Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1355/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, X9 oğlunun katibliyi ilə, İddiaçı1, üçüncü şəxs X3 və onun vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinə və üçüncü şəxs X5 qarşı onların, həmçinin, 2003-cü il təvəllüdlü X6 və 2017-ci il təvəllüdlü X7 mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1336/2020 saylı qərarından üçüncü şəxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon X11 və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onların, həmçinin, 2003-cü il təvəllüdlü X6 və 2017-ci il təvəllüdlü X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 4, 1-ci blokda yerləşən 45 saylı mənzilə pasport qeydiyyatına düşməyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onların, həmçinin, 2003-cü il təvəllüdlü X6 və 2017-ci il təvəllüdlü X7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 4, blok 1 ünvanında yerləşən 43/45 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyatına alınmağı vəzifəsinin cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər və məhkəmənin xx.xx.2019 tarixli qərardadı ilə həmin iş üzrə X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1336/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, həmçinin, 2003cü il təvəllüdlü X6 və 2017-ci il təvəllüdlü X7 yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, bina 4, mənzil 45 ünvanına qeydiyyata alınmaları vəzifəsi Bakı şəhəri Sabunçu rayon polis idarəsinin üzərinə qoyulması qərar alınmışdır (hakim M.Qarayeva). Həmin qərardan narazı qalan üçüncü şəxs İddiaçı2 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin vəkili və nümayəndəsi X2 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək, çıxışında göstərmişdir ki, iddiaçıların sözgedən ünvana yaşayış yeri üzrə qeydiyyata düşmələri barədə ərizələrini təmin etməməklə cavabdeh Sabunçu Rayon polis İdarəsi tamamilə qanuni və əsaslı imtina vermişdir. Belə ki, sözgedən mənzil tikinti şirkəti ilə bağlanmış mənzil tikintisi haqqında müqavilə əsasında əldə edilmişdir.Həmin müqavilədən başqa mənzildə dair hüquqmüəyyənedici heç bir sənəd mövcud deyildir. Bu da onu göstərir ki, mənzil özbaşına tikinti stasusuna malikdir. Həmçinin, mənzilə “Ünvan reyestri haqqında” Qanuna müvafiq qaydada daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən ünvan da verilməmişdir. Müqavilədə şirkət tərəfindən göstərilən ünvan şərtdiri, qanuni deyildir. İddiaçılar sözügedən mənzilə qeydiyyata düşmək üçün qanunla müəyyən edilmiş qaydaya əməl etməli, tələb olunan siyahı üzrə sənədləri cavabdeh orqana təqdim etməlidirlər. Əks halda cavabdeh orqanın imtinası əsaslı sayılır."Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 8-ci maddəsinin 1-ci bəndində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yen üzrə qeydiyyata alınmasından bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə imtina edir.Maddənin mahiyyətindən aydın olur ki, yaşayaış sahəsinə qeydiyyata alınmaq üçün yaşayış sahəsinin, mülkiyyət hüququna dair çıxarışı, orderi, icarə və ya kirayə müqaviləsi, yaxud qanunvercilıkdə nəzərdə tutulmuş başqa sənəd olmalıdır.İndiki halda mübahisəli mənzilə dair sadalanan sənədlərin heç biri mövcud deyildir və şirkətlər bağlanmış müqavilə isə qanunvercilikdə qeydiyyata düşmək üçün hüquqmüəyyənedici sənəd kimi nəzərdə tutulmamışdır.Bundan əlavə, birinci instasniya məhkəməsi iş üzrə halların müəyyən edilməsində də yalnışlığa yol vermiş, nəticədə maddi hüquq normalarının tətbqiqində səhvə yol vermişdir.Belə ki. müqavilənin bağlandığı "X4" MMC adından da göründüyü kimi təşkilati - hüquqi formasına görə məhdud məsuliyyətli cəmiyyət olmasına baxmayaraq məhkəmə təşkilatı kooperativ kimi müəyyən etmiş və kooperativ-vətəndaş münasibətlərini tənzimləyən Azərbaycan Respublikası MM-nin 178-ci maddəsinə istinad etmişdir. Vəkil və nümayəndə hesab etmişdirki, bu maddənin bu mübahisəyə tətbiqi yalnışdır və düzgün deyildir.Burada diqqət yetiriləsi məqam ondan ibarətdir ki, istifadə hüququnun yaranması üçün mənzil MMC-yə deyil. Kooperativə məxsus olmalı, onun dəyəri kooperativə tam ödənilməli və bundan sonra kooperativin üzvü olan və mənzilin dəyərini tam ödəyən şəxs (başqa şəxslər deyil) həmin mənzildən istifadə hüququ əldə etməlidir.İş materiallarından görünür ki, mənzilin alındığı təşkilat "X4" Kooperativ deyil, məhdud məsuliyyətli cəmiyyətdir. Məhdud məsulıyyətlı cəmıyyət isə qanunverciliyə əsasən hüquqi şəxslərin elə bir təşkilati hüquqi formasıdır ki, üzvlük əsasında təşkil edilmir, onun üzvləri olmur, ümumi yığıncaqda üzvlər olmadığından iştirak etmirlər. Ona görə qanunvercilik kooperativlərlə bağlı normanı xüsusi olaraq Məcəllədə qeyd etmiş və bu imkanı yalnız kooperativ üzvü olan şəxslərə şamil etmişdir.Məhkəmə isə yalnışlığa yol verərək MMC-vətəndaş münasibətinə kooperativlərlə bağlı olan normanı tətbiq etmiş, üstəlik də son nəticədə əsassız bir iddianı təmin edilmişdir. Birinci instansiya məhkəməsi özbaşına tikinti sayılan mənzilə mənzilin müqavilə tərəfi olan İddiaçı1 ilə bərabər mənzilə aidiyyalı olan və olmayan bütün ailə üzvlərinin də həmin mənzilə qeydiyyata alınmasını məqsəduyğun görmüşdür.Vəkil və nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməsi və iddia tələbləri rədd edilməsi baqədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X13 apellyasiya şikayətini və ona əlavəni müdafiə edərək, vəkil və nümayəndə ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməsi və iddia tələbləri rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, ona dair yazılı etirazını təqdim edərək bildirmişdir ki, Bakı şəhəri, Sabunçu r., Bakıxanov q., Yavər Əliyev k., Ugur 2, bina 4., mən. 45 saylı ünvanda yerləşən mənzilin sahibi İddiaçı1dur və işdə olan sənədlərdən də göründüyü kimi mənzilin müqaviləsi rəsmi olaraq İddiaçı1 adındadır və mənzilin əsl sahibi odur.3-cü şəxs cavabdeh İddiaçı2 Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı tarixli 2(008)-11112/2016 saylı qətnaməsinə əsasən həmin mənzilə sahiblik və istifadə hüququ tanınmaqla köçürülməsi qət edilmişdir. 3-cü şəxs İddiaçı2 yaşayış yeri üzrə Bakı şəhəri Sabunçu rayon X11 və şəxsiyyət vəsiqəsi şöbəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınması tələbi ilə 2 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və 2 saylı Bakı İnzibati Məhkəməsinin 2-1(82)- 536/2019 saylı xx.xx.2019-cu il tarixli Qərarına əsasən yaşayış yeri üzrə qeydiyyata alınması barədə qərar qəbul edilmişdir. İddiaçı bildirdi ki, həmin mənzilin qapısının Abdunova Aynur tərəfindən sındırılaraq mənzilə girməsinə görə və mənzildə olan o və ailə üzvülərinə məxsus əşyaların Aynur tərəfindən mənimsənildiyini nəzərə alaraq həmin qərarla bağlı apellyasiya qaydasında, sonradan isə kassasiya qaydasında şikayətlər etsədə, şikayətlər təmin edilməmiş, nəticədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı2, İddiaçı3 və cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası sədrlik edən məruzəçi-ha-ki-min məruzəsini, iştə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apelyasiya şikayətinin dəlillərini müzakirə edərək, onun qismən təmin edilməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş: - AZ-İİ seriyalı, 277648 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 ilə X14 arasında xx.xx.2018-ci ildə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2018-ci ildə 227 nömrəsi ilə qeyd aparılmışdır. Nikahdan sonra arvada “Abdunova” soyadı verilmişdir; - xx.xx.2018-ci il tarixdə Ağdam RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, xx.xx.1969-cu il tarixdə ünvan 2ində doğulmuş İddiaçı1 yaşayış yeri üzrə ünvan 2i ünvanında qeydiyyatdadır; - xx.xx.2018-ci il tarixdə Ağdam RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, xx.xx.1988-ci il tarixdə Ağcabədi şəhərində doğulmuş İddiaçı2 yaşayış yeri üzrə ünvan 2i ünvanında qeydiyyatdadır; - xx.xx.2016-cı il tarixdə Ağdam RPŞ tərəfindən verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, xx.xx.1999- cu il tarixdə ünvan 2ində doğulmuş İddiaçı3 yaşayış yeri üzrə ünvan 2i ünvanında qeydiyyatdadır; - xx.xx.2016-cı il tarixdə Ağdam RPŞ tərəfindən verilmiş AZE seriyalı, 12061957 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, xx.xx.2003- cü il tarixdə ünvan 2ində doğulmuş Elmir Abdunov yaşayış yeri üzrə ünvan 2i ünvanında qeydiyyatdadır, atası İddiaçı1, anası Aynur Abdunovadır; - xx.xx.2018-ci il tarixdə Ağdam RPŞ tərəfindən verilmiş AZE seriyalı, 11227630 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixdə Bərdə şəhərində doğulmuş Orxan Abdunov yaşayış yeri üzrə ünvan 2i ünvanında qeydiyyatdadır, atası İddiaçı1, anası Aynurə Yusiflidir; - xx.xx.2007-ci il tarixli “Mənzilin alqı-satqısı haqqında” müqavilənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, həmin müqavilə bir tərəfdən “X4” MMC Nizamnaməsi əsasında fəaliyyət göstərən Baş İcraçı Direktoru Yaşar Dəmir şəxsində, digər tərəfdən İddiaçı1 (ünvan ünvan 2i, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi: AZE 02389289, şəxsiyyət vəsiqəsi xx.xx.2005-ci il taixdə Ağdam RPŞ tərəfindən verilmişdir) şəxsində bağlanılmışdır. Müqaviləyə əsasən “X4” MMC Bakı şəhərində, Sabunçu rayonu, ərazisində 2595 saylı məhəllədə Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində inşa etdirdiyi 4 saylı binanın, 1-ci blok, 43 saylı, 3 otaqdan ibarət, ümumi sahəsi 110,57 kv.metr olan mənzili “alıcı” İddiaçı1 satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürür; - Maliyyə arayışının notarial qaydada təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 4 - bina, 1 – blok, 5-ci mərtəbədə, 110,57 kv.metr ümumi sahəsi olan 43 saylı mənzilinin ümumi dəyəri tam olaraq, İddiaçı1 tərəfindən tam ödənilmişdir; “X4” MMC-nin Mənzil Təhvil Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli aktın notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, bina 4, 5-ci mərtəbədə yerləşən 110,57 kv.metr ümumi sahəsi olan 43/45 saylı mənzilin sahibi İddiaçı1dur; - Bakı şəhəri Sabunçu rayon polis idarəsi tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ünvanlanmış xx.xx.2019-cu il tarixli, 073-15734A-3219 saylı məktubun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayon polis idarəsinə ünvanlanmış ərizəyə baxılaraq bildirilmişdir ki, yuxarıda göstərilən ünvana (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs, Y.Əliyev küçəsi, ev 4, mənzil 45) qeydiyyata alınma üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin Qeydiyyat Məsələləri Bölməsinə təqdim olunması vacibdir. Lakin, yuxarıda göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınma imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq, 2 saylı İnzibati İqtisad məhkəməsinə müraciət edilməsi məqsədəmüvafiq hesab edilir. Eyni zamanda, iş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-536/2019 saylı qərarı ilə iddiaçı X3 cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinə qarşı İddiaçı1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası təmin edilmiş, X3 himayəsində olan qızı xx.xx.1998-ci il təvəllüdlü X8 ilə birlikdə yaşayış yeri üzrə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 4 saylı binanın 1-ci blokunda, 5-ci mərtəbəsində yerləşən, 3 otaqlı, ümumi sahəsi 110,57 kv.m olan 43 saylı mənzilə qeydiyyata alınması vəzifəsi Bakı şəhəri Sabunçu rayon polis idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1967/2019 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-536/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3309/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1967/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2-1(82)-536/2019 saylı qərarı icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon polis idarəsinə göndərilmiş, lakin qərarın icrası barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək aşağıdakı maddi hüquq normalara əsaslanmışdır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində «fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır» anlamında «yaşayış yeri» dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla «yaşadığı yer» başa düşülməlidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmə qərarında işin faktiki hallarına düzgün qiymət verməmiş, nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, işdə olan iddiaçıların İddiaçı1, İddiaçı2 və İddiaçı3, X6 və X7 şəxsiyyət vəsiqələrindən görünür ki, yaşayış yeri üzrə ünvan 2ində qeydiyyatdadırlar. İddiaçılar iddia ərizəsində və işə əlavə edilmiş digər ərizələrində Bakıxanov qəsəbəsi, Y Əliyev küçəsi, ev 4 mənzil 43-də qeydiyyatsız yaşadıqlarını göstərsələr də, işin halları ilə müəyyən edilir ki, mübahisələndirilən mənzildə iddiaçının keçmiş yoldaşı hazırki iş üzrə üçüncü şəxs olan X13 qızı X8 ilə yaşayır. İddiaçı1 məhkəmə kollegiyasının iclasında izahatında ailə üzvləri ilə birlikdə Bakı şəhərində kirayə mənzildə qaldığını bildirsədə, kirayə mənzilin ünvanı barədə məhkəməyə məlumat verməmişdir. İddiaçılar sözügedən mənzilə qeydiyyata düşmək üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) də təqdim etməli idi. Lakin mübahisəli mənzilə dair sadalanan sənədlərin heç biri mövcud deyildir və “X4” MMC ilə bağlanmış müqavilə isə qeydiyyata düşmək üçün hüquqmüəyyənedici sənəd kimi təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən qanunda nəzərdə tutulmuş sənədlər təqdim olunmadığından inzibati orqan haqlı olaraq qeydiyyatdan imtina etmişdir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə imtina edir. Eyni zamanda, birinci instansiya məhkəməsi qərarında AR Mülki Məcəllənin 178.8ci maddəsini və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2010cu il tarixli qərarını düzgün tətbiq etməmişdir və onları səhf təfsir etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka təqdim tmülkiyyət hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli qərarına əsasən Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Belə ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativ və pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. İddiaçı1 Çerkez oğlu mənzilin pulunu tam ödəsə də onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etməmişdir. Konstitusiya Məhkəməsinin qərarında göstərilmişdir ki, şəxslər həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam vermək hüququnu əldə edirlər. İddiaçı V.Abdinov əldə edilmiş əmlaka mülkiyyət hüquqlarını dövlət qeydiyyatına qeydə almamışdır."Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndinin tələblərinə ğörə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün tələb olunan sənədlərdən biri mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edilməlidir. İddiaçıların tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə kollegiyası qeyd edir ki, öhdəliyin icrası haqqında iddia ilə məhkəmə qaydasında inzibati orqandan müəyyən hərəkətin edilməsi və ya hərəkətdən çəkilmə tələb olunur. Bu növ iddia əsasında normativ hüquqi aktın və ya inzibati aktın qəbul edilməsindən başqa istənilən növ hərəkətin edilməsi tələb oluna bilər. İddianın predmeti iddiaçı tərəfindən tələb olunan hərəkətin edilməsi və ya hərəkətdən çəkinmədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.1-ci maddəsi hüququn pozulması ilə inzibati orqanın hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olması və hüquqi nəticənin baş verməsi şərtini iddianın mümkünlüyü şərti kimi müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan qanunla üzərinə düşən ohdəliyi yerinə yetirmiş, iddiaçının tələbinə qarşı hərəkəsizlik göstərməmiş, iddiaçı tərəfindən inzibati orqana hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsi inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir. “İnzibati icraat haqqında” Qanunun 28.1.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün fiziki və ya hüquqi şəxsin ərizəsi olmalıdır. Qanunun 30.2.7-ci maddəsinə əsasən ərizəyə əlavə edilmiş sənədlərin siyahısı göstərilməlidir. Qanunun 30.3-cü maddəsinə əsasən təqdim olunması qanunla nəzərdə tutulmuş bütün sənədlər ərizəyə qoşma kimi əlavə olunur. Qanunun 30.4-cü maddəsinə əsasən ərizə bu maddədə nəzərdə tutulmuş tələblərə cavab vermədikdə, inzibati orqan ərizədə həmin tələblərə uyğun olaraq düzəlişlərin edilməsi üçün qısa müddət təyin edir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ərizəçiyə izah edir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan qanunla üzərinə düşən öhdəliyi yerinə yetirmiş, iddiaçının tələbinə qarşı hərəkəsizlik göstərməmiş, iddiaçı tərəfindən inzibati orqana hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsi inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1336/2020 saylı qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-1336/2020 saylı qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Sabunçu rayon polis idarəsinə və üçüncü şəxs X5 qarşı onların, həmçinin, 2003-cü il təvəllüdlü X6 və 2017-ci il təvəllüdlü X7 mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1355/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1355/2020
02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver