Məhkəmə qərarları › İş №2-1(103)-1354/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1354/2022

19.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1354/2022 19.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-7982/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16-19 avqust 2022-ci il tarixlərdə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Ləğv prosesində olan “Alfa Sığorta» ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin “tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan "xxxx" ASC tərəfindən 5390,84 əsas, 1964,71 manat faiz və 100 manat maliyyə sanksiyası olmaqla 7455,55 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərtib etdiyi xx.xx.2019-cu il tarixli **********945600 nömrəli və xx.xx.2020-ci il tarixli **********590700 nömrəli qərarlar üzrə müəyyən edilmiş tələblərin icraya yönəldilməsi barədə xx.xx.2020-ci il tarixli **********312000 saylı qərar qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmışdır. Vergi Məcəlləsinin 79.3-cü maddəsinə əsasən müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir. Qanunla müəyyən edilmiş müddətdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kreditor tələblərinin qeydə alınması üçün ləğvetmə komissiyasına müflis elan olunması tarixindən əvvəlki bir il ərzində yaranmış öhdəliklərinə dair tələblər irəli sürülmüş və həmin tələblərin 8ci növbə üzrə ödənilməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmənin xx.xx.2017-ci il tarixli 2-1(81)-4072/2016 nömrəli qərardadı ilə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvetmə komissiyasının kreditorlarının tələblərinin reyestri təsdiq edilmişdir. Vergi orqanı tərəfindən "xxxx" ASC-yə qarşı kreditor kimi tanınma barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)- 4072/2016 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-2661/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-4072/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, 24 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən kassasiya şikayəti təmin edilməmişdir. Qanunun 18-ci maddəsinin 2ci hissəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur və borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülür. Eyni zamanda Qanunun 18-ci maddəsinin 2-ci hissəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur və borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülür. Lakin vergi orqanı tərəfindən iflas prosesində olan cəmiyyətin "xxxx" QSC-də olan hesabından 2168.54 manat məbləğində vəsait qanuna zidd olaraq silinmişdir. Bununla yanaşı, vergi borcunun ödənilməsi üçün tələbin icraya yönəldilməsinə dair hərəkətlərə bugünədək son qoyulmamış və bu məqsədlə vergi ödəyicisinin aktivləri barədə məlumat formasının təqdim edilməsi məqsədilə borcluya müraciət ünvanlanmışdır. Həmin müraciətə cavab olaraq ləğvetmə komissiyası tərəfindən sığortaçının müflisləşmə ilə bağlı ləğvetmə prosesində olduğu və bu zaman vergi ilə bağlı sığortaçının qəbul etdiyi tələblərinin “Sığorta fəaliyyəti haqqında” Qanunun 119.1.7-ci maddəsinə əsasən səkkizinci növbədə ödənilməli olması və bu halın yalnız məhkəmə qaydasında kreditorların reyestrinə daxil edilməklə ödənilə biləcəyi bir daha bildirilmişdir. Buna baxmayaraq xx.xx.2020-ci il tarixində Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumatın müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə **********590700 nömrəli qərarı ilə 100 manat məbləğində maliyyə sanksiyası tədbiq edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin bank hesablarına qoyulmuş sərəncamın ləğv edilməsi, "xxxx" QSC-də olan hesabdan silinmiş 2.168,54 manat vəsaitin geri qaytarılması, vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilmə barədə xx.xx.2020-ci il tarixli, **********590700 saylı qərarın ləğv edilməsi barədə Vergilər Nazirliyinə məktub ünvanlanmışdır. Lakin Vergilər Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli **********945600 nömrəli və xx.xx.2020-ci il tarixli **********590700 nömrəli qərarların xx.xx.2020-ci il tarixindən icraya yönəldilməsi barədə **********312000 saylı qərar qəbul edilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4089/2020 saylı, 2020-ci il 23 sentyabr tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2040/2020 nömrəli, 2020-ci il 15 dekabr tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-659/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2040/2020 nömrəli, 2020-ci il 15 dekabr tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-7982/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Qarayeva) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, ilk növbədə işin halları ilə əlaqədar olaraq bildirilir ki, vergi ödəyicisinə 2018-ci ilin əmlak vergisi üzrə xx.xx.2019-cu il tarixli **********945600 “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarla 7560,84 manat məbləğində əlavə vergi hesablanmış və həmin qərar vergi ödəyicisi tərəfindən mübahiseləndirilməmişdir. Bundan əlavə, vergi ödəyicisi tərəfindən aktivləri barədə məlumat vergi orqanına təqdim edilmədiyindən vergi ödəyicisi Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli qərarla 100 manat məbləğində maliyyə sanksiyasına cəlb edilmişdir. Qeyd edilən qərarlar üzrə borc məbləğləri və hesablanmış faizlər tam olaraq qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə (5.390,84 əsas, 1.964,71 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 7.455,55 manat vergi, faiz və maliyyə sanksiyası) xx.xx.2019-ci İİ tarixli **********945600 nömrəli , xx.xx.2020-ci il tarixli **********590700 nömrəli qərarlar "İnzibati icraat haqqında” qanunun 2.0.1-ci, 2.0.2-ci, 82-ci, “İcra haqqında Qanun”un 6-çı, 7-ci və 8-ci maddələrinə əsasən “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 nömrəli, xx.xx.2020-ci il tarixli qərarla icraya yönəldilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, vergi orqanı tərəfindən Vergi Məcəlləsi, “İnzibati icraat haqqında” Qanunun tələbləri çərçivəsində ona verilmiş səlahiyyətlərdən istifadə edilmiş və vergilərin dövlət büdcəsinə ödənilməsini təmin etmək məqsədilə düzgün qərar çıxarılmışdır. İddiaçı iddia ərizəsində “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 nömrəli, xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmiş və tələbini 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4072/20t6 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilməsi, barəsində iflas proseduruna başlanılması, “Müflisləşmə və iflas haqqında” Qanunun 2-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq, “Sığorta fəaliyyəti haqqında” Qanunun 119.1.7-ci maddəsinə əsasən sığortaçı ləğv edildikdə vergi ilə bağlı onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələblərinin səkkizinci növbədə ödənilməsi ilə əsaslandırmışdır. Qeyd edilənlərə münasibətdə ilk növbədə bildirilir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi münasibətləri xüsusi qanunvericilik aktları ilə tənzimlənir ki, həmin qanunvericiliyə Azərbaycan Respublikasının Konstitusiyası, Vergi Məcəlləsi və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktları daxildir. Qeyd edilən qanunvericilik aktlarından başqa vergitutma və vergi nəzarəti məsələlərinin ehtiva edə bilən digər qanunvericilik aktlarının siyahısı Vergi Məcəlləsinin 2.4-cü maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, vergitutma və vergi nəzarəti məsələləri ilə əlaqədar müflisləşmə və iflas haqqında qanunvericilikdə vergi öhdəliklərinin üstünlüyü haqqında müddəalar daxil edilə bilər. Həmin maddənin tələbindən irəli gələrək, hüquqi şəxslərin müflisləşmə və iflas prosesini tənzimləyən “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 53-cü maddəsində vergi öhdəliyi borclunun digər öhdəliklərinə - kreditorlara, müəssisənin mülkiyyətçilərinə münasibətdə üstünlüyü müəyyən edilmişdir. Bunun əsas səbəbi isə vergilərin dövlət büdcəsinə ödənilməli olan məcburi ödəniş olmasıdır. İddiaçının iddia ərizəsində “Sığorta fəaliyyəti haqqında" Qanunun 119.1.7ci maddəsinə istinad etməklə, vergi ödənişlərinin 8-ci növbədə ödənilməli olması ilə bağli mülahizəsinə gəldikdə isə bildirilir ki, həmin maddə sığortaçı təşkilatın ləğvi zamanı tətbiq edilir. Hüquqi şəxsin ləğvi və müflis elan edilməsi fərqli anlayışlar olub, müxtəlif qanunvericilik aktları ilə tənzimlənir. İflas prosesində olan hüquqi şəxsin, o cümlədən sığortaçı təşkilatın borclarının ödənilməsi növbəliliyi müflis elan edilmə və iflas prosesini tənzimləyən xüsusi qanunla - “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci| fəsli ilə tənzimlənir. İddiaçının istinad etdiyi digər dəlil isə Vergilər Nazirliyi tərəfindən “Müflisləşmə və iflas haqqında” Qanunun 43-cü maddəsinin tələblərinin yerinə yetirilmədiyi və vergi orqanının "xxxx" ASC-yə qarşı kreditor kimi tanınma barədə iddia ərizəsinin məhkəmə tərəfindən təmin edilməməsi olmuşdur. “Müflisləşmə və iflas haqqında” Qanunun 1-ci maddəsində qeyd edilən anlayışlarda kreditor anlayışı təminatlı və təminatsız kreditor anlayışları ilə ehtiva edilmişdir. Belə ki, təminatlı kreditor - girov, ipoteka saxlayan kreditor, təminatsız kreditor isə təminatlı kreditor olmayan, bu Qanuna müvafiq surətdə tələbləri beşinci növbədə ödənilən kreditorlardır. Qeyd edilən anlayışlardan göründüyü kimi, vergilərin yığılmasına nəzarəti həyata keçirən vergi orqanı isə kreditor anlayışı ilə əhatə edilməyib, əksinə vergilərin ödənilməsi növbəliliyi müvafiq qanunun 53-cü maddəsinə əsasən dördüncü növbədə müəyyən edilmişdir. Yəni, başqa sözlə desək, “Müflisləşmə və iflas haqqında” Qanunun tələbləri baxımından vergi orqanının həmin qanunun 43-cü maddəsinə müvafiq olaraq kreditor kimi tanınması nəzərdə tutulmur və vergi öhdəliyi Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edildiyi kimli tam və vaxtında ödənilməlidir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə iddiaçı Ləğv prosesində olan "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********312000 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən 5.390,84 əsas, 1.964,71 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 7.455,55 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin xx.xx.2019-ci il tarixli **********945600 nömrəli,xx.xx.2020-ci il tarixli **********590700 nömrəli qərarları xx.xx.2020ci il tarixindən icraya yönəldilmişdir. Tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2020ci il tarixində verilmiş və həmin tarixdən qüvvəyə minmişdir. İş materiallarında olan cavabdehin 06.2019-ci il tarixli **********945600 nömrəli qərarından görünür ki, iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə 7.560,84 manat məbləğində vergi hesablanmışdır. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********590700 nömrəli qərarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərarından görünür ki, "xxxx" ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2661/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-1(102)-566/2019 saylı qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2661/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan Vergi borcunun ödənilməsinə dair **********8 saylı xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, iddiaçının 7,423.22 manat məbləğində borcunun olması barədə bildiriş göndərilmişdir. İş materiallarında olan “Vergi borcunun ödənilməyəcəyi təqdirdə tələbin icraya yönəldilməsi qaydasında icra strukturlarına müraciət ediləcəyi barədə” xəbərdarlıqdan görünür ki, iddiaçıya bildirilmişdir ki, dövlət büdcəsinə olan vergi borcunun ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.6-cı və “İnzibati icraat haqqında” Qanunun 82-ci maddələrinin müddəalarına əsasən vergi orqanı borc tələbinin icraya yönəldilməsi haqqında inzibati qərar qəbul etmək hüququna malikdir. Hazırda iddiaçı cavabdehin “tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələri bu işə tətbiq olunur: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 15.1.6. vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq vergi ödəyicisinin hüququdur. 15.1.8. vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. 15.1.9. müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. 79.1. Ləğv edilən müəssisənin (təşkilatın) vergi öhdəliklərini onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın) əmlakının satışından əldə edilən gəlir hesabına ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) yerinə yetirir. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) müəssisənin (təşkilatın) filiallarının digər struktur bölmələrinin və daimi nümayəndəliyinin vergi öhdəliklərini də yerinə yetirməlidir. Ləğv edilən müəssisənin (təşkilatın) filialının və ya digər ayrıca bölməsinin öhdəliklərini bilavasitə həmin ayrıca bölmənin daxil olduğu müəssisə (təşkilat), bu müəssisə (təşkilat) ləğv edildikdə isə həmin müəssisənin (təşkilatın) ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) yerinə yetirir. 79.2. Ləğv edilən müəssisənin (təşkilatın) pul vəsaiti, o cümlədən vergi öhdəliklərinin yerinə yetirilməsindən ötrü əmlakın satışından əldə edilən vəsait onun vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün kifayət etmədiyi halda, vergi öhdəlikləri üzrə qalan borc qanuna, nizamnaməyə və ya digər təsis sənədinə uyğun olaraq müəssisənin (təşkilatın) öhdəlikləri üçün onun iştirakçıları (təsisçiləri) birgə məsuliyyət daşıyırlarsa, həmin iştirakçılar (təsisçilər) tərəfindən ödənilməlidir. 79.3. Müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:

1. Müflisləşmə – borclunun öz öhdəliklərinin ödəmə qabiliyyətinin olmamasıdır. Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir. 2.2. Səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir. 18.2. Borclunun müflis elan olunması məqamından etibarən: a) bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; b) borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; c) qanunvericiliyə zidd olmayan hallarda bu məqamdan əvvəl borclunun əmlakına dair çıxarılmış hər hansı məhkəmə qərarlarının icrası dayandırılır; ç) əmlak inzibatçısı tərəfindən verilən səlahiyyətlər istisna olmaqla borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir; d) borclu müəssisə öz əmlakı barəsində hər hansı sərəncam vermək və hərəkətlər etmək səlahiyyətlərini itirir. 52.1. Əmlak inzibatçısı kreditorların tələblərini aşağıdakı üsullarla ödəyə bilər: a) ya borcluya çatası borcları tutmaq və ya borclunun əmlakını təşkil edən aktivləri bu Qanunun V fəslinə müvafiq surətdə satmaq və satışından götürülən pulu kreditorlar arasında bölüşdürmək yolu ilə; b) ya da borclunun əmlakını təşkil edən aktivləri onların tələblərinin ödənilməsi üçün bilavasitə vermək yolu ilə. 52.2. Hər növbənin kreditorlarının tələbləri yalnız özündən əvvəlki növbənin kreditorlarının tələbləri tamamilə ödənildikdən sonra ödənilməlidir. 52.3 Əgər bölgü kreditorların bir növü üçün aparılmalıdırsa, onda həmin növə aid bütün kreditorlar bərabər sayılmalı və onlara çatası borc məbləğlərinə mütənasib ödəniş almalıdırlar. 52.4. Əgər təminatlı kreditorlara eyni aktivlər barəsində təminat verilmişdirsə, qanunvericiliyə müvafiq surətdə birinci qeydə alınmış təminat daha yaxın növbəli olur. 53.1. Borclunun əmlakını təşkil edən aktivlər bu Qanunun İX fəslinin müddəalarına uyğun olaraq aşağıdakı növbəlik qaydasında bölünməlidir: a) birinci növbədə iflas prosesinə çəkilən bütün məsrəflər və xərclər (o cümlədən müflisolmanın kütləvi informasiya vasitələrində elan edilməsi xərcləri, məhkəmə xərcləri, əmlak inzibatçısının və müvəqqəti əmlak inzibatçısının haqqı və xərcləri, habelə müflisolma məqamından sonra əmlak inzibatçısının qəbul etdiyi və ya davam etdirdiyi öhdəliklərdən irəli gələn tələblər) ödənilir; b) ikinci növbədə həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi haqqında tələblərin, habelə alimentlərin tutulması barəsində tələbləri ödənilir; c) üçüncü növbədə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üzrə və müəlliflik müqaviləsinə görə haqların ödənilməsi barədə tələblər ödənilir, həm də bu tələblər borclunun müflisolma məqamından əvvəlki 6 ayadək müddətlə məhdudlaşdırılır; ç) dördüncü növbədə aşağıdakılar ödənilir: dövlət büdcəsinə, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna və bələdiyyələrin büdcələrinə ödənişlər. Bu tələblər borclunun müflis elan olunması tarixindən əvvəlki bir il ərzində yaranmış öhdəlikləri əhatə edir; kredit təşkilatlarının, o cümlədən qeyri-rezidentlərin bu Qanunun qüvvəyə mindiyi tarixədək ödənilməmiş təminatsız borcları və onların faizləri barəsində tələbləri; d) beşinci növbədə təminatsız kreditorların tələbləri ödənilir; e) altıncı növbədə, borclu müəssisənin mülkiyyətçilərinin tələbləri ödənilir.

2. Bu maddənin 1-ci bəndinə müvafiq surətdə aparılmış bölgüdən qalan hər hansı aktivlər borclunun mülkiyyətinə aiddir. 119.1. Sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri aşağıdakı qaydada ödənilir: 119.1.1. birinci növbədə, icbari sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər; 119.1.2. ikinci növbədə, şəxsi sığorta üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər; 119.1.3. üçüncü növbədə, əmlak sığortası üzrə könüllü sığorta müqavilələri ilə bağlı sığorta hadisəsi üzrə tələblər; 119.1.4. dördüncü növbədə, müddəti başa çatmamış sığorta müqavilələri üzrə sığorta haqqının müvafiq hissəsinin bu Qanuna uyğun olaraq qaytarılması ilə bağlı tələblər; 119.1.4-1. beşinci növbədə sığortaçının əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə kreditorların bu Qanunun 119.3-cü maddəsinə uyğun olaraq ödənilməmiş tələbləri; 119.1.5. altıncı növbədə, sığortaçının fəaliyyəti nəticəsində həyatına və ya sağlamlığına zərər dəymiş fiziki şəxslərin belə zərərlə bağlı tələbləri; 119.1.6. yeddinci növbədə, işdənçıxarma müavinətlərinin verilməsi, əmək müqaviləsi üzrə işləyən şəxslərin əməyinin, həmçinin müəlliflik müqavilələrinə əsasən haqların ödənilməsi üzrə hesablaşmalar; 119.1.7. səkkizinci növbədə, vergilər, rüsumlar, habelə “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta”, “Tibbi sığorta” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən digər icbari ödənişlər üzrə, həmçinin, dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar; dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar istisna olmaqla, bu tələblər sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində yaranmış öhdəlikləri əhatə edir; 119.1.8. doqquzuncu növbədə digər qalan kreditorlarla hesablaşmalar. 119.2. Hər növbənin tələbləri əvvəlki növbənin tələbləri tam ödənildikdən sonra ödənilir. 119.3. Sığortaçının ləğvetmə prosesi ilə bağlı xərcləri və onun əmlakının ipoteka və ya girov qoyulması ilə təmin edilmiş öhdəliklər üzrə həmin təminatın məbləği həddində kreditorların tələbləri növbədənkənar ödənilir. Təminat kreditorların tələbini tam ödəmədikdə, ödənilməmiş məbləğ bu Qanunun 119.1.4-1-ci maddəsində müəyyən edilmiş növbəliliklə ödənilir. 119.4. Eyni növbəyə aid olan tələblər ödənilərkən, vəsaitlər həmin tələblər arasında onların məbləğlərinə mütənasib olaraq bölüşdürülür. 119.5. Kreditorun razılığına əsasən onun tələbi pul ilə və (və ya) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə zidd olmayan üsullarla, hesablamalarda nisbət gözlənilməklə tələbin əmlaka yönəldilməsi yolu ilə natura formasında ödənilə bilər. Beləliklə də məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı müflis elan olunmuşdur. Bu barədə məhkəmə qərarı xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı həmin vaxtdan müflis elan edilməsinə baxmayaraq, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublıkası Qanununun 18.2-ci maddəsinin tələblərinə zidd olaraq borcludan alınmalı məbləğlərin tutulması üçün qərar qəbul etmişdir. Belə ki, cavabdehin “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı xx.xx.2020-ci il tarixli qərarı qəbul edilmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin həmin qərarı qanunsuz olduğu üçün ləğv edilməlidir. İddiaçının cavabdeh kimi digər kreditorlar qarşındakı öhdəlikləri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunlarının tələbləri nəzərə alınmaqla, “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublıkasının Qanununa əsasən növbəlilik əsasında icra edilməldir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri eynilik təşkil etdiyindən, həmin dəlillərə birinci instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, həmin qiymətləndirmənin təkrarən qeyd olunmasına zərurət görmür və hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır. Belə ki, vergi orqanının hüquq və vəzifələri Vergi Məcəlləsinin 23 və 24-cü maddələri ilə tənzimlənir. Həmin Məcəllənin 23.1.7-ci maddəsinə əsasən vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək; 23.1.8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; 23.1.15-1-ci maddəyə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanlarının səlahiyyətinə aid edilmişdir. Başqa sözlə desək tələbin icraya yönəldilməsi barədə qərar qəbul edilməsi vergi orqanlarının səlahiyyətinə aid edilməmişdir. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011ci il tarixli Qərarının əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4072/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılmışdır. xx.xx.2019-ci il tarixli **********945600 nömrəli qərarı ilə iddiaçıya bəyannamə və hesabat təqdim edilməməsinə görə 7.560,84 manat məbləğində vergi hesablanmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli **********590700 nömrəli qərarı ilə iddiaçı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********312000 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” qərarı ilə iddiaçı tərəfindən 5.390,84 əsas, 1.964,71 manat faiz, 100,00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 7.455,55 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar cavabdehin xx.xx.2019-ci il tarixli **********945600 nömrəli, xx.xx.2020-ci il tarixli **********590700 nömrəli qərarları xx.xx.2020-ci il tarixindən icraya yönəldilmişdir. Tələbin icraya yönəldilməsi haqqında qərar xx.xx.2020-ci il tarixində verilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Ləğv prosesində olan iddiaçı tərəfindən isə vergi öhdəliyinin ödənilməsi növbəsi çatmadığı üçün həmin qərarı mübahisələndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında" Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir, inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“inzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi). Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin “tələbin icraya yönəldilməsi haqqında” **********312000 saylı xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı olmuşdur, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli, 2-1(112)-7982/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar