Məhkəmə qərarları › İş №2-1(103)-1363/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1363/2020

06.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1363/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1973-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 və Reabilitasiya Xidmətinə qarşı (üçüncü şəxs – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Şəhər Poliklinikası) əlillik dərəcəsi verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-674/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarından iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona ikinci qrup əlillik dərəcəsi müəyyən edilərək verilməsi və əlillik dərəcəsinin xx.xx.2019-cu il tarixindən hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uşaq vaxtından sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadan gəlmə skolioz, döş fəqərələrinin sol tərəfli 2-ci dərəcəli skoliozu, 3-cü dərəcəli hiperkifozu xəstəliyindən əziyyət çəkir. Müxtəlif vaxtlarda müalicə olunsa da xəstəliyin qarşısını müvəqqəti ala bilmişdir. Lakin yaşa dolduqca xəstəliklər səhhətində ciddi fəsadlar törətmişdir. Demək olar ki, onurğasında vaxtaşırı ağrılar olduğundan ağrıkəsici iynələrdən istifadə edir. Onurğada olan xəstəliklər, onurğanın əyilməsi onun ağ ciyərində ciddi problemlər yaratmışdır. Artıq tənəffüs çatışmamazlığından da əziyyət çəkir. Beş ildir ki, işləmir. Üç övladı var, maddi durumu yaxşı deyildir, vaxtlı-vaxtında müalicə ala bilmir.Qeydiyyatda olduğu 2 №-li poliklinikadan göndəriş alaraq, xx.xx.2019-cu il tarixində ET Travmatologiya və Ortopediya İnstitutunda müayinə və müalicə almışdır. Həmin xəstəxanada onurğanın döş tipli sol tərəfli 2-ci dərəcəli (14 dərəcə) skoliozu və 3-cü dərəcəli (82 dərəcə) hiperkifozu, döş və bel fəqərələrinin osteoxondrozu, fəqərələrin torsiya edilməsi diaqnozu qoyulmuşdur. Ondan əlavə xx.xx.2019-cu il tarixində göndəriş əsasında X9 Xəstəlikləri İnstitutunda müayinədən keçmişdir, orada 4805 nömrəli tibbi arayışa əsasən qarışıq tipli mötədil ventilyasiya pozgunluğu (196) diazqnozu qoyulmuşdur. Göründüyü kimi orqanizmində bir çox xəstəliklərin olması onun sağlamlıq imkanlarını məhdudlaşdırmışdır. xx.xx.2019-cu il tarixində 2 №-li şəhər poliklinikası tərəfindən ona əlillik dərəcəsi verilməsi üçün 0019003AABÜ9 №-li bildirişlə X11 Komissiyasına elektron forma-88 göndərilmişdir. Lakin cavabdeh X11 Komissiyası tərəfindən xx.xx.2019-cu il tarixli məktub ilə ona əlillik dərəcəsinin təyin edilməsindən imtina cavabı verilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 və Reabilitasiya Xidməti etirazında göstərmişdir ki, İddiaçı əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0019003AABW9 nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirilməyə əsas verən 0019003AABW9 nömrəli göndərişin təhlili göstərmişdir ki, xəstəlik xx.xx.1976-cı il tarixdə başlanmışdır. Əsas xəstəlik kimi ”Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skoliozu, İİİ dərəcəli hiperkifozu”, ağırlaşma kimi isə “Onurğanın skoliozla əlaqədar olmayan digər anadangəlmə anomaliyaları, başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatışmamazlığı, hərəkətin və yerişin pozulmaları, onurğanın osteoxondrozu” diaqnozları göstərilmişdir. Yanaşı xəstəlik kimi isə “Əzginlik (süstlük) və yorğunluq” xəstəliyi qeyd edilmişdir. Qeyd edilmiş diaqnoz və ağırlaşmalar qanunvericiliyə uyğun olaraq əlilliyin təyininə əsas vermir. Bundan başqa İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş bütün göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, əlilliyin təyininə əsas verən ağırlaşmalar qeyd edilməmişdir.Buna görə də əlillik təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5072/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə (hakim T.Əsədova) 2 saylı şəhər poliklinikası üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona əlillik dərəcəsinin müəyyən edilərək verilməsini cavabdehin üzərinə həvalə edilməsi və əlillik dərəcəsinin xx.xx.2019-cu il tarixindən hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-674/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət X7 və Reabilitasiya Xidmətinə qarşı iddiaçıya əlillik dərəcəsinin müəyyən edilərək verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-674/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-674/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Sonuncu məhkəmə kollegiyası iclasında iştirak etmək məqsədilə gələn cavabdehin nümayəndəsi X1 təsdiq edən etibarnamə təqdim etməmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmək məqsədilə gələn üçüncü şəxsin nümayəndələri X4 (2 №-li şəhər Poliklinikasının şöbə müdiri) və Qaracayev Rüstəm (travmatoloq-ortoped) səlahiyyətlərini təsdiq edən etibarnamə təqdim etməmişlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-674/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əsasən: -iddiaçının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1973-cü il təvəllüdlüdür. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X11 Komissiyasına 0019003AABW9 nömrəli göndərişə əsasən İddiaçı 2 nömrəli şəhər poliklinikasında xx.xx.1993-cü ildən qeydiyyatda olmuşdur, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixlərdə “Sümüklərin inkişafı xəstəliyi qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz (Q76.3)” xəstəliyi ilə bağlı müraciət etmişdir, ET Travmatologiya və Ortopediya İnstitutunda xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə stasionar müalicə almışdır, birinci dəfə Q76.3 və ikinci dəfə J96 klinik diaqnozu qoyulmuşdur, “Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skoliozu, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skoliozu.İİİ dərəcəli hiperkifozu” (Q76.3) əsas diaqnoz, “Onurğanın skoliozla əlaqədar olmayan digər anadangəlmə anomaliyaları (Q76.4), Başqa rubrikalara təsnif olunmayan tənəffüs çatışmamazlığı (J96), Hərəkətin və yerişin pozulmaları (R26), Onurğanın osteoxondrozu (M42)” ağırlaşma diaqnozu ilə iddiaçıya əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə X11 Komissiyasına göndərilmişdir. -X2 xx.xx.2019-cu il tarixli bildirişinə əsasən iddiaçı 2 nömrəli X3 Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “X11 komissiyasına göndərişlərin reyestri”nə daxil edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinin xx.xx.2019-cu il tarixli, 10156-01/12 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, işçi qrupun rəyinə əsasən xx.xx.2019-cu ildə X11 Komissiyasının rədd cavabı xəstəliklə bağlı deyildir, formal xarakter daşıyır.Forma 88-in natamam doldurulması, xəstəliyin başlanma tarixinin 1976-cı il qeyd edilməsi, lakin müayinə və müalicənin 2019-cu ili əhatə etməsi səbəbi ilə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. İddiaçıya sənədlərlə birlikdə X7 və X6 xidmətinə müraciət etməsi məsləhət görülmüşdür. -2 saylı Şəhər Poliklinikasının 53 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu ilə daxil olmuş İddiaçı haqqında açılmış 3229 nömrəli ambulator karta əsasən xx.xx.2019-cu ildə iddiaçıya onurğanın döş tipli, sol tərəfli ikinci dərəcəli skoliozu və üçüncü dərəcəli hiperkifozu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 3229 nömrəli, xx.xx.2019-cu il tarixli arayışına əsasən iddiaçıya onurğanın döş tipi sol tərəfli ikinci dərəcəli skoliozu və üçüncü dərəcəli hiperkifozu, onurğann osteoxondrozu diaqnozu qoyulmuşdur.İddiaçıya dinamik müşahidə, idman gimnastikası, uzgücülük məsləhət görülmüşdür (Q.76.3, Q76.4,M.42.1). İş materiallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, qeydiyyatda olduğu səhiyyə müəssisəsində - 2 nömrəli şəhər poliklinikasında 2019-cu ildə iddiaçıya onurğanın döş tipli, sol tərəfli ikinci dərəcəli skoliozu və üçüncü dərəcəli hiperkifozu diaqnozu qoyulmuşdur, qeyd edilən tibb müəssisəsi “Sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skoliozu, döş fəqərələrinin sol tərəfli İİ dərəcəli skoliozu.İİİ dərəcəli hiperkifozu” (Q76.3) əsas diaqnoz, “Onurğanın skoliozla əlaqədar olmayan digər anadangəlmə anomaliyaları (Q76.4), Başqa rubrikalara təsnif olunmayan tənəffüs çatışmamazlığı (J96), Hərəkətin və yerişin pozulmaları (R26), Onurğanın osteoxondrozu (M42)” ağırlaşma diaqnozu ilə iddiaçıya əlillik dərəcəsinin müəyyən edilməsi məqsədilə X11 Komissiyasına göndəriş Forma 88 göndərsə də iddiaçıya əlillik dərəcəsi müəyyən edilməmişdir, cavabdehin etirazından göründüyü kimi bunun əsası kimi Forma 88-nin natamam doldurulması, xəstəliyin başlanma tarixinin 1976-cı il qeyd edilməsi, lakin müayinə və müalicənin 2019cu ili əhatə etməsi göstərilmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1992-ci il tarixli NZ seriyalı ******* №-li hərbi biletin əslinə əsasən İddiaçı hərbi xidmətdə olmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamənin 3.1-ci bəndinə əsasən bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.1. tibbi-sosial ekspert komissiyalarının tibbi etika prinsipinə əsaslanan müayinələri aparmasını təmin etmək, müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli, və ya hissiyyat pozuntularının olmasını qiymətləndirmək; 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.12-ci bəndinə əsasən üçüncü-dördüncü dərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9) xüsusi halları üçüncü dərəcəli əlilliyin müddətsiz təyin edilməsi üçün tibbi göstərişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya qoyulan əsas diaqnoz “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.12-ci bəndində qeyd edilən diaqnozdan fərqlidir və iddiaçıya qoyulmuş əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də öz əksini tapmamışdır. Bundan əlavə məhkəməyə təqdim edilmiş iddiaçının ambulator kartından iddiaçının 2019-cu ildən əvvəl əlilliyin dərəcəsinin təyin edilməsi məqsədilə göndərişdə göstərilən diaqnozların qoyulması müəyyən edilmədiyi halda 88 formalı göndərişdə iddiaçının xəstəliyinin anadangəlmə olması göstərilmişdir ki, bu da səhiyyə müəssisəsinin iddiaçı ilə bağlı göndərdiyi bildirişin natamam olduğunu göstərir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikası İPM-nin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, Məcəllənin 73.3.2-ci maddəsindən göründüyü kimi, inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Ümumiyyətlə, qanunvericliyin yuxarıda qeyd olunan tələblərindən birmənalı olaraq göründüyü kimi, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsinin, onun müddətinin, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və TSEKin funksiyalarını həyata keçirən Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) diskresion səlahiyyətidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-674/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-674/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar