Məhkəmə qərarları › İş №2-1(103)-1357/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1357/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1357/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı «bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın və plan-ölçüsünün tərtib olunub verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7756/2023 saylı xx.xx.2023cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin 30 noyabr 2004-cü il tarixli 33675 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Noxvanı ərazisində icarəsinə verilmiş 0.12 ha torpaq sahəsi olan 1083 “ə” saylı bağ sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM m. 34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 X1 İnkişafı və İstismarı Birliyinin 30 novabr 2004-cü il tarixli, 33673 saylı müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində 0.12 hektar torpaq sahəsi olan 1083 "ə" bağ İddiaçı icarəsinə verilmişdir. Hüquqmüəyyənedici sənədlərin arxiv çıxarışları mövcuddur. Həmin vaxtdan hazıradək qevd edilən bağ sahəsi, mübahisəsiz olaraq onun faktiki sahiblik və istifadəsindədir. Torpaq sahələrinin eskiz layihələri idarənin əməkdaşları tərəfindən çəkilmişdir. İcarə müqaviləsi onun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas olduğundan, tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilərək bağ sahəsinə ünvanın verilməsi, həmin torpaq sahəsinə dair onun adına plan və ölçünün tərtib edilərək, hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsi xahiş edilmiş, lakin cavabdeh inzibati orqan bu vaxtadək ərizəsinə cavab verməmişdir…» Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «… İddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2023-cü il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmiş, hasarlanma və mərzçəkmə işlərinin aparılmamış, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin 197 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir və göstərilən torpaq sahəsinə X5 və X3 müraciətləri olmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya **********94 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu ünvanlanmışdır…» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7756/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 30 noyabr 2004-cü il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən ümumi sahəsi 0.12 ha olan 1083Ə saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddiaçının tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda göstərilənlərə uyğun şəkildə aşağıdakılarla əsaslandırılmışdır: «… Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmişdir. Əlavə olaraq, iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə X5 və X3 müraciətləri olmuşdur. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin 197 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin həqiqi yerləşməsi müəyyən edilməmiş, torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır…» Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər məhkəmə iclasında iştirak etməmiş, İPM-in 62-ci maddəsinə əsasən məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya qaydasında araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8.0 və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; …; İş materiallarına əsasən müəyyən olunur: -Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X2 Departamenti Bağlar Təsərrüfatının İnkişafi və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 30 noyabr 2004-cü il tarixli 33675 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində 0.12 ha torpaq sahəsi olan 1083Ə saylı bağ sahəsi İddiaçı istifadəsinə ayrılmışdır. Cavabdeh İdarə tərəfindən birinci instansiya məhkəməsinin sorğusu əsasında xx.xx.2023cü il tarixli məktubu ilə Bağlar Təsərrüfatı İdarəsinin arxiv materiallarından da görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi olan 1083 Ə saylı bağ sahəsinə dair icarə müqaviləsi və həmin müqavilənin bağlanmasına əsas olan iddiaçınınBağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış xx.xx.2004-cü il tarixli ərizəsi, bağ sahəsinin ona təhvil verilməsi barədə xx.xx.2004-cü il tarixli akt, iddiaçının ailə tərkibi haqqında Yasmal Rayon MKTB-nin xx.xx.2004-cü il tarixli arayışı, bağ sahəsinin sahə mühəndisi tərəfindən tərtibolunmuş planı-cizgisi, məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, mübahisəli bağ sahəsinin qanuni əsaslarla iddiaçının icarəsinə verildiyi keçmiş Bağlar Təsərüfatı İdarəsinin cavabdeh orqana təhvil verilmiş arxiv materiallarına əsasən öz təsdiqini tapır. Bu baxımdan cavabdehin apellyasiya şikayətində torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmadığının araşdırılmadığını mübahisələndirilən dəlillərinin formal xarakterli yazılmış olduğu aydın görünür. Apellyasiya şikayətinin iddiaçı tərəfindən göstərilən torpaq sahəsinə X5 və X3 müraciətləri olmasının mübahisələndirilməsinə gəldikdə, birincisi, iddiaçıya məxsus bağ sahəsi ilə üstüstə düşmədyi işin mübahiəsisz halıdır. İkincisi, artıq həmin şəxslərin iddiaçıya qarşı hər hansı bir iddiası yoxdur. Üçüncüsü, adıçəkilən şəxslərdən X3 məhkəmə qaydasında 1083f saylı öz bağ sahəsinə dair mülkiyyət hüqqunun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1103/2024 saylı xx.xx.2024-cü il tarixli xx.xx.2024-cü il tarixli qanuni qüvvəsini almış qərarı mövcuddur (Həmin qərardan cavabdeh tərəfindən kassasiya şikayəti verilməmiş, qanuni qüvvəsini almışdır. Qərar işə əlavə edilir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xəttlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin 197 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə gəldikdə, «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasən, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır.» Göründüyü kimi, torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Eyni zamanda, torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilmədiyinə və hasarlanma və mərzçəkmə işlərinin aparılmadığına gəldikdə isə həmin hallar iddiaçının hüquqlarını məhdudlaşdıra və qeydiyyatdan imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndi isə nəzərdə tutur ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh qeydiyyat orqanının vəzifəsidir. Cavabdeh tərəfindən isə Qanunun qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, iddiaçıya yardım istiqamətində tamamilə hərəkətsizlik nümaiş etdirmiş, inzibati icraat aparmaqla, iddiaçının xeyrinə olan halların araşdırılmasından çəkinmiş, «İnzibati icraat haqqında» Qanunun 24-cü maddəsinin tələblərinə müvafiq öz xidməti vəzifə borclarını yerinə yetirməmiş, beləliklə də mübahisəli bağ sahəsinin iddiaçının adına qeydə alınmasından yayınmaqla, iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə, iddianı təmin etməklə işdə olan sübutlarla müəyyən edilən hallara və maddi hüquq normalarına uyğun olan nəticəyə gəlmişdir. Bu baxımdan, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulduğunu və düzgün tətbiq edilmədiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7756/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7756/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar