Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1353/2020 18.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2047/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 mənzil 12 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin dəyişdirilərək onunla bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 mənzil 12 ünvanında yerləşən mənzilin kirayə müqaviləsinin dəyişdirilərək onunla bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2047/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2047/2020 saylı qərarının ləğv edilməsi, apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlilini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2062/2013 saylı Qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1rşı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə X8 arasında xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında bağlanmış 3292 saylı nikah qeydi ləğv edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-87/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nobel prospekti, 155 saylı evin, 12 saylı mənzilindən istifadə və sahiblik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nobel prospekti, 155 saylı evin, 12 saylı mənzilindən istifadə hüququ tanınmışdır. İddia tələbi qalan hissədə təmin edilməmişdir. - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2892/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsilə müraciət edərək ünvan 1 mənzil 12 ünvanında yerləşən mənzilə İddiaçı adına sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qərarı ilə iddia tələbi təmin edilmiş, ünvan 1 mənzil 12 ünvanında yerləşən mənzilə İddiaçı adına sosial kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 220/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2892/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarından Cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, məhkəmənin həmin qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-2892/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1089/2017 saylı, xx xxx 2018-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-19103)-220/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarından İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, məhkəmənin həmin qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2-1(103)-220/2018 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Kollegiya həmin qərarında öz hüquqi mövqeyini bildirərək qeyd etmişdir ki, ünvan 1 mənzil 12 ünvanında yerləşən mənzildə qeydiyyatda olan X6 istifadə hüququ itirilmədiyindən, iddiaçı ilə sözügedən mənzilə dair kirayə müqaviləsinin bağlanmasından cavabdehin imtina etməsi qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Belə ki, həmin mənzilə dair kirayə müqaviləsinin bağlanması N.A.Sokolovanın razılığı olmadan mümkün deyildir. Eyni zamanda İddiaçı hüququ var ki, ilk olaraq N.A.Sokolovanın Azərbaycan Respublikasında mövcud olmadığı faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etsin və bu məsələ həllini tapandan sonra hazırki işdə cavabdeh olan inzibati orqana qarşı İPM-nə müvafiq olaraq məhkəmədə iddia qaldırsın. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-780/2019 sayı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X2 həqiqətən də, Azərbaycan Respublikasının ərazisində və ünvan 1 mənzil 12 ünvanında yerləşən mənzildə yaşamadığı faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsinə əsasən X5 Azərbaycan Respublikasının ərazisində, eləcə də, Bakı şəhəri, Nobel prospekti, 155 saylı evin 12 saylı mənzilində yaşamadığ barədə hüququ əhəmiyyəti olan fakt müəyyən edilmişdir. - şəxsi hesab vərəqəsindən görünür ki, ünvan 1 mənzil 12 ünvanında yerləşən mənzilin sahibi X7 qeyd edilmişdir. İddiaçı həmin mənzildə qeydiyyatdadır. - 66 saylı MKİS tərəfindən verilmiş 1397 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, mənzilə dair 0268 saylı şəxsi maliyyə haqq-hesabı xx.xx.1992-ci ildə açılmışdır. İddiaçı həqiqətən Xətai rayonu, Nobel prospeti, 155 saylı, 1 mərtəbəli evin, 1-ci mərtəbəsindəki, 21.0 kv.m sahəsi olan 1 otaqlı 12 saylı mənzilində yaşayır. Mənzil tam kommunal şəraitlidir. Ev yerli icra hakimiyyətinə məxsusdur. X7 xx.xx.1993-cü ildə ölüb və həmin mənzildən qeydiyyatdan çıxmışdır. xx.xx.1993-cü il tarixdən İddiaçı həmin mənzildə qeydiyyatdadır. - 2 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş Daxili İşlər Nazirliyinin elektron informasiya sistemindən çıxarılmış ******* nömrəli “Yayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, ünvan 3 mənzil 12 ünvanında İddiaçı qeydiyyatdadır. Mənzildə qeydiyyatda başqa şəxslər yoxdur. - cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, Q-89-091 nömrəli cavab məktubundan görünür ki, iddiaçının ərizəsinin mahiyyəti üzrə araşdırılması üçün mənzilin kirayəçisi X7 ilə aralarındakı qohumluğu sübbut edən hüquqi sənədlərin təsdiq olunmuş surətərini Cavabdeh Aparatının Hüquq Şöbəsinə təqdim edilməsi bildirilmişdir. xx xxxx 1992-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən - Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçündür.Həmin Məcəllənin 10-cu maddəsinin 1-ci, 2-ci, 6-cı və 7-ci hissələrinə əsasən-Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər.Vətəndaşlara dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir.Vətəndaşlar yaşayış evlərindən və yaşayış sahələrindən şəxsən varlanmaq, əməksiz gəlir əldə etmək məqsədilə və başqa tamah məqsədləri ilə, habelə cəmiyyətin mənafeyi zərərinə istifadə edə bilməzlər.Mənzil hüquqlarının digər vətəndaşların hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 28-ci maddəsinin 1-ci hissəsinə əsasən - həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir.Həmin Məcəllənin 52-ci maddəsinin 2-ci hissəsinə əsasəndövlət və ya ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53- cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla birlikdə bərabər yaşayışsahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlaramalikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən-SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər. Həmin Məcəllənin 85-ci maddəsinin 1-ci hissəsinə əsasən-İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-bülluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İşin hallarından göründüyü kimi, mənzilin əvvəlki icarədarı 1993-cü il tarixdə ölmüş, onun ailə üzvü olan icarədarın nəvəsi, iddiaçının keçmiş arvadının isə Azərbaycan Respublikası ərazisində, eləcə də Bakı şəhəri, Nobel prospekti, 155 saylı evin, 12 saylı mənzilində yaşamadığı barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəli mənzilin keçmiş icaradarı öldüyündən, keçmiş icarədarın ailə üzvü olan X8 isə Azərbaycan Respublikası ərazisində, eləcə də, Bakı şəhəri, Nobel prospekti, 155 saylı evin 12 saylı mənzilində yaşamadığından və bu barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair məhkəmə qətnaməsi olduğundan, eləcə də, onun həmin mübahisəli mənzildə qeydiyyatda olmamasına dair iş materiallarında “yaşayış yeri üzrə qeydiyyat haqqında” arayış olduğundan, həmçinin, iddiaçı həmin mənzildə uzun illərdir ki, qeydiyyatda olmaqla yaşadığından, mənzil faktiki olaraq iddiaçının qanuni sahibliyində və istifadəsində olduğundan, iddiaçının mübahisəli mənzilə dair istifadə hüquqları mövcud olduğundan, bununla da, iddiaçının hazırki tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir nəticəsinə gəlməkdə doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 649 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.9.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2047/2020 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1353/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1353/2020
18.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver