Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1357/2023 04.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs X7 cəlb olunmaqla) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: sərəncamın ləğv edilməsi) Bakı şəhəri 04 aprel 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı və onun nümayəndəsi X6, Üçüncü şəxs X1 və onun nümayəndəsi (vəkili) X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5500/2022 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə 04 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı üçüncü şəxs X1 qardaşıddır.
2. Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi. 54 saylı binanın qarşısındakı 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına sənədləşdirilmişdir.
3. Həmin torpaq sahəsi atalarının istifadəsində olması və atalarının vəfatından sonra hər ikisinə qalması, buna görə də aralarında mübahisə yaranması səbəbindən üçüncü şəxs X7 şikayət etmiş və Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilərək vətəndaş İddiaçı və X4 həmin sahədən bağ sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Həmin sərəncamda qeyd edilmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilsin. Vətəndaş İddiaçı və Vasif Quliyevə həmin sahədən bağ sahəsi kimi istifadə edilməsinə icazə verilsin.
4. 2009-cu ildə Quliyev X5 rayon İcra Hakimiyyətinə müraciət edərək Suraxanı rayon İcra Hakimiyyəti başçısı tərəfindən ləğv edilən 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamını təqdim etməklə sözügedən torpaq sahəsinə dair airıc aktı almışdır. Bundan sonra həmin torpaq sahəsinə Çıxarış almaq üçün Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. İmtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir.
5. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin № 2-l(82)-1271/2016 saylı, 07 aprel 2016cı il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamına əsasən fərdi ev tikmək üçün ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı binanın qarşısında yerləşən 300 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1529/2016 saylı, 24 avqust 2016-cı il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin № 2-1(82)- 1271/2016 saylı, 07 aprel 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2016-cı il tarixli, 2-l(102)-2097/2016 saylı qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-1529/2016 saylı, 24 avqust 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Üçüncü şəxs X7 yuxarıda qeyd edilən məhkəmə qərarları maraqlarına toxunduğu və qanunla qorunan hüquqularını pozduğu üçün Bakı İnzibati Məhkəməsinə müraciət edərək inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmağını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 23 dekabr 2021-ci il tarixli, 2-l(82)-1271/2016 saylı qərardadına əsasən “İddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata X1 üçüncü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin № 2- 1(82)-1271/2016 saylı, 07 aprel 2016-cı il tarixli qərarının ləğv edilməsi, hazırkı iş üzrə icraatın təzələnməsi” qərara alınmışdır.
9. Həmin qərardaddan İddiaçı verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.
10. Məhkəmənin sorğusuna verilən cavabda Suraxanı rayon İcra Hakimiyyəti göstərir ki, İddiaçılə qardaşı Vasif Quliyev arasında yaranmış torpaq mübahisəsinin aradan qaldırılması məqsədilə Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamı ilə Suraxanı RİH-nin 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilmişdir. Ötən illərə dair o cümlədən, 1998-1999-cu illər də daxil olmaqla RİH-nin sənədləri AR Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir.
11. Məhkəmə digər bir sorğu ilə Suraxanı RİH-ə müraciət edərək İcra Hakimiyyətinin 18 aprel 2016-cı il tarixli Q-65-113 nömrəli və 5 mart 1999-cu il tarixli T-58 nömrəli məktublarının İddiaçı göndərilib-göndərilməməsi, göndərilmişdirsə göndərişi və adıçəkilən şəxsə çatmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Suraxanı RİH tərəfindən verilən cavabda göstərirlir ki, Suraxanı RİH-nin sənədlərinin 2016-cı il daxil olmaqla AR Dövlət Arxivinin Bakı Filialına verildiyindən və bu barədə RİH-də heç bir məlumat olmadığından, sorğunun cavablandırılması imkan xarixindədir.
12. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının cavabında isə göstərilir ki, Suraxanı RİH-nin arxiv fondu üzrə 1999-cu və 2016-cı illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Məktublar, poçt sənədləri, çatdırma qəbzləri fərdi qaydada Dövlət Arxivinin Bakı Filialında saxlanılmır.
13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5804/2022 saylı qərardadı ilə (hakim M.Hacıbəyovanın sədrliyi ilə) iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsində sözügedən işə baxılarkən hazırkı İddiaçı 3-cü şəxs qismində məhkəmə icraatında iştirak etmiş və iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri Suraxanı RİH-nin 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamının ləğv edilməsini xahiş etmişdir.
15. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişlər.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı RİH-in 27 noyabr 1998ci il tarixli 2064 saylı sərəncamı ilə hazırkı İddiaçı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 nömrəli binanın qarşısındakı 300 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin vaxtdan o, fasiləsiz olaraq qeyd olunan torpaq sahəsindən istifadə etmiş, sərəncamda göstərilən sənədləri topladıqdan sonra həmin torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə onun adma qeydiyyata alınması barədə rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin 29 dekabr 2015-ci il tarixli **********53 nömrəli məktubu ilə onun ərizəsinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbini irəli sürərək məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)- 1271/2016 saylı iş üzrə 7 aprel 2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 nömrəli binanın qarşısındakı 300 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)-1529/2016 saylı iş üzrə 24 avqust 2016-cı il tarixli qərarı və Ali Məhkəmənin 2- 1(102)- 2097/2016 saylı iş üzrə 28 dekabr 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkəmə qərarı icra edilərək, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla, ona dövlət reyestrindən 11 mart 2017-ci il tarixli RX seriyalı ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Qeyd olunan məhkəmə qərarlarından görünür ki, məhkəmə araşdırılması zamanı Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 nömrəli binanın qarşısındakı 300 kv.m torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilməsinə dair Bakı şəhəri Suraxanı RİH-in 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamının həqiqiliyi yoxlanılmış və bununla bağlı arxiv məlumatları əldə olunmuşdur. Həmin dövrdə əldə olunmuş 5 avqust 2009-cu il tarixli 2251 saylı məlumatdan görünür ki, Suraxanı RİHin 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı barədə Dövlət Arxivinin Bakı filialında məlumat olsa da, həmin sərəncamın ləğv edilməsi haqqında Suraxanı RİH-in sonuncu 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamı barədə Dövlət Arxivində hər hansı məlumat olmamışdır. Hazırda məlum olmuşdur ki, Suraxanı RİH-in 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamının ləğv edilməsinə dair həmin RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamı mövcuddur. Belə ki, iddiaçının qardaşı Vasif Quliyev sözügedən 12 fevral 1999cu il tarixli sərəncamla həmin torpaq sahəsindən onun da istifadə etmək hüququnun olmasını qeyd edərək, iddiaçının iddia tələbinin təmin olunması barədə məhkəmə qərarlarının onun maraqlarına toxunduğunu nəzərə alıb, vəsatətlə məhkəməyə müraciət etmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1271/2016 saylı iş üzrə 7 aprel 2016-cı il tarixli qərarının ləğv edilərək, həmin iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla, işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. Məhkəmə onun vəsatətini etmişdir. İddiaçı 20 dekabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 12 fevral 1999-cu il tarixli sərəncamın surətini almışdır. Vasif Quliyevdə həmin (12 fevral 1999-cu il tarixli 266 saylı) sərəncamın mövcudluğu barədə məlumat olsa da bu vaxtadək hər hansı rəsmi dövlət qurumunda və şəxsdə bu barədə məlumat olmamışdır. Əgər həqiqətən Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamla özünün əvvəlki 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamını ləğv etmişdirsə, onda qanunvericiliyin tələblərinə görə həmin sərəncamla hazırkı iddiaçının maraqlarına toxunulduğundan, rəsmi qaydada sərəncam ona təqdim edilməklə hüquq və vəzifələri, sərəncamla razılaşmadıqda isə ondan şikayət vermək hüququ rəsmi qaydada izah olunmalı idi. Lakin, bu günədək qeyd olunan sərəncam rəsmi qaydada ona təqdim edilməmiş və onun həmin sərəncamı almağını təsdiq edən sübut mövcud deyildir. İddiaçıya Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamının təqdim edilməməsi və bu barədə məlumatının olmaması yuxarıda qeyd olunan məhkəmə qərarları ilə də təsdiq edilmişdir. Vasif Quliyev isə onun ərizəsi əsasında verilmiş Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamını həmin vaxt alsa da, bu barədə hər hansı şəxsə, o cümlədən iddiaçıya bildirməməklə yanaşı, ötən təxminən 30 il müddətində həmin sərəncamla ona verilən hüquqlardan istifadə etməmiş, sərəncamdan irəli gələn hərəkətləri yerinə-yetirməmişdir. İddiaçının Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 nömrəli binanın qarşısındakı 300 kv.m torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun qeydə alınması və bu barədə dövlət reyestrindən 11 mart 2017-ci il tarixli, RX seriyalı ********** qeydiyyat nömrəli çıxarışın verilməsi qüvvədə olan məhkəmə qərarına əsaslanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73.1-ci maddəsinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Tələb Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamının ləğvinə yönəldiyindən, İPM-nin 2.2.1-ci maddəsinə əsasən bu tələb mübahisələndirmə haqqında tələb kimi inzibati məhkəmə icraatı qaydasında baxılmaqla, Bakı İnzibati Məhkəməsinə aiddir. Göstərilənlərə və İPM-in 2.2.2, 32, 45 – 47-ci maddələrinə əsaslanaraq, Suraxanı RİH-in 12 fevral 1999-cu il tarixli 266 saylı sərəncamının ləğv edilməsi məhkəmədən xahilş olunmuşdur.
17. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5500/2022 saylı qərarı ilə iddia təmin edilmişdir.
18. Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı binanın qarşısındakı bağ sahəsi 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı verilmişdir. Lakin sonradan İddiaçı ilə qardaşı X7 oğlu arasında həmin torpaq sahəsi ilə əlaqədar münaqişə yaranmışdır. Yaranan mübahisənin qarşısını almaq məqsədilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilərək vətəndaş İddiaçı və X4 həmin sahədən bağ sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Uzun müddət həmin bağ sahəsi ilə əlaqədar hər iki qardaş arasında mübahisə davam etmişdir. Onlar dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Hər dəfə də onların müraciətlərinə rəsmi cavab verilmiş, mübahisənin həllinə çalışmışıq. İddiaçı məhkəməyə müraciət edərkən bildirir ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamı barədə məlumatı olmamışdır. Məhkəmənin nəzərinə çatdırırıq ki, onun iddiası əsassızdır. İcra Hakimiyyətində vətəndaşların ərizə və şikayətlərinə qanun müvafiq olaraq baxılır və tərtib olunmuş bütün sənədlər müəyyən olunmuş qaydada tərəflərə çatdırılır. Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamının qəbul edildiyi vaxtdan xeyli müddət keçmişdir. Həmin sərəncam həm İddiaçı, həm də X4 rəsmi şəkildə çatdırılmışdır. Hesab edirlər ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ümumiyyətlə, İddiaçı Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamı barədə məlumatı olmuşdur. Ona görə də onun iddiası mümkün sayılmamılıdır. 20.Üçüncü şəxs X1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı onun qardaşıddır. O, mərhum atası ilə birlikdə yaşamışdır. X10 1989-cu ildə vəfat etdikdən sonra yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı evin yanında 3 sot torpaq sahəsinin bütün ödənişlərinin özü ödəmiş və orada olan qarajdan istifadə etmişdir. 1998-ci ildə qardaşım İddiaçı həmin torpaq sahəsinin digər qonşuları tərəfindən ona verilməsi və həmin torpaq sahəsinin ona məxsus olması ilə əlaqədar Suraxanı rayon Məhkəməsinə müraciət etmiş və İcra Hakimiyyətindən isə sözügedən 3 sot torpaq sahəsinin İddiaçı verilməsi barədə sərəncam verilmişdir. Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi. 54 saylı binanın qarşısındakı bağ sahəsi 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün qardaşı İddiaçı adna sənədləşdirilmişdir.Halbuki, həmin torpaq sahəsi atalarinin istifadəsində olmuş və atalarından hər ikisinə qalmışdır. Buna görə də aralarında mübahisə yaranmış, digər qardaş və bacılarımız da şikayət etmişdir. Yaranan mübahisənin qarşısını almaq məqsədilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998ci il tarixli 2064 saylı sərəncamı ləğv edilərək vətəndaş İddiaçı və X4 həmin sahədən bağ sahəsi kimi istifadə edilməsinə icazə verilmişdir. Həmin sərəncamda qeyd edilmişdir ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilsin. Vətəndaş İddiaçı və Vasif Quliyevə həmin sahədən bağ sahəsi kimi istifadə edilməsinə icazə verilsin. Bundan sonra Vahid özbaşına ona heç bir məlumat vermədən orada yerləşən qaraja elektrik sayğacı quraşdırmışdır. O, onun bu hərəkətinin qanunsuz olması səbəbindən qanunla müəyyən edilmiş qaydada həmin elektrik sayğacını sökdürmüş və qanunsuz hərəkətləri barədə müvafiq orqanlara şikayət etmişdir. 2009-cu ildə Quliyev X5 rayon İcra Hakimiyyətinə müraciət edərək Suraxanı rayon İcra Hakimiyyəti başçısı tərəfindən ləğv edilən 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamını təqdim etməklə sözügedən torpaq sahəsinə dair airıc aktı almışdır. Bundan sonra həmin torpaq sahəsinə Çıxarış almaq üçün Bakı şəhər Ərazi İdarəsinə müraciət etmişdir. İmtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə qərarına əsasən İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı binanın qarşısındakı 0.03 ha torpaq sahəsinə dair 11.03.201 7-ci il tarixli,seriya RX, № ******* nömrəli Çıxarışı almışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin № 2-l(82)-1271/2016 saylı, 07 aprel 2016-cı il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamına əsasən fərdi ev tikmək üçün ayrılmış, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 saylı binanın qarşısında yerləşən 300 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1529/2016 saylı, 24 avqust 2016cı il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin № 2-1(82)- 1271/2016 saylı, 07 aprel 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 28 dekabr 2016-cı il tarixli, 2-l(102)-2097/2016 saylı qərarı ilə cavabdehin verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (103)-1529/2016 saylı, 24 avqust 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qardaşı İddiaçı 2016-cı ildə qüvvədən düşmüş 1998-ci il tarixli sərəncamı təqdim etməklə mübahisəli torpaq sahəsini öz adına» rəsmləşdirmiş və özəlləşdirmişdir. O, yuxarıda qeyd edilən məhkəmə qərarlarının maraqlarıma toxunduğu və qanunla qorunan hüquqularımı pozduğu üçün Bakı İnzibati Məhkəməsinə müraciət edərək inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmağını xahiş etmişdir.Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 23 dekabr 2021-ci il tarixli, 2-l(82)-1271/2016 saylı qərardadına əsasən “İddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair reyestrdən çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə icraata X1 üçüncü şəxs qismində cəlb edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin № 2- 1(82)-1271/2016 saylı, 07 aprel 2016-cı il tarixli qərarının ləğv edilməsi, hazırkı iş üzrə icraatın təzələnməsi” qərara alınmışdır. Həmin qərardaddan İddiaçı verdiyi apellyasiya şikayəti verilmədiyinə görə sənədləri geri qaytarılmışdır.Həmin məhkəmələrdən İddiaçı məlumatı olmuşdur. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciət edərək Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamın təsdiq edilmiş ksero surətini almışdır. Mübahisəli torpaq sahəsi Suraxanı RİH başçısının xx.xx.1993-cü il tarixli, 758 saylı sərəncamına əsasən ona verilmişdir. Suraxanı RİH başçısının xx.xx.1993-cü il tarixli, 758 saylı sərəncamında göstərilir ki, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 № -li evin, 8-ci mənzilində yaşayan vət. Vasif Ağayusif oğluna öz evinin qabaq hissəsində fərdi ev tikmək üçün 350.0 kv.m torpaq sahəsi ayrılsın. Lakin sonradan Suraxanı RİH başçısının xx.xx.1993-cü il tarixli, 1229 saylı sərəncamı ilə xx.xx.1993-cü il tarixli, 758 saylı sərəncam ləğv edilmişdir. Suraxanı RİH başçısının xx.xx.1993-cü il tarixli, 1229 saylı sərəncamında qeyd edilir ki, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 №-li evin, 8-ci mənzilinin sakini Vasif Ağayusif oğluna öz evinin qabaq hissəsində 350.0 kv.m ayrılmış torpaq sahəsində qeyri-qanuni tikiliş aparıldığına, digər tərəfin şikayət ərizəsinin və mübahisəli məsələ olduğunu nəzərə alaraq, sərəncam verirəm: Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 54 №-li evin qarşısında fərdi ev tikmək üçün 350.0 kv.m verilmiş torpaq sahəsi ləğv edilsin. Beləliklə, İddiaçı Suraxanı rayon İcra Hakimiyyət başçısının xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamının mövcudluğu barədə məlumatının olmaması inandırıcı deyildir. Məhkəmənin sorğusuna verilən cavabda Suraxanı rayon İcra Hakimiyyəti göstərir ki, İddiaçılə qardaşı Vasif Quliyev arasında yaranmış torpaq mübahisəsinin aradan qaldırılması məqsədilə Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamı ilə Suraxanı RİH-nin 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilmişdir. Ötən illərə dair o cümlədən, 1998-1999-cu illər də daxil olmaqla RİH-nin sənədləri AR Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. Məhkəmə digər bir sorğu ilə Suraxanı RİH-ə müraciət edərək İcra Hakimiyyətinin 18 aprel 2016-cı il tarixli Q-65-113 nömrəli və 5 mart 1999-cu il tarixli T-58 nömrəli məktublarının İddiaçı göndərilib-göndərilməməsi, göndərilmişdirsə göndərişi və adıçəkilən şəxsə çatmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Suraxanı RİH tərəfindən verilən cavabda göstərirlir ki, Suraxanı RİH-nin sənədlərinin 2016-cı il daxil olmaqla AR Dövlət Arxivinin Bakı Filialına verildiyindən və bu barədə RİH-də heç bir məlumat olmadığından, sorğunun cavablandırılması imkan xarixindədir. AR Dövlət Arxivinin Bakı Filialının cavabında isə göstərilir ki, Suraxanı RİH-nin arxiv fondu üzrə 1999-cu və 2016-cı illərə dair arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Məktublar, poçt sənədləri, çatdırma qəbzləri fərdi qaydada Dövlət Arxivinin Bakı Filialında saxlanılmır. Lakin məhkəmə qeyd edilənlərdən əsassız olaraq belə bir nəticəyə gəlmişdir ki, Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamı İddiaçı verilməmişdir. Məhkəmə tərəfindən Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamının ləğv olunması səbəbləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun əsaslandırılmamışdır.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətlərinə yazılı etiraz təqdim olunmamışdır.
c) Prosses iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs X7 və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətlərinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdirlər. Əlavə olaraq 3-cü şəxs və onun vəkili (nümayəndəsi) verilən suallara cavab olaraq bildirmişlər ki, iddiaçı hazırda ləğvini tələb etdiyi Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamından elə 1999-cu ildən məlumatlı olmuşdur. Hətta ən sonunda iddiaçının və nümayəndəsinin özlərinin də dedikləri kimi 2020-ci ilin oktyabr ayında Bakı İnzibati Məhkəməsinidə hakim M.Hacıbəyovanın sədrliyi ilə 2-1(112)-5804/2022 saylı işə baxılarkən də mübahisələndirdikləri Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamından məlumatlı olmuşlar.Belə ki, o, mübahisəli torpaq sahəsinə hazırkı iddiaçının mülkiyyət sənədlərinin ləğv olunması və həmin torpaq sahəsinin ½ hissəsinə özünün mülkiyyət hüququnun tanınmasını xahiş edərkən Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamına istinad etmiş və həmin sərəncam digər sənədlərlə bərabər iş materiallarına əlavə olunmuşdur.Daha sonra iddia tələbi düzgün verilmədiyi bildirilmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5804/2022 saylı qərardadı ilə (hakim M.Hacıbəyovanın sədrliyi ilə) iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsində sözügedən işə baxılarkən hazırkı İddiaçı 3-cü şəxs qismində məhkəmə icraatında iştirak etmiş və iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir.
23. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etmişdirlər.Əlavə olaraq iddiaçı və onun nümayəndəsi verilən suallara cavab olaraq bildirmişlər ki, hazırda ləğvini tələb etdikləri Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamından 2020-ci ilin oktyabr ayında Bakı İnzibati Məhkəməsinidə hakim M.Hacıbəyovanın sədrliyi ilə 2-1(112)- 5804/2022 saylı işə baxılarkən məlumatlı olmuşlar.Belə ki, üçüncü şəxs X7 mübahisəli torpaq sahəsinə onların mülkiyyət sənədlərinin ləğv olunması və həmin torpaq sahəsinin ½ hissəsinə özünün mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir.Həmin məhkəmə iclası zamanı bildirmişdirlər ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi. 54 saylı binanın qarşısındakı 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına sənədləşdirilsə də X7 şikayət etmiş və Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilmişdir.
24. İddiaçı nümayəndəsi X8 verilən suala cavabında onu da bildirmişdir ki, hazırda ləğvini tələb etdikləri Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamından və onun məzmunundan 2020-ci ilin oktyabr ayında xəbərdar olsalar da 3-cü şəxslə aralarında daha sonra başqa məhkəmə mübahisəsinə də Bakı İnzibati Məhkəməsinidə hakim M.Qarayevanın sədrliyi ilə baxılmış, sonra isə iddia ərizəsi geri qaytarılmışdır, ona görə də iddia müddəti ötürülməmişdir.
25. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
26. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
27. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
28. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
29. Maddə 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır.
30. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
31. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
32. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... ...
33. Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ...
34. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
37. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
38. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:
39. Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda;
40. Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə;
41. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
42. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
43. Apellyasiya şikayətlərində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
44. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir.
46. Lakin məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir, iddia qaldırarkən belə iddia növü üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.
47. Belə ki, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi işin hallarını iddia tələbinin mümkünlüyü baxımından qiymətləndirmədən qərar qəbul etmiş, bununla da işin hallarının araşdırılması prinsipini pozmuşdur.
48. Məhkəmə Kollegiyası qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır.
49. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
50. Hazırkı mübahisə üzrə İddiaçı və onun nümayəndəsi X8 məhkəmə Kollegiyasının iclasında verilən suallara cavab olaraq bildirmişlər ki, hazırda ləğvini tələb etdikləri Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamından 2020-ci ilin oktyabr ayında Bakı İnzibati Məhkəməsinidə hakim M.Hacıbəyovanın sədrliyi ilə 2-1(112)- 5804/2022 saylı işə baxılarkən məlumatlı olmuşlar.Belə ki, üçüncü şəxs X7 mübahisəli torpaq sahəsinə onların mülkiyyət sənədlərinin ləğv olunması və həmin torpaq sahəsinin ½ hissəsinə özünün mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir.Həmin məhkəmə iclası zamanı bildirmişdirlər ki, Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998ci il tarixli 2064 saylı sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi. 54 saylı binanın qarşısındakı 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı adına sənədləşdirilsə də X7 şikayət etmiş və Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 266 saylı sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 27 noyabr 1998-ci il tarixli 2064 saylı sərəncamı ləğv edilmişdir.
51. İddiaçı nümayəndəsi X8 verilən suala cavabında onu da bildirmişdir ki, hazırda ləğvini tələb etdikləri Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamından və onun məzmunundan 2020-ci ilin oktyabr ayında xəbərdar olsalar da 3-cü şəxslə aralarında daha sonra başqa məhkəmə mübahisəsinə də Bakı İnzibati Məhkəməsinidə hakim M.Qarayevanın sədrliyi ilə baxılmış, sonra isə iddia ərizəsi geri qaytarılmışdır, ona görə də iddia müddəti ötürülməmişdir. 52.Məhkəmə Kollegiyasının iclası audio-video çəkilişlə aparıldığından prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq digər proses iştirakçıları kimi İddiaçı və nümayəndəsi X6 yuxarıda qeyd edilən izahatları və kollegiyanın suallarına cavabları məhkəmə iclas protokolu ilə yanaşı CD diskə də köçürülərək iş materiallarına əlavə olunur.
53. Beləliklə, müəyyən olunur ki, iddiaçı hazırda mübahisələndirdiyi Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamından və onun məzmunundan ən azı 2020-ci ilin oktyabr ayında xəbərdar olsa da həmin sərəncamın ləğvinə dair mübahisələndirmə iddiası ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da İPM-in 38.1.-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.( Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 38.1.-ci maddəsi).
54. Nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
55. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
56. İşə baxan birinci instansiya məhkəməsi öz xidməti vəzifəsinə görə ilkin olaraq iddianın mümkünlük şərtlərini yoxlamaq üçün inzibati orqana və arxivə sorğular etməklə həmin sorğuların cavabına (bu qərarın 10-12-ci bəndləri) istinad etsə də, 3-cü şəxslərin iddia müddətinin ötürülməsi ilə bağlı dəlillərinə müvafiq araşdırma aparmaqla hüquqi qiymət verməmişdir. 57.Halbuki, göründüyü kimi, iddiaçı ilə 3-cü şəxs arasında uzun müddətli torpaq mübahisəsi olmaqla, bu mübahisə bir neçə dəfə məhkəmə müstəvisinə çıxarılmışdır.İddiaçı və nümayəndəsi X8 Məhkəmə Kollegiyasının təkrar olaraq verdiyi suala cavabında bildirmişdirlər ki, hazırda ləğvini tələb etdikləri Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamından və onun məzmunundan 2020-ci ilin oktyabr ayında xəbərdar olmuşlar.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır.
59. Yuxarıda adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
60. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
61. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
62. Göründüyü kimi, iddiaçı hazırda mübahisələndirdiyi Suraxanı RİH-nin xx.xx.1999-cu il tarixli 266 saylı sərəncamından və onun məzmunundan ən azı 2020-ci ilin oktyabr ayında xəbərdar olsa da həmin sərəncamın ləğvinə dair mübahisələndirmə iddiası ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət etmiş və bununla da İPM-in 38.1.-ci maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
63. Birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatlarını nəzərə almadan iddia tələbinə mahiyyət üzrə baxaraq qərar qəbul etmişdir.
64. Beləlikləi, məhkəmə Kollegiyası nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5500/2022 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır.
65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin və 3-cü şəxsin ayrılıqda verdikləri apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-5500/2022 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.