Məhkəmə qərarları › İş №2-1(103)-1359/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1359/2021

03.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1359/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin Cavabdeh Badamdar Bələdiyyəsinə qarşı “cavabdeh inzibati orqanın qərarlarının etibarsız hesab olunması və həmin qərarların hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X29 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X26-Yusiflinin katibliyi, İddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh Badamdar Bələdiyyəsinə qarşı “cavabdeh inzibati orqanın qərarlarının etibarsız hesab olunması, həmin qərarların hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 407/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Bakı şəhər İcra Hakimiyyəti cavabdeh Badamdar Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Badamdar X1, X28 və X14 “Torpaq sahələrinin ayrılmasına (əslində satılmasına)” dair 022, 023, və 024 saylı 22.04.2005-ci il tarixli qərarlarının və həmin torpaq sahələrinin sonradan X12 mülkiyyətinə verilməsi barədə 226, 227, və 228 saylı 26.12.2006-cı il tarixli qərarlarının etibarsız hesab edilməklə, həmin qərarların hüquqi nəticələrinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Cavabdeh 024 saylı 22.04.2005ci il tarixli qərarı ilə Badamdar qəsəbəsi, 2-ci y/m-də 600 kv.m. torpaq sahəsi X14 ayrılmışdır. X2 ərizəsi nəzərə alınaraq qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin 228 saylı 26.12.2006-cı il tarixli qərarı ilə X12 adına rəsmiləşdirilmişdir. Badamdar Bələdiyyəsinin 023 saylı 22.04.2005-ci il tarixli qərarı ilə Badamdar qəsəbəsi, 2-ci y/m-də 600 kv.m. torpaq sahəsi X28 ayrılmışdır. X3 ərizəsi əsasında qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin 227 saylı 26.12.2006-cı il tarixli qərarı ilə X12 adına rəsmiləşdirilmişdir. Badamdar Bələdiyyəsinin 022 saylı 22.04.2005-ci il tarixli qərarı ilə Badamdar qəsəbəsi, 2-ci y/m-də 600 kv.m. torpaq sahəsi X11 ayrılmışdır. X8 ərizəsi ilə qeyd edilən torpaq sahəsi Badamdar Bələdiyyəsinin 226 saylı 26.12.2006-cı il tarixli qərarı ilə X12 adına rəsmiləşdirilmişdir. Bununla yanaşı Səbail rayon İcra Hakimiyyəti Başçısının 2005 saylı 28.06.1994-cü il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi, 1-ci massivində 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X6, 1200 saylı 13.08.1999-cu il tarixli sərəncamı ilə hər birinə 600 kv.m. olmaqla X30 və X15 torpaq sahələri ayrılmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, həmin torpaq sahələri ilə Badamdar Bələdiyyəsinin ayırmış olduğu torpaq sahələri üst-üstə düşür. Həmin mübahisəyə məhkəmə qaydasında baxılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.12.2018-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. Ali Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsi ayrılmış şəxslərin həmin Bələdiyyə qərarlarını mübahisələndirmək üçün subyektiv hüquqları yoxdur. Ali Məhkəmənin qərarından vətəndaşlar tərəfindən Konstitusiya Məhkəməsinə şikayət edilmiş və Konstitusiya Məhkəməsi 22.07.2019-cu il tarixli qərardadı ilə şikayəti icraata qəbul etməkdən imtina etmişdir. Həmçinin məhkəmə kollegiyası qərardadında qeyd etmişdir ki, Bələdiyyənin həmin torpaq sahələrinin istifadəyə verilməsinin əsaslılığının yoxlanılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilə bilər. Mübahisə olunan torpaq sahələrinin Badamdar Bələdiyəsinin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir fakt mövcud deyildir. Bakı şəhər Badamdar Bələdiyyəsinin 044 saylı 04 aprel 2019-cu il tarixli məktubundan görünür ki, Bələdiyyənin arxiv materialları araşdırılarkən Badamdar Bələdiyyəsinin 26.12.2006-cı il tarixli X16, X11 və X28 məxsus ərazilər və X17 məxsus Bələdiyyə qərarları və onların tərkib hissəsi olan eskiz, alqı-satqı aktları aşkar edilməmişdir. Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində heç bir yerdə qeydiyyatı aparılmayan 26.02.2006-cı il tarixli X16, X11 və X28 verilmiş bələdiyyə qərarları və ya onların ərizəsi əsasında X12 adına verilmiş 26.02.2006-cı il tarixli qərarlarda göstərilən ərazilər ümumiyyətlə Badamdar Bələdiyyəsinin mülkiyyətində olmayan torpaqlara aiddir. Göründüyü kimi, Badamdar Bələdiyyəsinin 022, 023, 024 saylı 22.04.2005-ci il tarixli qərarları ilə X11, X28 və X16 ayrılmış və sonradan Badamdar Bələdiyyəsinin 226, 227 və 228 saylı 26.12.2006-cı il tarixli qərarları ilə X12 adına rəsmiləşdirilmiş torpaq sahələrinin Badamdar Bələdiyyəsinə hər hansı bir aidiyyəti olmamış, hərmin torpaq sahələri dövlət mülkiyyətində olmuş və sonuncunun iradəsi əleyhinə, qanunsuz olaraq onun mülkiyyətindən çıxarılmışdır. Badamdar Bələdiyyəsi ərazisində olan, lakin bələdiyyə mülkiyyətinə aidiyyəti olmayan əmlak barəsində qanunsuz, əsassız və səlahiyyət həddini aşmaqla qərar vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(103)-723/2020 saylı 18 mart 2020-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və mübahisənin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair müvafiq məhkəmə qərarının qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1303/2020 saylı 02 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı İnzibati Məhkəməsinin 2-1(103)-723/2020 saylı 18 mart 2020-ci il tarixli qərardadın ləğv edilərək, işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(103)-723/2020 saylı 03 noyabr 2020-ci il tarixli qərardadı ilə X19, X31, X21 və X22 iş üzrə 3-cü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. 11 fevral 2021-ci il tarixdə X9, X23 və X33 vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə 3-cü şəxs qismində işə cəlb edilmələrini xahiş etmişlər. Lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2021 saylı 11 fevral 2021ci il tarixli qərardadı ilə vəsatətin təmin edilməməsi qərara alınmışdır. Eyni zamanda məhkəmənin 2-1(112)-407/2021 saylı 11 fevral 2021ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. “İddianın mümkün sayılmaması” barədə qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsi və mübahisənin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasına dair müvafiq məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Hər iki qərardaddan narazı qalan X9 və X24 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadlarının ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1359/2021 saylı 03 may 2021-ci il tarixli qərardadı ilə 11 fevral 2021-ci il tarixli qərardadlardan verilmiş apellyasiya şikayətinin X6 münasibətdə mümkün sayılması, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadlarından verilmiş apellyasiya şikayətinin X18 münasibətdə qeyri-mümkün hesab edilməsi və onun qəbulundan imtina edilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı X4 18 mart 2021-ci il tarixdə vəfat etdiyi müəyyən edildiyindən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1359/2021 saylı 19 may 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2021 saylı 11 fevral 2021-ci il tarixli “3-cü şəxs kimi işə cəlb edilmə barədə vəsatətin təmin olunmaması” barədə qərardadın X6 münasibətdə ləğv edilməsi və onun 3-cü şəxs kimi işə cəlb edilməsi ilə bağlı verdiyi vəsatət üzrə icraata xitam verilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdi ki, Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin 648 saylı 6 iyun 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.4-cü bəndində təsbit olunmuşdur ki, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Qanuna uyğun olaraq istifadəyə və icarəyə vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətindədir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X25 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə digər şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Badamdar Bələdiyyəsinin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Əvvəla qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı 2-1(112)-407/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardaddan apellyasiya şikayəti verən X4 18 mart 2021-ci il tarixdə vəfat etdiyi müəyyən edildiyindən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1359/2021 saylı 19 may 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2021 saylı 11 fevral 2021-ci il tarixli “3-cü şəxs kimi işə cəlb edilmə barədə vəsatətin təmin olunmaması” barədə qərardadın X6 münasibətdə ləğv edilməsi və onun 3-cü şəxs kimi işə cəlb edilməsi ilə bağlı verdiyi vəsatət üzrə icraata xitam verilməsi qərara alınmışdır. Odur ki, apellyasiya instansiya məhkəməsində işə baxılmasının hədləri “iddianın mümkün sayılmaması” barədə 2-1(112)-407/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadın qanuniliyi və əsaslılığının iddiaçının apellyasiya şikayətinə əsasən ona münasibətdə yoxlanılması ilə müəyyən edilir. İddiaçının apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə iddiaçı Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh Badamdar Bələdiyyəsinə qarşı tələbi “cavabdeh inzibati orqan Bakı şəhər Badamdar X1, X28 və X14 “Torpaq sahələrinin ayrılmasına (əslində satılmasına)” dair 022, 023, və 024 saylı 22.04.2005-ci il tarixli qərarlarının və həmin torpaq sahələrinin sonradan X12 mülkiyyətinə verilməsi barədə 226, 227 və 228 saylı 26.12.2006cı il tarixli qərarlarının etibarsız hesab edilməklə, həmin qərarların hüquqi nəticələrinin ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə ”yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyəti başçısının dövlət mülkiyyətində olması iddia olunan torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnun olmamasına və iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması üçün subyektiv hüquqa malik olmamasına əsaslanaraq iddianın mümkün sayılmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qeyrimümkün saymaqla bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərti olan iddia qaldırmaq səlahiyyətinin də mövcud olub-olmadığı yoxlanılmalıdır. Başqa sözlə, iddiaçı öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq şəxsə dövlətin onun qanunla qorunan azadlıq sferasına müdaxilə etməkdən çəkinməyi və belə bir müdaxilənin aradan qaldırılmasını tələb etmək hüququ verir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırki işdə iddiaçı tərəfindən müvafiq iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcud olmadığı müəyyən olunur. İddiaçı belə hüququn ona məxsus olduğunu Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16.4-cü bəndi ilə əsaslandırsa da, həmin bənddə yerli icra hakimiyyəti başçısının dövlətin mülkiyyətində olan torpaq sahəsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququna malik olduğu göstərilməmişdir. Belə ki, sözügedən Əsasnamənin 4.16.4-cü bəndinin tələbinə görə müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətinə aid edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 516 nömrəli 4 may 2015ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X5 Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin 3.0.8-ci bəndində dövlət və özəlləşdirilən müəssisələrə məxsus torpaq sahələrinin zəbt olunması və qanunazidd formada istifadə olunması hallarının qarşısını almaq üçün tədbirlər görmək, bu məqsədlə aidiyyəti orqanlara məlumat vermək, o cümlədən məhkəmə qarşısında iddia qaldırmaq Agentliyin fəaliyyət istiqamətinə uyğun olaraq vəzifələrindən biri kimi müəyyən edilmişdir. Odur ki, iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcud olmadığını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi onun iddiasını qeyri-mümkün hesab etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-407/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar