Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-136/2020 11.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1958-ci il tarixdə Xanlar rayonunda anadan olmuş, ünvan 1 m. 85 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı (üçüncü şəxs - Azərbaycan Respublikası Vergilər Nazirliyi) əmək pensiyasının təyin edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2042/2019 nömrəli qərarından cavabdehin apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Qoca oğlu xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Vergilər Nazirliyi göstərərək, iddia qaldıraraq ona xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməkdən imtinanın qanunsuz hesab edilməsi və cavabdeh orqanın üzərinə xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü ildən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikası Vergilər Nazirliyinin struktur qurumlarında müxtəlif vəzifələrdə işləmişdir. Həmin müddətin xx.xx.2003-cü ildən xx.xx.2004-cü ilədək və xx.xx.2011-ci ildən xx.xx.2015-ci ilədək olan hissəsində iddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Vergi X2 Departamentində xüsusi rütbəli şəxs qismində işləmişdir. xx.xx.2003-cü ilədək isə iddiaçı Azərbaycan Respublikasının DİN-in müxtəlif qurumlarında da cəmi 19 il 4 ay 22 gün xüsusi rütbəli şəxs qismində işləmişdir. xx.xx.2003-cü ildə Azərbaycan Respublikasının DİN-dən polkovnik-leytenant rütbəsində işdən azad olunaraq həmin gün AR Vergilər Nazirliyinin yanında Vergi X2 Departamentində ədliyyə müşaviri rütbəsində böyük əməliyyat müvəkkili vəzifəsinə təyin olunaraq xidmətə davam etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində və Vergilər Nazirliyində xüsusi rütbəli şəxs kimi ümumi xidmət illəri 25 ildən artıq təşkil edir. Xidmət illərinə görə əmək pensiyası almaq üçün 20 təqvim ili xidmət müddəti kifayətdir. İddiaçı 2015-ci ildə öz xahişi ilə tutduğu vəzifədən, yəni 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsində Vergilər Nazirliyi yanında Vergi X2 Departamentinin rəisi vəzifəsindən azad edilərkən Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri Xüsusi rütbəli şəxslər siyahısında olmamışdır. Bu səbəbdən də ona xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2042/2019 saylı qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı Qoca oğluna cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməkdən imtina edilməsinin qanunsuz hesab edilməsi, İddiaçı Qoca oğluna xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” xx xxx 2018-ci il tarixli, 85 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.4-cü bəndinə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözlərindən sonra “Azərbaycan Respublikasının Vergilər Nazirliyi,” sözləri əlavə edilmişdir. Göründüyü kimi, Vergilər Nazirliyi yalnız xx xxx 2018-ci il tarixdən etibarən Qanunun 1.0.4-cü maddəsindəki “müvafiq icra hakimiyyəti orqanları”na daxil edilmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, pensiyaya çıxma vaxtının xx.xx.2018-ci ildən tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qoca oğlu iddia tələbinə uyğun izahat verdi və apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Əlavə olaraq, o, 2002-ci ildən daxili işlər orqanlarından çıxdığını, Vergilər Nazirliyində müxtəlif vəzifələrdə işlədiyini, fərmanda ancaq Vergilər Nazirliyinin Vergi X2 Baş İdarəsinin əməkdaşlarının xüsusi rütbəli şəxs kimi tanındığını və bu səbəbdən , bu vəzifədə çalışdığı dövrlərin hesablanmalı olduğunu, qeyd edilən İdarədəki stajının 6 il olduğunu, hal-hazırda Beynəlxalq hüquq şirkətində direktor müavini vəzifəsində çalışdığını və əlavə olaraq bu vəziyyətdə olan yeganə şəxs olduğunu bildirdi. Cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, apellyasiya şikayətini müdafiə etdiyini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq, o, sədrlik edənin sualına cavab olaraq, iddiaçının 64 yaşa çatdıqda pensiya təyin edilməsi barədə müraciət edə biləcəyini bildirdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 izahat verərək, cavabdehin apellyasiya şikayətində göstərilən mövqeyi müdafiə etdiyini bildirdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq, o, 2018-ci il tarixdə qəbul edilmiş Fərmanda xüsusi rütbəli şəxslər kateqoriyasına Vergilər Nazirliyinin Vergi X2 Baş İdarəsinin əməkdaşlarının da daxil edildiyini, Konstitusiya Məhkəməsinin 2014-cü il tarixli, Qərarına istinad edərək, bərabər statuslu şəxslərə qarşı bərabərlik prinsipi pozulduğunu bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2003-cü il tarixədək Azərbaycan Respublikasının DİN-in müxtəlif qurumlarında, cəmi 19 il 4 ay 22 gün xüsusi rütbəli şəxs qismində xidmət etmiş, xx.xx.2003-cü ildə Azərbaycan Respublikasının DİN-dən polkovnik-leytenant rütbəsində xidmətdən azad olunaraq həmin xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək və xx.xx.2011-ci ildən xx.xx.2015-ci ilədək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yanında Vergi X2 Departamentində xüsusi rütbəli şəxs qismində işləmişdir. 2015-ci ildə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsində öz xahişi ilə tutduğu vəzifədən, yəni Vergilər Nazirliyi yanında Vergi X2 Departamentinin rəisi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumat vərəqindən görünür ki, iddiaçının təqvim üzrə xidmət illəri 24 il 10 ay 26 gün olmuşdur. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə öz mövqeyini əsaslandırarkən hesab etmişdir ki, hazırda Azərbaycan Respublikasının Vergilər Nazirliyinin əməkdaşları xüsusi rütbəli şəxslər hesab edildiklərindən, iddiaçının da Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində və Vergilər Nazirliyində xüsusi rütbəli şəxslərə pensiya təyin edilməsi üçün tələb olunan müddət qədər xidmət keçdiyinə görə iddiaçının iddiası əsaslı və qanunauyğundur. Məhkəmə iddianın əsaslı olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanınn 2.4-cü bəndinə əsasən həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” xx xxx 2018-ci il tarixli, 85 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının 2.4-cü bəndinə “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi” sözlərindən sonra “Azərbaycan Respublikasının Vergilər Nazirliyi” sözləri əlavə edilmiş və həmin bənddən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti” sözləri çıxarılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” xx xxx 2018-ci il tarixli, 85 nömrəli Fərmanı xx xxx 2018-ci il tarixdə “Xalq” qəzetində dərc edilmiş və qüvvəyə minmişdir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin əvvəlində və 78-ci maddəsində nəzərdə tutulmuş vergi orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi X2 Departamentinin vəzifəli şəxsləri aiddir. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin 17-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vergi orqanlarının vəzifəli şəxslərinə verilən xüsusi rütbələr Azərbaycan Respublikası məhkəmə və müvafiq icra hakimiyyəti orqanları əməkdaşlarına qanunvericiliklə verilən xüsusi rütbələrə və ixtisas dərəcələrinə bərabər tutulur, 78-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən Bu Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu Qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Həmin Qanunun 9.5.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran dəyişiklik edilərək Vergilər Nazirliyinin əməkdaşları xüsusi rütbəli şəxslər kateqoriyasına daxil edildiyindən iddiaçının hansı tarixdən işdən azad edilməsindən asılı olmayaraq, bu dəyişikliklər ona da şamil edilməli və xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” xx xxx 2018-ci il tarixli, 85 nömrəli Fərmanı əsas götürülməklə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, xx.xx.2018-ci il tarixdən İddiaçı Qoca oğluna xüsusi rütbəli şəxs kimi pensiya təyin edilərək ödənilməlidir. Birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlsə də, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxx 2018-ci il tarixli, 85 nömrəli Fərmanının xx xxx 2018-ci il tarixdən (“Xalq” qəzeti, xx xxx 2018-ci il, № 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 953) qüvvəyə minməsini nəzərə almamışdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94 və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(81)- 2042/2019 saylı qərarı dəyişdirilsin. İddiaçı Qoca oğluna xx.xx.2018-ci il tarixdən xüsusi rütbəli şəxs kimi pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsinin üzərinə qoyulsun. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-136/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-136/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver