəməsinin 04 avqust 2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İPM-in 13 –cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilmişdir. Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)-9112/2021 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin ərazisində olan 98,0 kv. metr olan torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi 98,0 kv.metr ölçü ilə göstərilməklə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsi” barədə iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan 19.01.2021-ci il tarixli, AR-İİ seriyalı, 219389 nömrəli 77 il 24 gün müddətinə verilmiş etibarnamənin surətinə əsasən qeyd edilmişdir ki, etibar edən-X4, səlahiyyətləri ötürmüş-X7, etibar edilən- İddiaçı. (43 saylı notariat ofisinin xüsusi notariusu X5) İş materiallarında olan Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 689 №-li, 03 noyabr 2005ci il tarixli qərarına əsasən Biləcəri bələdiyyəsinin hüdudları daxilində 98,0 kv.m. torpaq sahəsi əlavə olunmuş cizgi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqısatqı yolu ilə ünvan 3 ünvanında yaşayan X2 ayrılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir: ”1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.” Həmin Qanunun 52-ci maddəsində göstərilmişdir: “1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. 52.2. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər.52.3. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. 52.4. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. 52.5. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı Bakı İnzibati Məhkəməsinə öz adından müraciət etmişdir. İddiaçı hazırkı iş üzrə iddia tələbi ilə “imtinanın qanunsuz hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbə Bələdiyyəsinin ərazisində olan 98,0 kv. metr olan torpaq sahəsinin mövcud vəziyyətdə və ümumi sahəsi 98,0 kv.metr ölçü ilə göstərilməklə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması, həmin torpaq sahəsinin dövlət reyestrinə daxil edilməsi, torpaq sahəsinə dövlət reyestrindən çıxarışın, habelə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilərək verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi iki cavabdehə (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə) qarşı öhdəliyin qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən 04 avqust 2021-ci il tarixli məktub ilə, iddiaçıya iddiaçının, cavabdehin və iddia tələbinin dəqiqləşdirilməsinin zəruri olduğu bildirilmiş və formal xətanın aradan qaldırılması üçün 20 gün müddət təyin edilmişdir. Lakin iddiaçı məhkəmə tərəfindən onun üzərinə qoyulan vəzifəni icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddia tələbinə inzibati məhkəmə icraatında qaydasında baxılması mümkün hesab edilə bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2-1(112)-9112/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1350/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1350/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver