Məhkəmə qərarları › İş №2-1(103)-1351/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1351/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1351/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar İddiaçı oglunun Borclu Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı “məhkəmə qərarının icra edilməməsinə görə borclunun cərimə edilməsi” tələbinə dair ərizəsi üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, Tələbkar İddiaçı oglunun iştirakı ilə, Tələbkar İddiaçı oglunun borclu Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı “2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1947/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarının icra edilməməsinə görə borclunun cərimə edilməsi” tələbinə dair ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1947/2018 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadından tələbkar İddiaçı oglu tərəfindən verilmiş şikayətə xx xxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı oglu cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanındakı 85B saylı mənzilin sökülməsi ilə əlaqədar 30000 manat məbləğində kompensasiyanın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1947/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-347/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə hər iki apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-1947/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti və 3-cü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 675/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə hər iki kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 347/2019 saylı x xxxxxx 2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1947/2018 saylı xx xxxx 2018-ci il tarixli qərarı qanuni qüvvəsini aldığından məhkəmə qararın surəti xx xxxxxxxx 2020-ci il tarixədək icra olunması üçün xx xxxxxx 2020-ci il tarixli məktubla Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə göndərilmişdir. Lakin sözügedən qərarın Nizami rayon İcra hakimiyyəti tərəfindən könüllü qaydada icrası təmin edilmədiyindən tələbkar İddiaçı ərizə ilə müraciət edərək qərarın icra edilməsi üçün müvafiq İcra və Probasiya şöbəsinə göndərilməsini xahiş etmişdir. Bununla bağlı sözügedən qərar icra olunması üçün məhkəmə tərəfindən Nizami rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi göndərilmişdir. Bundan sonra tələbkar İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qərarının blə-bilə qanunsuz hərəkətlərə yol verməklə icrasından yayındığına görə borclu Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin cərimə olunması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1947/2018 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə tələbkar İddiaçı ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan tələbkar İddiaçı oglu tərəfindən şikayət verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1947/2018 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin məzmunu inzibati orqanın cərimə edilməsinə dair tələbkarın verdiyi ərizənin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları Tələbkar İddiaçı oglu şikayəti müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı borclu və Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. İşdə iştirak edən tələbkar ərizəsinə borclunun və Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası tələbkarın ərizəsinə borclunun və Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən görünür ki, tələbkar İddiaçı oglu borclu Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin məhkəmə qərarını icra etməməsinə görə onun cərimə olunmasını tələb edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun və İnzibati Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad edərək ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası işə baxmış məhkəmənin qərardadında göstərilən əsaslandırma ilə razılaşmasa da, ərizənin rədd edilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olduğundan hesab edir ki, bu hal məhkəmə qərardadının ləğv edilməsi üçün əsas yaratmır. İş materiallarından müəyyən olunur ki, İddiaçı oglunun cavabdeh Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinə qarşı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanındakı 85B saylı mənzilin sökülməsi ilə əlaqədar 30000 manat məbləğində kompensasiyanın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmiş, məhkəmə qərarı qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş , lakin qərar bu günədək icra olunmadığı üçün iddiaçı (tələbkar) qərarın icra olunmadığına əsaslanaraq cavabdeh (borclu) inzibati orqanın cərimə olunmasını tələb edir. Qeyd olunmalıdır ki, iddiaçının icra olunmasını tələb etdiyi məhkəmə qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 119-cu maddəsində nəzərdə tutulan “dövlətə və ya bələdiyyələrə qarşı pul tələblərinin icra edilməsi” barədə məhkəmə qərarlarına aiddir. Həmin maddənin tələbinə görə dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. Göründüyü kimi, “dövlətə və ya bələdiyyələrə qarşı pul tələblərinin icra edilməsi” barədə məhkəmə qərarlarının icrası ilə bağlı inzibati prosessual qanunvericilikdə məhkəmə qərarının icra mexanizmi xüsusi qaydada müəyyənləşdirilmişdir və bu qaydaya görə göstərilən növdə məhkəmə qərarının icra olunmaması ilə bağlı inzibati orqanın cərimə olunması nəzərdə tutulmamışdır. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə, tələbkarın icra olunmasını tələb etdiyi məhkəmə qərarının icrası ilə bağlı müvafiq icra tədbirlərinin həyata keçirilməsini tələb etmək hüququ vardır və bu tələbə münasibətdə birinci instansiya məhkəməsi borcluya (dövlət orqanına) məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edərək icranın həyata keçirilməsi üçün müddət təyin edir, bundan sonra isə icra tədbirlərinin müəyyən edilməsi, həmin tədbirlərin səlahiyyətli orqana tapşırılması ilə bağlı icra haqqında qərardad qəbul edir. Hazırki işdə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qərarının icrası istiqamətində müvafiq tədbirlər görülməsinə baxmayaraq tələbkar (iddiaçı) bununla razılaşmayaraq məhkəmə qərarının icra olunmadığı üçün borclunun (cavabdehin) cərimə olunmasını tələb edir, lakin bu tələbinin qanuni əsasını ərizəsində göstərə bilmir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati orqanın məhkəmə qərarını icra etmədiyinə görə cərimə olunması Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin “İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi” barədə məhkəmə qərarlarını nəzərdə tutan 120-ci maddəsində müəyyən edilmişdir. Belə ki, həmin maddənin tələbinə görə, bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, inzibati prosessual qanunvericilikdə dövlətə (inzibati orqanlara) qarşı pul tələbləri barədə olan məhkəmə qərarlarının icra olunmamasına görə inzibati orqanın cərimə olunması proseduru nəzərdə tutulmadığı üçün tələbkarın (iddiaçının) bu barədə ərizəsi əsassızdır və rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tələbkar (iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 119, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar İddiaçı oglu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1947/2018 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar