Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1352/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun dövlət qullqçusu kimi aylıq pensiya məbləğinin 1043,46 manat təyin edilməsi və göstərdiyi cədvəl üzrə hesabladığı ödənilməmiş 67.522,12 manat məbləğin ona birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 99.943,88 manatın birdəfəyə alınaraq ona verilməsi və pensiyasının xx.xx.2023-cü il tarixdən 1519,66 manat olmaqla hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-505/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək onun dövlət qulluqçusu kimi aylıq pensiya məbləğinin 1043,46 manat təyin edilməsi və göstərilən cədvəl üzrə hesablanmış ödənilməmiş 67.522,12 manat məbləğin ona birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Prosesin gedişi zamanı iddiaçı xx.xx.2023-cü il tarixində iddia tələblərinin dəqiqləşdirilməsi ilə əlaqadar apardığı araşdırmalara əsaslanaraq iddia tələbinə əlavə ilə məhkəməyə müraciət edərək cavabdehdən 99.943,66 manat məbləğin birdəfəlik olaraq ona verilməsi və pensiyasının xx.xx.2023-cü il tarixdən 1519,66 manat hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi müxtəlif bəhanələrlə, yəni işin araşdırılmasına tətbiq olunmalı olmayan, yəni iddia tələbinə aid olmayan “Əmək pensiyaları haqqında” Qanunun müxtəlif normalarına istinad edərək iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibatı Məhkəməsi xx.xx.2023-cü il tarixli qərarı ilə iddianı təmin etməmişdir. Bakı İnzibati Məhkəməsinin bu iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyəti olan sübut edilməməsi, birinci instansiyası məhkəməsinin qərarında göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ilə qəbul edildiyindən qərarın ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməlidir. İddiaçı məhkəmə araşdırması zamanı son üç il ərzində hər ay nə qədər pensiya almağı barədə Azərbaycan Beynəlxalq Bankından aldığı rəsmi arayışı məhkəməyə təqdim etmişdir. Lakin bu təkzibedilməz fakta məhkəmə qanunvericiliyin tələb etdiyi səviyyədə hüquqi qiymət verməkdən qəsdən yayınmışdır. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2001-ci il tarixli 569 saylı Formanının 12ci bəndinə əsasən dövlət qulluqçularına ixtisas dərəcəsinin verildiyi gündən başlayaraq hər ay vəzifə maaşına ixtisas dərəcəsinə görə ələvə haqq ödənilməlidir. Həmçinin apellyasiya şikayətinə əlavədə qeyd edilir ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddiaçının dövlət qulluqçusu kimi aldığı pensiya məbləğinin qüvvədə olan qanunvericilik aktlarına uyğun gəlmədiyinə görə yenidən hesablanması zərurəti yaranmışdır. Mütəxəssisin iştiraki ilə keçən ilə olan hesablamalı birdəfəlik, yəni xx.xx.2013-cü ilədək 99.943,88 manat, aylıq isə 1519,66 manat təşkil etmişdir. Apellayasiya şikayətində məbləğin az göstərilməsi onunla əlaqədardır ki, iddiaçı son illərdə ardıcıl olaraq ağır xəstəliklərə düçar olmuş, ona görə də rəqəmlərin hesablaması zamanı səhvlərə yol verilmişdir. İddiaçı dekabr 2011-ci il tarixindən pensiyaya çıxarkən hər ay 490 manat təqaüd alırdı. Lakin dəfələrlə müraciət edib pensiya məbləğinin tərkibinin nələrdən ibarət olması barədə etdiyi çoxsaylı sorğularına cavabdeh tərəfindən ümumiyyətlə cavab verilməmişdir. Ona görə də hesablamanı mütəxəssisin iştiraki ilə özü aparmaq məcburiyyətində qalmışdır. Belə ki, ona ödənilməli olan pensiya məbləği qüvvədə olan qanunvericilik hüquqi aktlarına və Azərbaycan Respublikası Prezidentinin dövlət qulluqçularına verilən əlavə təzminatlar haqqında fərman və sərəncamlarına əsaslanaraq ona ödənilən pensiya məbləğinin tərkibi aşağıdakılardan ibarət olmalıdır: vəzifə maaşı-805 manat; staj illərinə görə 805x30%=241.5 manat; ixtisas dərəcəsi- 70 manat; vəzifə salahiyyəti 805x15=120.75 manat; bir aylıq müavinat 805x12 ay=67,08 manat; üç aylıq mükafat 805x3=2415: 12ay=201.25 manat; cəmi: 1505.58x80%=1204.56 manat. Göründüyü kimi, iddiaçıya hər ay 1204.58 manat ödənilməli olduğu halda dekabr 2011-ci il tarixdən iyun 2024-cü il tarixi daxil olmaqla müxtəlif ödənişlər aparılmış və nəticədə ona 151 ay ərzində 190004,62 manat ödəniş edilməli olduğu halda ona cəmi tərtib etdiyi ödəniş cədvəli üzrə 86926 manat pensiya məbləği ödənilmişdir ki, nəticədə onun 103078,98 manat pensiya haqqı qeyri-qanuni usulla cavabdeh tərəfindən mənimsənilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz məhkəməyə daxil olmuşdur. Etirazda qeyd olunur: İddiaçı iddia tələbi üzrə ona dövlət qulluqçusu kimi aylıq 1043,46 manat pensiya təyin edilməsini və 2011-ci noyabr ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla ödənilməmiş 67.522,12 manat məbləğin birdəfəlik ödənilməsini qeyd etmiş, məhkəmə icraatı zamanı isə iddia tələbinə dəqiqləşdirmə edərək cavabdeh orqandan 99.943,88 manat məbləğin birdəfəlik ödənilməsini və pensiyasının xx.xx.2023-cü il tarixdən 1519,66 manat hesablanaraq ödənilməsini qeyd etmişdir. İddiaçı xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli müracətlərinə münasibətdə verilmiş xx.xx.2021-ci il tarixli **********9 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-B- 287879/3/2023 nömrəli cavab məktublarına əsasən, onun pensiya işinə dair sənədlərdə A.X6 rayon şöbəsi tərəfindən 1 yanvar 2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edildiyi, xx.xx.2021-ci il tarixdə daxil olmuş müraciətinə əsasən aparılan araşdırma zamanı vəzifə maaşlarının artırılması ilə əlaqədar vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 310,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 93,00 manat olmaqla orta aylıq əmək haqqının 403,00 manat təşkil etdiyi qeyd edilmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 22 il 4 ay 3 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (403,00 manat) 80 faizi-322,40 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar olaraq İddiaçı 22 il 4 ay 3 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 72 faiz təşkil edir. Vəzifə maaşlarının artırılması ilə əlaqədar İddiaçı 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 340,00 manat, qulluq stajına görə vəzifə maaşı 30 faiz miqdarında əlavənin 102,00 manat olmaqla orta aylıq əmək haqqı 442,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olaraq iddiaçının 1 mart 2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (403,00 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqısı (442,00 manat) arasındakı fərq məbləğinin (39,00 manat) 72 faizi- 28,08 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (322,40 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyası 350,48 manat məbləğində müəyyən edilmişdir. Vəzifə maaşlarının artırılması ilə əlaqədar İddiaçı 1 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 əlavəsi 153,00 manat olmaqla orta aylıq əmək haqqısı 663,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (442,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqısı (663,00 manat) arasındakı fərq məbləğinin (221,00 manat) 72 faizi- 159,12 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyası (350,48 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 509,60 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində müvafiq kart hesabına hər ay 489,06 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə İddiaçı ödənilməli olan 451,88 manat pul vəsaiti hesablanmışdır. Həmin 451,88 manat vəsait 2021-ci ilin avqust ayında iddiaçının əmək pensiyanın üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, eləcə də indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən İddiaçı əmək pensiyası 642,96 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Bundan başqa iddiaçının iddia tələbi üzrə ona 2011-ci noyabr ayından 2021-ci ilin dekabr ayı da daxil olmaqla ödənilməmiş 67.522,12 manat məbləğin birdəfəlik ödənilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab edilməmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi və qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 17 avqust 2021-ci il tarixli məktubda qeyd edilir: Pensiya işinizə dair sənədlərdə X7 rayon şöbəsi tərəfindən 1 yanvar 2012-ci il tarixindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətinizə əsasən əmək pensiyanız yenidən hesablanaraq 489,06 manatdan 509,60 manata artırılmış və xx.xx.2018-xx.xx.2021-ci il arasındakı dövr üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 451,88 manat fərq məbləği cari ayda əmək pensiyanızın (509,60 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülüb. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir: Adil Göycə oğlu X3 mövcud olan pensiya işinə dair materiallarda ona Fondun Səbail rayon şöbəsi tərəfindən 1 yanvar 2012-ci il tarixindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Adıçəkilən şəxsin Mərkəzi Filiala müraciətinə əsasən onun əmək pensiyası yenidən hesablanaraq 489,06 manatdan 509,60 manata artırılmış və xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üçün yenidən hesablanmışdır. İddiaçı vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 310,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 93,00 manat, orta aylıq əmək haqqısı 322,40 manat təşkil etmişdir. Bununla əlaqədar adıçəkilən şəxsin əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsinə əsasən 22 il 4 ay 3 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (403 manat) 80 faizi-322,40 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülüb. Bundan başqa, sonrakı artımlar nəzərə alınmaqla adıçəkilən şəxsin əmək pensiyası 509,60 manat məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.4-cü maddəsinə əsasən adıçəkilən şəxsin əmək pensiyası xx.xx.2023-cü il tarixindən ümumilikdə 560,56 manat məbləğində müəyyən edilib. Həmçinin əmək pensiyalarının xx.xx.2023-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar onun əmək pensiyasının məbləği həmin tarixdən 642,96 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2023-cü il tarixli 9/2245 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmişdir ki, təqdim edilmiş mülki iş materiallarında olan sənədlər, rəyin tədqiqat hissəsində göstərilənləri və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-55296/23 saylı məktubunda DSMF-nin XŞTMF-nin baş mütəxəssisi X2 İddiaçı əmək pensiyasının hesablanması haqqında mütəxəssis rəyini nəzərə alınmaqla, İddiaçı əmək pensiyasının qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2023-cü il tarixindən indeksləşdirilərək 642,96 manat təşkil etdiyi müəyyən edilir. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir: İddiaçı Fondun Səbail rayon şöbəsi tərəfindən 1 yanvar 2012-ci il tarixindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 20.19.3-cü maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Adıçəkilən şəxsin orta aylıq əmək haqqısı onun vaxtilə işlədiyi qurum tərəfindən təqdim olunmuş əmək haqqı barədə arayışa əsasən 403,00 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla müəyyən edilib: - vəzifə maaşı - 310,00 manat; - qulluq stajına görə vəzifə maaşına əlavəsi - 93,00 manat. Bununla əlaqədar, onun əmək pensiyası 22 il 4 ay 3 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqısının (403,00 manat) 80 faizi-322,40 manat məbləğində müəyyən edilmişdi. Dövlət məvacibindəki sonrakı artımlar və “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən adıçəkilən şəxsin əmək pensiyası 1 yanvar 2022-ci il tarixindən 560,56 manat məbləğində müəyyən edilib. Həmçinin əmək pensiyalarının xx.xx.2023-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyasının məbləği həmin tarixdən 642,96 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci ilədək olan redaksiyası): 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 il qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 5 ildən 10 ilə qədər qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.19.3. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 10 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə—orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırda qüvvədə olan redaksiyası): 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla). 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı DSMF-nin Səbail rayon şöbəsi tərəfindən 1 yanvar 2012-ci il tarixindən ədliyyə orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 310,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 93,00 manat olmaqla orta aylıq əmək haqqı 403,00 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 22 il 4 ay 3 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (403,00 manat) 80 faizi - 322,40 manat məbləğində hesablanmışdır. Vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının 1 mart 2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 340,00 manat, qulluq stajına görə vəzifə maaşı 30 faiz miqdarında əlavənin 102,00 manat olmaqla orta aylıq əmək haqqı 442,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın tələblərinə uyğun olaraq iddiaçının 1 mart 2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (403,00 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqısı (442,00 manat) arasındakı fərq məbləğinin (39,00 manat) 72 faizi- 28,08 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (322,40 manat) üzərinə əlavə olunmaqla onun əmək pensiyası 350,48 manat məbləğində müəyyən edilmişdir. Vəzifə maaşlarının artırılması ilə əlaqədar iddiaçının 1 sentyabr 2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 510,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 əlavəsi 153,00 manat olmaqla orta aylıq əmək haqqısı 663,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın tələblərinə uyğun qaydada iddiaçının 1 sentyabr 2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (442,00 manat) ilə 1 sentyabr 2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqısı (663,00 manat) arasındakı fərq məbləğinin (221,00 manat) 72 faizi-159,12 manat 1 sentyabr 2019cu il tarixədək hesablanmış pensiyası (350,48 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 509,60 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində müvafiq kart hesabına hər ay 489,06 manat məbləğində köçürülmüşdür. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya ödənilməli olan 451,88 manat pul vəsaiti hesablanmışdır. Həmin 451,88 manat vəsait 2021-ci ilin avqust ayında iddiaçının əmək pensiyanın üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, eləcə də indeksləşdirmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixdən iddiaçının əmək pensiyası 642,96 manat təşkil edir. Hazırki iş üzrə mütəxəssis rəyləri və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə də İddiaçı Göyçə oğlunun əmək pensiyasının qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2023-cü il tarixindən indeksləşdirilərək 642,96 manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, iddiaçıya təyin edilmiş pensiyanın məbləğinin düzgünlüyü iş üzrə ekspert rəyi ilə də təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçıya pensiya məbləği hesablanarkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1352/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1352/2024
05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver