Məhkəmə qərarları › İş №2-1(103)-1351/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1351/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1351/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-143/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qeyri-yaşayış fondundan yaşayış fonduna keçirilərək mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən D2, A8, A9, A1, A2, A4 qeyriyaşayış sahələrinin qeyri-yaşayış fondundan yaşayış fonduna keçirilərək mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-143/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğin İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) tutulması qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh orqana qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən D2, A8, A9, A1, A2 və A4 qeyri-yaşayış sahələrinin qeyri-yaşayış fondundan yaşayış fonduna keçirilərək mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 305 saylı sərəncamına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət zonalarının cənub hissəsində mehmanxana və istirahət kompleksinin layihələndirilməsi və tikintisi üçün "xxxx" MMC-yə 11 ha torpaq sahəsi ayrılmışdır. Təsdiq olunmuş layihə əsasında "xxxx" MMC otel və kotec kompleksi tikmişdir. 18 ədəd kotec və bağlar tikilmiş və satılmışdır. Hal-hazırda həmin kotec bağlarda yaşamaqla qeydiyyatdadırlar. xx.xx.2016-cı il tarixdə həmin tikililərə çıxarış verilmiş və çıxarışda həmin tikililər əmlak kompleksi kimi göstərilmişdir. Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 30 saylı sərəncamı ilə həmin qeyri-yaşayış sahəsi yaşayış sahəsinə keçirilmiş və layihə təsdiq olunmuşdur. Mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qeyri-yaşayış fondundan yaşayış fonduna keçirilərək mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin sonuncu müraciətindən imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddaçı sözügedən qeyri-yaşayış sahələrinin qeyri-yaşayış fondundan yaşayış fonduna keçirilərək hüquqlarının rəsmiləşdirilməsini arzuladığı tikililərin yerləşdiyi torpaq sahəsinin qanunvriciliklə təyinatı üzrə istifadə edilməsi müəyyən edilən torpaq sahəsi kateqoriyasına aid edilmədiyindən onun hazırki tələbi üzrə “qanuni gözləntisi” yaranmır. Belə olan halda cavabdeh inzibati orqanın imtinası qanunazidd sayılmamalı, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmənin inzibati iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq bildirir ki, qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 305 saylı sərəncamına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət zonalarının cənub hissəsində mehmanxana və istirahət kompleksinin layihələndirilməsi və tikintisi üçün "xxxx" MMC-yə 11 ha torpaq sahəsi ayrılmışdır. Təsdiq olunmuş layihə əsasında "xxxx" MMC otel və kotec kompleksi tikmişdir. Hal-hazırda həmin kotec bağlarda yaşamaqla qeydiyyatdadır. xx.xx.2016-cı il tarixdə həmin tikililərə çıxarış verilmiş və çıxarışda həmin tikililər əmlak kompleksi kimi göstərilmişdir. Daha sonra isə Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 30 saylı sərəncamı ilə həmin qeyri-yaşayış sahəsi yaşayış sahəsinə keçirilmiş və layihə təsdiq olunmuşdur. Göründüyü kimi, ünvan 1 ünvanında yerləşən D2, A8, A9, A1, A2 və A4 daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmasına baxmayaraq, qeyd edilən torpaq sahələri üzərində inşa edilmiş daşınmaz əmlaklar “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq inşa edilmişdir. Qeyd edilən hallar məhkəmənin qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/4105 nömrəli ekspert rəyi ilə də öz təsdiqi tapmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş rəydə qeyd edilmişdir ki, tədqiq olunan binaların yaşayış evləri kimi nəzərdə tutulduğunu və faktiki olaraq ayrı-ayrılıqda mənzil kimi istifadə olunduqlarını, evlərin tərkibində yaşayış və yardımçı tikililərin yerləşdiyini, həmin tikililərin mühəndis qurğularla təmin olunduğunu və mövcud tikinti normalarının tələblərinə uyğun olduğunu nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən A1, A2, A4, A8, A9, C5, D2 saylı qeyri-yaşayış sahələrinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olduğu və həmin qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinin mümkün olduğu müəyyən edilir. Birinci instansiya məhkəməsi inzibati işin araşdırılması zamanı iddia tələbinin qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə dair olmasına baxmayaraq, qərarında iddianın təmin edilməməsinə əsas kimi maddi hüququ norması olaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinə istinad etmişdir. Halbuki Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia tələbi torpaq sahəsinin kateqoriyasının bir kateqoriyada digərinə keçirilməsi barədə olmamışdır. Göründüyü kimi, məhkəmə qeyd edilən maddi hüququ normasına istinad etməklə pozuntuya yol vermişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 305 saylı sərəncamına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi, dənizkənarı istirahət zonalarının cənub hissəsində mehmanxana və istirahət kompleksinin layihələndirilməsi və tikintisi üçün "xxxx" MMC-yə 11 ha torpaq sahəsi ayrılmışdır. Hazırda həmin ərazidə inşa edilmiş daşınmaz əmlaklar satın alındığından və yaşayış təyinatlı isitifadə olunduğundan Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 30 saylı sərəncamı ilə həmin qeyri-yaşayış sahəsi yaşayış sahəsinə keçirilmiş və layihə təsdiq olunmuşdur. Həmçinin cavabdeh orqanın məhkəməyə təqdim etdiyi iddia tələbinə qarşı etirazın əsasları məhkəmənin gəldiyi nəticə ilə tam fərqli olmuşdur. Torpaq qanunvericiliyi torpaqların kateqoriyalara aid edilməsi, onların kateqoriyalarının dəyişdirilməsi və torpaq sahələrindən qanunvericiliyə müvafiq istifadə edilməsini dövlətin səlahiyyətlərinə aid etmişdir. Hazırki iddia tələbi ilə iddiaçı torpağın kateqoriyasının dəyişdirilməsini tələb etmir, ona məxsus çıxarışda torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən qeyri-yaşayış sahəsinin yaşayış sahəsi ilə əvəz edilməsini tələb edir. Əlavə olaraq məhkəmə qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məlumatlarından görünür ki, iddiaçının yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmasını arzu etdiyi tikililər yaşayış məntəqələrinin torpaqlarında deyil, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlara aid edilən torpaq üzərində inşa edilmişdir. Belə olan halda cavabdeh inzibati orqanın imtinası qanunauyğun olduğundan, iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Lakin cavabdeh orqan imtinasını məhkəmənin qeyd etdiyi hallara istinat etməklə verməmişdir. Cavabdeh orqan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilməsi üçün nəzərdə tutulmuş prossedur qaydalarına riayət etmədən həyata keçirilməsi əsası ilə imtina etmişdir. Məhkəmə tərəfindən iddiaçının pozulmuş hüquqlarının və azadlıqlarının qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edən ədalət mühakiməsi həyata keçirilməmişdir. Hüquq və azadlıqlarının təminatı, həmçinin cavabdehin qanunsuz və əsassız hərəkətlərindən müdafiə olunması məqsədilə məhkəməyə müraciətindən əsassız olaraq imtina edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binalarının yaşayış sahəsinə keçrılməsı ilə bağlı xx.xx.2020-ci il tarixli ərizənizə baxılmışdır. Payçılar arasında notarial qaydada təsdiq edilmiş bölgü sxeminin və bölünməsi ilə bağlı razılıq ərizəsinin təqdim edilmədiyi, torpaq sahəsinin kateqoriyasının digər təyinatlı olması, bildirişin əlavə edilmədiyi və layihənin Memarlıq Xidməti tərəfindən təsdiq edilmədiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı uçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən A1, A2, A4, A7, A8, A9, C5, D2 tikililərinə əmlak kompleksi kimi müəssisə olaraq İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, qeydiyyat nömrəsi ********** (daşınmaz əmlakın ümumi sahəsi 3884.89 kv.m, torpaq sahəsi 0.278 hektar, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, torpaq sahəsinin mülkiyyət növü - dövlət, torpaq sahəsi üzərində hüququn növü - istifadə). İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 30 nömrəli 20 fevral 2020-ci il tarixli “Vətəndaş İddiaçı məxsus Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi 2F ünvanında yerləşən A1, A2, A4, A7, A8, A9, C5, D2 tikililərin qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi haqqında” Sərəncamının surətindən görünür ki, vətəndaş İddiaçı məxsus Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi 2F ünvanında yerləşən ümumi sahəsi 3884.89 kv.metr olan A1, A2, A4, A7, A8, A9, C5, D2 tikililərin qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4105 nömrəli ekspert rəyindən görünür ki, tədqiq olunan binaların yaşayış evləri kimi nəzərdə tutulduğunu və faktiki olaraq ayrıayrılıqda mənzil kimi istifadə olunduqlarını, evlərin tərkibində yaşayış və yardımçı tikililərin yerləşdiyini, həmin tikililərin mühəndis qurğularla təmin olunduğunu və mövcud tikinti normalarının tələblərinə uyğun olduğunu nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən A1, A2, A4, A8, A9, C5, D2 saylı qeyri-yaşayış sahələrinin “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4. və 2.9. bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olduğu və həmin qeyri-yaşayış sahələrinin yaşayış sahəsinə keçirilməsinin mümkün olduğu müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. 4-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 6-cı maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi; torpaqlardan qanunvericiliyə uyğun istifadə olunmasına və onların mühafizəsinə dövlət nəzarətinin təşkil edilməsi və həyata keçirilməsi torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərinə daxildir. 9-cu maddəsinin 2-ci hissəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 9-cu maddəsinin 3-cü hissəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir («Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 176 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə 9-cu maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir). 22-ci maddəsinin 1-ci hissəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 22-ci maddəsinin 2-ci hissəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. 22-ci maddəsinin 5-ci hissəsinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir. 48-ci maddəsinin 4-cü hissəsinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 30 nömrəli 20 fevral 2020-ci il tarixli sərəncamına əsasən İddiaçı məxsus Mərdəkan qəsəbəsi, 2-ci Sahil küçəsi 2F ünvanında yerləşən ümumi sahəsi 3884.89 kv.metr olan A1, A2, A4, A7, A8, A9, C5, D2 tikililərin qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən D2, A8, A9, A1, A2, A4 qeyri-yaşayış sahələrinin qeyri-yaşayış fondundan yaşayış fonduna keçirilərək mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Sadalanan qanunvericilik normalarından görünür ki, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək isə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin vəzifəsidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yaşayış sahəsi kimi dövlət qeydiyyatına alınmasını arzu etdiyi tikililər yaşayış məntəqələrinin torpaqlarında deyil, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid edilən torpaq üzərində inşa edilmişdir, həmin təyinatlı torpaqlar isə qanunvericiliyin tələblərinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələridir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-143/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar