Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1360/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Ülvi Arif oğlu Mayılovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Qaradağ rayon Şöbəsinə qarşı “stajın hesablanması” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün (prossesual müddətin ötürülməsi ilə əlaqədar) yoxlanılması məsələsinə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Qaradağ rayon Şöbəsinə qarşı “stajın hesablanması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun əmək kitabçasında qeyd edildiyi kimi xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi “Tamamlamatikinti icarə trestinin 5 saylı ixtisaslaşdırılmış tikinti idarəsində” iş icraçısı vəzifəsində işlədiyi sığorta stajı hesab olumaqla, ümumi əmək stajı hesablanmasının Azərbaycan Respublikasının Əmək və X6 Nazirliyi yanında Dövlət X7 Qaradağ rayon Şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan İddiaçıapellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı xx.xx.2020-ci il tarixdə ona təqdim edilmiş və COVİD-19 pandemiyası ilə əlaqədar vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçıməhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəni müdafiə edərək, ötürülmüş prosessual müddətin üzrlü hesab edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsini və apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair verilmiş ərizə təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati Prosessual Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli məhkəmə qərarı iddiaçının ərizəsinə əsasən ona xx.xx.2020-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Belə olan halda iddiaçının xx.xx.2019-cu il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verməsi üçün son müddət qanunvericiliyin tələbinə görə xx.xx.2020-ci il tarixi hesab olunur. Lakin iş materiallarından görünür ki, apellyasiya şikayəti məhkəməyə poçt vasitəsilə xx.xx.2020-ci il tarixdə göndərilmiş, xx.xx.2020-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur ki, bununla da prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə iddiaçı məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsini “COVİD-19 pandemiyası dövrünə düşməsi ilə əsaslandırmış və buna görə də ötürülmüş prosessual müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçının məhkəmə qərarından apellyasiya şikayəti verməsi üçün son müddət xx.xx.2020-ci il tarix olduğu halda o, ölkə ərazisində koronovirus infeksiyasına (COVİD-19) qarşı mübarizənin təşkil edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında X3 əsasən karantin rejimi tətbiq olunmasına baxmayaraq poçt və rabitə xidmətlərinin, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarlarında olan tövsiyyələrə əsasən xx xxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək olan dövrdə məhkəmə orqanlarının fəaliyyətində hər hansı məhdudiyyətlərin tətbiq olunmadığını nəzərə almamış, belə ki, apellyasiya şikayəti və onun verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəni xx.xx.2020-ci il tarixdə rabitə orqanına təqdim etmişdir ki, bununla da məhkəmə qərarını apellyasiya instansiyasında mübahisələndirmək üçün lazımi operativliyi göstərməmiş və bunda maraqlı olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” X8 Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qərarından apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzrsüz səbəbdən ötürdüyündən həmin müddətin bərpası ilə bağlı verilmiş ərizə təmin edilməməlidir. Belə olan halda apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından apellyasiya şikayəti qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 80, 87, 90 və 94-cü və Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş “müddətin bərpasına dair” ərizə təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2809/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarından İddiaçıtərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1360/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1360/2020
22.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver