Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1352/2023 26.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə “3-cü şəxs qismində işə cəlb edilmə” barədə ərizəyə dair GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X24 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X7 ibarət tərkibdə, X19-Yusiflinin katibliyi ilə, İddiaçı, onun vəkili X3, Cavabdehin nümayəndəsi X9, 3-cü şəxsin nümayəndəsi və vəkili X30 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə X2nun “məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsi” barədə ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(82)-916/2019 saylı 11 noyabr 2022-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş apellyasiya şikayətinə 26 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13M binasının 32-ci mənzilinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 916/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış massivi 13M binasının 32-ci mənzili üzərində mülkiyyət hüquqlarının İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 916/2019 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə qanuni qüvvəyə minmiş 2-1(82)-916/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 3 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********89 nömrəli məktubunda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 916/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının icra edildiyi bildirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, V yaşayış sahəsi, ev 13 M, giriş 1, 32 nömrəli mənzil xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır. X2 xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-916/2019 saylı 14 fevral 2019-cu il tarixli qərarı üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onunla "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2011-ci il tarixli 34 saylı "xxxx" MTK-da yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş binada 1-ci giriş, 8-ci mərtəbə və 32 saylı mənzil X10 adına keçirilərək ona satılmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinin direktoru X11 ərizəsinə əsasən mənzil onun adına keçirilmişdir. Bundan sonra "xxxx" Mənzil-Tikinti Kooperativi qanunsuz və əsassız olaraq müqavilənin etibarsız hesab edilməsi tələbi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 may 2013-cü il tarixli qətnaməsi ilə "xxxx" Mənzil-Tikinti Kooperativinin iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 may 2013-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 oktyabr 2014-cü il tarixli, 2(102)- 3479/2014 saylı qərarı ilə "xxxx" Mənzil-Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 21 may 2013-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi ev 11 M, mənzil 32-nin ona məxsus olması bütün instansiya məhkəmələrinin qərarları ilə təsdiq edilmişdir. Lakin "xxxx" Mənzil-Tikinti Kooperativi məhkəmə qərarlarının tələblərini pozaraq, mənzili ona təhvil verməkdən imtina etmişdir. Buna görə də o, "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2015ci il tarixli 2(010)-2514/2015 saylı qətnaməsi ilə Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi 11M ünvanda yerləşən ümumi sahəsi “85 kv.m” olan, 243 saylı mənzilin cavabdeh "xxxx" MMC tərəfindən ona təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2514/2015 saylı qərardadı ilə yuxarıda qeyd olunan qətnamədə texniki səhvlə bağlı anlaşılmazlıq aradan qaldırılmış və qətnamədə mənzilin nömrəsinin “32” kimi oxunması qərara alınmışdır. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2514/2015 saylı qərardadı ilə yuxarıda qeyd olunan qətnamədə digər texniki səhvlə bağlı da anlaşılmazlıq aradan qaldırılmış və qətnamədə mənzilin ölçüsünün “110 kv.m” kimi oxunması qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən 15 iyul 2015-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, "xxxx" Mənzil-Tikinti Kooperativinə 5 gün müddətində mənzili ona təhvil verməsi təklif olunsa da, həmin qərar da icra olunmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2015-ci il tarixli 2(010)-2514/2015 saylı qətnaməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2514/2015 saylı qərardadı və xx.xx.2015-ci il tarixli, 2(010)- 2514/2015 saylı qərardadı hal-hazıradək icra olunmamışdır. Bununla da cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi məhkəmə qərarlarının məcburi qaydada icrası ilə bağlı qanunvericiliyin tələblərini kobud pozmuşdur. Məhkəmə qərarını icra etməməklə yanaşı, "xxxx" Mənzil-Tikinti Kooperativi qanunsuz olaraq, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 11 M, mənzil 32-ni xx.xx.2013-cü il tarixli 14 saylı "xxxx" MTK-da yaşayış sahəsində mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı satmışdır. İddiaçı bildirdiyinə görə qeyd olunan mənzilə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(82)-916/2019 nömrəli qərarı olmuşdur. Göründüyü kimi, "xxxx" Mənzil-Tikinti Kooperativi ona məxsus mənzili qanunsuz olaraq digər şəxsə satmışdır və onun bu müqaviləni bağlamaq səlahiyyəti olmamışdır. Odur ki, xx.xx.2013-cü il tarixli 14 saylı "xxxx" MTK-da yaşayış sahəsində mənzil tikintisi haqqında müqavilə bağlandığı andan etibarsızdır. Odur ki, müqavilə etibarsız olduğu halda, həmçinin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyatı və reyestrindən çıxarışının etibarsız hesab edilməsi, mənzilin İddiaçı tərəfindən boşaldılaraq, ona qaytarılması zəruridir. Hazırda o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 14 saylı "xxxx" MTK-da yaşayış sahəsində mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 11 M, mənzil 32-yə dair İddiaçı daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyatı və ona verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının etibarsız hesab edilməsi, qeyd olunan mənzilin cavabdeh İddiaçı tərəfindən boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda iş məhkəmənin icraatındadır. Həmçinin maraqlarına toxunduğu halda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(82)-916/2019 nömrəli qərarı qəbul olunarkən, o, qeyd olunan məhkəmə prosesinə cəlb edilməmişdir. Qeyd olunan məhkəmə baxışından və qərarından məlumatı olmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-916/2019 saylı 11 noyabr 2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X2 tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və onun 3-cü şəxs qismində işə cəlb olunması xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzilin ona təhvil verilməsi barədə 2015-ci il tarixli məhkəmə qətnaməsi mövcuddur. Həmçinin, o, 2021-ci ilin sentyabr ayında iddia ərizəsi ilə Suraxanı rayon məhkəməsinə müraciət edərək, mənzilə dair verilmiş çıxarışın ləğvi və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə prosesində cavabdeh X12 tərəfindən məhkəməyə təqdim olunmuş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarından məlum olmuşdur ki, o, mənzilə dair çıxarışı həmin qərar əsasında almışdır. Ona məxsus Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış Massivində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilmiş binada 1 -ci giriş, 8-ci mərtəbə və 32 saylı mənzilə dair İddiaçı tərəfindən məhkəmə qərarı əsasında çıxarışın alınması barədə məhkəmədə məlumat aldıqdan dərhal sonra o, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-916/2019 saylı 14 fevral 2019cu il tarixli qərarının ləğv edilməsi və onun məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsinə dair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin müddətədək ona mübahisəli mənzilə dair çıxarışın olması barədə, nə "xxxx" MTK tərəfindən, nə İcra və Probasiya şöbəsi tərəfindən və nə də İddiaçı tərəfindən heç bir məlumat verilməmişdir. Məhkəmə öz qərardadını hüquqi cəhətdən düzgün əsaslandırmamış, düzgün olmayan hüquq normalarına istinad etmişdir. Nəticədə əsassız qərardad onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə onun hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qərardad qəbul etmişdir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti ilə qətiyyən razı deyildir. O, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi,"xxxx" yaşayış sahəsi "xxxx" MTK tərəfindən inşa edilmiş, 13M saylı binanın l-ci giriş, 8-ci mərtəbə,110 kv.m. sahəsi olan, 3 otaqlı, 32 saylı mənzili xx.xx.2013-cü il tarixli, 14 saylı müqavilə əsasında 38.000 manat MTK-nın xəzinəsinə nəqdi pul ödəyərək Azərbaycan Respublikası Konstitusiyasının mülki qanunvericiliyin tələblərinə və müqavilənin özündə göstərilən şərtlərinə uyğun olaraq satın almış, 32 saylı mənzili alarkən ona bu barədə müqavilə ilə eyni tarixli MALİYYƏ arayışı da verilmişdir. Bu da o deməkdir ki, onun MTK-ya borcu qalmamışdır. Mənzil alınarkən "xxxx" MTK ilə aramızda heç bir mübahisə və narazılıq olmamış, o, mənzili alarkən onun mübahisəli olmasını bilməmişdir. Mənzili alıb təmir etdirib içərisində yaşamağa başlayandan 8 il keçəndən sonra bilmişdir ki, o, hələ mənzili almamışdan əvvəl həmin mənzli iki nəfər şəxsə satılmışdır. Belə ki, yuxarıda təsvir edilən 32 saylı mənzil ilkin olaraq "xxxx" MTK-nın sədri Ədalət Qənbərov tərəfindən öz oğlu X20 xx.xx.2010-cu il tarixli, 147 saylı müqavilə əsasında guya 33.000 manata satılmışdır. X26 müqavilə bağlanan gün MTK-nın xəzinəsinə nəqd şəkildə 33.000 manat pul ödəmiş, bu barədə ona maliyyə arayışı verilmiş, lakin maliyyə arayışına mühasib imza etməmişdir. Maliyyə arayışına Anar Qənbərovun atası, yəni MTK-nın sədri Ədalət Qənbərov imza etmişdir. X16 adına yazılmış xx.xx.2010-cu il tarixli, 147 saylı müqaviləyə onun şəxsən özü tərəfindən imza edilməmişdir və nə də onun etibarnaməsi əsasında nümayəndəsi tərəfindən imza edilməmişdir. Həmin müqaviləyə başqa bir kənar şəxs tərəfindən imza edilmişdir. Bundan əlavə X11 adından MTK-nın sədrinin adına yazılmış xx.xx.2011-ci il tarixli ərizəyə də onun tərəfindən imza edilməmişdir. Lakin həmin saxta ərizəyə əsasən A.Ə.Qənbərovun adına yazılmış saxta müqavilə X10 adına keçirilmiş, mənzilin adda-ada nə məqsədlə keçirilməsi qeyd edilməmişdir. 32 saylı mənzilin addan-ada keçirilməsi barədə təmtəraqlı formada yazılmış müqavilədə göstərilmişdir ki, güya həmin müqavilədə göstərilmiş 33.000 manat pul A.Ə. Qənbərov tərəfindən MTK-nın xəzinəsinə tam ödənilmişdir. Ə.İ.Seyidovun adına köçürülmüş müqavilə üzrə 32 saylı mənzili X21 qəbul etməmişdir. Yəni Ə.İ.Seyidov tərəfindən Azərbaycan Respublikası MM-nin 567-ci maddəsinin tələblərinə əməl edilməmişdir. 32 saylı mənzil alıcı kimi Ə.İ.Seyidovun adına bu barədə müqavilə yazılmaqla onun mülkiyyətinə verilməsinə baxmayaraq mənzil onun tərəfindən qəbul edilməmişdir. Eləcə də Ə.İ.Seyidov mənzilin dəyərini ödəməyi öhdəsinə götürməmiş, Ə.İ.Seyidov tərəfindən xx.xx.2011-ci il tarixli,34 saylı müqaviləyə imza etməmişdir. Ə.İ.Seyidov 32 saylı mənzili qəbul etmədiyi halda mənzilin dəyərini X5 xx.xx.2011-ci il tarixdə 28.600 manat ilkin olaraq ödəmiş, daha sonra isə Ə.İ.Seyİdovun kürəkəni İlqarın deməsinə görə 60.000 manat pul ödəmişdir.Beləliklə D.K.Abdullayev Ə.İ.Seyidovdan 88.600 manat pul almışdır. xx.xx.2012-ci il tarixdə Anar Qənbərovun adından MTK-nın sədri Ə.N.Qənbərovun adına yazılmış, lakin onun özü tərəfindən imza edilməmiş ərizədə xahiş edilmişdir ki, 32 saylı mənzilin dəyəri ona ödənilmədiyinə görə xx.xx.2011-ci İl tarixli ərizəsi ləğv edilsin. Həmin ərizəyə Anar Qənbərovin atası imza etmişdir. Deməli ata həm ərizə yazır və imza edir, həm də ərizəyə dərkənar yazır. Ona görə də MTK-nın sədri Ə.N.Qənbərov tərəfindən Ə.İ.Seyidovun adına keçirilmiş xx.xx.2011-ci il tarixli, 34 saylı müqavilə MTK- nın xx.xx.2012-cİ il tarixli, 09 saylı əmri ilə ləğv edilərək 32 saylı mənzil MTK-nın hesabında saxlanılmışdır. Əlbəttə saxta müqavilənin ləğv edilməsinin hansı əhəmiyyəti ola blərdi. Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Mehman Cəbrayılov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 301 saylı sorğu məktubuna cavab olaraq "xxxx" MTK tərəfindən verilmiş cavab məktubunda göstərilmişdir ki, xx.xx.2013-cü il tarixli, 14 saylı müqavilə əsasında 32 saylı mənzil ona satıldıqdan sonra onun tərəfindən ödənilmiş 38.000 anat pul X14 etibarnamə üzrə nümayəndəsi X27 tərəfindən MTK-nın xəzinəsindən götürülmüşdür. Həmin cavab məktubunda həm də göstərilmişdir ki, xx.xx.2011-ci il tarixli müqavilə yazılarkən X25 MTK-da olmamışdır. Onun həmyerlisi X17 MTK-nın sədri Ədalət Qənbərovdan xahiş etmişdir ki, Əmir Seyidov bu binadan mənzil almaq istəyir, lakin hazırda xəstə olduğuna görə MTK-ya gələ bilmir. Təklif etmişdir ki, Əmir Seyidovun adına müqavilə yazılsın, aparıb onun özünə imza etdirib gətirər. MTK-nın sədri də ona inanmış və müqaviləni yazıb hazır halda ona vermişdir ki; aparıb Ə.İ.Seyidovun özünə imzaladıb gətirsin. Davud Abdullayev müqaviləni aparmış və bir qədər sonra gətirib MTK-ya təhvil vermişdir. Müqavilə nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, X15 şəxsiyyət vəsiqəsində olan imzası ilə müqavilədə olan imzası eynilik təşkil etmir. Ona görə də Ə.İ.Seyİdov telefon vasitəsilə MTki- ya dəvət edilmiş və o, bildirmişdir ki, xəstə deyil, mənzilin dəyəri 28.600 (iyirmi səkkiz min altı yüz) manat pulu da X8 vermişdir. Hətta bu barədə ərizə də yazıb MTK-ya təqdim etmişdir. Elə həmin cavab məktubunda da göstərilmişdir ki, X17 "xxxx" MTK-da rəsmi və ya istərsədə qeyri- rəsmi işdə işləməmişdir. Eləcə də o, hər hansı şifahi müqavilə ilə və ya da hər hansı razılaşma yolu ilə MTK-da işləməmişdir. Vəkilin tələbinə görə bütün bu barədə olan sənədlərin ksero-surəti ona göndərilmişdir. Həmin sənədlərin içərisində "xxxx" MTK-nın xəzinəsindən onun aldığı 32 saylı mənzilin dəyəri olan 38.000 min manat pulun X14 etibarnamə ilə üzrə nümayəndəsi X22 tərəfindən götürülməsi barədə məxaric orderinin də göndərilməsi qeyd edilmişdir. O, 2021-ci ilin iyun ayının axırlarında Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinə "xxxx" MTK rəhbərliyinin qanunsuz hərəkətləri barədə ərizə yazaraq tədbir görülməsini xahiş etmiş, ona görə də bilirdi ki, onu dəvət edib ətraflı ifadəsini alacaqlar. Odur ki, o, MTK-nın mühasibi Naibə xanımın yanına gedib bildirmişdi ki, ona bütün sənədlərin ksero-surətləri təqdm edilsin, lakin onun MTK-nın xəzinəsinə ödədiyi 38.000 manat pulun X14 etibarnamə ilə nümayəndəsi F.Əliyev tərəfindən xəzinədən götürməsinə dair məxaric orderinin kserosurətini ona təqdim etməyi xahiş etmişdir. Naibə xanım bir qədər fikirləşəndən sonra sənədi ona təqdim edə bilməyəcəyini bildirmişdi. Daha sonra isə izah etdi ki; X14 adına yazılmış xx.xx.2010-cu il tarixli 147 saylı müqavilədə göstərilən 33.000 manat pul MTK-nın xəzinəsinə ödənilməmişdir və həmin məbləğ dövriyyədə olmamışdır. 33.000 manat MTK-nın xəzinəsinə mədaxil olmayıb və də bu barədə mədaxil orderi yazılmayıb və nə də A.Ə. Qənbərovun etibarnamə üzrə nümayəndəsi F.A.Əliyev tərəfindən Sizin MTK-nın xəzinəsinə xx.xx.2013-cü il tarixdə ödədiyiniz 38.000 manat xəzinədən götürülməmişdir. Ona görə də mən dərhal Korrupsiyaya qarşı mübarizə baş idarəsinə gedib bu barədə müstəntiq Orxan Düstürova ətraflı ifadə verdim. Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin istintaq idarəsinin rəisi cənab Fərid Nağıyev tərəfindən mənə 5-6 dəfə rəsmi qaydada cavab verilərək bildirilirdi ki, mənin yazmış olduğum ərizələr "xxxx" MTK rəhbərliyinin barəsində AR CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci maddələri ilə istintaq olunan cinayət işinin materialların əlavə olunaraq araşdırılır.İstİntaqın nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcəkdir. Yuxarıda göstərilən X14 adına yazılmış xx.xx.2010-cu il tarixli 147 saylı müqavilədə müqavilə sahibi kimi imzanın, ona məxsus olub olmamasının, eləcə də xx.xx.2011-ci il tarixli A.Ə.Qənbərovun adından yazılmış 32 saylı mənzilin onun adından Ə.İ.Seyidovun adına keçirilməsi barədə olan ərizədəki imzanın ona məxsus olub olmamasını yenə də Anar Ə.Qənbərovun adından yazılmış xx.xx.2011- ci İl tarixli ərizəsinin ləğv edilməsi barədə xx.xx.2012-ci il tarixli ərizədə olan imzanın ona məxsus olub olmamasını və eləcə də X15 adına yazılmış xx.xx.2011-ci il tarixli 34 saylı müqavilədə olan imzanın ona məxsus olub olmamasını dəqiq müəyyən etmək üçün mütəxəssis rəyi almaq məqsədilə Alternativ Ekspertiza mərkəzinə müracit edilmiş, Mərkəzin xx.xx.2023-cü il tarixli,02 saylı mütəxəssis rəyində konkret olaraq göstərilmişdir ki, təqdim edilmiş sənədlər içərisində "xxxx" MTK-nın yaşayış binasında mənzil alışı haqqında X11 adına yazılmış xx.xx.2010-cu il tarixli 147 saylı müqavilənin sonunda, payçı sözündən üçüncü sırada olan imza X40 oiğlu tərəfindən deyil, başqa şəxs tərəfindən bənzədilmiş formada icra edilmişdir. X11 adından "xxxx" MTKnın ünvanına yazılmış xx.xx.2011-ci il tarixli ərizənin sonunda X1 qarşısında olan imza, X26 tərəfindən deyil, başqa şəxs tərəfindən bənzədilmiş formada icra edilmişdir. X11 adından "Badu Kubə” MTK-nın ünvanına göndərilmiş, xx.xx.2011-ci il tarixli ərizəsinin ləğv edilməsi haqqında yazılmış xx.xx.2012-ci il tarixli ərizənin sonunda X1 qarşısında olan imza X26 tərəfindən deyil, Qənbərov Ədalət tərəfindən icra edilmişdir. "xxxx" MTK-da 32 saylı mənzilin addan-ada keçirilməsi barədə X10 adına yazılmış xx.xx.2011-ci il tarixli,34 saylı müqavilənin sonunda,payçı sözündən üçüncü sırada olan imza X10 tərəfindən deyil,başqa şəxs tərəfindən icra edilmişdir. Beləliklə, aparılan araşdırma və Alternativ Ekspertiza mərkəzinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə bir daha təsdiq edilmişdir ki, "xxxx" MTK-nın yaşayış binasında mənzil alışı haqqında X11 adına yazilmış xx.xx.2010-cu il tarixli, 147saylı müqavilənin sonunda payçı sözündən üçüncü sırada olan imza X26 tərəfindən deyil, başqa şəxs tərəfindən bənzədilmiş formada icra edilmişdir. Ona görə də X2 tərəfindən verilmiş apellyasiya şikayətini rədd etməklə qərardad qüvvədə saxlanılmalıdır. Tərəflərin izahatları 3-cü şəxsin nümayəndəsi və vəkili X43 şikayəti müdafiə edərək və onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək ərizənin təmin edilməsini xahiş etmişdir. İddiaçı, onun vəkili X13 şikayətin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X28 apelyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından müəyyən olunur ki, icraçı "xxxx" Mənzil-Tikinti Kooperativi və payçı X26 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 147 nömrəli "xxxx" MTK-da yaşayış binasında mənzil alışı haqqında müqavilənin 1.2-ci maddəsinə əsasən icraçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və payçılarin vəsaiti hesabına inşa edilən yaşayış binasında 32 saylı mənzil təklif edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən icraçı yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 1-ci giriş, 8-ci mərtəbə 32 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2010-cu il tarixli, 147 nömrəli maliyyə arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binası "xxxx" MTK-nın təsisçilərinin və payçıların vəsaiti hesabına inşa edilir. Bu binanın 1-ci giriş, 8-ci mərtəbə ümumi sahəsi 110,0 kv.m. 3 otaqlı, 32 saylı mənzilin ümumi dəyərindən 33000 (otuz üç min) AZN payçı X26 tərəfindən ödənilmişdir. MTK-nın payçısı X26 tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2011-ci il tarixli ərizədə payçısı olduğu Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasında 1-ci giriş, 8-ci mərtəbə, 110,0 kv.m. 3 otaqlı, 32 saylı mənzilinin X10 adına keçirilməsi xahiş edilmişdir. İcraçı "xxxx" Mənzil-Tikinti Kooperativi və payçı X25 arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 34 nömrəli "xxxx" MTK-da yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında müqavilənin 1.2-ci maddəsinə əsasən icraçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasından, dəyəri X26 tərəfindən tam ödənilməklə alınmış 3 otaqlı 110,0 kv.m 32 saylı mənzil X10 adına keçirilir (A.Ə.Qənbərovun ərizəsinə əsasən). 2.1-ci maddəsinə əsasən icraçı yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 1-ci giriş, 8-ci mərtəbə 32 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürür. Kooperativin payçısı olmuş X26 tərəfindən "xxxx" MTK-ya ünvanlanmış xx.xx.2012-ci il tarixli ərizədə Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı binadan aldığı 1-ci giriş, 8-ci mərtəbə 110,0 kv.m. 32 saylı mənzilin X10 adına keçirilməsi barədə kooperativə təqdim etdiyi xx.xx.2011-ci il tarixli ərizəsi, Əmir Seyidov tərəfindən mənzilin dəyərinin ona tam ödənilmədiyi üçün ləğv edilməsi və mənzilin onun adına bərpa edilməsi xahiş edilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2012-ci il tarixli, 09 nömrəli əmrinə əsasən X23 tərəfindən mənzilin X15 adına keçirilməsi barədə kooperativə təqdim etdiyi xx.xx.2011ci il tarixli ərizəsi, mənzilin addan-ada keçirilməsi barədə 31 saylı müqavilə ləğv edilmiş və yuxarıda göstərilən mənzil kooperativin nəzdində saxlanılmışdır. İcraçı "xxxx" Mənzil-Tikinti Kooperativi və payçı İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 14 nömrəli "xxxx" MTK-da yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin 1.2-ci maddəsinə əsasən icraçıya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və payçılarin vəsaiti hesabına inşa edilən yaşayış binasında 32 saylı mənzil təklif edir. 2.1-ci maddəsinə əsasən icraçı yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 1ci giriş, 8-ci mərtəbə 32 saylı mənzilini payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2013-cü il tarixli, 14 nömrəli maliyyə arayışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binası "xxxx" MTK-nın təsisçilərinin və payçıların vəsaiti hesabına inşa edilir. Bu binanın 1-ci giriş, 8-ci mərtəbə, ümumi sahəsi 110,0 kv.m. 3 otaqlı, 32 saylı mənzilin ümumi dəyərindən 38000 (otuz səkkiz min) AZN payçı İddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 may 2013-cü il tarixli qətnaməsi ilə (iş 2(007)-1299/2013) iddiaçı "xxxx" MTK-nın cavabdehlər X18, X4 və X5 qarşı yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsinə dair MTK ilə payçılar X6 və X25 arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 may 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2014-cü il tarixli, 2(102)-3479/2014 nömrəli qərarı ilə "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 may 2014-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarından Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etmək üçün İddiaçı verdiyi ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin 13(102)-8/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı X25 onunla MTK arasında bağlanmış xx.xx.2011-ci il tarixli 34 nömrəli müqavilənin etibarlılığına istinad edərək cavabdeh "xxxx" MTK-nə qarşı “mənzilin ona təhvil verilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Onun iddiası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2514/2015 nömrəli 15 may 2015-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, "xxxx" tərəfindən Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsində inşa edilmiş 11 M ünvanında yerləşən binada 85 kv.metrdən ibarət olan 243 saylı mənzilin "xxxx" MTK tərəfindən X18 təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissədə iddianın rədd edilməsi qət edilmişdir. Sonradan həmin qətnamədə yol verilmiş texniki səhvlər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2015 nömrəli xx.xx.2015-ci il tarixli və xx.xx.2015-ci il tarixli qərardadları ilə düzəldilərək, qətnamədə təhvil veriləsi mənzilin nömrəsinin “32” kimi, mənzilin ölçüsünün isə “110 kv.m.” kimi oxunması qərara alınmışdır. Həmin qətnamə və qərardadlar qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Lakin məhkəmə qətnaməsi və qərardadları icra olunmadığından Əmir Seyidova məlum olmuşdur ki, ona hələ xx.xx.2011-ci il tarixli, 34 nömrəli müqavilə ilə satılmış 32 saylı mənzil "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixli, 14 nömrəli müqavilə əsasında qanunsuz olaraq İddiaçı satılmışdır. Ona görə də Əmir Seyidov cavabdehlər "xxxx" Mənzil- Tikinti Kooperativi və İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 14 nömrəli müqavilənin etibarsız hesab edilməsini tələb etmişdir. Həmin iş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olarkən ona İddiaçı dediklərindən məlum olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ona təhvil verilməli olan 32 saylı mənzil üzərində İddiaçı artıq mülkiyyət hüququ da qeydə alınıb və ona çıxarış verilmişdir. Həmin çıxarışın verilməsinə əsas isə məhz 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı olmuşdur. Bundan sonra Əmir Seyidov adı çəkilən inzibati iş üzrə qərarın ona təqdim olunmasını xx.xx.2022-ci il tarixli ərizə tələb etmiş və onun iş üzrə 3-cü şəxs qismində işə cəlb olunması barədə xx.xx.2022-ci il tarixdə ərizə vermişdir. Lakin həmin ərizə birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Əmir Seyidovun 3cü şəxs qismində işə cəlb olunması” barədə verdiyi ərizəni təmin etməməklə bağlı düzgün nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi Əmir Seyidovun 3-cü şəxs qismində işə cəlb olunmasından imtina edərkən ona istinad etmişdir ki, “Əmir Seyidov istər əyani olaraq mənzilin sahəsi, nömrəsi və yerləşdiyi yer bəlli olsa da həmin vaxtdan, istərsə də 2015-ci ildən başlanan icra icraatı gedişində tələbkar olaraq ona təhvil verilməli olan mənzidin İddiaçı sahiblik və istifadəsində olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan mənzilə dair məhkəmə müstəvisində iddia qaldırmamış, yalnız 2022-ci il tarixdə Suraxanı rayon Məhkəməsində qeyd olunan mənzilin İddiaçı tərəfindən boşaldılaraq ona təhvil verilməsi ilə bağlı mülki iddia, eyni zamanda hazırki iş üzrə işə 3-cü şəxs qismində qoşulmaq barədə ərizə vermişdir. Beləliklə, X42 mənzilin iddiaçının faktiki istifadəsində olduğunu bildiyi vaxtdan 7 ilə yaxın müddət keçdikdən sonra, İddiaçı mənzilə çıxarış aldığını bilməli olduğu vaxtdan isə 3 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə qərarın ləğv olunması, icraatın təzələnməsi barədə ərizə vermişdir.” Göründüyü kimi, birinci instansiya məhkəməsi X42un hüquqlarının pozulduğunu bildiyi ən tez 2015-ci ildən məlumatlı olmasına baxmayaraq vaxtında məlum ərizə ilə müraciət etmədiyini və bu qənaətini icra icraatında ərizəçinin məlumatlı olması ilə də əsaslandırmışdır. Halbuki əvvəla, ərizəçi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2015 nömrəli 15 may 2015-ci il tarixli qətnaməsindən bu illər ərzində məlumatlı olsa da, həmin qətnamənin icrası icra materiallarına əsasən indiyənədək təmin olunmamışdır. Xeyrinə qəbul edilmiş məhkəmə qətnaməsinin icra olunmamasının səbəbinin həmin mənzildə başqa şəxsin yaşaması ilə bağlı olduğu isə ərizəçiyə sonradan məlum olmuşdur. Hazırda müzakirə olunan məsələ ərizəçinin sözügedən 32 saylı mənzil üzərində İddiaçı adına mülkiyyət hüququnun qeydə alınması barədə qəbul olunmuş qərardan məlumatlı olduğu halda vaxtında işə qoşulmaq barədə ərizəni verib-verməməsi ilə bağlıdır. İş materiallarında olan 9332/2015 saylı icra işinin materiallarından görünür ki: - Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinin 15 iyul 2015-ci il tarixli qərarı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2015-ci il tarixli, 2(010)-2514/2015 nömrəli icra vərəqəsinə baxılaraq iş üzrə icraata başlanması, borclu "xxxx" MTK-nə “05” gün müddətində icranı könüllü təmin etməsinin təklif olunması qərara alınmışdır; - "xxxx" Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2015-ci il tarixli, 78 nömrəli məktubda bildirilmişdir ki, kooperativin Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində inşa etdiyi 4 girişli, çoxmərtəbəli yaşayış binasındakı 32 saylı mənzil başqa şəxsə verilmiş və bu mənzildə yaşayış vardır. - Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmurları və hal şahidləri tərəfindən tərtib və imza edilmiş xx.xx.2019-cu il tarixli aktda qeyd edilmişdir ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2015 saylı, 15 may 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 M ünvanında oldular. Həmin ünvanda "xxxx" MTK-nın inşa etdiyi binanın 32 saylı mənzilinə baxış keçirilərkən mənzilin təmirli, yaşayış üçün tam yararlı olduğu, mənzildə İddiaçı ailə üzvləri ilə yaşadığı tərəflərindən müəyyən edildi. İcra sənədinin icrasını təmin etmək MTK-nın sədri Firuddin Əliyevdən tələb olundu. Sonuncu icradan boyun qaçırmadığını, İddiaçı 2013-cü ildən rəsmi müqaviləyə əsasən sözügedən mənzili təmir etmək ailə üzvləri ilə birlikdə orada yaşadıqlarını bildirdi. Bu səbəbdən onların mənzildən çıxarılmaları barədə məhkəmə qərarı olmadığından mənzilin təhvil verilməsinin mümkün olmadığını qeyd etdi. - "xxxx" Mənzil-Tikinti Kooperativinin Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 26 nömrəli məktubda bildirilmişdir ki, "xxxx" MTK-nın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsində inşa etdiyi 13 M saylı binanın 1 giriş, 8 mərtəbə, 3 otaqlı, 110,0 kv.m. 32 saylı mənzili xx.xx.2013-cü il tarixdə İddiaçı satılmışdır. İddiaçı 32 saylı mənzili təmir etdirmiş və hal-hazırda ailəsi ilə birlikdə bu mənzildə yaşayır. İcra işinin materiallarından göründüyü kimi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-2514/2015 saylı 15 may 2015-ci il tarixli qətnaməsinin və 07 avqust 2015-ci il tarixli və 08 oktyabr 2015-ci il tarixli qərardadlarının icrası ilə bağlı icra məmuru tərəfindən hərəkətlər həyata keçirilərkən, o cümlədən Suraxanı rayon İcra və Probasiya şöbəsinin icra məmurları və hal şahidləri tərəfindən xx.xx.2019-cu il tarixli akt tərtib olunarkən həmin icra işi üzrə tələbkar olan şəxsin, yəni Əmir Seyidovun iştirakı təmin olunmamışdır. Həmin icra işinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə xx.xx.2019-cu il tarixli, 26 nömrəli məktubla sözügedən 32 saylı mənzilin xx.xx.2013-cü il tarixdə İddiaçı satıldığını, sonuncunun da 32 saylı mənzili təmir etdirib hal-hazırda ailəsi ilə birlikdə bu mənzildə yaşadığını bildirsə də, icra məmuru tərəfindən tələbkar- Əmir Seyidov MTK-nin həmin məktubu barəsində məlumatlandırılmamışdır. Beləliklə, X42 MTK ilə bağladığı xx.xx.2011-ci il tarixli 34 nömrəli müqavilə ilə ona satılmış 32 saylı mənzilin ona təhvil verilməsi barədə 2015-ci ilin məhkəmə qətnaməsinin icrası ilə bağlı verilmiş icra vərəqəsi indiyənədək icra edilməmişdir. X31 xx.xx.2011-ci il tarixli, 34 nömrəli müqavilə ilə satılmış 32 saylı mənzilin "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixli, 14 nömrəli müqavilə əsasında qanunsuz olaraq İddiaçı satıldığını bildikdən sonra cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və İddiaçı qarşı Bakı şəhəri Suraxanı rayon Məhkəməsində cavabdehlər arasında bağlanmış xx.xx.2013cü il tarixli, 14 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmış və məhz həmin icraat dövründə ərizəçi X35 Ələsgərovun dediklərindən məlum olmuşdur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ona təhvil verilməli olan 32 saylı mənzil üzərində məhkəmə qərarına əsasən İddiaçı artıq mülkiyyət hüququ da qeydə alınıb və ona çıxarış verilmişdir. Bundan sonra ərizəçi xx.xx.2022-ci il tarixli ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək (i.v.67), hüquq və mənafelərinə toxunduğunu iddia etdiyi- Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi "xxxx" yaşayış sahəsi, ev 11M, mənzil 32-ə dair İddiaçı barəsində olan məhkəmə qərarının surətinin ona təqdim olunmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə isə X42 onun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-916/2019 saylı qərarı üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Eyni zamanda Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-207/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı X10 cavabdehlər İddiaçı, "xxxx" MTK-ya və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “müqavilənin, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatının və dövlət reyestrindən verilmiş çıxarışın etibarsızlığı və mənzilin boşadılaraq ona təhvil verilməsi” barədə iddiası üzrə mülki işin icraatı 2 saylı Bakı İnzibati-İqtisadı Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-916/2019 saylı qərarı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında göstərilmişdi ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Plenum qərarında qeyd etmişdir ki, “inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.......Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Qərarda qeyd olunur ki, “maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirilməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.” Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hazırki ərizəçinin qanuni qüvvəsini almış məhkəmə qərarının ləğv edilməsi və üçüncü şəxs qismində işə cəlb olunması barədə ərizəsini Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq ərizəçinin hüquqlarının pozulduğunu hansı vaxtda bilməsi və hansı ağlabatan müddətdə ərizə verməsi baxımından yoxlayır. İş üzrə müəyyən olunur ki, Əmir Seyidovun hüquqlarına toxunduğunu iddia etdiyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-916/2019 saylı qərarından Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin icraatında olan 2(010)-207/2022 saylı mülki işə baxılarkən İddiaçı məhkəmə prosesində bildirdiklərindən, yəni qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Əmir Seyidova təhvil verilməli olan 32 saylı mənzil üzərində məhkəmə qərarına əsasən İddiaçı artıq mülkiyyət hüququnun qeydə alınıb ona çıxarış verilməsi barədə izahatlarından sonra məlum olmuşdur. Məhkəmə kollegiyası adı çəkilən mülki işin icraatının 2(010)-207/2022 saylı xx.xx.2022-ci il tarixdə dayandırıldığını, ərizəçinin isə həmin mülki işin icraatında bildiyi məlumat üzrə Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə ərizə verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ona təqdim olunmasını tələb etdiyini, üçüncü şəxs qismində işə qoşulması üçün ərizəni isə xx.xx.2022-ci il tarixdə verdiyini nəzərə alaraq hesab edir ki, ərizəçi hüquqlarının pozulduğunu bildiyi vaxtdan (ən tezi mülki işin icraatı dövründə, hansı ki həmin işin icraatı xx.xx.2022-ci il tarixdə dayandırılmışdır, həmin icraat dövründə məlumatlı olan kimi inzibati məhkəmə qərarının ona təqdim olunması ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizə verdiyi vaxtdan) ağlabatan müddətdə, yəni xx.xx.2022-ci il tarixdə ərizə verdiyi üçün vaxtında məhkəməyə müraciət etmiş sayılır. Odur ki, X42a xx.xx.2011-ci il tarixli 34 nömrəli müqavilə ilə satılmış 32 saylı mənzilin təhvil verilməsi barədə 2(010)-2514/2015 saylı 15 may 2015-ci il tarixli məhkəmə qətnaməsi indiyənədək icra edilməsə də, MTK tərəfindən icra məmuruna ünvanlanmış “mənzildə başqa şəxsin- İddiaçı MTK ilə bağlanmış xx.xx.2013-cü il tarixli 14 nömrəli müqavilə əsasında yaşadığı”na dair məktubu barədə Əmir Seyidovun tələbkar qismində məlumatlandırılmadığı, sonradan yalnız tərəflər arasında xx.xx.2013-cü il tarixli, 14 nömrəli müqavilənin mövcudluğunu bildikdən sonra Əmir Seyidovun həmin müqavilənin etibarsızlığı (sonradan isə tələbini artırıb həm də mülkiyyət hüququnun qeydiyyatının və verilmiş çıxarışın etibarsızlığını qoyduğunu- bunu ərizəçi bildirib) barədə iddia qaldırdığını, məhz həmin icraat dövründə İddiaçı adına sözügedən mənzilə dair çıxarışın məhz məhkəmə qərarına əsasən verildiyini bildiyi və bu halın ona məlum olduğu vaxtdan- istər mülki işin icraatı dövründə, istərsə də inzibati məhkəmə qərarının ona təqdim edilməsi ilə bağlı məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən (i.v. 67) bildiyini, 3-cü şəxs kimi işə cəlb olunmaqla bağlı ərizə ilə isə dərhal- xx.xx.2022-ci il tarixdə müraciət etdiyini birinci instansiya məhkəməsi nəzərə almamış, nəticədə yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında sərgilənən hüquqi mövqeyə uyğun olaraq, həmçinin ədalətin bərqərar edilməsi naminə Əmir Seyidovun 3-cü şəxs qismində işə cəlb olunması ilə bağlı verdiyi ərizə əsassız olaraq təmin edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Əmir Seyidovun apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 916/2019 saylı 14 fevral 2019-cu il tarixli qərarı və Bakı İnzibati Məhkəməsinin 2-1(82)-916/2019 saylı 11 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, həmin iş üzrə icraat təzələnməli və X10 hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizə təmin edilərək işə yenidən X10 iştirakı ilə mahiyyəti üzrə baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 28, 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-916/2019 saylı 11 noyabr 2022-ci il tarixli qərardadı və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 916/2019 saylı 14 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. Həmin iş üzrə icraat təzələnsin. X10 hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizə təmin edilsin. İşə yenidən X10 iştirakı ilə mahiyyəti üzrə baxılması üçün inzibati iş Bakı İnzibati Məhkəməsinə qaytarılsın. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1352/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1352/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver