Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1357/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 (sədrlik edən və məruzəçi), X7 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçının vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsi əsasında onun doğumu haqqında akt qeydinin soyadı: İsmayılova, adı: Rəfiqə, ata adı: Məmməd qızı, doğum tarixi: xx.xx.1961-ci il. doğum yeri: Ermənistan Respublikasının Kalinino rayonunun İlməzli kəndi: atasının tam adı: X11, atasının milliyyəti: azərbaycanlı; anasının tam adı: X14, anasının milliyyəti: azərbaycanlı qeyd edilməklə bərpa edilməsi vəzifəsinin və ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunun İlməzli kəndində anadan olmuşdur. Onun doğumu xx.xx.1961ci il tarixdə Kalinino rayonunun Lorplemsovxoz kənd soveti tərəfindən qeydiyyata alınmışdır və buna müvafiq olaraq o xx.xx.1961-ci il tarixdə 1-Z.J (3>K) seriyalı. 457581 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1969-cu ildə Ermənistan SSR Kalinino rayon İlməzli kənd orta məktəbinin birinci sinfinə getmişdir və 1978-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. Elə həmin ildə də, Gürcüstan SSR Bolnisi rayon 1 14 saylı orta texniki peşə məktəbinə daxil olaraq 1981 -ci ilə kimi orada təhsil almışdır və "kimyəvi və baktcrioloji analiz üçün laboratoriya köməkçisi" ixtisasına yiyələnmişdir. xx.xx.1979-cu il tarixdə Kalinino rayon İcraiyyə Komitəsinin Daxili İşlər Orqanı tərəfindən İV-SL (CJİ) seriyalı, 719670 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. xx.xx.1983-cü il tarixdə X8 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan onların dörd uşağı doğulub. 1988-ci ilin dekabr ayında azərbaycanlıların Ermənistandan deportasiyası zamanı əri qardaşı və qardaşının ailə üzvləri ilə birlikdə qaçqın kimi Azərbaycan Respublikasına gələrək Balakən rayonunun Kortala kəndində məskunlaşıblar. Uşaqları çox kiçik olduqları üçün o, onlarla birlikdə Azərbaycana gələ bilmədi, iki azyaşlı uşağı ilə birlikdə Gürcüstanın Marneuli rayonunda yaşayan bacısının evinə getdi. Belə razılaşdılar ki, əvvəl əri gəlib Azərbaycanda yaşamaqları üçün yer müəyyən etsin, sonra o uşaqları ilə birlikdə Azərbaycana gələr. Təxminən 1989-cu ilin aprel ayının sonlarında o qaçqın kimi Azərbaycana gəldi və əri, iki uşağım və qaynının ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanına köçüb orada yaşadılar. 1989-cu ilin sentyabr ayında ailə üzvləri ilə birlikdə işləmək məqsədilə Ukrayna Respublikasına getdilər və 1996-cı ilə kimi orada yaşadılar. Ukraynada yaşadıqları müddətdə onlar Azərbaycana da gəlib-gedirdilər. xx.xx.1996-cı il tarixdə onlar Ukraynadan Azərbaycana qayıtdılar, həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşayırlar. Azərbaycana qayıtdıqdan sonra 2008-ci ilə kimi onlar ünvan 4 ünvanında yaşadılar. 2008-ci ildə həmin mənzil satıldığı üçün onlar oradan çıxaraq ünvan 5 ünvanına köçdülər. Bir müddət sonra isə Bakı şəhəri, Sabunçu rayonu. Ramana qəsəbəsi. Südçülük sovxozu ərazisində ev tikərək oraya köçdülər, hazırda həmin ünvanda yaşayırlar. X2 1919cu ildə Ermənistanın Kalinino rayonunda anadan olub. O, Ermənistan SSR-nin vətəndaşı olub. 1988-ci ildə Ermənistan SSR-dən gələrək Azərbaycan SSR-nin ərazisində qaçqın kimi məskunlaşıb, o, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat edib. X10 1926-cı ildə Ermənistan SSR-nin Kalinino rayonunda anadan olub. O. əvəllər Ermənistan SSR-nin vətəndaşı olub. 1988-ci ildə Ermənistan SSR-dən gələrək Azərbaycan SSR-nin ərazisində qaçqın kimi məskunlaşıb, lakin qaçqın kimi qeydiyyata alınmaq məqsədilə aidiyyəti orqana müraciət etmədiyi üçün qaçqın kimi məskunlaşmağına dair hər hansı bir sənədi olmayıb, sonradan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlə də təmin edilməyib. O. xx.xx.2010-cıı il tarixdə Bakı şəhərində vəfat edib. Anası vəfat edərkən SSRİ nümunəli pasporta malik idi. X3 xx.xx.1960-cı il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunda anadan olub. O. Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 7 ünvanında yaşayır. “Shalset Group" MMC-də "kafel - metlax üzləyicisi" vəzifəsində çalışır. X6 xx.xx.1984-cü il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olub. Qızı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 8 ünvanında yaşayır, 187 nömrəli tam orta məktəbdə “ingilis dili" müəllimi vəzifəsində çalışır. X1 xx.xx.1987-ci il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunda anadan olub. Qızı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 9 ünvanında yaşayır, işləmir. X23 Fəhradovna xx.xx.1990-cı il tarixdə Ukrayna SSRnin Voroşilovqrad (indiki Luqansk) vilayətinin Starobilsk rayonunun Kalmıkovka kəndində anadan olub. Qızı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonu. Meysəri kəndində yaşayır, o. Meysəri kənd orta məktəbində "azərbaycan dili və ədəbiyyat müəllimi" vəzifəsində çalışır. X24 Fəhradoviç xx.xx.1995-ci il tarixdə Ukrayna Respublikasının Luqansk vilayətinin Starobilsk rayonunun Kalmıkovka kəndində anadan olub. Oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 7 ünvanında yaşayır. Qeyd etmək istəyir ki, Ermənistan SSR-dən Azərbaycana qaçqın kimi gəlmiş ailə üzvlərimin hamısı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlə təmin edilsələr də, o bu vaxta qədər Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlə təmin edilməmişdir. Hazırda onun 62 yaşı var. lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Bu səbəbdən də o BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşsızlıq halında olan şəxs kimi himayəyə götürülmüşdür. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. Mənim şəxsiyyət vəsiqəsi ilə təmin edilməyim üçün doğumum haqqında akt qeydi barədə məlumatların Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi lazımdır. Lakin yuxarıda da qeyd etdiyi kimi doğum haqqında şəhadətnamə ilə Ermənistanda təmin edildiyi üçün onun Azərbaycanda doğumu haqqında akt qeydi mövcud deyil, ona görə də həmin məlumatların Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi mümkün deyil. Bu səbəbdən də onun doğumu haqqında akt qeydinin Azərbaycanda bərpa edilməsi zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə oxşarlıq təşkil edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və doğum haqqında şəhadətnaməsi əsasında onun doğumu haqqında akt qeydinin soyadı: İsmayılova, adı: Rəfiqə, ata adı: Məmməd qızı, doğum tarixi: xx.xx.1961ci il. doğum yeri: Ermənistan Respublikasının Kalinino rayonunun İlməzli kəndi: atasının tam adı: X11, atasının milliyyəti: azərbaycanlı; anasının tam adı: X14, anasının milliyyəti: azərbaycanlı qeyd edilməklə bərpa edilməsi vəzifəsinin və ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında ona doğum haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Sabunçu Rayon Qeydiyyat Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024- cü il tarixli 3-16-5/8-15-653/24 məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara əsasən siz şəxsiyyətinizi təsdiq edən sənədi də təqdim etməlisiniz. Araşdırma zamanı məlum olmuşdur ki, şəxsiyyətinizi təsdiq edən sənədiniz yoxdur. Şəxsiyyətinizi təsdiq edən sənədiniz olmadığı üçün ərizənizin təmin edilməsindən imtina edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X4, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X4 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X4 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X4 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. İş materiallarına əlavə edilmiş Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycandakı nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 9xx-xx- 00061nömrəli himayə sənədindən görünür ki, İddiaçı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının himayəsindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-37/2-İ-4897xx-xx-6857/2024 nömrəli arayışında qeyd edilmişdir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 5 dekabr 1961-ci il təvəllüdlü Rafiqa İsmailova (himayə sənədi N° ***-*******3) Dövlət Miqrasiya Xidməti tərəfindən 24 iyun 2024-cü il tarixindən 30 iyun 2025-ci il tarixinədək Bakı şəhəri, ünvan 11 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq X4 Arxivinin xx.xx.2024-cü il tarixli, 3-16-5/4- 13-9987/2024 nömrəli məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlara baxış keçirilərkən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı doğumunun qeydə alınmasına dair məlumat aşkarlanmamışdır. Məsələ ilə əlaqədar məhkəmə ilə əlaqə saxlanılarkən adıçəkilən şəxsin Ermənistan Respublikasında doğulduğu məlum olmuşdur. Bildiririk ki, Ermənistan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydləri X4 arxivində saxlanılmadığından müraciətinizin təmin edilməsi mümkün deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, məhkəmə həmin nəticəyə gələrkən iddiaçının ümumiyyətlə doğum akt qeydinin olmamasına əsaslanmış və buna görə də onun bərpasının da tələb edilməsini mümkünsüz hesab edərək, doğum faktının müəyyən olunması qənaətinə gəlmişdir. Doğum faktının müəyyən olunması ilə bağlı mübahisəyə isə hüquqi əhəmiyyətli fakt kimi mülki icraat qaydasında baxılmalı olduğunu nəzərə alaraq iddianı mümkünsüz etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi aşağıda qeyd edilən əsaslara görə düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “X4 dövlət qeydiyyatı Qaydaları”nın 9.7-ci bəndində nəzərdə tutulmuş “Şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı məhz Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırki mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 9xx-xx-00061 nömrəli himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-37/2-İ-4897xx-xx-6857/2024 nömrəli arayışında qeyd edilmişdir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 5 dekabr 1961-ci il təvəllüdlü Rafiqa İsmailova (himayə sənədi N° ***-*******3) Dövlət Miqrasiya Xidməti tərəfindən 24 iyun 2024-cü il tarixindən 30 iyun 2025-ci il tarixinədək Bakı şəhəri, ünvan 11 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Məhkəmə qeyd edir ki, oxşar mövqe yuxarı instansiya məhkəmələrinin qərarında da, (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1006/2019 saylı) ifadə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1. X4 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X4 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. X4 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X4 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X4 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. X4 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1-ci bəndinə əsasən xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. 16-3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına məlumat göndərilməsi ilə bağlı münasibətləri tənzimləyərkən Ermənistan Respublikasını istisna etmişdir. Həmçinin, iş materiallarına əsasən iddiaçının vətəndaşlıq vəziyyəti akt qeydinin xarici ölkədə aparıldığı və onun mövcudluğu barədə məlumatın məlum səbəblərə görə əldə etməyin mümkün olmadığı müəyyən olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (2.2-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (bənd 11). İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (bənd 12). «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 17-ci bəndinə əsasən reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd edilənlərə əsasən, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2024-cü il tarixli, 9xx-xx-00061 nömrəli himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edildiyindən, qanunvericilik vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına məlumat göndərilməsi ilə bağlı münasibətləri tənzimləyərkən Ermənistan Respublikasını istisna etdiyindən, hazırki halda iddiaçının vətəndaşlıq vəziyyəti akt qeydinin mövcudluğu barədə məlumatı məlum səbəblərə görə əldə etmək mümkün olmadığından apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13721/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(103)-1357/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1357/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver