Məhkəmə qərarları › İş №2-1(103)-1353/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1353/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1353/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “baş geyimi ilə fotoşəklin çəkilib, pasport və şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “baş geyimi ilə fotoşəklin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5740/2021 saylı 15 noyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 aprel 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14.11.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə daxil olmuş eyni məzmunlu müraciətinizə baxılmışdır. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»nin 3.8-ci bəndinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə ünvanlanmış 16.06.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndlərinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Gəncə İnzibati Məhkəməsinə ünvanlanmış 13.10.2020, 05.11.2020, 19.11.2020, 09.12.2020, 14.01.2021, 10.02.2021-ci il tarixli məktublarda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndlərinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 08.05.2021, 23.09.2021-ci il tarixli məktublarda qeyd edilir: Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.10-cu və Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndlərinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportunun alınması üçün baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. İddiaçı pasportun alınması üçün baş örtüyü ilə fotoşəklinin çəkilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçının nümayəndəsi X2 ünvanlanmış 27.11.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2013cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş «Pasportlar haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə»nin 3.8-ci bəndinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. Həmin təşkilatın 9303 nömrəli sənədində fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri konkret göstərilmişdir. Nümunələrdə fotoşəklin çəkilməsi zamanı baş örtüklərindən istifadə edilməsinin yolverilməzliyi, istisna hal kimi isə səlahiyyətli dövlət orqanları tərəfindən konkret nəzərdə tutulmuş halların mövcudluğu qeyd olunmuşdur. Həmin hallara dini adətlər, tibbi göstərişlər və mədəni ənənələr aid edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə yuxarıda göstərilən müstəsna hallar nəzərdə tutulmadığından, ümumvətəndaş pasportunun alınması üçün hər hansı baş örtüyü ilə fotoşəklin çəkilməsi yolverilməzdir. Cavabdeh inzibati orqanın imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədi ilə müəyyən edilmiş baş geyimi ilə fotoşəklin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq ona pasport və şəxsiyyət vəsiqəsi verilməkdən imtina edilmişdir. Gəncə şəhər Asan xidmət mərkəzində pasport üçün şəkil çəkdirən zaman ona hicabla şəkil çəkdirilməsinə icazə yoxdu (qadağandır) deyilmişdir. Asan xidmət Mərkəzinin “B” pəncərəsində xidmət göstərən xanım, şikayətlərə baxan Quliyeva Günay adlı əməkdaşı çağırıb müraciətini bildirmiş, Quliyeva Günay hicabla şəkil çəkdirilməsinə qanun əsasında qadağa olduğunu demişdir. O, həmin əməkdaşdan ona qanunu izah etməsini xahiş etmiş, Quliyeva Günay ona qanundan heç bir əsas gətirə bilməyərək müdriyyətin otağına yönləndirmiş, o, da qanun əsasında qadağan olduğunun sübutunu tələb etmişdir. Müdriyyət də qanun əsasında cavab verə bilməyərək ərizə yazmasını istəmiş, əlaqə nömrəsini və poçt ünvanını qeyd etməklə ərizə yazaraq müdriyyətə təqdim etmişdir. Bununla bağlı Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə zəng edib polis mayoru Hacı Əliyev ilə danışmışdır. Bu zaman o da qanun əsasında hicabla şəkil çəkdirməyə qadağa olmadığını təsdiqləmişdir. Bundan sonra o, rəsmi ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən onun ünvanına göndərilmiş məktubun mətnindən də aydın gürünür ki, qurum rəsmisi Azərbaycan qanunlarını və özünün istinad etdiyi qanunları səhv təfsir etməklə vətəndaşın hüquqlarını kobud şəkildə pozmuçdur. Əvvəla əgər qanunla hicabla şəkil çəkdirmək üçün X1 standartları əsas gütürülürsə, o zaman həmin təşkilatın qaydalarına əsasən dini adətlərə görə hicabla şəkil çəkdirmək üçün bir qadağa yoxdur. Əgər belə bir qadağa yoxdursa və başqa qanunvericilik aktları ilə də tənzimlənmirsə, o zaman Azərbaycanda qüvvədə olan hansı qanunvericilik aktında bu qadağa nəzərdə tutulur. Qanunla qadağan yoxdursa, o zaman hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının tələbinə əsasən cavabdehin hicabla şəkil çəkdirilməsinə qadağanın olması barədə bildirdikləri tamamilə əsassız və qanunsuzdur. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə müvafiq olaraq fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olmalıdır. Sözügedən tələb Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədi ilə müəyyən edilmişdir. Həmin sənədə əsasən fotoşəkil çəkilərkən üzün cizgiləri açıq vəziyyətdə olmalı və baş geyimlərindən, pariklərdən və digər vasitələrdən istifadəyə yol verilmir. Eyni zamanda, sözügedən beynəlxalq sənəddə, dini azadlıq baxımından və dini inanclar üzrə, habelə tibbi və digər mədəni tələblər baxımından baş geyimləri ilə fotoşəkil çəkilməsi halları dövlətin səlahiyyətinə buraxılmışdır. Eyni zamanda, digər bir çox beynəlxalq təşkilatlar sözügedən səlahiyyətin dövlət tərəfindən təhlükəsizlik tədbirləri ilə bağlı icra edilməsini tələb edirlər. Belə bir zərurət yaranmadığı təqdirdə baş örtüsünün açılmasının tələb edilməsi dini azadlığın pozulması deməkdir. İCAO-nun 9303 nömrəli sənədinin 1-ci hissə 1-ci cild 4-cü fəslinin 11 saylı əlavəsində pasportlar, istifadə edilən başqa sənədlər üçün dini adətlər, tibbi göstərişlər və mədəni ənənələrlə bağlı baş geyimi ilə olan fotoşəkildən istifadə etmək imkanı nəzərdə tutulmuşdur. Hətta bunun foto nümunələri də göstərilmişdir. Burada yaşıl işarə ilə işarələnmiş fotoşəkillərdən də aydın görünür ki, hicabla şəkil çəkdirilməsində hər hansı bir qadağa yoxdur. Yalnız müəyyən ölçülər nəzərdə tutulmuşdur ki, o, da eyni ilə fotoşəkildə qeyd edilən vəziyyətdə fotoşəkil çəkdirmək istəyindədir. Lakin təəssüflər olsun ki, qanunlara istinad edən məmurlar elə istinad etdikləri qanunları da özləri pozur. Cavabdehin etirazları: Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmmişdir. Məhkəmələrin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5740/2021 saylı 15 noyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin ediməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərarı əsasszıdır. Tərəflərin izahatları: 13.04.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. 01.04.2022-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 27.11.2019-cu il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən hansı tarixdə alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə iddia ilə məhkəməyə 24.01.2020-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı tələbi, “Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədi ilə müəyyən edilmiş baş geyimi ilə fotoşəklin çəkilməsi, pasport və şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana çüraciət etsə də, sonuncu tərəfindən tələbinin təmn olunmasında imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə qanunvericiliklə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində və Azərbaycan Respublikası vətəndaşının pasportunda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklin çəkilməsinin müəyyən edilməsinə, Azərbaycan Respublikasının qanunvericiliyində şəxsiyyəti təsdiq edən sənədin alınması üçün hər hansı baş örtüyü ilə fotoşəklin çəkilməsinə icazə verilməsinə dair müddəanın mövcud olmamasına, beynəlxalq qanunvericilikdə təsbit edilmiş istisnalardan hər hansı birinin olmasının məhkəmə araşdırılması zamanı müəyyən edilməməsinə, cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olmasına istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir.. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasını 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Konstitusiyanın 12-ci maddəsinin 1-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 18-ci maddəsinin 1-ci hissəsinə Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Konstitusiyanın 25-ci maddəsinin 3-cü hissəsinə əsasən dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Konstitusiyanın 48-ci maddəsinə əsasən hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyasının 9-cu maddəsinə əsasən hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra-şəxsiyyət vəsiqəsi). Qanunun 3.1-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşın soyadı, adı, atasının adı, vətəndaşın cinsi, doğulduğu tarix, doğulduğu yer, qan qrupu, fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi və etibarlılıq müddəti göstərilir, həmçinin şəxsiyyət vəsiqəsi sahibinin şəxsi imzası və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAOnun) tələblərinə uyğun fotoşəkli yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 577 nömrəli 07 fevral 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Təsviri”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (bundan sonra – vəsiqə) 85,6 mm x 54 mm ölçülüdür. Vəsiqə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinə uyğundur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Təsviri”nin 2-ci bəndinə əsasən vəsiqənin üz tərəfinin sol hissəsində vəsiqə sahibinin 26 mm x 32 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulmuşdur. Fotoşəkil Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədinin tələblərinə uyğun olmalıdır. Fotoşəklin altında vəsiqənin etibarlılıq müddətini və vəsiqə sahibinin kiçildilmiş təsvirini əks etdirən “X2” yerləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 3 nömrəli 2013-cü il 23 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.10-cu bəndinə əsasən vətəndaşın Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi müvafiq olaraq vəsiqə və pasport verən orqanlarda həyata keçirilir. Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) 9303 nömrəli sənədi ilə şəxsiyyəti təsdiq edən sənədlərdəki fotoşəkillərin yol verilən və yol verilməyən nümunələri müəyyən edilmişdir. Həmin sənədə əsasən fotoşəkilin çəkilişi zamanı baş örtüklərinə dövlət tərəfindən qanunla müəyyən edilmiş hallar istisna olmaqla icazə verilmir. Bu istisnalar dini, tibbi və ya mədəni mülahizələrlə əlaqəli ola bilər. Üz qulaqların ön hissəsi də daxil olmaqla saç tökülməsindən çənəyə qədər görünməlidir. Üzü örtən örtüklərə, saçlara, papaqlara və ya üz bəzəklərinə icazə verilmir. “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-cü maddəsinənə əsasən Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra - pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən tiplərindən asılı olmayaraq hər bir pasportda: 1) Azərbaycan Respublikasının adı, dövlət gerbi, ölkənin kodu, pasportun tipi, nömrəsi, sahibinin soyadı, adı, atasının adı, vətəndaşlığı, doğulduğu yer və tarix, cinsi, fərdi identifikasiya nömrəsi, qan qrupu, pasportu verən orqanın adı, verilmə tarixi, etibarlılıq müddəti, pasport sahibinin şəxsi imzası, pasporta aid olan tələblər göstərilir; 2) pasport sahibinin üz təsviri üçün yer, elektron daşıyıcının (çipin) mövcudluğunu göstərən xüsusi işarə və maşınla oxuna bilən iki sətirdən ibarət yazı əks olunur; 3) xarici ölkəyə daxil olmaq üçün rəsmiləşdirilmiş icazələr (vizalar) və digər xüsusi (gömrük və sərhəd məntəqələrini keçməsi barədə) qeydlər edilir. Həmin Qanunun 7.4-cü maddəsinə əsasən pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üz təsviri, 15 yaşına çatmış vətəndaşın əl-barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən pasport almaq istəyən vətəndaşın əlbarmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən müvafiq dövlət orqanında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 3.8-ci bəndinə əsasən vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO-nun) tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən orqanda həyata keçirilir. Həmin Əsasnamənin 3.10-cu bəndinə əsasən ümumvətəndaş pasportuna elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar, pasport sahibinin üz təsviri və 15 yaşı tamam olmuş vətəndaşın hər əlindən bir barmaq izi daxil edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələb etdiyi baş örütüyü fotoşəkli ilə pasport və şəxsiyyət vəsiqəsinin verilməsi hazırki vəziyyətdə mümkün olmadığından cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin olunmasından imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya onu da nəzərə alır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qəbul etdiyi qərarda da (2-1(102)-216/2022 saylı 12.01.2022-ci il tarixli qərar) hüquqi mövqeyi belə əsaslandırılmışdır. Göstərilənlərə əsasən iddiaçının tələbi əsassız və qanunsuz olduğundan düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün 15.11.2021-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5740/2021 saylı 15 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar