Məhkəmə qərarları › İş №2-1(103)-1362/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1362/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1362/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1278/2022 nömrəli 25 oktyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə əlavə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həmin Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1278/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rüstəm Kərimli). Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1278/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1965-ci il tarixdə anadan olmuşdur. O, 1982-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qazneft mədən fakültəsinin "Neft və qaz quyularının qazılması" ixtisası üzrə əyani şöbənin 1-ci kursuna daxil olmuş, 1983-cü ildə isə əyani şöbənin 1-ci kursundan həqiqi hərbi xidmətə çağırılmış, 1985-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin 1-ci kursuna bərpa edilmiş, 1989-cu ildə göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. Bu, öz təsdiqini Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş 9 iyun 2021-ci il tarixli 01-659 nömrəli arxiv arayışı və 051709 nömrəli hərbi biletlə də tapır. Eyni zamanda iş materiallarına əlavə edilmiş əmək kitabçasından da görünür ki, İddiaçı 6 oktyabr 1989-cu ildə əmək fəaliyyətinə başlamış, 31 dekabr 2018-ci ilədək müxtəlif vəzifələrdə işləmişdir. Əmək kitabçasından da məlum olur ki, iddiaçı 20 ildən çox ümumi iş stajına malik olmaqla yanaşı, qanunvericiliyin tələb etdiyi güzəştli şərtlərlə pensiya təyin olunması üçün də iş stajını tamamlamışdır. Lakin Məhkəmə yanlış olaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan iş stajını tamamlamadığını göstərmişdir. İşdəki bütün hallar tam şəkildə araşdırılmamışdır. İşin hallarından da görünür ki, İddiaçı 1982-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Qaz-neft mədən fakültəsinin ’’Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbənin 1-ci kursuna daxil olmuş, 1983-cü ildə isə əyani şöbənin 1-ci kursundan həqiqi hərbi xidmətə çağırılmış, 1985-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin 1-ci kursuna bərpa edilmiş, 1989-cu ildə göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. İddiaçı təhsilini başa vurduqdan sonra isə 6 oktyabr 1989-cu il tarixdən 12 dekabr 1995-ci il tarixədək "Neft Daşları” X12 İdarəsində qazmaçı köməkçisi, texnoloq, mühəndis-texnoloq, rəis, 18 dekabr 1995-ci il tarixdən 10 mart 2006-cı ilədək ’’Neft Daşları” X12 İdarəsində Texniki İstehsalat şöbəsinin rəisi vəzifəsində çalışmış və 2018-ci il 31 dekabr tarixinədək öz əmək fəaliyyətini davam etdirmişdir. Yuxarıda göstərilənlərdən məlum olur ki, iddiaçı ’’Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulan 20 illik iş stajını tamamlamışdır ki, bu, birinci instansiya məhkəməsi tərəfindən də təsdiq olunmuşdur. Mübahisəli məsələ isə ona 52 yaşından güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 10 illik xüsusi iş stajı ilə əlaqədardır. Birinci instansiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 qərarı ilə "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı" və "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı" təsdiq edilmiş və müəyyən edilmişdir ki, "Vətəndaşların pensiya təminatı haqqında" qanuna uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusuilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Sözügedən Qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının "X.Neftin qazılması və hasilatı, neft, qaz, qaz kondensatı, kömür və şistin emalı" fəhlələr bölməsində "neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları" və rəhbərlər və mütəxəssislər bölməsində "bilavasitə buruqlarda məşğul olan olan qazma üzrə mühəndislər" peşələri daxil edilmişdir. İşin hallarından da görünür ki, iddiaçı uzun müddət X9 Qazma İşləri sahəsində çalışmışdır, istehsalatda texniki mühəndis kimi suyun içində işləmişdir və bu, onun sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, iddiaçının çalışdığı vəzifələr birbaşa Nazirlər Kabinetinin qəbul etdiyi siyahıda göstərilməsə belə, oradakı əsas məqsəd həmin vəzifələrin insan sağlamlığına vurduğu zərərlilik meyarına əsaslanır. Birinci instansiya məhkəməsi iddiaçının çalışdığı vəzifələrin siyahıda göstərilən vəzifələrə münasibətdə nə dərəcədə təhlükəli olub-olmaması ilə bağlı müvafiq orqana heç bir sorğu yollamamış və tam araşdırma aparmayaraq prosessual pozuntu törətmişdir. Buna görə də qəbul edilən qərar tam qanunsuzdur və ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bu barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1965-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01-659 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1982-ci ildə təhsil müəssisəsinin Qaz-neft mədən fakültəsinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olmuş və 1983-cü ildə əyani şöbənin İ kursundan həqiqi hərbi xidmətə çağırılmış və 1985-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İ kursuna bərpa edilmiş və 1989-cu ildə göstərilən ixtisas üzrə əyani şöbəni bitirmişdir. İş materiallarında olan QR seriyalı 051709 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 10 may 1983-cü il tarixdən 27 aprel 1985-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 6 oktyabr 1989-cu il tarixdən əmək fəaliyyətinə başlamış və 31 dekabr 2018-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarında olan ARDNŞ-nin (SOCAR) məhkəməyə müvafiq sorğuya cavab olaraq ünvanlanmış 20 iyun 2022-ci il tarixli məktubunda bildirilir ki, vətəndaş X1 xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək “Neft Daşları” X12 İdarəsində dəniz şəraitində Texniki istehsalat şöbəsinin rəisi vəzifəsində işləmişdir. İş materiallarında olan cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 20 ildən (18 il 2 ay 2 gün (xx.xx.1983-xx.xx.1985-ci il və xx.xx.1989xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 10 ildən az (4 il 11 gün (xx.xx.1989-xx.xx.1991-ci il və xx.xx.1991-xx.xx.1994-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan SOCAR “Kompleks qazma işləri tresti” tərəfindən sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir: Verilir xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixinə kimi “Neft Daşları” X12 İdarəsində işləmişdir. ’’Xəzərdənizneftqaz” İstehsalat Birliyinin xx.xx.1992-ci il tarixli 183 saylı əmri ilə “Neft Daşları” X12 İdarəsi ’’Azərineft” X5 Birliyinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Neft Sənaye Nazirliyinin xx.xx.1994-cü il tarixli 48 saylı əmri ilə ’’Azərineft” Dövlət Konserni Azərbaycan Respublikası Dövlət Neft Şirkəti adlandırılmışdır və ’’Xəzərdənizneftqaz” İstehsalat Birliyinin “Neft Daşlan” X12 İdarəsi onun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 28 saylı xx.xx.2003-cü il tarixli əmri ilə X13 X3 yenidən təşkil olunaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi adlandırılmışdır və “Neft Daşları” X12 İdarəsi onun tərkibinə verilmişdir. SOCAR-ın 51 saylı xx.xx.2007-ci il tarixli və 60 saylı xx.xx.2007-ci il tarixli əmrləri ilə “Kompleks qazma işləri tresti” yaradılmışdır və “Neft Daşları” X12 İdarəsi onun tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Kompleks qazma işləri” trestinin “Neft Daşları” Qazma İşləri İdarəsi ləğv olunaraq, “Neft Daşları” istehsalat bölümü kimi fəaliyyət göstərir. “Kompleks qazma işləri" trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Neft Daşları”, “Günəşli” İstehsalat bölümləri hal-hazırda “Neft Daşları-Günəşli” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 4-cü dərəcəli qazmaçı köməkçisi peşəsində, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 5-ci dərəcəli qazmaçı köməkçisi peşəsində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 6-cı dərəcəli qazmaçı peşəsində, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək 5 saylı X10 Özülünə mühəndis-texnoloq vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək X4 Xidmətə neft qaz quyularının qazılması üzrə mühəndis-texnoloq vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Texniki İstehsalat şöbəsinə 1-ci kateqoriyalı qazma üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək Texniki İstehsalat şöbəsinin rəisi vəzifəsində işləmiş, xx.xx.1995-ci ildə işdən azad edilmişdir, xx.xx.1995-ci ildən xx.xx.2003-cü ilədək “Neft Daşlan” X12 İdarəsi Texniki İstehsalat şöbəsinin rəisi vəzifəsində, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək Texniki İstehsalat şöbəsinin 14-cü dərəcəli rəisi vəzifəsində, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Texniki İstehsalat şöbəsinin 15-ci dərəcəli rəisi vəzifəsində işləmiş, xx.xx.2006-cı ildə İşdən azad edilmişdir. Bu müddətə iş stajı 16 il 04 ay 28 gün, güzəştli iş stajı 04 il 09 ay 25 gün təşkil edir. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı” nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmişl 1100000a-11297 kodu ilə qazmaçı köməkçisi peşəsi, 1100000b-22247 kodu ilə bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər vəzifəsi 04 il 09 ay 25 gün güzəştli iş stajı təşkil edir. Qeyd: Mühəndis texnoloqla qazma üzrə mühəndisin vəzifə təlimatını rəhbər tutaraq vəzifə funksyaları eyni olduğu üçün məqsədə uyğun hesab edilmişdir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxx 1965-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasında, hərbi biletdə və arxiv arayışında qeyd olunanlarda onun 1982-ci ildə Qaz-neft mədən fakültəsinin “Neft və qaz quyularının qazılması” ixtisası üzrə əyani şöbənin İ kursuna qəbul olunduğu, 1983-cü ildə əyani şöbənin İ kursundan həqiqi hərbi xidmətə çağırıldığı, 10 may 1983-cü il tarixdən 27 aprel 1985-ci il tarixədək hərbi xidmətdə olduğu, 1985-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbənin İ kursuna bərpa edildiyi, 1989-cu ildə göstərilən ixtisas üzrə əyani şöbəni bitirdiyi, bundan sonra 6 oktyabr 1989-cu il tarixdən 12 dekabr 1995-ci il tarixədək “Neft Daşları” X12 İdarəsində qazmaçı köməkçisi, texnoloq, mühəndis-texnoloq, rəis, 18 dekabr 1995-ci il tarixdən 10 mart 2006-cı il tarixədək “Neft Daşları” X12 İdarəsində Texniki istehsalat şöbəsinin rəisi vəzifələrində çalışdığı və əmək fəaliyyətini 2018-ci ilin dekabr ayının 31-dək davam etdirdiyi göstərilmişdir. İddiaçı «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddələrinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az, güzəştli iş stajının 10 ildən az təşkil edir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 20 ildən çox təşkil edir (xx.xx.1983xx.xx.1989; xx.xx.1989-xx.xx.2006). Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar isə qeyd edilməlidir ki, iddiaçı xx.xx.1989-cu ildən xx.xx.1989-cu ilədək Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 4-cü dərəcəli qazmaçı köməkçisi, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 5-ci dərəcəli qazmaçı köməkçisi, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək Neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında 6-cı dərəcəli qazmaçı, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək 5 saylı X10 Özülünə mühəndistexnoloq vəzifəsində, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək X4 Xidmətə neft qaz quyularının qazılması üzrə mühəndis-texnoloq, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Texniki İstehsalat şöbəsinə 1-ci kateqoriyalı qazma üzrə mühəndis peşələrində işləmişdir ki, həmin vəzifələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı»nda nəzərdə tutulmuşdur (X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı; 1. Qazma; a) fəhlələr; kod 1100000a—11297 neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları; b) Rəhbərlər və mütəxəssislər; kod 1100000b—22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) və buna uyğun olaraq iddiaçının güzəştli iş stajı 04 il 09 ay 25 gün təşkil edir. SOCAR “Kompleks qazma işləri tresti” tərəfindən sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş arayışda da qeyd olunan vəzifələrdə iş stajı güzəştli iş stajı hesab edilmişdir. İddiaçının işlədiyi xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək Texniki İstehsalat şöbəsinin rəisi, xx.xx.1995-ci ildən xx.xx.2003-cü ilədək “Neft Daşlan” X12 İdarəsi Texniki İstehsalat şöbəsinin rəisi, xx.xx.2003-cü ildən xx.xx.2003-cü ilədək Texniki İstehsalat şöbəsinin 14-cü dərəcəli rəisi, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Texniki İstehsalat şöbəsinin 15-ci dərəcəli rəisi vəzifələri isə qeyd olunan Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də qeyd olunan dövrlər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. SOCAR “Kompleks qazma işləri tresti” tərəfindən sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş arayışda da qeyd olunan vəzifələrdə iş stajı güzəştli iş stajına daxil edilməmişdir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı 10 ildən azdır. Bu səbəbdən də onun 52 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və mülahizə xarakteri daşıyır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1278/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar