Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-1360/2025 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə Əliyeva (Hüseynova) Tükəzban Məmmədhüseyn qızı və üçüncü şəxs1 üçüncü şəxs qismində cəlb edilməklə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, Üçüncü şəxs Əliyeva (Hüseynova) Tükəzban Məmmədhüseyn qızının nümayəndəsi X2, üçüncü şəxs Əliyeva (Hüseynova) Tükəzban Məmmədhüseyn qızının nümayəndəsivəkili vəkil1, üçüncü şəxs üçüncü şəxs1 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (Əliyeva (Hüseynova) Tükəzban Məmmədhüseyn qızı və üçüncü şəxs1 üçüncü şəxs qismində cəlb edilməklə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Əliyeva (Hüseynova) Tükəzban Məmmədhüseyn qızı və üçüncü şəxs1 məhkəməyə ərizələr ilə müraciət edərək, həmin qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişlər.
3. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə ərizələr (vəsatətlər) təmin edilərək iş üzrə icraata Əliyeva (Hüseynova) Tükəzban Məmmədhüseyn qızı və üçüncü şəxs1 üçüncü şəxs qismində zəruri cəlb etmə qaydasında cəlb edilmiş, * saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin *-*(**)-****/**** saylı, ## #### 2018-ci il tarixli qərarı ləğv edilmiş, hazırki işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil onun mülkiyyətindədir. Həmin yaşayış sahəsinin yerləşdiyi 525 kv.m olan torpaq sahəsi də texniki pasportla təsdiq edilərək onun istifadəsindədir. Bu səbəbdən də mənzili fərdi yaşayış sahəsi kimi qeydiyyata alınmalı, eləcə də torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə çıxarış da ona verilməlidir.
5. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq etirazı onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 525 kv.m torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən müraciətin təmini mümkün olmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ilə iddia tələbi rədd edilmişdir.
7. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
9. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs üçüncü şəxs1, üçüncü şəxs Əliyeva (Hüseynova) Tükəzban Məmmədhüseyn qızının nümayəndəsi M.Əliyev və üçüncü şəxsin nümayəndəsi-vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdilər.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. İmtina məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən ərizəyə dair Çıxarışda qeyd edilmişdir ki, ünvan 1, mənzil ünvanda yerləşən 16 kv.m yaşayış sahəsi ölçüdə mənzil iddiaçının xüsusi mülkiyyətindədir.
12. Müqavilələrdən görünür ki, V.Zaykova həmin mənzili Ş.Panayev adlı şəxsə satmışdır. Ş.Panayev isə həmin mənzili iddiaçıya satmışdır.
13. Yaşayış sahəsinin texniki pasportunda qeyd edilmişdir ki, mənzilin ümumi sahəsi 28,4 kv.m, yaşayış sahəsi 16,0 kv.m, torpaq sahəsi 442,0 kv.m təşkil edir.
14. Qaraja dair texniki pasportda qeyd edilmişdir ki, Bakı ş, Nərimanov rayonu, Z.Bünyadov prospekti ev **b saylı binanın yanında yerləşən qaraj üçüncü şəxs1 mülkiyyətindədir. Sənəd üzrə sahə 0.0022 ha, faktiki 0,00221 ha ölçüdədir.
15. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Nərimanov Rayon İcra Hakimiyyəti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə ünvanlanmış məktubunda qeyd edilmişdir ki, baxış zamanı T.Əliyevə məxsus dəmir qarajın İddiaçı tərəfindən torpaq sahəsinə qatılaraq hasarlandığı müşahidə edilmişdir. Bu barədə tədbirlərin görülməsi və nəticəsi barədə müəllifinə məlumat verilməsi xahiş edilir.
16. Cavabdehin ## ####### 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmənin qərarı əsasında torpaq sahəsindən əlavə, fərdi yaşayış evi və qaraja dair vahid əmlak kimi mülkiyyət hüquqları iddiaçının adına dövlət qeydiyyatına almışdır.
17. ## ###### 2022-ci il tarixli cavabdehin məktubunda qeyd edilmişdir ki, qaraja dair üçüncü şəxs1 adına texniki pasport tərtib edilmişdir. Həmin qaraj barəsində Nərimanov Rayon İcra hakimiyyətinin sərəncamı mövcuddur.
18. Cavabdehin ## #### 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, üçüncü şəxs2 tərəfindən reyestrdə cari dəyişikliklərin edilməsi və texniki pasportun tərtib edilməsi barədə müraciəti zamanı məlum olmuşdur ki, reyestrdə qeydə alınan mənzil sökülmüş və yerində fərdi yaşayış evi inşa edildiyindən texniki pasportun tərtrib edilməsi mümkün olmamışdır.
19. Cavabdehin ## ###### 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, üçüncü şəxs1 tərəfindən göstərilən qaraj digər şəxsin adına xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə məxsus torpaq sahəsində yerləşir. Fərdi yaşayış evi məhkəmə qərarı əsasında qeydiyyata alınmışdır.
20. Sərəncamda qeyd edilmişdir ki, adıçəkilən qarajın vətəndaş üçüncü şəxs1 adına sənədləşdirilməsi qərara alınmışdır.
21. Çıxarışda qeyd edilmişdir ki, ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 34,7 kv.m, olan yaşayış sahəsi üçüncü şəxs2 mülkiyyətindədir.
22. “xxxx” MMC tərəfindən tərtib edilmiş rəylərdə qeyd edilmişdir ki, üçüncü şəxs2(Hüseynova) məxsus torpaq sahəsinin bir hissəsi (106,06 kv.m) iddiaçıya məxsus fərdi yaşayış evinin tikintisində arxa tərəfdə yerləşən torpaq sahəsinə qatıldığı müəyyən edilir. İddiaçıya məxsus texniki pasport əsasında torpaq sahəsinin ölçüsü fərdi yaşayış evi tikilənə qədər (2021-ci il) 396,84 kv.m təşkil edir. Fərdi yaşayış evinin tikintisi ərəfəsində əldə etdiyi əlavə 128,16 kv.m hissənin bir hissəsi (106,06 kv.m) T.Hüseynova məxsus, digər hissəsi isə digər qonşunun torpaq sahəsi hesabına baş verib. üçüncü şəxs1 məxsus qaraj və yerləşdiyi torpaq sahəsi 2023-cü il tarixinə qonşu torpaq mülkiyyətçisinin torpaq sahəsinə qatılaraq zəbt edilmişdir.
23. Çıxarışda və Plan və ölçü sənədində qeyd edilmişdir ki, T.Hüseynovaya Z.Bünyadov prospekti 64 B ünvanda yerləşən ona məxsus torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki sahə üzrə ölçüsü 0,055 ha təşkil edir. Müqavilə əsasında əldə edilmişdir.
24. Sərəncam və müqavilədən görünür ki. Həmin əmlak Ş.Məmişov adlı şəxsə məxsus olmuş həmin əmlak F.Kərimova satılmışdır. Sonradan həmin əmlak C.Kazımova satılmışdır.
25. Nərimanov Rayon İcra Şöbəsinin məktubu və ona əlavə edilən sənədlərdən görünür ki, qarajda qalan əmlakların siyahıya alınması qərara alınmış, özgəninkiləşdirilməsi borclu İddiaçı qadağan edilmiş, bu barədə akt da tərtib edilmişdir.
26. Müqavilədən görünür ki, həmin ünvanda yerləşən mənzil və 0,055 ha torpaq sahəsi T.Hüseynovanın mülkiyyətinə verilmişdir.
27. ## ### 2023-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, V.Zaykova məxsus texniki pasporta əsasən mənzilə sahənin ölçüsü 442,0 kv.m təşkil edir. Mənzil söküldüyündən və torpaq sahəsinin konfiqurasiyası faktiki vəziyyətdən fərqli olduğundan koordinatları təyin etmək mümkün olmamışdır. Ş.Panayevə aid texniki pasportla faktiki vəziyyətdə ərazidə konfiqurasiya fərqi mövcuddur. Qarajın atında yerləşən torpaq sahəsi 22,0 kv.m təşkil edir. İddia olunan qaraj digər vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir. üçüncü şəxs1 iddia etdiyi qarajın perimetrik ölçüləri iddiaçıya məxsus fərdi yaşayış evinə verilən texniki pasportun baş planına göstərilən tikili ilə eynilik təşkil edir. 64 B ünvanda yerləşən 0,055 ha torpaq sahəsinin giriş hissəsindən 40 kv.m sahə digər şəxsin istifadəsindədir və 14,8 kv.m torpaq sahəsi iddiaçının hasarı daxilindədir. T.Hüseynova verilmiş ## #### 2010-cu il tarixli çıxarışda qeyd olunan 34,7 kv.m sahəsi olan mənzilin cizgiyə əsasən bir hissəsi vətəndaşın öz sahəsində olmuş və sökülmüşdür. Digər 25 kv.m sahəsi isə iddiaçının torpaq sahəsində olmuş və həmin şəxs öz mənzilini sökmüş, T.Hüseynovaya məxsus mənzilin arxiv cizgisinə əsasən 25,0 kv.m yerində iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir.
28. ## ###### 2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, üçüncü şəxs1 mülkiyyətində olan metal qaraj özünün dediyində görə iddiaçının istifadəsində olan fərdi yaşayış evinin həyətində yerləşir. Ölçü işlərinin aparılması üçün iddiaçının razılığı olmalıdır. üçüncü şəxs1 iddia etdiyi tikinti altı sahə 22,0 kv.m olan qarajın koordinatları iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə düşür.
29. Mütəxəssis rəyində qeyd edilmişdir ki, ## #### 2010-cu il tarixli çıxarış əsasında üçüncü şəxs2 məxsus olan Ziya Bünyadov pr 64 B ünvanda yerləşən torpaq sahəsi faktiki olaraq 525 kv.m təşkil edir, bunun da 510 kv.m sənəd üzrə üzrə sahədəndir. Belə ki, torpaq sahəsinin giriş hissəsində əlavə 15 kv.m sahə istifadə edilməkdədir. ## #### 2010-cu il tarixli çıxarış əsasında üçüncü şəxs2 məxsus olan Ziya Bünyadov pr 64 B ünvanda yerləşən 0,055 ha ərazinin giriş hissəsindən S =40 kv.m hissə digər şəxsin (məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, digər şəxs iddiaçıdır) istifadəsindədir. ## #### 2010-cu il tarixli çıxarışda qeyd olunan S=34.7 kv.m sahə olan mənzilin cizgiyə əsasən bir hissəsi vətəndaşın öz sahəsində olmuş və sökülmüşdür. Digər S=25 kv.m sahə isə digər vətəndaşın iddiaçının torpaq sahəsində olmuş və həmin şəxs öz mənzilini sökmüş və üçüncü şəxs2 (Hüseynovaya) məxsus mənzilin arxiv cizgisinə əsasən 25 kv.m yerində iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir.
30. Mütəxəssis qarşısında əlavə sualların qoyulması zərurəti ilə əlaqədar növbəti dəfə məhkəmə tərəfindən təqdim edilmiş müraciətə dair təqdim edilmiş ## ###### 2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, 34.3 kv.m mənzil və 525,0 kv.m torpaq sahəsinin iddiaçının adına dövlət qeydiyyatı məhkəmə qərarı əsasında baş vermiş, qərar qəbul edilədənədək torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Həmin torpaq sahəsində üçüncü şəxs2 (Hüseynovaya) məxsus mənzilin arxiv sxeminə əsasən 25,0 kv.m sahə olmuşdur. üçüncü şəxs1 məxsus olan metal qarajın ölçüləri həmin torpaq sahəsində yerləşən iddia olunan qarajın ölçülərinə uyğun gəlir.
31. ## ######## 2024-cü il tarixli son mütəxəssis rəyində suallar oxşar cavablandırılmış, həmçinin qeyd edilmişdir ki, X3 alınmış mənzil söküldüyündən və torpaq sahəsinin konfiqurasiyası faktiki vəziyyətdən fərqli olduğundan koordinatları təyin etmək mümkün olmamışdır. üçüncü şəxs1 iddia etdiyi tikinti altı sahə 22 kv.m qarajın koordinatları İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsində yerləşir. Sözügedən sahə ümumilikdə 525 kv.m fiziki sərhədə malikdir.
32. ## ######## 2024-cü il tarixli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyində qeyd edilmişdir ki, üçüncü şəxs1 məxsus olan qaraj və altındakı torpaq sahəsinin İddiaçı tərəfindən hasara alınmış torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. ## ### 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən üçüncü şəxs2nqızına məxsus 64 B ünvanda yerləşən torpaq sahəsinin 40 kv.m hissəsinin digər şəxsin (məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının) istifadəsində olduğu, 14,8 kv.m sahənin iddiaçının hasarı daxilində olduğu müəyyən edilmişdir. ## ###### 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən ## #### 2010-cu il tarixli çıxarışla 64 B ünvanda yerləşən X7 məxsus 34,7 kv.m mənzilin 25 kv.m yerində iddiaçı İddiaçı tərəfindən fərdi yaşayış evinin inşa edildiyi müəyyən edilmişdir.
33. AR Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının *** №-li ## #### 2008-ci il tarixli sərəncamın surətindən müəyyən olunur ki, Akademik Z.Bünyadov prospekti 64 b №li binanın yanında yerləşən, 22,0 kv.m sahəsi olan dəmir qaraj, Akademik Z.Bünyadov prospekti **/** №-li evin 42-ci mənzilində yaşayan vətəndaş üçüncü şəxs1 adına rəsmiləşdirilmişdir.
34. ##.##.2025-ci il tarixli **/**** №-li ekspert rəyinə əsasən üçüncü şəxs2 ## #### 2010-cu il qeydiyyat tarixli ******* nömrəli çıxarışla məxsus Bakı şəhəri, Ziya Bünyadov prospekti 64B ünvanında yerləşən 34,7 kv.m qeyd edilən mənzilin ilkin qeydiyyatı zamanı sənədlərə əlavə olunan plana (sxemə) əsasən 1 otaq – 19,0 kv.m, mətbəx – 5,8 kv.m, hamam-tualet – 4,0 kv.m qeyd olunmuşdur. Plan sxemində giriş və həyət kimi qeyd olunan hissələrdə sahə göstərilməmişdir. Giriş kimi qeyd olunan sahə faktiki söküldüyünə görə həmin sahənin nə qədər olduğunu təyin etmək mümkün olmamışdır. Plan sxemində göstərilən hamam-tualet faktiki olaraq mövcud deyil. İddiaçıya məxsus mənzilin 34,3 kv.m və 525,0 kv.m torpaq sahəsinin qeydiyyata alınması təqdim olunan məhkəmə qərarı əsasında baş vermişdir. İddiaçının xüsusi mülkiyyətində olan 525,0 kv.m torpaq sahəsində iddiaçı üçüncü şəxs2 məxsus olan mənzilin arxiv sxeminə əsasən 25,0 kv.m sahə olmuşdur. Digər iddiaçı üçüncü şəxs1 iddia etdiyi İddiaçı məxsus metal qarajın ölçüləri iddia olunan qaraja uyğun gəlir. Qarajın perimetrik ölçüləri və texniki göstəriciləri İddiaçı məxsus 007013001898-***** reyestr nömrəli fərdi yaşayış evinə verilən texniki pasportun baş planında göstərilən “İ” hərfli tikili ilə eynilik təşkil edir. üçüncü şəxs1 iddia etdiyi tikintialtı sahəsi 22,0 kv.m olan qarajın koordinatları İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə düşür. Hüquqmüəyyənedici sənədlər üzrə iddiaçı İddiaçı məxsus torpaq sahəsinin koordinatları ilə üçüncü şəxs2 məxsus torpaq sahəsinin, həmçinin digər çıxarışla ona məxsus olan mənzil və mənzilə aid torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Sözügedən qaraj sənəd üzrə İddiaçı mülkiyyətində olan torpaq sahəsindədir və onun xüsusi mülkiyyətidir. Faktiki olaraq iddiaçı İddiaçı istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üçüncü şəxs2 mülkiyyətində olan (çıxarış əsasında) torpaq sahəsinin, eyni zamanda digər çıxarışla ona məxsus mənzil və mənzilə aid torpaq sahəsinin koordinatları üst-üstə düşmür. üçüncü şəxs1 iddia etdiyi qaraj İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşir. ##.##.2010-cu il tarixli çıxarışda qeyd olunan X9 məxsus S=34.7 kv.m sahəsi olan mənzilin arxiv cizgisinə əsasən 25.0 kv.m-in yerində İddiaçı tərəfindən ikimərtəbəli fərdi yaşayış evi tikilmişdir. iddiaçı İddiaçı hazırda faktiki istifadə etdiyi torpaq sahəsi (S=525,0 kv.m) fiziki sərhəddə malikdir. Məhkəmə qərarı əsasında vətəndaşın xüsusi mülkiyyətinə çevrilmişdir (qeyd olunan ## #### 2018-ci il tarixdən əvvəl texniki sənəd mövcud olmamışdır. iddiaçıya məxsus qaraja dair texniki pasportda istinad məsafələri qeyd edilmədiyindən qarajın mövqeyini müəyyən etmək mümkün olmadı, lakin qarajın perimetrik ölçüləri və texniki göstəriciləri İddiaçı məxsus fərdi yaşayış evinə verilən texniki pasportun baş planında göstərilən “İ” hərfli tikili ilə eynilik təşkil edir. ##.##.2010-cu il tarixli çıxarışda qeyd olunan X9 məxsus S=34,7 kv.m sahəsi olan mənzilin arxiv cizgisinə əsasən 25,0 kv.mnin yerində iddiaçı İddiaçı tərəfindən ikimərtəbəli fərdi yaşayış evi tikilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, ************ reyestr nömrəli çıxarışa əsasən X9 mülkiyyətinə verilmiş 0,55 ha torpaq sahəsinin 14,8 kv.m hissəsi qonşu İddiaçı hasarı daxilində qalmışdır.
35. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktuba əsasən bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə ************ reyestr nömrəsi ilə X9 adına qeydiyyata alınıb.
36. ##.##.2026-cı il tarixli **/*** №-li ekspert rəyinə əsasən ## ### 1995-ci il tarixli texniki pasporta görə mənzilin torpaq sahəsi 396,84 kv.m göstərilib. Faktiki istifadə olunan torpaq sahəsinin isə 539,5 kv.m olduğu qeyd edilir və bunun iddiaçı İddiaçı istifadəsində olduğu yazılıb. X9 məxsus 34,7 kv.m mənzilin arxiv planında göstərilən 25 kv.m tikilinin yerində hazırda İddiaçı tikdirdiyi fərdi yaşayış evi yerləşir. Həmin 25 kv.m sahə ##.##.2018ci il tarixli çıxarışa əsasən İddiaçı verilmiş 525 kv.m torpaq sahəsinin daxilində yerləşir. ## #### 2025-ci il tarixli əvvəlki ekspertiza rəyində göstərilən 14,8 kv.m torpaq sahəsi Hüseynovanın 550 kv.m torpaq sahəsindən kənarda yerləşir və İddiaçı istifadəsindədir. Bu 14,8 kv.m-in 3,66 kv.m hissəsi İddiaçı mülkiyyətində olan 525 kv.m torpaq sahəsinin daxilində yerləşir. Texniki pasport və koordinatlar əsasında müəyyən edilib ki, sökülmüş 25 kv.m tikili ilə 14,8 kv.m sahənin bir hissəsi üst-üstə düşür. ## #### 2025-ci il tarixli **/**** nömrəli ekspertiza rəyinin 7-ci sualına verilən cavabla 13-cü sualına verilən cavab arasında ziddiyyət yoxdur. Səbəb kimi göstərilir ki, 7-ci sual X1 məxsus qaraja aid olub, 13-cü sual isə X9 məxsus tikili və torpaq sahəsinə aid olduğundan müxtəlif obyektlər qiymətləndirilib.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
37. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
38. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
39. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il ###ın ##-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il ######ın #-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il ####un #-dan 2009-cu il ####un ##-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il ######un ##dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il ######un ##-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il ######un ##-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il ######ın ##-dən 1995-ci il ######ın ##-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il ######ın #-dan 1995-ci il ######ın ##-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il ######ın #-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il ######ın #-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi ev tikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il ######ın #-dək qəbul edilmiş qərarlar.
40. Qeyd olunmalıdır ki, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu qismən sübut edə bilmişdir.
41. Belə ki, yuxarıda sadalan müddəaların tələblərindən də göründüyü kimi daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün mövcud olmalı olan hüquqmüəyyənedici sənədlərin konkret siyahısı təsbit edilmişdir ki, həmin sənədlərdən birinə malik olma hüququn dövlət qeydiyyatına alınmasına yönələn tədbirlərin cavabdeh tərəfindən görülməsi öhdəliyi yaradır. İşin faktiki hallarından göründüyü kimi hazırkı iddia 16 kv.m mənzilin fərdi yaşayış sahəsi kimi 525 kv.m torpaq sahəsi ilə birlikdə dövlət qeydiyyatına alınması ilə əlaqədardır. Qeyd olunmalıdır ki, mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması ilə bağlı iddianın təmini üçün torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatını əsaslı hesab edən hüquqmüəyyənedici sənədin mövcudluğu mütləqdir.
42. Belə ki, Mənzil Məcəlləsinin: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
43. Göründüyü kimi fərdi yaşayış evi və mənzil yaşayış sahələri kimi bir-birindən fərqli xüsusiyyətlərə malik yaşayış sahələridir. Sahənin fərdi yaşayış evi xüsusiyyəti isə onun yerləşdiyi torpaq sahəsinə fərdi hüququn mövcudluğunu da zəruri edir. Bu səbəbdəndir ki, mənzil kimi qeydiyyatı mövcud olmuş sahəyə dair torpaq sahəsinə hüquq mövcud olduğu halda, həmin sahədə yerləşən mənzilin fərdi yaşayış evi formasında göstərilməsindən söhbət gedə bilər. Hazırkı işin faktiki halları ilə isə müəyyən edilir ki, iddiaçının mənzilə dair texniki sənədlərdə həmin ölçüyə aid hər hansı bir qeyd belə mövcud olmamışdır.
44. İş materiallarında olan rəylərdən də müəyyən edilir ki, həmin ölçü məhkəmə qərarınadək iddiaçı və ondan əvvəlki mənzilin mülkiyyətçilərə aid sənədlərdə öz əksini tapmamış, faktiki istifadə vəziyyətinə uyğun olaraq hər hansı hüquqmüəyyənedici sənəd olmadan istifadə edilmişdir. İş materiallarında mövcud olan sənədlər və mütəxəssis və ekspert rəyləri ilə, həmçinin də o da müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mülkiyyət hüquqları dövlət qeydiyyatına alınması tələb edilən 525 kv.m torpaq sahəsində üçüncü şəxslər T.Əliyev və T.Hüseynovaya məxsus əmlaklar mövcud olmuş, hər hansı hüquqmüəyyənedici və texniki sənəd məhkəmə qərarınadək mövcud olmadan həmin sahələr də iddiaçı tərəfindən istifadə edilmişdir.
45. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatlarını, iş üzrə toplanmış sübutları və məhkəmə iclasında tədqiq edilmiş sənədləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58, 68 və 87-ci maddələrinin tələblərinə uyğun qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
46. Birinci instansiya məhkəməsi iddianı tam rədd edərkən ## ### 1995-ci il tarixli texniki pasportun torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün hüquqmüəyyənedici sənəd olmadığını, torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinin mümkün olmadığını və buna görə də iddia tələbinin təmin edilməsinin qeyrimümkün olduğunu göstərmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin nəticə iş üzrə toplanmış sübutların, xüsusilə məhkəmə tikinti-texniki ekspertizasının nəticələri ilə uzlaşmır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 2025-ci il tarixli **/**** nömrəli rəyindən müəyyən olunur ki, ## ### 1995-ci il tarixli texniki pasportda göstərilən 396,84 kv.m torpaq sahəsinin faktiki ölçüsü 539,5 kv.m təşkil edir, həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmiş və sxemdə göstərilmişdir. Ekspertiza ilə eyni zamanda müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi faktiki olaraq iddiaçı İddiaçı istifadəsindədir.Ekspertiza rəyi ilə həmçinin müəyyən edilmişdir ki, X9 məxsus 34,7 kv.m sahəli mənzilin arxiv planına əsasən 25 kv.m hissəsinin yerində iddiaçı tərəfindən ikimərtəbəli fərdi yaşayış evi inşa edilmiş, həmin hissə iddiaçının adına verilmiş 525 kv.m torpaq sahəsinin hüdudlarında yerləşmişdir.
47. Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ## ######## 2024-cü il tarixli mütəxəssis rəyində də iddiaçının faktiki istifadəsində olan 525 kv.m torpaq sahəsinin fiziki sərhədlərinin mövcud olduğu, həmin sahənin məhkəmə qərarı əsasında xüsusi mülkiyyətə çevrildiyi, həmçinin üçüncü şəxsin torpaq sahəsi ilə yalnız məhdud hissədə kəsişmənin mövcud olduğu göstərilmişdir. 48.Beləliklə, iş üzrə toplanmış sübutlar birinci instansiya məhkəməsinin göstərdiyi kimi torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinin mümkünsüz olduğunu deyil, əksinə, onların ekspertiza yolu ilə müəyyən olunduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi ekspert rəyinə lazımi hüquqi qiymət verməmiş, sübutları tam və obyektiv araşdırmamışdır.
49. Məhkəmə kollegiyası nəzərə alır ki, ekspertiza faktiki istifadədə olan sahənin 539,5 kv.m olduğunu müəyyən etsə də, iddiaçının tələbi və iş üzrə hüquqmüəyyənedici sənədlər yalnız 396,84 kv.m torpaq sahəsinə münasibətdə kifayət qədər hüquqi əsas yaradır. 396,84 kv.m-dən artıq sahəyə münasibətdə isə digər şəxslərin hüquqlarına toxunulması ehtimalı tam aradan qaldırılmadığından həmin hissədə iddianın təmin edilməsi mümkün deyildir.
50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı hüququ yaradan deyil, mövcud hüququ rəsmiləşdirən xarakter daşıyır. Buna görə də dövlət qeydiyyatının olmaması şəxsin hüququnun mövcud olmadığını öz-özlüyündə ifadə etmir. Məhkəmə hüququn mövcudluğunu müəyyən edərkən hüquqmüəyyənedici sənədləri, texniki inventarlaşdırma materiallarını, arxiv sənədlərini, ekspert və mütəxəssis rəylərini, habelə faktiki istifadə vəziyyətini qarşılıqlı əlaqədə qiymətləndirməlidir. Bundan əlavə, Ali Məhkəmə dəfələrlə qeyd etmişdir ki, ekspert rəyi xüsusi bilik tələb edən hallarda mühüm sübut növüdür. Məhkəmə ekspert rəyini qəbul etmədikdə bunun səbəblərini qərarda əsaslandırmalıdır. Əgər ekspert rəyi digər sübutlarla uzlaşırsa və onun düzgünlüyünə şübhə yaradan hallar müəyyən edilmirsə, məhkəmə həmin rəyi nəzərə almalıdır.
51. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən mülkiyyət hüququ dövlət tərəfindən tanınır və müdafiə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə dövlət qeydiyyatı zamanı hüquqmüəyyənedici sənədlər digər sübutlarla birlikdə qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə sübutları onların tam, obyektiv və hərtərəfli araşdırılması əsasında daxili inamına görə qiymətləndirir. Həmçinin İnsan Hüquqlarının və X5 haqqında Konvensiyaya əlavə edilmiş * saylı Protokolun 1-ci maddəsinə əsasən hər kəs öz əmlakından maneəsiz istifadə hüququna malikdir. Məhkəmə bu hüququ təmin edərkən digər şəxslərin mülkiyyət hüquqları ilə də ədalətli tarazlığı qorumalıdır. Bütün sübutların məcmu halında qiymətləndirilməsi nəticəsində məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi səbəbindən qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də qətnamə ləğv edilməli, iddia tələbi 396,84 kv.m torpaq sahəsinə münasibətdə təmin edilməli, iddianın qalan hissəsi isə rədd olunmalıdır. Bu nəticə iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyi, mütəxəssis rəyi və digər sübutlarla tam təsdiq olunur. 52.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 51.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ####### 2024-cü il tarixli, *-*(***)-****/**** saylı qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 4 ünvanında yerləşən 396,84 kv.m torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov