Məhkəmə qərarları › İş №2-1(103)-136/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-136/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-136/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər qismində Əmlak Məsələləri Dövlət Komitəsi, Müdafiə Nazirliyi və X23 işə cəlb olunmaqla “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportların (plan-ölçü) verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-397/2021 saylı, 25.02.2021-ci il taixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı, X11 və digərləri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahələrinə hüquqların qeydiyyata alınması və reyestrdən çıxarışların verilməsi tələblərini irəli sürərək iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət etmişlər. İşə mahiyyəti üzrə 1 may 2012-ci ildə baxılmış və 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin həmin tarixli qərarı ilə iddiaçıların iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sözügedən 1 may 2012-ci il tarixli qərardan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 15.05.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 8 iyun 2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 1 may 2012-ci il tarixli qərarı ləğv edilmiş və iş üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materialları 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə qaytarıldıqdan sonra məhkəmənin 26 fevral 2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və X23 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-29/2019 nömrəli, 26.11.2019-cu il tarixli qərardadı ilə iddiaçıların cavabdehə qarşı “torpaq sahələrinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan-ölçülərin) verilməsi” barədə iddia tələbləri üzrə işdən İddiaçı cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X1 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X17 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X5 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X6 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X12 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (planölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X13 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X20 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X7 cavabdehə qarçı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X3 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbi, iddiaçı X8 cavabdehə qarşı “torpaq sahəsinə hüququnun qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun (plan-ölçü) verilməsi” barədə iddia tələbləri üzrə icraatlar ayrılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən X18 məxsus olan torpaq sahəsini almışdır. Alqı-satqı həyata keçirildikdən sonra o yeni mülkiyyət hüququ haqqında çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazisi İdarəsinə müraciət etmişdir. Həmin idarənin ona ünvanlanmış məktubu ilə ona çıxarışın verilməsindən imtina edilmişdir. Həmin torpaq sahəsi elə həmin cavabdeh orqan tərəfindən verilmiş çıxarışa əsasən satıcıya məxsusdur. Ümumiyyətlə alqı-satqı müqaviləsini təsdiqləyən notariat orqanı mülkiyyət hüququ ilə bağlı hər hansı problem olmadığı üçün müqaviləni təsdiqlədiyi halda cavabdeh heç bir əsaslı və qanuni səbəb olmadan ona mülkiyyət hüququnu təsdiq edən çıxarışı verməkdən imtina etmişdir. Hesab edir ki, inzibati orqanın hərəkətsizliyi, yəni ona aldığı torpaq sahəsi üzərinə müvafiq hüququmüəyyənedici çıxarışın verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Qanunvericiliklə yeni çıxarışın alınması üçün nəzərdə tutulan bütün sənədlər cavabdehə təqdim etsə də, müraciətinin təmin edilməsindən imtina edilməsi əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-397/2021 saylı, 25.02.2021-ci il taixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-397/2021 saylı, 25.02.2021-ci il taixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən "NİKA" adlı şirkətinə məxsus (rəhbəri X19r) 1.200 kv.metr torpaq sahəsini notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən almışdır. 2 saylı Bakı İnzibati- İqatisadi Məhkəməsinin 26.02.2018-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və X26 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Lakin onlar bəlli olmayan səbəbdən məhkəmə proseslərində iştirak etməmişlər. Vicdanlı alıcı kimi, iddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası və mülki qanunverilicilik aktları ilə qorunur. 9 ilə yaxın müddətdir ki, iddiaçı kirayədə yaşayaraq maddi və mənəvi əziyyət çəkir. Eyni zamanda qeyd olunmuşdur ki, iddiaçı ilə bərabər 18 iddiaçıdan 7-si mübahisəli torpaq sahəsində fərdi yaşayış evlərini tikərək orada yaşayırlar. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-397/2021 saylı, 25.02.2021-ci il taixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - 05 noyabr 2008-ci il tarixli, AN–İN ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, H.Aslanov qəsəbəsi, K.Kərimov küçəsində mülkiyyətində olan 0,3628 ha torpaq sahəsindən X2 200 kv.m, X9 400 kv.m, X21 130 kv.m, İddiaçı 120 kv.m, X4 300 kv.m, X10 100 kv.m və X14 400 kv.m olmaqla, qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışlar. - 03.10.2014-cü il tarixdə tərtib edilmiş Binaların, Qurğuların və Hərbi şəhərciyin ərazisinin təhvil (təslim) verilməsi haqqında Aktına əsasən, H.Aslanov-8 nömrəli hərbi şəhərciyi N saylı hərbi hissə təhvil vermiş və Abşeron MİH-nin 4 saylı Evlər İdarəsi təhvil almışdır. - Cavabdehin iddiaçıya ünvanladığı 05/20543 nömrəli məktubuna əsasən 4-Ə-2- 2015 qeydiyyat nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi istifadənizdə olan torpağa aid olmadığından sözügeddən alqı-satqı müqaviləsinin qarşılıqlı razılaşma əsasında və yaxud məhkəmə qaydasında ləğv edilməsinin məqsədəuyğun hesab edilməsini bildirilmişdir. - Bakı şəhəri Xətai rayon məhkəməsinin 09.02.2016-cı il tarixli, 2(011)-229/2016 nömrəli qətnaməsinə əsasən iddiaçılar İddiaçı və digərlərinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı torpaq sahələrinin zəbt edilməsinə son qoyulması, torpaq sahələrinin yerləşdiyi ərazilərə keçilməsi üçün qoyulan hər bir maneənin götürülməsinə dair iddia ərizələri təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçıların iddia etdikləri torpaq sahələri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur, həmin torpaq sahəsi hərbi şəhərciyin ərazisi olmaqla orada hələ 1950-1966-cı illərdə inşa olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məxsus binalar yerləşir və hal-hazırda da həmin sahə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mühafizə olunur. Yəni iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrini əldə edərkən həmin sahələrin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsində və sahibliyində olmasını, bu sahələrin mühafizə olunmasını, bu sahələrə girişin yalnız müvafiq icazələr alındıqdan sona mümkün olduğunu bildikləri və gördükləri halda indi mülkiyyətlərində olan torpaq sahələrinin Azərbaycan Respublikası Müdafiə Nazirliy tərəfindən zəbt olunmasını iddia etmələri əsassızdır. - 24 sentyabr 2020-ci il tarixdə birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən iddia edilən torpaq sahəsində müayinə apararkən müəyyən etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, K.Kərimov küçəsində yerləşən torpaq sahəsi 2 metrlik hasarla əhatə olunmuş ümumi sahəsi 1,24 ha olan mühafizə olunan obyektdir. Obyektdə tikililər, o cümlədən inzibati bina və anbar aşkar edilmişdir.Mübahisəli torpaq sahəsinin 0,025 ha inzibati binanın yanında yerləşdiyi müəyyən olunmuşdur. - Üçüncü şəxs Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 122 №li, 22.12.2014-cü il tarixli əmrinə əsasən “Həzi Aslanov-8” hərbi şəhərciyində N №li hərbi hissənin istifadəsində olan ərazi, bina və qurğuların, kommunikasiya xətlərinin 4 №li Evlər İdarəsinə təhvil verilməsinin təmin edilməsi Abşeron rayon Mənzil İstismar hissəsinin rəisinə tapşırılmışdır, ”Binanın uçotu fərdi kartı”na əsasən H.Aslanov qəsəbəsində yerləşən kazarma tərkibində olan tikililərlə birlikdə Müdafiə Nazirliyinə məxsus olmuşdur,həmin tikililər keçən əsrin ortalarında inşa edilmiş tikililərdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9, 10, 22, 23-cü maddələrini, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə hüquqların qeydiyyata alınması, reyestrdən çıxarışların və texniki pasportların (plan ölçü) verilməsi barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsində göstərilmişdir:” 1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. 2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. 3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. 4. Təsərrüfat dövriyyəsindən çıxarılan torpaq sahələri xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılacaq müəssisələrə verilir və ya ehtiyat fondu torpaqlarına aid edilir. 5. Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli mühafizə zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ hüquqi aktlarla tənzimlənir.” Həmin Məcəllənin 23-cü maddəsində qeyd edilmişdir:” 1. Hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. 2. Mühafizə, sanitariya və qoruyucu zonaları müəyyən edilən, hərbi obyektlərin tikintisi üçün verilən torpaq sahələri həmin zonaların əhatə etdiyi torpaqlarla birlikdə təhkim edilir, kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin əvəzi ümumi sahə üçün ödənilir. 3. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar dövlətin müstəsna mülkiyyətində olur və onların istifadəsi üzrə məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. 4. Müdafiə və təhlükəsizlik təyinatlı torpaqlardan istifadə rejiminin əhalinin təhlükəsizliyini təmin edəcək tələbləri müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları ilə razılaşdırılaraq müəyyən edilir. 5. Müdafiə və təhlükəsizlik ehtiyacları ilə əlaqədar müvəqqəti keçirilən təlimlər və digər tədbirlər üçün vətəndaşların və hüquqi şəxslərin torpaq sahələri müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının istifadəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qayda, müddət və şərtlərlə verilə bilər. 6. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün verilmiş torpaqların istifadə edilməyən və kənd təsərrüfatına yararlı sahələri bu maddənin 1-ci bəndində göstərilən istifadəçinin razılığına əsasən, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. 7. Müdafiə və təhlükəsizlik təyinatlı torpaq sahələrinin istifadəyə verilməsi müddəti bitdikdən sonra bu maddənin 1-ci bəndində göstərilmiş istifadəçilər öz hesablarına həmin sahələri təyinatı üzrə əvvəlki vəziyyətə gətirməyə borcludurlar. 8. Müdafiə və təhlükəsizlik ehtiyacları üçün torpaq sahələrinin verilməsi, istifadəsi və geri alınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.” “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. İşin faktiki hallarına əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının hazırda mülkiyyət hüquqlarına dair çıxarışın, plan ölçünün verilməsini tələb etdiyi torpaq qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin istifadəsinə verilmiş müdafiə təyinatlı torpaqdır, bu hal məhkəmə tərəfindən torpaq sahəsinin yerində müayinəsi zamanı da müəyyən edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində isə müdafiə təyinatlı torpaq sahələrinin vətəndaşların mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda mübahisəli torpaq sahəsinin təyinatının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dəyişdirilməsi baş verməmişdir. Həmçinin, iddiaçı torpaq sahəsini üçüncü şəxs Rizvan Quliyevdən notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasənəldə etdiyini bildirsə də, Rizvan Quliyevin torpağı satın alması haqqında şəhadətnamədə torpağın yerləşdiyi ünvan ünvan 3diaçının əldə etdiyi torpaq sahəsinin məhz həmin torpaq olması iş materialları ilə təsdiq olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-397/2021 saylı, 25.02.2021-ci il taixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar