Məhkəmə qərarları › İş №2-1(103)-136/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-136/2024

18.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-136/2024 18.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «birdəfəlik pul mükafatının verilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2502/N23 saylı, 06 fevral N23-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «birdəfəlik pul mükafatının verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı N00 – N04-cü illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil almış və N04-cü ildən N22-ci ilədək zabit kimi Azərbaycan Ordusunda müxtəlif hərbi hissələrdə xidmət etmişdir. N22-ci ilin fevral ayında Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrinə əsasən öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra ona ödənilməli olan bəzi pul təminatlarının ödənilməsinə baxmayaraq, yanvar – aprel ayları üzrə xidmətlərnə görə ona ödənilməli olan birdəfəlik pul mükafatının verilməsi üçün xidmət keçdiyi hərbi hissənin komandanlığı tərəfindən Hərbi Hava Qüvvələrinin qərargahına dəfələrlə müraciət olunmasına baxmayaraq, onun müraciətlərinə cavab verilməmiş, nəhayət ölkə başçısına müraciətdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsi tərəfindən ona heç bir səbəb və qanuni əsas göstərilmədən qeyd edilən pul mükafatının (“13” və “14”-cü əmək haqqı) verilməsi ilə bağlı müsbət qərar qəbul edilmədiyi bildirilmişdir. Halbuki o, qüsursuz olaraq hərbi xidmətini başa vurmuşdur. Bununla bağlı “Qüsursuz xidmətlərə görə birinci dərəcəli medal” da almış və barəsində hər hansı intizam cəzası olmamışdır. Ona göndərilən imtina məktubunda «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu kobud şəkildə pozulmuşdur, iddiaçıya hansı qanuni əsasla pul mükafatının verilə bilmədiyi qeyd edilməmişdir. İnzibati araşdırma ümumiyyətlə aparılmamışdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göstərilənlərə və İPM-in 2.2.3-cü maddəsinə əsaslanaraq, məhkəmədən ona (iddiaçıya) verilməli olan birdəfəlik pul mükafatlarının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahil olunur. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. O, N00 – N04-cü illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 22 fevral N22-ci il tarixdə Müdafiə Nazirinin əmri ilə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-ci maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək N22-ci ilin yekunlarına görə yanvar – aprel ayları üçün nəzərdə tutulmuş hissəsinin ödənilməsini tələb edir. Azərbaycan Ordusunun hərbi qulluqçularına birdəfəlik pul mükafatı Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N17-ci il tarixli «Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə 22 nömrəli qərarının tələblərinə müvafiq olaraq ödənilir. Həmin qərarın 27.3-cü (Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin və qoşun növü komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə, müstəqil şöbə və təşkilat rəisləri, birlik, birləşmə və hissə komandirləri xidməti ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər) və 27.4-cü (Yuxarıda qeyd olunan hüquqlardan əlavə müvafiq komandirlər və rəislər hərbi qulluqçulara onların xidmət ili ərzində vəzifələrinin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə birdəfəlik pul mükafatının miqdarını müəyyən edirlər) maddələrinin tələblərini əsas tutaraq qeyd olunanlara əsasən mayor İddiaçı N22- ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının xidmət etdiyi N22-ci ilin yanvar-aprel ayları üçün ödənilməməsi üçün N nömrəli hərbi hissənin komandiri tərəfindən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı birdəfəlik pul mükafatının hesablanaraq verilməsi tələbi üzrə ödənişlərin verilməsi mümkün deyil. Göstərilənlərə əaslanaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəımədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2502/N23 saylı, 06 fevral N23-cü il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. O, N00 – N04-cü illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 22 fevral N22-ci il tarixdə Müdafiə Nazirinin əmri ilə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-ci maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək N22-ci ilin yekunlarına görə yanvar – aprel ayları üçün nəzərdə tutulmuş hissəsinin ödənilməsini tələb edir. Azərbaycan Ordusunun hərbi qulluqçularına birdəfəlik pul mükafatı Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N17-ci il tarixli «Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə 22 nömrəli qərarının tələblərinə müvafiq olaraq ödənilir. Həmin qərarın 27.3-cü (Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin və qoşun növü komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə, müstəqil şöbə və təşkilat rəisləri, birlik, birləşmə və hissə komandirləri xidməti ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər) və 27.4-cü (Yuxarıda qeyd olunan hüquqlardan əlavə müvafiq komandirlər və rəislər hərbi qulluqçulara onların xidmət ili ərzində vəzifələrinin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə birdəfəlik pul mükafatının miqdarını müəyyən edirlər) maddələrinin tələblərini əsas tutaraq qeyd olunanlara əsasən mayor İddiaçı N22- ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının xidmət etdiyi N22-ci ilin yanvar-aprel ayları üçün ödənilməməsi üçün N nömrəli hərbi hissənin komandiri tərəfindən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı birdəfəlik pul mükafatının hesablanaraq verilməsi tələbi üzrə ödənişlərin verilməsi mümkün deyil. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, iddiaçı tələbində “ona verilməli olan birdəfəlik pul mükafatının hesablanaraq verilməsi” tələbini irəli sürsə də, işin mübahisəsiz halıdır ki, birdəfəlik pul mükafatı təqvim ili üzrə verilir, iddiaçı isə N22-ci ilin aprel ayından ehtiyata buraxılmışdır. İddia tələbinin məzmunundan da məhz həmin dövrə aid pul mükafatının verilməsininin tələb edilməsi yəqin olunur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından müəyyən edilir ki, İddiaçı N00 – N04-cü illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır. 22 fevral N22-ci il tarixdə Müdafiə Nazirinin əmri ilə «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-ci maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmışdır. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək N22-ci ilin yekunlarına görə yanvar – aprel ayları üçün nəzərdə tutulmuş hissəsinin ona ödənilməsini xahiş etmiş, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasında və apellyasiya şikayətində eyni dəlilə istinad edərək qeyd etmişdir ki, mayor İddiaçı N22-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının xidmət etdiyi N22-ci ilin yanvar-aprel ayları üçün ödənilməməsi üçün N nömrəli hərbi hissənin komandiri tərəfindən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı birdəfəlik pul mükafatının hesablanaraq verilməsi tələbi üzrə ödənişlərin verilməsi mümkün deyil. Cavabdeh imtinasının maddi hüquqi əsası kimi «Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə»nin 27.3 və 27.4-cü bəndlərinə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi ilə əlaqədar gəldiyi nəticəni əsaslı hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 16-cı maddəsinin 2-ci hissəsinə əsasən xidmət zamanı səy göstərdiklərinə və başqalarından fərqləndiklərinə görə hərbi qulluqçuların mükafatlandırılma hüququ vardır, vəzifə borcunun icrası zamanı mərdlik və şücaət göstərilməsinə, hərbi xidmət vəzifələrinin nümunəvi yerinə yetirilməsinə görə onlar Azərbaycan Respublikasının dövlət mükafatları ilə təltifə təqdim oluna bilərlər. Cavabdeh inzibati orqanın istinad etdiyi: «Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə»nin 27.3-cü bəndinə əsasən müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin və qoşun növü komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə, müstəqil şöbə və təşkilat rəisləri, birlik, birləşmə və hissə komandirləri xidməti ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər. Həmin Əsasnamənin 27.4-cü bəndinə əsasən yuxarıda qeyd olunan hüquqlardan əlavə müvafiq komandirlər və rəislər hərbi qulluqçulara onların xidmət ili ərzində vəzifələrinin icrasında, döyüş hazırlığının saxlanılmasında əldə etdikləri nailiyyətlərin nəticəsinə görə birdəfəlik pul mükafatının miqdarını müəyyən edirlər. Həmçinin həmin Əsasnamənin 27.6-cı bəndinə əsasən il ərzində hərbi xidmətdən ehtiyata və istefaya buraxılan hərbi qulluqçulara pul mükafatının ödənilməsi tabelik münasibətlərinə uyğun olaraq Müdafi Nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandaları, baş idarə, idarə rəisləri və birlik komandirləri ilə razılaşdırılmaqla hərbi hissə komandirinin əmri əsasında həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində icraat zamanı xx.xx.1983-cü il təvəllüdlü İddiaçı ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N22-ci il tarixli əmri və həmin əmrin verilməsinə əsas olan bütün inzibati icraat materiallarının nümayəndə vasitəsilə məhkəməyə təqdim edilməsi cavabdehdən xahiş olunmuşdur. Cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisləndirilməyən, yəni N19, NN, N21-ci illər üzrə iddiaçıya töhmət, şiddətli töhmət növlərində cəzalar verilmiş, buna baxmayaraq iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı 100 % həcmində verilmişdir, belə ki, sədrlik edənin sualına cavab olaraq məhkəmə iclasında cavabdehin nümayəndəsi qeyd olunan illər üzrə iddiaçıya mükafatın tam həcmdə ödənildiyini bildirmişdir. Bunun əksinə olaraq hazırda iddiaçı tərəfindən tələb olunan aylar üzrə mükafatın verilməsinə münasibətdə isə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qurumun 19 oktyabr N17-ci il tarixli 22 nömrəli əmri ilə təsdiq edilmiş «Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə»nin müddəallarında müvafiq vəzifəli şəxslərin xidməti ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malik olduğunu və onun (iddiaçının) barəsində N22-ci il üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının xidmət etdiyi N22-ci ilin yanvar-aprel ayları üzrə ödənilməməsi ilə bağlı N nömrəli hərbi hissənin komandiri tərəfindən qərar qəbul edildiyini bildirsə də, İddiaçı N22-ci ilin müvafiq aylarında xidməti zamanı intizam qaydalarına riayət etməməsi, intizam qaydasında cəzalandırılması, nalayiq hərəkətlərə yol verməsi, cinayət əməli törətməsi, habelə döyüş hazırlığında zəif nəticələr göstərməsi barədə hər hansı mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Əvvəlki illər üzrə iddiaçının barəsində müvafiq cəzaların tətbiq edilməsinə baxmayaraq mükafatın tam həcmdə ödənilməsi, hazırda tələb olunan aylara münasibətdə isə iş materiallarında iddiaçı tərəfindən intizam qaydalarının pozulması, nalayiq hərəkətlərə yol verilməsi, cinayət əməli törədilməsi ilə bağlı sübutların mövcud olmamasına baxmayaraq, mükafatın ödənilməməsi ilə bağlı ziddiyyəti cavabdehin nümayəndəsi əsaslandıra bilməmişdir. Həmçinin kollegiya qeyd edir ki, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164cü maddəsinə əsasən həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə N il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. İş materiallarında olan təqdimatdan da görünür ki, iddiaçının sonuncu attestasiya nəticəsi 87,337 bal olmaqla qənaətbəxş olmuş, hətta «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü maddəsinə əsasən ona hərbi geyim formasını daşımaq hüququ verilmişdir. Bütün bunlar iddiaçının hərbi xidmət zamanı qüsursuz xidmət etdiyinə və xidməti vəzifələrini vicdanla yerinə yetirməsinə dəlalət edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının xidmət dövründə yuxarıda sadalanan halların (intizam qaydasında cəzalandırılması, döyüş hazırlığında zəif nəticələr göstərməsi və s.) hər hansı birinin mövcudluğu barədə tutarlı sübut təqdim etmədiyindən, onun imtinası əsaslı sayıla bilməz, formal mülahizələrə istinadən verilmiş kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 2-ci maddəsinə görə fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir (maddə 2.6). Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının mükafat almaq hüququnun olması qanunla («Hərbi qulluqçuların statusu haqqında» Qanun) təsbit olunmuşdur, lakin cavabdeh inzibati orqan öz hərəkətini daha aşağı qüvvəli akta (Müdafiə Nazirliyinin əmrinə ) istinadən əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin “iddiaçıya N22-ci il üzrə mükafat verilməsi”ndən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya N22-ci il üzrə ödəniləcək pul mükafatının hissəvi ödənilməsi nəticəsinə gəlinməsi o anlama gəlir ki, sözügedən pul mükafatı iddiaçıya N22-ci il üzrə ehtiyata buraxıldığı aya qədər olan dövrlərə münasibətdə hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2502/N23 saylı, 06 fevral N23-cü il tarixli qərarı İddiaçı birdəfəlik pul mükafatı N22-ci il üzrə ehtiyata buraxıldığı aya qədər olan dövrlərə münasibətdə hesablanıb ödənilməsi qeyd edilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar