Məhkəmə qərarları › İş №2-1(103)-1361/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1361/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1361/2025 05.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına izah verilməsi barədə ərizəyə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 254/2023 saylı 31 oktyabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə, 2017-ci ilin 1-ci rübü və 2019-cu ilin 3-cü rübü üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi bəyənnaməsi üzrə dəqiqləşdirilmiş bəyənnamələr təqdim edə bilməsi üçün sistemdə yaradılmış texniki maneənin aradan qaldırılmasını və təqdim ediləcək bəyənnamələrin qəbul edilməsinə dair vergi orqanının üzərinə öhdəliyin qoyulmasını, pilot layihə və dövlətə ayrılan hissələrlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin məktubları və təqdim olunmuş digər sənədlərin vergi hesablanması məqsədləri üçün nəzərə alınması öhdəliyinin vergi orqanının üzərinə qoyulmasını və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********669900 saylı və xx.xx.2021-ci il tarixli **********971000 saylı qərarlarının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixində iddiaçı tərəfindən iddia ərizəsi üzrə dəqiqləşmə verilərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2022-ci il tarixli **********160130 saylı qərarının” xx.xx.2021-ci il tarixli, **********669900 saylı və xx.xx.2021-ci il tarixli **********971000 saylı kameral hesablama barədə qərarlarının ləğv olunması və 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə, 2017-ci ilin 1-ci rübü və 2019-cu ilin 3-cü rübləri üzrə dəqiqləşdirilmiş bəyənnamələrin qəbul edilməsi öhdəliyinin vergi orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə və 2019cu ilin 3-cü rübləri üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşdirilmiş bəyannamələrin qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********569900 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********971000 saylı qərarları və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022ci il tarixli **********160130 saylı qərarının İddiaçı tərəfindən hər iki layihə üzrə dövlət büdcəsinə cəmi ödənilməli olan qalıq 2 280 371.48 manat məbləğ istisna olmaqla və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********160130 saylı qərarının 2018-ci il üzrə 120 manat, 2019-cu il üzrə 40 manat, 2021-ci il üzrə 40 manat olmaqla, cəmi 200 manat məbləğində maliyyə sanksiyası məbləği istisna olmaqla ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli manat) manat məbləğində pulun İddiaçı MMC-dən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulması qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 2- 1(103)-2846/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 508/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 oktyabr 2023-cü il tarixli, 2- 1(103)-2846/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonradan cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixdə məhkəməyə “qərara izah verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********569900 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********971000 saylı qərarları və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022- ci il tarixli **********160130 saylı qərarı İddiaçı MMC tərəfindən hər iki layihə üzrə dövlət büdcəsinə cəmi ödənilməli olan qalıq 2 280 371.48 manat məbləğ istisna olmaqla, ləğv edilməsi qeyd edilmiş olsa da, müvafiq qərarlar üzrə ayrılıqda məbləğlər, tədiyyə və dövr göstərilməmiş və əlavə heç bir qeyd aparılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvafiq məhkəmə qərardadında qeyd edilmişdir ki, hazırki halda qərarın (qətnamənin) izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qərarın icrasına qədərki və ondan sonraki vəziyyəti dəyişmir. Şərh olunan maddəni tətbiq edərkən nəzərə almaq lazımdır ki, bu maddədə qərarın icra edilməməsi dedikdə, onun tam icra edilməməsi başa düşülməlidir. Odur ki, qərarın qismən icra edilməsi onun icra edilməmiş hissəsində izah olunmasını istisna etmir. Məhkəmə hesab etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı aydın olduğundan, məhkəmə qərarında hər hansı aydın olmayan məqamın mövcudluğu yuxarı instansiya məhkəmələri tərəfindən müəyyən olunmadığından, həmçinin cavabdehin izah ərizəsində qeyd etdiyi hallar məhkəmə qərarının əsaslandırılma hissəsində öz əksini tapdığından, məhkəmə qərarına izah verilməsinə hər hansı zərurət yoxdur. Odur ki, cavabdehin məhkəmə qərarına izah verilməsi barədə ərizəsi təmin olunmamalıdır. Əvvəla, 2-1(112)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar cavabdeh tərəfindən icra edilə bilmədiyindən izah ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Həmçinin cavabdeh tərəfindən apellyasiya və kassasiya şikayətləri verilən zaman müvafiq hissəyə münasibət bildirilmişdir, belə ki, kassasiya şikayətində qeyd edilmişdir: “1-ci instansiya məhkəməsinin qərarının nəticə hissəsi ilə bağlı bildirməyi zəruri hesab edirik ki, qərar hüquqi müəyyənlik prinsipinə cavab vermir. Belə ki, qərarının təsviri əsaslandırıcı hissəsində iddianın təmin edilməsi istiqamətində mövqelər sərgiləndiyi halda, qərarın nəticəvi hissəsində təsviri əsaslandırıcı hissəyə uyğun olmayan nəticəyə gəlinmişdir. Ümumilikdə qərarın nəticəvi hissəsi qəti şəkildə anlaşılan deyildir. Bu nöqsan və çatışmazlıqların apellyasiya məhkəməsi tərəfindən aradan qaldırılmaması son nəticədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını qeyri-mümkün etməklə çətinləşdirəcək, qərarın icra müddətini gecikdirəcəkdir. Ona görə də işə Ali Məhkəmədə baxılan zaman bu məsələyə xüsusi diqqət yetirilməli və qərarın nəticə hissəsindəki qeyri-müəyyənlik mütləq aradan qaldırılmalıdır”. Lakin təəssüf ki, məhkəmə kollegiyası müvafiq hissəyə münasibət bildirməmişdir. Hazırda da qərarın icrası zamanı gözlənilən çətinliklər yaşanmaqdadır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 ərizənin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, inzibati məhkəmə icraatının iştirakçısının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə görə işə baxmış hakim qəbul etdiyi qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Bu qayda məhkəmə qərardadına da şamil olunur. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. İş materiallarından görünür ki, hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin yekun qərarı qəbul edildikdən sonra inzibati iş birinci instansiya məhkəməsinə göndərilmiş və sonuncu xx.xx.2024-cü il tarixli məktubla cavabdeh inzibati orqandan məhkəmə qərarının icra olunmasını tələb etmişdir. Bundan sonra cavabdeh 2-1(112)-254/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin iş üzrə birinci instansiya məhkəməsi 2-1(112)-254/2023 saylı xx.xx.2023-cü il tarixli qərarın izah edilməsinə lüzum görməmişdir. Həmin nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı aydın olduğundan onun izahına ehtiyac yoxdur. Belə ki, izah verilməsi tələb olunan məhkəmə qərarı ilə iddia tələbi qismən təmin edilərək, 2018-ci ilin 1-ci, 2018-ci ilin 4-cü rübü üzrə və 2019-cu ilin 3-cü rübləri üzrə bina tikintisi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin sadələşdirilmiş vergi bəyannaməsi üzrə dəqiqləşdirilmiş bəyannamələrin qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli, **********569900 saylı və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********971000 saylı qərarları və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022ci il tarixli **********160130 saylı qərarının İddiaçı tərəfindən hər iki layihə üzrə dövlət büdcəsinə cəmi ödənilməli olan qalıq 2 280 371.48 manat məbləğ istisna olmaqla və “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunverciliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********160130 saylı qərarının 2018-ci il üzrə 120 manat, 2019-cu il üzrə 40 manat, 2021-ci il üzrə 40 manat olmaqla, cəmi 200 manat məbləğində maliyyə sanksiyası məbləği istisna olmaqla ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik zərurət olduqda qətnaməyə, o cümlədən qərardada onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin, qanunun mənasına görə belə izah aktın məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyrimüəyyən və anlaşılmayan olsun. Hazırki iş üzrə qəbul olunmuş 2-1(112)-254/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə qərarı aydın və anlaşılan olduğu üçün və məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi üçün heç bir əsas mövcud olmadığından onun izahına lüzum yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qərarına izah verilməsi barədə iddiaçının ərizəsi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər formal olub, qanuni və əsaslı olan məhkəmə qərardadının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-254/2023 saylı 31 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar