Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1352/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdeh orqanın adından X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə olunmamış növbəti məzuniyyətlərə görə kompensasiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-310/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adındanverilmiş apellyasiya şikayətinin mümkünlüyünün (apellyasiya şikayətini imzalayan şəxsin onu vermək və imzalamaq səlahiyyətini təsdiq edən sənədin əlavə edilmədiyi, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi ilə əlaqədar) yoxlanılması məsələsinə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdeh N nömrəli hərbi hissənin ona qarşı törətdiyi qanunazidd hərəkətlərinə görə ona 7200 (yeddi min iki yüz) manat məbləğində ödənilməyən məzuniyət pulunun əvəzinin, 5000 (beş min) manat məbləğində əlavə mənəvi təzminatın, cəmi 12200 (on iki min iki yüz) manat məbləğində ziyanın (zərərin) əvəzinin cavabdeh N nömrəli hərbi hissədən tutularaq ona ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 1994- 1996-cı illər üzrə istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə pul kompensasiyasının ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-310/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti ərzində (1994-1996-ci illərdə) istifadə etmədiyi növbəti məzuniyyət günlərinə görə ona pul kompensasiyasının ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adındanapellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması ilkin olaraq xx xxxx 2020-ci il tarixə, son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin adından iştirak edən X2 apellyasiya şikayətini müdafiə edərək və buraxılmış prosessual müddətin bərpasına dair ərizə təqdim edərək izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixli məhkəmə qərarı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinə daxil olmuş, hüquq idarəsindən də aidiyyəti üzrə xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissəyə (Hərbi Hava Qüvvələri İdarəsinə) göndərilmiş, xx.xx.2020-ci il tarixdə də N nömrəli hərbi hissəyə (Hərbi Hava Qüvvələri İdarəsinə) daxil olmuş, həmin qərardan xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Ümumdünya miqyasında yayılmış COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarına əsasən xx xxxx 2020-ci il tarixdən ölkə üzrə bir sıra məhdudiyyətlər tətbiq edildiyi üçün hazırki iş üzrə çıxarılmış məhkəmə qərarından cavabdehin iradəsindən asılı olmayan səbəblər üzündən apellyasiya şikayətinin verilməsində müddət pozuntusu yaranmışdır. Bu səbəbdən buraxılmış müddətin bərpa edilərək xx.xx.2020-ci il tarixli məhkəmə qərarından verilmiş apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə qərarından verilmiş apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adından verilmiş apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi, apellyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olma məsələsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş üzrə cavabdeh olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adından verilmiş apellyasiya şikayəti və apellyasiya baxışı zamanı prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizə nəzərdən keçirilərkən müəyyən olundu ki, hər iki sənəd səlahiyyəti olmayan şəxs tərəfindən imza edilməklə verilmişdir. Belə ki, apellyasiya şikayəti və prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizə cavabdeh orqanın nümayəndəsi qismində Qərib Salmanov tərəfindən imzalanmışdır ki, həmin şəxsin də adına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin blankında tərtib edilmiş 39 saylı xx.xx.2019-cu il tarixli etibarnamədən (i.v. 51) müəyyən olunur ki, etibarnamənin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixdə bitmiş, bundan başqa etibarnamə belə sənədləri imzalamaq səlahiyyəti verilməyən şəxs tərəfindən imzalanmışdır. Yəni, sözügedən etibarnaməni imzalamış hüquq idarəsinin rəisi ədliyyə polkovniki Emin Əzimzadəyə belə etibarnaməni imzalamaqla bağlı səlahiyyətin verilməsinə dair hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı məhkəmə kollegiyası xidməti vəzifəsindən istifadə etməklə apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərə məhkəmə iclasının təyin edilməsi barədə cavabdeh -Azərbaycan Respublikası Müdafiə Nazirliyinə göndərilmiş məhkəmə bildirişlərində hüquqi yardım göstərərək, apellyasiya şikayətini imzalayan şəxsin onu vermək və imzalamaq səlahiyyətini təsdiq edən sənədin əlavə edilmədiyini və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü qeyd etmiş, beləliklə, sözügedən nöqsanların aradan qaldırılmasını cavabdeh orqana təklif etmişdir. Lakin apellyasiya baxışı zamanı cavabdeh orqanın adından iştirak edən X2 adına verilmiş başqa bir etibarnaməni təqdim edərək məhkəmə qərarından verilmiş apellyasiya şikayətinin mümkün sayılmasını xahiş etmişdir. Bu barədə Kollegiya qeyd edir ki, Qərib Salmanovun təqdim etdiyi sonuncu 956 saylı xx.xx.2020-ci il tarixli etibarnamə Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələrinin Komandanı general-leynenant Ramiz Tahirov və qərargah rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik Məzahir Rüstəmov tərəfindən imzalanmışdır. Lakin həmin şəxslərin də belə etibarnamə vermək səlahiyyətinin olmasını təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Bundan başqa iş üzrə müəyyən olundu ki, apellyasiya şikayəti səlahiyyəti olan şəxs tərəfindən imzalanmış olsaydı belə, onun verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət də ötürülmüşdür. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı rabitə orqanı vasitəsilə xx.xx.2020-ci il tarixli məktubla cavabdeh orqana göndərilmiş və xx.xx.2020-ci il tarixdə poçt xəbərnaməsinin “etibarnamə ilə” qrafasının qarşısına “İsmaylova” yazılaraq imza edilməklə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır (85.1, 22.1, 23.1). Belə olan halda cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verməsi üçün son müddət qanunvericiliyin tələbinə görə xx.xx.2020-ci il tarix hesab olunur. Lakin iş materiallarından görünür ki, cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adından verilmiş apellyasiya şikayəti məhkəməyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə nəzərdən keçirilərkən müəyyən olundu ki, həmin ərizə də cavabdeh orqanın adından yuxarıda adı çəkilən səlahiyyəti olmayan şəxs- Qərib Salmanov tərəfindən imzalanmışdır ki, bu da ötürülmüş prosessual müddətin bərpasına dair ərizəyə baxılması və müvafiq hüquqi qiymət verilməsini mümkünsüz edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixli məhkəmə qərarından cavabdeh orqanın adındanverilmiş apellyasiya şikayəti və belə apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizə həmin sənədləri imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən və bu nöqsanın aradan qaldırılması ilə bağlı məhkəmə kollegiyasının göstərdiyi hüquqi yardıma baxmayaraq hər iki sənədi imzalayan şəxsin- Qərib Salmanovun bu barədə səlahiyyətinin olmasını təsdiq edən mötəbər sənəd məhkəməyə təqdim olunmadığından, verilmiş apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından verilmiş apellyasiya şikayətini və onun verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizəni imzalayan şəxsin belə sənədləri vermək və imzalamaq səlahiyyətini təsdiq edən mötəbər sənədlər təqdim edilmədiyindən cavabdehin adından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və bununla da apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-310/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin adındanverilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1352/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1352/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver