Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1350/2025 23.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13387/2024 saylı 03 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçıya məxsus QE 132328 nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 12 may 1977-ci ildən 20 may 1979-cu ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İV ******* nömrəli diplomun surətindən görünür ki, iddiaçı Azərbaycan Pedaqoji Xarici Dillər Universitetində 1980-1985-ci illərdə təhsil almış və tam kursu bitimişdir. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildə 51 nömrəli mağazanın satıcı-tələbə vəzifəsinə qəbul olunub, xx.xx.1975-ci ildə satıcı təyin olunmuş, xx.xx.1975-ci ildə işdən azad olounmuş, xx.xx.1975-ci ildən 1 dekabr 1976-cı ilədək polad sexində mütəxəssis kimi işləmiş, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək dinləyici kimi işləmiş, xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək əyani təhsil almışdır, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm şurasında bələdçi-tərcüməçi vəzifəsinə təyin olunmuş, xx.xx.1994-cü ildə Xarici Turzim şurasının nəzdində “Azərtur" Turist müəssisəsi yaradılması ilə əlaqədar əmək qanunvericiliyinin 36-cı maddəsinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1994- cü ildə həmin müəssisədə Bələdçilər-tərcüməçilər şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. (Qeyd: əlavə səhifəyə keçid İT-İ 0390306) İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə “Son Söz” qəzetində şöbə müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici turizm şurasının şəxsi heyətinin sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, İddiaçı barədə məlumat verilməsi imkan xaricindədir. İddiaçı ona 65 yaşdan pensiya təyin olunması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “Təqdim etdiyiniz sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək əyani təhsil aldığınız illər və xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək “Azərtur” Turist müəssisəsində əmək fəaliyyəti dövrünüz də nəzərə alınmaqla cəmi sığorta stajınız 24 il 2 gün təşkil edir. Eyni zamanda, fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 23 il 7 ay 2 gün sığorta stajınıza uyğun olaraq 21846,77 manat, 01,06.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 388,14 manat olmaqla, ümumilikdə 22234,91 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, əmək kitabçanızın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsinin şəxsi heyət üzrə sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən müəssisələrdə xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək haqqı alıb-almadığınızı müəyyənləşdirmək mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən) sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Bildiririk ki, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri (əmək haqqı arayışları və əmrlərdən çıxarışları) təqdim etdikdən sonra həmin dövrün sığorta stajınıza daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajınız qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək (əmək müqavilənizin qüvvəyə mindiyi tarixədək) və xx.xx.2023-cü il tarixindən (əmək müqavilənizə xitam verildiyi tarixdən) yaşa görə sosial müavinət təyin edilib, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir.” Bu imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək ona əmək pensiyasını təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 65 yaşdan, xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 66 yaşı var, ali təhsillidir, uzun müddət – 37 ilə yaxın əmək stajı vardır. Əmək kitabçasının surətini məhkəməyə təqdim etmişdir. Onun əmək stajı düzgün hesablanmayaraq 220 manat məbləğində hazırda yardım ödənilir. Cavabdehə müraciəti nəticəsində ona bildirilmişdir ki, “Azərtur” Turizm müəssisəində bələdçi-tərcüməçi işlədiyi müddət (xx.xx.1992-xx.xx.1994-cü illər) əmək kitabçasında vurulmuş sovet möhürü ilə əlaqədar nəzərə alınmamışdır. İddiaçı ilə birgə işləyən şəxlərinin həmin möhürlə qeydə alınan iş stajı nəzərə alınmış və hazırda əmək pensiyası alırlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərin araşdırılması nəticəsində xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1980-ci il tarixdən xx.xx.1985-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1994-cü il tarixdən xx.xx.2001-ci il tarixədək “Azərtur" Turist müəssisəsində əmək fəaliyyəti dövrü də nəzərə alınaraq cəmi sığorta stajı 24 il 2 gün təşkil etdiyi məlum olmuşdur. Təqdim olunmuş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmış və nəticə olaraq, Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsinin şəxsi heyət üzrə sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən iddiaçının sözügedən müəssisələrdə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”na əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən) sığorta stajına daxil edilməsi mümkün deyildir. Nəticə olaraq, əldə olunmuş mötəbər məlumatlar əsasında iddiaçının ümumilikdə sığorta stajı 24 il 2 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. Yuxarıda qeyd edilən Qanunların müddəalarının məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sığorta stajıdır. Lakin iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçası, hərbi biletindən göründüyü kimi onun sığorta stajı ümumilikdə 24 il 2 gündür. Hal-hazırda qüvvədə olan Qanunda müəyyən edilmiş yaş həddinə çatmış kişilər üçün pensiya hüququ qazanmağın əsas şərti kimi azı 25 il sığorta stajın olması tələb kimi qeyd edilmişdir. İddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunsuz hesab edilərək təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13387/2024 saylı 03 dekabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 65 yaşdan, xx.xx.2023-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı əsaslandırarkən iddiaçının 2006-cı ilə qədər işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmalı olduğu qənaətinə gəlmişdir. Məhkəmə mübahisələndirilən (xx.xx.1992-xx.xx.1994-cü illər) dövrlərə dair iddiaçının əmək haqqı arayışı və ya əmrlərdən çıxarışın təqdim edilməməsinin, əmək kitabçasının qanunvericiliyin tələblərinə uyğun şəkildə doldurulmamasını (işdən çıxma əmrinin SSRİ dövrünə aid möhür ilə təsdiqlənməsi) iddiaçının təqsiri hesab etməmiş və pensiya hüququnun məhdudlaşdırılması nəticəsi yaradan hal kimi qiymətləndirməmişdir. Lakin, əmək kitabçasının doldurulma qaydasının pozulmasında işçinin təqsirinin olmaması əmək kitabçasındakı qeydlərin mötəbər olduğu anlamına gəlmir. Belə ki, işəgötürənlə yanaşı işçilər də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 186 nömrəli qərarının təsir dairəsinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının məzmunundan göründüyü kimi işçinin əmək kitabçasındakı səhv və qeyri-dəqiq yazılar üzərində düzəlişlər edilməsini işəgötürənin diqqətinə çatdırmaq və tələb etmək hüququ və bu hüquqdan istifadə etmək öhdəliyi vardır. İddiaçının əmək kitabçasının doldurulmasında qeyd olunan pozuntunun olmasına baxmayaraq, həmin dövr onun stajına daxil edilmiş və iddia tələbi təmin edilmişdir. Məhkəmə tərəfindən bu hal üzrə hər hansı araşdırma aparılmamış və həmin hissə iddia tələbini təmin edilərkən əmək kitabçasının doldurulmasına cavab verməli olan şəxsin iddiaçı deyil, işəgötürən olduğu, əmək kitabçasında iddiaçının işdən çıxması barədə əmrin SSRİ dövrünə aid möhürlə təsdiqlənməsi iddiaçının məsuliyyəti olmadığı kimi qiymətləndirilmişdir. Halbuki, əmək kitabçasının tərtib qaydalarının pozulmasının işəgötürənin təqsiri üzündən baş verməsi özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur. Həmçinin iddiaçı ilə bərabər eyni vaxtlarda işləyən şəxslərin əmək kitabçası iddiaçının əmək kitabçası ilə eyni qaydada doldurulmuş, yəni xx.xx.1994-cü il işdən çıxma əmrlərinin SSRİ dövrünə aid möhür ilə təsdiq olunduğunu bildirmişdir. Həmin şəxslərə - X3 və X2 mübahisələndirilən dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunduğu halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə bərabərlik hüququ pozularaq fərqli rəftar olunduğuna istinad edərək iddianı təmin etmişdir. iddiaçı qanunla nəzərdə tutulmuş yaş həddinə çatmışdır. Belə ki, xx.xx.1958-ci təvəllüdlü iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş yaşa görə əmək pensiyası hüququ verən yaş həddinə Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşının tamam olduğu xx.xx.2023cü il tarixdə çatmışdır. İddiaçı təqdim etdiyi 132328 nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, 032862 nömrəli təhsil haqqında diplomun surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1980-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək təhsil aldığı dövr, əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən 15.12 1992- ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 5 il əmək fəaliyyəti dövrləri daxil edilməklə cəmi sığorta stajı 24 il 2 gün təşkil edir. Əlavə olaraq bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm İdarəsinin şəxsi heyət üzrə sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən müəssisədə xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək İddiaçı əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1994- cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən) həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Eyni zamanda bildiririk ki, iddiaçının xx.xx.2001-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək “Son söz” qəzetində olan əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr olduğu və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrün onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab olunmamışdır. Yuxarıda qeyd edilən Qanunların müddəalarının məzmunundan göründüyü kimi qanunla müəyyən edilmiş yaş həddinə çatmış şəxsin pensiya hüququnun yaranması üçün tələb olunan əsas şərtlərdən biri sığorta stajıdır. Lakin iddiaçının pensiya işinə əlavə edilmiş əmək kitabçası və hərbi biletindən göründüyü kimi onun sığorta stajı ümumilikdə 24 il 2 gündür. Hal-hazırda qüvvədə olan Qanunda müəyyən edilmiş yaş həddinə çatmış kişilər üçün pensiya hüququ qazanmağın əsas şərti kimi azı 25 il sığorta stajın olması tələb kimi qeyd edilmişdir. Bakı inzibati Məhkəməsi iddianı təmin edərkən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində işlədiyi dövrləri sığorta stajına daxil etmiş, bununla da maddi və prosessual pozuntuya yol vermişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “onun xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 65 yaşdan, xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə onun iddia tələbində göstərdiyi 65 yaşdan, xx.xx.2023-cü ildən pensiya hüququ yaranmışdır. Bəhs edilən normaya görə iddiaçıya yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, diplomunu və əmək kitabçalarını təqdim etmişdir. Hərbi bilet, diplom və əmək kitabçasındakı qeydlərə əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajının 27 ildən çox olduğu göstərilir. İş materiallarından müəyyən olunur ki, cavabdeh inzibati orqanın imtinasının əsası iddiaçının ümumi sığorta stajının 25 ildən az təşkil etməsi ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək olan əmək fəaliyyəti dövrünü onun ümumi iş stajına hesablamamışdır. Belə ki, cavabdeh qurum iddiaçıya məxsus əmək kitabçasının xx.xx.1994-cü il tarixli qeydində işdənçıxma əmrinin SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən əmək kitabçasının düzgün doldurulmadığını, həmçinin həmin dövrdə işlədiyi idarənin sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyini bildirmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, "Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçıya məxsus xx.xx.1975-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildə 51 nömrəli mağazanın satıcı-tələbə vəzifəsinə qəbul olunub, xx.xx.1975-ci ildə satıcı təyin olunmuş, xx.xx.1975-ci ildə işdən azad olounmuş, xx.xx.1975-ci ildən 1 dekabr 1976-cı ilədək polad sexində mütəxəssis kimi işləmiş, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək dinləyici kimi işləmiş, xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək əyani təhsil almışdır, xx.xx.1992-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm şurasında bələdçi-tərcüməçi vəzifəsinə təyin olunmuş, xx.xx.1994-cü ildə Xarici Turzim şurasının nəzdində “Azərtur" Turist müəssisəsi yaradılması ilə əlaqədar əmək qanunvericiliyinin 36-cı maddəsinə əsasən tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1994- cü ildə həmin müəssisədə Bələdçilər-tərcüməçilər şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. (Qeyd: əlavə səhifəyə keçid İT-İ 0390306) İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2001-ci ildə işdən azad edilmiş, xx.xx.2001-ci ildə “Son Söz” qəzetində şöbə müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici turizm şurasının şəxsi heyətinin sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən, İddiaçı barədə məlumat verilməsi imkan xaricindədir. İşə baxan birinci instansiya məhkəməsi bu məsələni ətraflı araşdırmışdır. Belə ki, iddiaçı ilə bərabər eyni vaxtlarda işləyən şəxslərin pensiya təminatı üçün əsas olan sənədlər cavabdeh inzibati orqandan tələb olunmuş və məhkəməyə təqdim olunmuş cavabdehin xx.xx.2014-cü il tarixli xidməti məktubunda bildirilmişdir ki, “vətəndaş X1 yaşa görə əmək pensiyası təyin olunarkən Fondun keçmiş Nəsimi rayon şöbəsi tərəfindən tərtib olunmuş akta əsasən əməkhaqları arayışında qeyd olunan vətəndaşın adına ödənilmiş əmək haqlarının düzgünlüyü təsdiq edildiyindən xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək fəaliyyəti dövrü onun sosial sığorta stajına daxil edilmişdir. Cavabdeh bildirir ki, İddiaçı təqdim etdiyi 132328 nömrəli hərbi biletin surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmət dövrü, 032862 nömrəli təhsil haqqında diplomun surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1980- ci il tarixindən xx.xx.1985-ci il tarixinədək təhsil aldığı dövr, əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1986-cı il tarixindən 15.12 1992-ci il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən 5 il əmək fəaliyyəti dövrləri daxil edilməklə cəmi sığorta stajı 24 il 2 gün təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm idarəsində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici Turizm İdarəsinin şəxsi heyət üzrə sənədləri Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən müəssisədə xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək İddiaçı əməkhaqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.1994- cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdənçıxma əmri SSRİ dövrünə aid möhür ilə təsdiq edildiyindən) həmin dövrün onun sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçının xx.xx.2001-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək “Son söz” qəzetində olan əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr olduğu və Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək onun fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün həmin dövrün onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab olunmamışdır.) Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdu ki, əmək kitabçası iddiaçının əmək kitabçası ilə eyni qaydada doldurulmuş, yəni xx.xx.1994-cü il işdən çıxma əmrləri SSRİ dövrünə aid möhür ilə təsdiq olunan X3 və X2 mübahisələndirilən dövrlər nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunduğu halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə bərabərlik hüququ pozularaq fərqli rəftar göstərilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinədək olan əmək fəaliyyəti dövrünü iddiaçının ümumi stajına hesablamaqla cavabdeh inzibati orqan haqlı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlardan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iddiasının təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13387/2024 saylı 03 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13387/2024 saylı 03 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1350/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1350/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver