Məhkəmə qərarları › İş №2-1(103)-1359/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1359/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1359/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının qanuni təmsilçisi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-462/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 31 may 2020- ci il tarixli, **********411200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarının ləğv edilməsini tələb etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 31 may 2020-ci il tarixli, **********411200 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən İddiaçı kameral olaraq şəxsi hesab vərəqəsinə 2019-cu il üzrə mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral hesablanmış mənfəət vergisi əsassız olaraq hesablanmışdır. Həmin qərar qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçıya verilməmişdir. Elektron kargüzarlıq vasitəsi ilə məlumatlı olsalar da, qərar vergi orqanı tərəfindən rəsmi qaydada təqdim edilməmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi qəbul etdiyi həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, qərar ləğv olunmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixində 2019cu il vergi hesabatı dövrü üzrə mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı xx.xx.2020-ci il tarixində **********995400 saylı uyğunsuzluq məktubu göndərərək, zəruri sənədlərin təqdim edilməsinə zərurət yarandığını bildirmişdir. Sonra zəruri sənədlər vergi orqanına təqdim edilmiş və xx.xx.2020-ci il tarixində 2019-cu il vergi hesabatı dövrü üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı xx.xx.2020-ci il tarixində **********898000 saylı və xx.xx.2020-ci il tarixində **********893200 saylı uyğunsuzluq məktubları göndərərək, zəruri sənədlərin təqdim edilməsinə zərurət yarandığını bildirmişdir. Həmin məktublara cavab olaraq xx.xx.2020-ci il tarixində vergi orqanına bildirilib ki, 3 №-li əlavənin 301.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətirlərindəki 303.42 manat məbləğin haradan götürüldüyü aydın deyil, çünki belə bir bəyannamə təqdim edilməyib. Müəssisənin əsas fəaliyyəti əhəngin söndürülməsi, üyüdülməsi, kisələrə doldurularaq sifarişçiyə çatdırılmasıdır. Belə ki, alınmış əhəng xüsusi avadanlıqda əvvəlcə söndürülür, sonra digər avadanlıqda qurudulur və nəhayət dəyirmanda üyüdülür və kisələrə doldurulur. Yəni bu proses çox uzun və məsrəfli olduğuna görə də xeyli miqdarda mal-material itkisinə yol verilir. Vergi orqanının qeyd etdiyi sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərə isə Maliyyə Nazirliyinin 30 iyun 2017-ci il tarixli Q - 09 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların alış akt“ ma əsasən yanacaq, tikinti mallarının satış bazarından isə əhəng, kisə, qurutma avadanlığında istifadə üçün işlənmiş yağ və digər mallar alınmışdır. Göstərilənlərin nəzərə alınmasını vergi orqanından xahiş etmişik. Malmaterialların alışını təsdiq aktları vergi orqanına təqdim etmişik. Lakin vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə gəlirdən çıxılan xərclər müəyyən edilmiş və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 31 may 2020-ci il tarixli, **********411200 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında göstərilmişdir ki, bəyannamənin müvafiq sətirlərində qeyd olunan gəlirdən çıxılan xərclər sənədlərlə təsdiq edilməmişdir. Halbuki vergi orqanına ünvanladığım xx.xx.2020-ci il tarixli cavab məktubunda həmin təsdiqedici sənədləri qoşma kimi əlavə edib göndərmişəm. Bildirmək istəyirəm ki, hesablanan vergi məbləği vergi orqanı tərəfindən qanunsuz və əsassız hesablanmış və təqdim etdiyim sənədlər tam şəkildə araşdırılmamışdır. Qeyd olunan kənarlaşmalar vergi orqanına faktiki təqdim edilmiş sənədlərlə araşdırılmamış, kameral vergi yoxlamasının keçirilməsi barədə vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Bütün bunlara baxmayaraq 2019-cu il vergi dövrü üzrə mənfəət vergisi bəyannaməsinə kameral vergi yoxlaması keçirilməsi üçün tələb olunan sənədlər vergi orqanına təqdim edilmişdir. Vergi orqanı isə öz növbəsində mənbəyi bəlli olmayan məlumatlara əsasən hesablama aparmış və 2019-cu il vergi dövrü üzrə əsassız və qanunsuz olaraq əlavə mənfəət vergisi hesablamışdır. Yuxarıda göstərilən xx.xx.2020-ci il tarixli **********411200 saylı vergilərin hesablanması barədə qərarın ləğvi, 2019-cu il vergi dövrü üzrə mənfəət vergisi bəyannaməsinə kameral vergi yoxlamasının qanunvericilyin tələblərinə uyğun həyata keçirilməsi və şəxsi hesab vərəqəsinə düzəlişin edilməsi barədə Dövlət Vergi Xidmətinə bir çox şikayətlər ünvanlayıblar, lakin bu günədək heç bir tədbir görülməmişdir. Hesab edilir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 31 may 2020-ci il tarixli, **********411200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərarı qanunsuz çıxarılmış və vergilərin hesablanması barədə qərarla kameral olaraq hesablanmış 2019-cu il hesabat dövrü üzrə mənfəət vergisi əsassız olaraq hesablanmışdır. Vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyinə görə həmin qərar ləğv olunmalıdır. Daha sonra iddia tələbi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2020-ci il tarixli №**********845400 qərarın və xx.xx.2020-ci il tarixli №**********411200 qərarın ləğv edilməsi kimi dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı MKM cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli **********411200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək xx.xx.2020-ci il tarixli **********411200 saylı və xx.xx.2020-ci il tarixli **********845400 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. İlk öncə qeyd edilir ki, mübahisələndirilən 2019-cu ilin mənfəət vergisi bəyannaməsi ilə bağlı cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli **********411200 saylı qərar qəbul edildikdən sonra iddiaçı həmin vergi üzrə dəqiqləşdirilmiş bəyannamə təqdim etmişdir. Təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamə əsasında, cavabdeh tərəfindən yenidən kameral vergi yoxlaması keçirilmiş və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********845400 saylı qərar ilə cavabdehin xx.xx.2020-ci il tarixli **********411200 saylı qərarı ləğv edilmişdir. İddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə aparılan araşdırma zamanı uçot-baza məlumatlarına əsasən kassa metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri" (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri” (221.10- cu), “Rabitə xərcləri” (221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14- cü), “Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226- cı) , "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər” (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 135514.29 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 9058.40 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş e-qaimə-faktura və alış aktlarının məbləği (0.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (46664.72 manat) məbləği (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən ( 61057.41 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0.00 manat) çıxılması nəticəsində yaranan (61057.41 manat) məbləğin müqayisəsi nəticəsində 74456,88 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********764600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətlərdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar tam aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 14836,54 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********845400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Qeyd edilənlərə əsasən, həyata keçirilmiş kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə tam cavab vermişdir və yoxlama nəticəsində qəbul edilmiş qərarın ləğv edilməsi üçün hər hansı əsas yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-462/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarı (hakim: G.Sevdimalıyeva) ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli №**********845400 qərarı əlavə hesablanmış 963 manat vergi məbləği hissəsində ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Qərardan hər iki tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(112)-462/2022 saylı qərarının təmin edilməyən hissədə ləğv olunması, cavabdehin iddiaçı barəsində tərtib edilmiş “Vergilərin, sosialsığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli №**********845400 qərarının tam ləğv edilməsinə dair iddia tələbinin qalan hissəsində də təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində 2019-cu il vergi hesabatı dövrü üzrə mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı xx.xx.2020-ci il tarixində **********995400 saylı uyğunsuzluq məktubu göndərərək, zəruri sənədlərin təqdim edilməsinə zərurət yarandığını bildirmişdir. Sonra zəruri sənədlər vergi orqanına təqdim edilmiş və xx.xx.2020-ci il tarixində 2019-cu il vergi hesabatı dövrü üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilmişdir. Vergi orqanı xx.xx.2020-ci il tarixində **********898000 saylı və xx.xx.2020-ci il tarixində **********893200 saylı uyğunsuzluq məktubları göndərərək, zəruri sənədlərin təqdim edilməsinə zərurət yarandığını bildirmişdir. Həmin məktublara cavab olaraq xx.xx.2020-ci il tarixində vergi orqanına bildirilib ki, 3 №-li əlavənin 301.4-cü (ƏDV üzrə qeydiyyatı ləğv edilmə tarixinə olan mal qalığının məbləği) sətirlərindəki 303.42 manat məbləğin haradan götürüldüyü aydın deyil, çünki belə bir bəyannamə təqdim edilməyib. Müəssisənin əsas fəaliyyəti əhəngin söndürülməsi, üyüdülməsi, kisələrə doldurularaq sifarişçiyə çatdırılmasıdır. Belə ki, alınmış əhəng xüsusi avadanlıqda əvvəlcə söndürülür, sonra digər avadanlıqda qurudulur və nəhayət dəyirmanda üyüdülür və kisələrə doldurulur. Yəni bu proses çox uzun və məsrəfli olduğuna görə də xeyli miqdarda mal-material itkisinə yol verilir. Vergi orqanının qeyd etdiyi sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərə isə Maliyyə Nazirliyinin 30 iyun 2017-ci il tarixli Q - 09 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların alış akt“ ma əsasən yanacaq, tikinti mallarının satış bazarından isə əhəng, kisə, qurutma avadanlığında istifadə üçün işlənmiş yağ və digər mallar alınmışdır. Göstərilənlərin nəzərə alınmasını vergi orqanından xahiş etmişlər. Malmaterialların alışını təsdiq aktları vergi orqanına təqdim etmişlər. Lakin vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə gəlirdən çıxılan xərclər müəyyən edilmiş və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. 31 may 2020-ci il tarixli, **********411200 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında göstərilmişdir ki, bəyannamənin müvafiq sətirlərində qeyd olunan gəlirdən çıxılan xərclər sənədlərlə təsdiq edilməmişdir. Halbuki vergi orqanına ünvanladıqları xx.xx.2020-ci il tarixli cavab məktubunda həmin təsdiqedici sənədləri qoşma kimi əlavə edib göndərmişlər. Bildirmək istəyirlər ki, hesablanan vergi məbləği vergi orqanı tərəfindən qanunsuz və əsassız hesablanmış və təqdim etdiyi sənədlər tam şəkildə araşdırılmamışdır. Qeyd olunan kənarlaşmalar vergi orqanına faktiki təqdim edilmiş sənədlərlə araşdırılmamış, kameral vergi yoxlamasının keçirilməsi barədə vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Bütün bunlara baxmayaraq 2019-cu il vergi dövrü üzrə mənfəət vergisi bəyannaməsinə kameral vergi yoxlaması keçirilməsi üçün tələb olunan sənədlər vergi orqanına təqdim edilmişdir. Vergi orqanı isə öz növbəsində mənbəyi bəlli olmayan məlumatlara əsasən hesablama aparmış və 2019-cu il vergi dövrü üzrə əsassız və qanunsuz olaraq əlavə mənfəət vergisi hesablamışdır Ekspert qarşısında qoyulan suallar tam və hərtərəfli cavablandırılmamışdır. Bu iş materiallarından da görünür. Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən Şahmar” X5 tərəfindən aparılan əməliyyatlara görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********411200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə kameral vergi yoxlaması ilə 2019-cu il üzrə hesablanmış 14836,54 manat məbləğində mənfəət vergisinin dövlət büdcəsinə yayındırılmasımüəyyən edilir. Halbuki ekspertizanın necə və hansı üsullarla keçirilməsindən müəssisənin xəbəri olmamışdır. Yəni iştirakları təmin edilməmişdir. Belə ki, ekspert həmin məhsulların istehsal prosesini izləmədən necə müəyyən etmişdir ki, məhsulun istifadəyə yararlı hala gətirilməsi üçün və eyni zamanda həmin məhsulun satışını həyata keçirmək üçün vergi ödəyicisi nələrdən istifadə edir?! Ekspertiza da məhkəmə araşdırması kimi formal olaraq həyata keçirilmişdir. Məhkəmə qərarında göstərilmişdir ki, “Məhkəmə təqdim edilmiş alış aktlarını nəzərdən keçirərək müəyyən edir ki, alınmış malların tərkibi benzin, dizel yanacağı, işlənmiş yağ, kisə, söndürülmüş əhəngdir. Qeyd edilən mallardan işlənmiş yağ utilizasiya məqsədlərinə xidmət etməklə, vergi ödəyicisi olmayan şəxslərdən əldə olunması mümkün və ağlabatandır, iddiaçının fəaliyyət göstərdiyi sahəyə uyğun (qurutma avadanlığında istifadə üçün) olduğundan həmin malın dəyəri olaraq cəmi 5722,8 manat xərcin gəlirdən çıxılan xərcə aid edilməsi qəbul edilməlidir. İş üzrə verilmiş ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, həmin rəy digər sübutlarla yanaşı qiymətləndirilməklə müəyyən olunur ki, rəydə sənədlərlə təsdiqlənməyə xərclərin məbləği 75090,5 manat müəyyən edilmiş, lakin işlənmiş yağın vergi ödəyicisi olmayan şəxslərdən alınmasının mümkünlüyünə qiymət verilməmişdir”. Belə çıxır ki, əhəngin söndürülməsi üçün yalnız işlənmiş yağ istifadə olunur? Bəs əhəngin söndürülməsi üçün dəzgah nə ilə işləyir, həmin əhəng necə satışa çıxarılır?! Hər bir halda kisələrdə satılan hazır əhəng məhsulunu mağazaya kisələrdə gətirmək lazımdır. Ona görə də məhkəmənin bu mövqeyi ilə razı deyillər. Təqdim edilmiş alış aktların bir hissəsini qəbul edib, digər hissəsini qəbul etməməsi isə anlaşılan deyildir. Bununla əlaqədar məhkəmə kollegiyasının nəzərinə çatdırırlar ki, hazırki inzibati mübahisənin əsasını vergi ödəyicisi tərəfindən malların alışına dair rəsmi sənəd təqdim edilməməsi göstərilir. Onlar isə həmin sənədləri sübut qismində məhkəməyə təqdim etmişlər. Əgər məhkəmə də vergi orqanı kimi tərtib olunmuş sənədlərə formal olaraq baxacaqdısa, onda məhkəmənin vergi orqanından fərqi nə idi ki? Halbuki məhkəmə həmin formal sənədlərin düzgünlüyünü müəyyən etməli, tərəflərin faktiki qeyd etdiyi sübutlar əsasında mühakimə apararaq, həqiqətin müəyyən edilməsinə nail olmalıdır. Cavabdeh apellyasiya şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-462/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası”-nın 2019-cu ildə qüvvədə olan redaksiyasının 3.2-ci bəndinə əsasən istehsal ehtiyatları vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” tərtib edilir. “İstehsal ehtiyatlarının alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə istehsal ehtiyatlarının anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvilqəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydaların 1.3.6-cı bəndinə əsasən istehsal ehtiyatı dedikdə istehsal prosesində istifadə olunan mal-material nəzərdə tutulur. Qeyd edilən aktın forması isə “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli Q-12 №-li qərarı ilə təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən isə malların alışını təsdiq edən ciddi hesabat sənədi təqdim edilməmişdir. Məhkəmə tərəfindən isə qeyd edilən hallar və normalar nəzərə alınmamışdır. Məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına gəldikdə isə, həmin qaydaların tətbiq edilməsinin konkret halları mövcuddur. Belə ki, Vergi Məcəlləsinin 83.9cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Hazırki halda isə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd edilən məlumatlardan istifadə edilməklə vergi ödəyicisinin mənfəəti birbaşa olaraq müəyyən edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni təmsilçisi X3 apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, iddia tələbinin təmin edilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü mübahisələndirmə haqqında iddiadır. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsini xahiş edir. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İPM-nin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır, iddiaçı həmin aktın qəbul edilməsi əsaslarını mübahisələndirir. Kollegiya hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə tam əsassız olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. - Məcəlləyə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.2 vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -94.0 maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılması zamanı müəyyən edilir ki, iddiaçının təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə üzrə aparılan araşdırma zamanı uçot-baza məlumatlarına əsasən kassa metodu ilə təqdim edilmiş bəyannamənin “Xammal və materiallar” (221.3-cü), “Malın dəyəri” (221.4-cü), “Enerji xərcləri” (221.7-ci), “Qaz xərcləri” (221.8-ci), “Yanacaq xərcləri” (221.9-cu), “Su və kanalizasiya xərcləri! (221.10-cu), “Rabitə хэгс1эпЦ221.11-ci), “Mühafizə xərcləri” (221.12-ci), “Reklam xərcləri” (221.14-cü), Biləvasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” (221.15-ci), “Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər” (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və “Digər xərclər”(232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə ( 135514.29 manat), tərəfinizdən əvvəlki il üzrə təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsi”nin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləği ( 9058.40 manat) (+) cari il ərzində ƏDV ödəyicisi olmayan şəxslərdən əldə edilmiş e-qaimə- faktura və alış aktlarının məbləği (0.00 manat) (+) hesabat dövrü ərzində ƏDV depozit hesabınızın göstəricilərinə əsasən ödənilmiş ƏDV məbləğlərinə görə alınmış malların (işlərin, xidmətlərin) (46664.72 manat) məbləği (+) cari il ərzində.əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların ( 0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannamələrinin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin ( 0 manat) cəmi məbləğindən (61057.41 manat) bəyannamənin 1 №-li Əlavəsinin “Hesabat dövrünün sonuna” sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin ( 0.00 manat) çıxılması nəticəsində yaranan (61057.41 manat) məbləğin müqayisəsi nəticəsində 74456,88 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********764600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətlərdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən kənarlaşmalar tam aradan qaldırılmaqla dəqiqləşdirilmiş vergi bəyannamələri və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-cı, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 14836,54 manat əlavə vergi məbləği «hesablanmış və bu barədə xx.xx.2020-ci il tarixli **********845400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Birinci instansiya məhkəməsi vergi orqanı tərəfindən hesablanmış 963 manat əlavə vergi ilə razılaşmayaraq bildirmişdir ki, iddiaçının işlənmiş yağa görə 5722,8 manat xərci nəzərə alınmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir. Belə ki, məhkəmə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə istinadetməklə bildirmişdir ki, vergi ödəyicisi tərəfindən alınmış işlənmiş yağ utilizasiya məqsədlərinə xidmət etməklə, vergi ödəyicisi olmayan şəxslərdən əldə olunması mümkün və ağlabatandır, iddiaçının fəaliyyət göstərdiyi sahəyə uyğun olduğundan həmin malın dəyəri olaraq cəmi 5722,8 manat xərcin gəlirdən çıxılan xərcə aid edilməsi qəbul edilməlidir. “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsi vergi ödəyicisi olmayan fiziki şəxslərdən hansı malların nağd qaydada alına bilməsini tənzimləyir. Həmin malların nağd və ya nağdsız qaydada alınması vergi və mühasibat uçotu məqsədləri üçün həmin malların alınmasını hansı qaydada rəsmiləşdirilməsini tənzimləmir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının əsas fəaliyyət növü əhəng və gipsin istehsalıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın 2019-cu ildə qüvvədə olan redaksiyasının 3.2-ci bəndinə əsasən istehsal ehtiyatları vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” tərtib edilir. “İstehsal ehtiyatlarının alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə istehsal ehtiyatlarının anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydaların 1.3.6-cı bəndinə əsasən istehsal ehtiyatı dedikdə istehsal prosesində istifadə olunan mal-material nəzərdə tutulur. Qeyd edilən aktın forması isə “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli Q-12 №-li qərarı ilə təsdiq edilmişdir. Hazırki işdə isə vergi ödəyicisi tərəfindən malların alışını təsdiq edən ciddi hesabat sənədi təqdim edilməmişdir. Məhkəmə tərəfindən isə qeyd edilən hallar və normalar nəzərə alınmamışdır. Bundan əlavə, birinci instansiya məhkəməsi bildirmişdir ki, vergi orqanı vergi ödəyicisinin xərclərini müəyyən etmək üçün mümkün vergi nəzarəti vasitəsindən istifadə etmirsə, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. Bununla bağlı qeyd olunmalıdır ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının tətbiq edilməsinin konkret halları mövcuddur. Belə ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Hazırki halda isə, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsində qeyd edilən məlumatlardan istifadə edilməklə vergi ödəyicisinin mənfəəti birbaşa olaraq müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisinin aşağıdakı xərcləri öz təsdiqini tapmışdır: 3056,8 manat əmək haqqı, 654,18 manat sosial sığorta haqları, 28988,38 manat xammal və materiallar, 4063,43 manat enerji xərcləri, 21190,2 manat yanacaq xərcləri, 259 manat su və kanalizasiya xərcləri, 274,2 manat rabitə xərcləri, 2586,28 manat bank xidməti üzrə xərclər, 338,98 manat Bilavasitə malların alınması ilə bağlı digər xərclər, 2757,08 manat amortizasiya ayırmaları, 1820,13 manat təmir xərcləri, 6217,42 manat təmir xərcləri, 725,88 manat gəlirdən çıxılan vergi və yığımlar. Göründüyü kimi, vergi ödəyicisinin gəlir və xərclərini birbaşa müəyyən etmək mümkün olmuşdur və bu səbəbdən Nazirlər Kabinetinin qərarının tətbiq edilməsinə də zərurət yoxdur. İddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir: İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, Maliyyə Nazirliyinin 30 iyun 2017-ci il tarixli Q-09 nömrəli qərarına uyğun “Malların alış aktına” əsasən mallar alınıb. Mal-materialların alışını təsdiq aktları vergi orqanına təqdim etmişlər. Lakin vergi orqanı tərəfindən əsassız olaraq həmin hesabat dövründə gəlirdən çıxılan xərclər müəyyən edilmiş və onun əsasında da kameral olaraq əlavə vergi məbləği hesablanmışdır. Kollegiya bununla bağlı qeyd edir ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş yeganə sənədlər “Malların mədaxil olunması aktları” olmuşdur ki, həmin sənədlər ciddi hesabat sənədi hesab edilmir. Belə ki, iddiaçının əsas fəaliyyət növü əhəng və gipsin istehsalıdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci İİ 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası-nın 2019-cu ildə qüvvədə olan redaksiyasının 3.2-ci bəndinə əsasən istehsal ehtiyatları vergi orqanında uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” tərtib edilir. “İstehsal ehtiyatlarının alış aktı”nda satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN, seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə istehsal ehtiyatlarının anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Həmin Qaydaların 1.3.6-cı bəndinə əsasən istehsal ehtiyatı dedikdə istehsal prosesində istifadə olunan mal-material nəzərdə tutulur. Qeyd edilən aktın forması isə “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 oktyabr 2017-ci il tarixli Q-12 №-li qərarı ilə təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən isə malların alışını təsdiq edən ciddi hesabat sənədi təqdim edilməmişdir. İddiaçının digər bir dəlili isə ekspert rəyinin əsassız olması ilə bağlıdır. Bununla bağlı kollegiya qeyd edir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəy tam əsaslı olmuşdur, həmin rəydə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin ciddi hesabat sənədi olmadığı və xərcləri təsdiq edən sənəd qismində qəbul edilə bilməməsi faktı öz təsdiqini tapmışdır. Yuxarıda da qeyd edildiуi kimi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli ilə təsdiq edilmiş “istehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçun gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasın’-da istehsal fəaliyyəti sahəsində malların mədaxilinin hansı qaydada, hansı sənədlər əsasında rəsmiləşdirilməsi aydın şəkildə göstərilmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı işin obyektiv araşdırılması məqsədilə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İ.Muxtarov ekspert rəyi ilə bağlı məhkəmə iclasına dəvət edilərək dindirilmiş, ekspert izahatında qeyd etmişdir ki, vergi ödəyicisi tərəfindən alınan məhsullar təhvil-təslim aktı əsasında alınmışdır və həmin sənədlər ciddi mühasibat sənədləri hesab edilmir. Ona görə də həmin sənədlər xərc sənədləri kimi nəzərə alınmamışdır. Yuxarıda qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli №**********845400 qərarı əlavə hesablanmış 963 manat vergi məbləği hissəsində də qanuni və əsaslı olmuşdur. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası, hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, iddia tələbinin təmin edilən hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qərar iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-462/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarı cavabdehin apellyasiya şikayətinə münasibətdə qismən, iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-462/2022 saylı, 29 noyabr 2022-ci il tarixli qərarı iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar