Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1359/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4811/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 22.08.2020-ci il tarixdən (25 il ümumi, 12 il 6 ay güzəştli iş stajnın tamam olduğu vaxtdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. 13.04.1982-ci ildən hal-hazıradək əmək fəaliyyətindədir. 01.08.2003-cü il tarixdən 23.05.2011-ci il tarixədək X4 LLC firmasında konstruksiya (polad) quraşdırıcı vəzifəsi və 06.08.2018-ci il tarixdən hal-hazıradək “Azərbaycan X7” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda işlədiyi gəmi gövdə quraşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. 22.08.2020-ci il tarixədək 32 ildən çox ümumi və 12 il 6 ay güzəştli iş stajı vardır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, güzəştli işstajının 12 il 6 aydan az olduğuna istinad edilərək imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab etdiyi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 12, 26, 38, 60, 71-ci, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 9.1, 30-cu maddələrinə, Azərbaycan Respublikası DSMF-nin Kollegiyasının 17 saylı, 21.11.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi barədə Qərarının 2.1.6, 2.1.7, 2.1.8-ci bəndlərinə istinad edilmişdir. İddia tələbini təsdiq etmək məqsədilə əmək kitabçasının təsdiqlənmiş surəti, “X7” QSC tərəfindən verilmiş 22.05.2020-ci, 17.09.2020-ci, 01.03.2021-ci il tarixli, “X4” CSC tərəfindən verilmiş 13.03.2017-ci il tarixli arayışlar və şəxsiyyət vəsiqəsinin surətləri, cavabdehin imtina məktubları təqdim edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının iddia ərizəsində 12 il 6 ay güzəştli iş stajının 22.08.2020-ci il tarixdə tamamlanmasını qeyd etməklə səhvə yol verdiyini, əslində güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun 11.08.2020-ci ildə yarandığını bildirərək, məhkəmədən iddiaçıya 11.08.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdeh etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi “Azərbaycan X7” QSC tərəfindən tərtib edilmiş 22.05.2020-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 06.08.2018-ci il tarixdən hal-hazıradək həmin müəssisədə Gövdə sahəsində gövdə quraşdırıcısı vəzifəsində işləyir, qeyd edilən vəzifə Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının bölmə Xİ, 11/6 bəndinə əsasən təmirçi gəmi gövdəçiləri bəndinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 11-ci (Metal emah) bölməsinə baxdıqda müəyyən edilir ki, orada ancaq Gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələri nəzərdə tutulmuş, iddiaçının əmək kitabçası və adım qeyd etdiyi arayışda istinad edilən gəmi gövdə quraşdırıcısı vəzifələr güzəştli pensiya hüququ verən peşələr kimi qeyd edilməmişdir. Yuxarıda qeyd edilən arayışda, işəgötürən əsassız olaraq, iddiaçının işlədiyi gəmi gövdə quraşdırıcısı peşəsini, təmirçi gəmi gövdəçiləri peşəsi ilə eyniləşdirmişdir. Bu zaman işəgötürən, qeyd edilən peşələrin hansı səbəbdən və hansı normativ-hüquqi akta istinad edilərək uyğunluğunu izah etməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi “X4” CSC tərəfindən verilmiş 13.03.2017-ci il tarixli arayışa baxdıqda müəyyən edilir ki, iddiaçı 21.10.1999-19.05.2000-ci və 15.05.2002- 01.08.2002-ci illər ərzində metal konstruksiya (polad) quraşdırıcısı köməkçisi 01.08.2002- 16.05.2012-ci illər ərzində müxtəlif dövrlərdə həmin müəssisədə metal konstruksiya (polad) quraşdırıcısı peşəsində işləmişdir. İşəgötürən müəssisə öz arayışında həmin peşələrin güzəştli peşələr olmasını qeyd etməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na baxdıqda, iddiaçının işlədiyi qeyd edilən peşələrin də həmin siyahıda olmaması müəyyən edilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4811/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi “Azərbaycan X7” QSC tərəfindən tərtib edilmiş 22.05.2020-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 06.08.2018-ci ildən hal-hazıradək həmin müəssisədə Gövdə sahəsində gövdə quraşdırıcısı vəzifəsində işləyir, qeyd edilən vəzifə Nazirlər Kabinetinin 2007-ci il 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının bölmə Xİ, bölməbənd 11/6a-bəndinə əsasən təmirçi gəmi gövdəçiləri bəndinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11-ci ( Metal emalı) bölməsinə baxdıqda müəyyən edilir ki, orada ancaq Gəmi elektrik radio quraşdırıcıları, gəmi elektrik quraşdırıcıları vəzifələri nəzərdə tutulmuş, iddiaçının əmək kitabçası və adını qeyd etdiyim arayışda istinad edilən GƏMİ GÖVDƏ QURAŞDİRİCİSİ vəzifələr güzəştli pensiya hüququ verən peşələr kimi qeyd edilməmişdir. Yuxarıda qeyd edilən arayışda, işəgötürən əsassız olaraq, iddiaçının işlədiyi GƏMİ GÖVDƏ QURAŞDİRİCİSİ peşəsini, TƏMİRÇİ GƏMİ GÖVDƏÇİLƏRİ peşəsi ilə eyniləşdirmişdir. Bu zaman işəgötürən, qeyd edilən peşələrin hansı səbəbdən və hansı normativ-hüquqi akta istinad edilərək uyğunluğunu izah etməmişdir. Həmçinin iddiaçının təqdim etdiyi, “X4” CSC- tərəfindən verilmiş 13.03.2017-ci il tarixli arayışa baxdıqda müəyyən edilir ki, iddiaçı 21.10.1999-19.05.2000-ci il və 15.05.2002-01.08.2002-ci illər ərzində metal konstruksiya (polad) Quraşdırıcısı köməkçisi 01.08.2002-ci ildən 16.05.2012-ci illər ərzində, müxtəlif dövrərdə həmin müəssisədə Metal Konstruksiya (polad) Quraşdırıcısı peşəsində işləmişdir. İşəgötürən müəssisə öz arayışında həmin peşələrin güzəştli peşələr olmasını qeyd etməmişdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na baxdıqda, iddiaçının işlədiyi qeyd edilən peşələrin də həmin siyasında olmaması müəyyən edilir. AR Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz. Və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız İddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının Siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçının tələbi pensiya hüququnun yarandığı 11.08.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. İnzibati orqanın imtina, etiraz və apellyasiya şikayətindəki dəlillərin əsasını iddiaçının əmək kitabçasında qeyd edilən gəmi gövdə quraşdırıcısı vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda güzəştli pensiya hüququ verən peşələr kimi qeyd edilməməsi və “X4” CSC- tərəfindən verilmiş 13.03.2017-ci il tarixli arayışda iddiaçının 21.10.1999-19.05.2000-ci il və 15.05.2002- 01.08.2002-ci illər ərzində metal konstruksiya (polad) Quraşdırıcısı köməkçisi 01.08.2002ci ildən 16.05.2012-ci illər ərzində, müxtəlif dövrlərdə həmin müəssisədə Metal Konstruksiya (polad) Quraşdırıcısı peşəsində işləməsinin işəgötürən müəssisənin öz arayışında həmin peşələrin güzəştli peşələr olmasını qeyd etməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Sadalanan qanunvericilik müddəasının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 60 yaşı tamam olmalı; 2) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 3) ümumi iş stajı minimum 25 il olmalı; 4) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli. 11.08.2020-ci il tarixədək iddiaçının 60 yaşının tamam olması, ümumi iş stajının 25 ildən çox olması, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya çıxmağına imkan verməsi və 01.08.200215.08.2003-ci il, 09.03.2004- 05.09.2006-cı il, 21.08.2007-20.02.2009-cu il, 12.01.201012.05.2010-cu il, 18.04.2011- 23.05.2011-ci il, 04.05.2012-15.05.2017-ci il tarixləri arasındakı dövrlər üzrə güzəştli iş stajı 10 il 5 ay 25 gün olması hissəsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı güzəştli iş stajının 12 il 6 aydan az olması ilə bağlıdır. Belə ki, iddiaçının 06.08.2018-ci ildən bu günədək “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun Gəmi Tikintisi bölməsinin Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində çalışdığı dövrün güzəştli dövr kimi qəbul edilmir. Məhkəmə kollegiyası aşağıdakı sübutları nəzərdən keçirir: - İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə görə, iddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 13.04.1982-05.04.1983-cü illər ərzində “Bakı məişət kondisionerləri” zavodunda usta köməkçisi, usta, mühəndis vəzifələrində, 11.04.1983-25.02.1985-ci illər ərzində “Bakelektroavtomat” zavodunda mühəndis-konstruktor, 26.02.1985-28.11.1986-cı illərdə X2 İnstitutunda mühəndis, 21.11.1986-09.02.1990-cı illərdə həmin zavodda mühəndis, 12.02.1990-30.11.1993-cü illərdə “Bakelektroavtomat” zavodunda metal konstruksiya (polad) quraşdırıcısı köməkçisi, metal konstruksiya quraşdırıcısı, 26.04.1995- 27.04.1995-ci il ərzində Bakı Balıq Soyuducu Donanması İdarəsində mexanik, 10.09.1995-01.02.1998-ci illərdə 1 №-li rayonlararası İstehsalat Təmir Tikinti Trestində sürücü, 23.03.1999-07.06.1999-cu il ərzində “Star” taksi firmasında sürücü, 21.10.1999- 19.05.2000-ci il ərzində “X6” Ltd şirkətində mexanik köməkçisi, 15.05.2002-01.08.2002-ci illərdə həmin şirkətdə yarımixtisaslı quraşdırıcı, 01.08.2002-15.08.2003-cü, 09.03.2004- 05.09.2006-cı, 21.08.200720.02.2009-cu, 12.01.2010-12.05.2010-cu, 18.04.2011- 23.05.2011-ci, 16.05.2012-16.05.2017-ci il ərzində həmin şirkətdə metal konstruksiya quraşdırıcısı, 06.08.201820.11.2019-cu il ərzində “Azərbaycan X7” QSC “Zığ” Gəmi təmir və tikintisi zavodunun Gəmi tikintisi bölməsinin Gövdə qaynaq sahəsinin Gövdə quraşdırıcıları briqadasında 4-cü dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində işləmiş, 20.11.2019-cu ildən hal-hazıradək isə həmin bölmənin Gövdə qaynaq sahəsinin Gövdə quraşdırıcıları briqadasında 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində çalışır. - İşdə olan “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu tərəfindən verilmiş RN03/18 saylı, 01.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda Gəmi Tikintisi bölməsinin Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında 06.08.2018-ci ildən 4-cü, 20.11.2019-cu ildən isə 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində çalışır. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən bölmə Xİ, bənd - 11/6,a - bəndinə əsasən metal gəmi gövdələrinin yığıcıları bəndinə uyğundur. - Pensiya təyinatı alt sistemindən iddiaçıya aid məlumat üzrə çıxarışlardan aydın olur ki, 13.04.1983-cü ildən 01.07.2020-ci ilədək olan dövr üzrə iddiaçının ümumi sığorta stajı 30 il 2 ay 12 gün təşkil edir. İddiaçının sığorta haqqı üzrə ödənilməyən stajı yoxdur. İşin bu halı iddiaçının sosial sığorta stajının məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi əsası ilə qəbul edilməsindən imtina üçün əsasın olmadığını təsdiq edir. - İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 4 dəfə 07.07.2020-ci il tarixdə **********8 saylı, 26.10.2020-ci il tarixdə **********6 saylı, 21.01.2021-ci il tarixdə **********4 saylı və 09.02.2021-ci il tarixdə **********8 saylı məktublarla imtina cavabı verilmişdir. İmtinaların ümumi cəhəti güzəştli iş stajının 12 il 6 aydan az olduğuna istinad edilməsində təzahür etsə də, fərqləndirən cəhət ondan ibarətdir ki, 07.07.2020-ci il tarixdə **********8 saylı ilk imtinada iddiaçının cavabdehə təqdim etdiyi 18 aprel 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 21.10.1999-19.05.2000-ci və 15.05.2002-01.08.2002-ci il tarixləri arasındakı dövr ərzində “X6 MMC”də işlədiyiniz quraşdırıcı köməkçisi və yarımıxtisaslı quraşdırıcı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Sonrakı imtina məktublarının əsası kimi isə Mərkəzi Filiala təqdim edilən “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 17 sentyabr 2020-ci il tarixli 12M01/144 nömrəli arayışında işlədiyi gəmi gövdə quraşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Metal emalı bölməsində (11) nəzərdə tutulduğu qeyd olunmuşdur. Lakin sözügedən Siyahının həmin bölməsində işlədiyi gəmi gövdə quraşdırıcı peşəsi nəzərdə tutulmamışdır. Bu səbəbdən sizin güzəştli iş stajınız 12 il 6 aydan az, yəni 10 il 5 ay 25 gün təşkil edir. - Məhkəmənin sorğusuna cavab olaraq DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 04.11.2021-ci il tarixli **********7 saylı məktubla bildirilmişdir ki, iddiaçının Mərkəzi Filialına təqdim etdiyi 18 aprel 1982-ci il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasında və “X4 LLC” şirkətinin ona dair 13 mart 2017-ci il tarixli 3895 nömrəli arayışında qeyd edilən məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 10 il 5 ay 25 gün (01.08.2002- 15.08.2003-ci il, 09.03.2004-05.09.2006-cı il, 21.08.2007-20.02.2009-cu il, 12.01.2010- 12.05.2010-cu il, 18.04.2011-23.05.2011-ci il, 04.05.2012-15.05.2017-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq bildirilir ki, “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun 17 sentyabr 2020-ci il tarixli 12M01/144 nömrəli arayışında adıçəkilən şəxsin 06.08.2018-ci il tarixindən bu günədək Gəmi Tikintisi bölməsinin Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində çalışdığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndində (11.6) təmirçi gəmi gövdəçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Bu səbəbdən də həmin dövrün güzəştli iş stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Məhkəmənin sorğusuna cavab olaraq 08.06.2021-ci il tarixli RM02/02-364 saylı məktubla “Azərbaycan X7” X5 “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun fəhlələrinin 2018ci il üçün təsdiq edilmiş ştat cədvəlinə 7 № li dəyişikliyi və 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısının peşə təlimatını göndərilərək bildirilmişdir ki, İddiaçı verilmiş arayışda gəmi gövdə quraşdırıcısı peşəsi üzrə işləməsinə baxmayaraq, metal gəmi gövdələrinin yığıcısı bəndinə uyğun olduğu göstərilmişdir. Yuxarıda göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların Siyahısının bölmə Xİ, bölməbənd-11/6a- bəndinə əsasən metal gəmi gövdələrinin yığıcıları bəndinə uyğundur. - İş materiallarında olan “Azərbaycan X7” X5 “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunun fəhlələrinin 2018-ci il üçün təsdiq edilmiş ştat cədvəlinə 7 № li dəyişiklik və 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısının peşə təlimatından aydın olur ki, 5-ci dərəcə gəmi gövdə quraşdırıcısının peşəsi üzrə işin xüsusiyyətinə “stapeldə (tərsanədə ) gəminin orta hissəsi üçün iriqabaritli mürəkkəb əyriliyə malik, iki qurtaracağı üçün kiçik qabaritli mütəkkəb keçidlərə malik gövdə konstruksiyalarının nişanlanması, yığılması, quraşdıırıması və yoxlanılması. Stapel yığmada cihazlardan istifadə etməklə gövdə konstruksiyalarının nişanlanması, yoxlanılması və mürəkkəb əyriliyə malik səthlərdə hissələrin yerləşdirilməsi. Mürəkkəb keçidlərə malik iri qabaritli konstruksiyaların yığılması və quraşdırılması üçün istifadə olunan oturacaqların və şablonların yığılması, quraşdırılması və yoxlanılması. Tökmə konstruksiyalarının (ştevenlər, sükanın perosu, avar vallarının kronşteynləri) nişanlanması, yığılması, quraşdırılması və yoxlanılması. Gəmi gövdəsinin çöl örtüyünün nişanlanması, yığılması, quraşdırılması və yoxlanılması. Çöl örtüyünün mürəkkəb əyriliyə malik metal təbəqələrinin hazırlanması və yerinə qoyulması. Metal təbəqələrin yelkənvari şəkildə və dəyişən radiusiu əyriliyə malik profil prokatını soyuq və isti halda əymək, qalınlığı 6 mm-ə qədər olan poladdan hazırlanmış gövdə konstruksiyalarının əyriliyinin aradan qaldırılması. Gövdə konstruksiyalarının 2 Mpa-dan 4 Mpa ya qədər təyziqlə hidravlik sınaqdan keçirilməsi. Gəmi gövdəsinin yığılması zamanı briqadaya rəhbərlik etmək.” aiddir. Qeyd edilən peşə üzrə işçi “Gəminin orta hissəsi üçün iri qabaritli bölmələrin, hər iki qurtaracağı üçün mürəkkəb keçidli blok bölmələrinin optik cihazın köməyi ilə nişanlanması və yoxlanılmasını, stapeldə gəmi gövdəsinin yığılması zamanı nişanlanma və yoxlama işlərinin üsullarını, hidravlik sınağın qaydalarını və texniki şərtlərini, nəzarət ölçü cihazlarının quruluşunu, tökmə konstruksiyalarının nişanlanması, yığılması, quraşdırılması və yoxlanılmasının texnologiyasını, baş mexanizmlərin özüllərinin nişanlanması, yığılması, quraşdırılması və yoxlanılmasının texnologiyasını, gəmi gövdəsi üçün bölmələrin yığılmasının ardıcıllığını və texnologiyasını, nazik divarlı mürəkkəb konstruksiyalarda əyriliyin aradan qaldırılmasının metod və üsullarını, optik cihazlardan istifadə qaydalarını, xüsusi mürəkkəb həndəsi fiqurları, istənilən mürəkkəbliyə malik cizgilərin oxunmasını, yerinə yetirilən işlərin texnoloji və texniki sənədlərini, gəmi gövdəsinin konstruksiyasını” bilməlidir. Apellyasiya baxışında araşdırma zamanı məhkəmənin sorğularına cavab olaraq; - “Azərbaycan X7” X5 “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu tərəfindən məhkəməyə ünvanlanmış 10 mart 2022-ci il tarixli RM03/02-63 nömrəli məktubdan görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü, “Azərbaycan X7” Qapalı Səhmdar Cəmiyyəti “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda Gəmi Tikintisi bölməsinin Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı peşəsində çalışır. 06.08.2018-ci İl Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında 4-cü dərəcəli gəmi gövdə quraşdırıcısı (292/k saylı 06.08.2018-ci il tarixli əmr); 20.11.2019-cu il Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı (317/k saylı 20.11.2019-ci il tarixli əmr); Hal-hazıra kimi Gövdə sahəsinin gövdə quraşdırıcıları briqadasında 5-ci dərəcəli gəmi gövdə quraşdırıcısı. Yuxarıda göstərilən peşələr Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların siyahısına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının bölmə Xİ, bölməbənd -11/6,a - bəndinə əsasən metal gəmi gövdələrinin yığıcıları bəndinə uyğundur. -“Azərbaycan X7” X5 “Zığ” Gəmi Təmiri və Tikintisi zavodu tərəfindən məhkəməyə ünvanlanmış 18.04.2022-ci il tarixli RM03/02-177 nömrəli məktuba əlavə olaraq gəmi gövdə quraşdırıcı peşəsinin və metal gəmi gövdələri üzrə yığıcı peşəsinin peşə təlimatları göndərilmişdir. Yığıcı (metal gəmi gövdələri üzrə) 5-ci dərəcə işin xüsusiyyətləri- böyük ölçülü səthli, mürəkkəb əyrilikli seksiyaların, çoxyarüslü üst tikililərin blok-seksiyalarının, gəminin orta hissəsi üçün böyük ölçülü blok-seksiyaların və gəmi ətraflarının mürəkkəb haşiyəli, kiçik ölçülü həcmli seksiyalarının yığılması, nişanlanması, yoxlanması, konturlanması. Mail körpüdə, yaxud dokda gəmi gövdəsinin seksiyalardan ( səthli böyük ölçülü və mürəkkəb əyrilikli həcmli, kiçik ölçülü həcmli, mürəkkəb haşiyəli gəmi ətraflarının), gəmi gövdəsinin orta hissəsi-blok-seksiyalardan formalaşdırılması. Gövdə konstruksiyalarının mail körpüdə yığılması və optik cihazlar tətbiq edilməklə təmiri, həmçinin təchizat hissələrinin mürəkkəb əyrilikli konstruksiyalarda qurulması zamanınişanlanması, yoxlanması, konturlanması. Böyük ölçülü, mürəkkəb haşiyəli konstruksiyaların yığılması üçün yataqların, kondukor və qaytanlayıcıların quraşdırılması. Tökmə konstruksiyaların yığılması, nişanlanması, yoxlanması, konturlanması. Xarici üz örtüyü təbəqələrinin və dəstlərinin tökmə xarici konstruksiyalara görə quraşdırılması, təmiri, nişanlanması, yoxlanması, mərkəzə uyğunlaşdırılması,qovuşdurulması və sıxılması. Xarici örtüyün mürəkkəb əyrilikli təbəqələrinin sökjülməsi, təmiri, haılrlanmadsı vəqurulması. Gəmilərin təmiri zamanı yelpikvari təbəqələrin və dəyişən radiuslu əyriliyi olan profil poladın soyuq və isti vəziyyətdə əyilməsi. 6 mm-ə qədər qalınlığı olan poladvə qarışıqlardan olan mürəkkəb gövdə konstruksiyalarının istənilən üsulla düzəldilməsi. Gövdə kostruksiyalarının 2,0-dən çox olmaqla 4,0 Mpa-ya qədər hidravlik təzyiqlə və 0,05 Mpa-ya qədər və ).3-dən çox olmaqla 1,0 Mpa-ya qədər pnevmatik təzyiqli sınaqları və meydana çıxan çatışmazlıqların aradan qaldırılması. Gəmilərin seksiyalı və bloklu metodla qurulması zamanı briqadaya rəhbərlik. Məhkəmə kollegiyası qeyd edir ki, hər iki peşə təlimatlarından göründüyü kimi hər iki vəzifə üzrə işin xüsusiyyətləri, funksiyalar eyni olmuşdur. - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış 22 aprel 2022-ci il tarixli **********7 nömrəli məktubdan görünür ki, İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14506,39 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 37724,89 manat olmaqla cəmi pensiya kapitalı 52231,28 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq Bulduxan Cəfərovun 1 yanvar 2006-cı il tarixinədək olan 17 il 10 ay 3 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 14506,39 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 37724,89 manat pensiya kapitalı qeydə alınmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışda göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, gəmi gövdə quraşdırıcısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11.6-cı bəndinin “a”yarımbəndə göstərilmiş metal gəmi gövdələrinin yığıcıları peşəsinə uyğundur, həmin peşə üzrə iddiaçının 06.08.2018-ci ildən sonrakı dövr üzrə iş stajı da nəzərə alındıqda 11.08.2020-ci il tarixədək 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. İşin araşdırılmış hallarından göründüyü kimi, cavabdeh yalnız iddiaçının 06.08.2018ci il tarixdən halhazıradək “Azərbaycan X7” QSC-nin “Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda işlədiyi gəmi gövdə quraşdırıcı peşəsini Siyahıda nəzərdə tutulmadığı əsası ilə güzəştli iş stajı kimi qəbul etməmişdir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4811/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4811/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1359/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1359/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver