Məhkəmə qərarları › İş №2-1(103)-1363/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1363/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1363/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ **********89006 saylı 27.08.2019-cu il tarixli qərarın 78.162,82 manat əlavə dəyər vergisinin azaldılması və 39.081,41 manat maliyyə sanksiyasının tutulması hissəsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “**********89006 saylı 27.08.2019-cu il tarixli qərarın 78.162,82 manat əlavə dəyər vergisinin azaldılması və 39.081,41 manat maliyyə sanksiyasının tutulması hissəsinin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-700/2020 saylı 17 mart 2020-ci il tarixli qərarından İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə 03 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı MMC hüquqi şəxs kimi 27.05.2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X12 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə müvafiq Şəhadətnamə verilmişdir. İddiaçı MMC tərəfindən ƏDV məqsədləri üçün 19.08.2016-cı il tarixli **********1 saylı qeydiyyat bildirişi alınmış və bildiriş 19.08.2016-cı il tarixdən qüvvəyə minişdir. Bakı şəhər İcra hakimiyyəti başçısının “Bakı şəhər İcra hakimiyyəti xüsusi təyinatlı avtonəqliyyat idarəsinin müraciəti əsasında İddiaçı MMC-yə avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılması barədə” 410 saylı 11.10.2016-cı il tarixli Sərəncamı ilə İddiaçı MMC-nin 10.10.2016-cı il tarixli, 17 saylı müraciəti nəzərə alınaraq, Xətai rayonu, Yüsif Səfərov küçəsində (Cavanşir körpüsünün yaxınlığı, Dəmir yolunun kənarı) yerləşən 0,21 ha torpaq sahəsi avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün sonuncunun daimi istifadəsinə verilmişdir. Bakı şəhər İcra hakimiyyəti başçısının “Bakı şəhər İcra hakimiyyəti xüsusi təyinatlı avtonəqliyyat idarəsinin müraciəti əsasında İddiaçı MMC-yə avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması barədə” 449 saylı 11.10.2016-cı il tarixli Sərəncamı ilə Bakı şəhər İcra hakimiyyəti xüsusi təyinatlı avtonəqliyyat idarəsinin 24.10.2016-cı il tarixli, 005 saylı razılıq məktubu və İddiaçı MMC rəhbərliyinin müraciəti nəzərə alınaraq Suraxanı rayonu, Qaraçüxur qəsəbəsi, Etibar Bəkirli küçəsində yerləşən 1,21 ha torpaq sahəsi avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün regional qış qarajının tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Bakı şəhər İcra hakimiyyəti başçısının 98 saylı 06.03.2017-ci il tarixli Sərəncamı ilə Bakı şəhər Mənzil-Kommunal Departamentinin balansında olan Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240,16 kv.m qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin balansına verilmişdir. Bakı şəhər İcra hakimiyyəti başçısının 450 saylı 02.10.2017-ci il tarixli Sərəncamı ilə İddiaçı MMC-nin 27.09.2017-ci il tarixli, 84 saylı müraciəti və Bakı şəhər İcra hakimiyyəti xüsusi təyinatlı avtonəqliyyat idarəsinin 27.09.2017-ci il tarixli, 116 saylı razılıq məktubu nəzərə alınaraq, Yasamal rayonu, M.Müşviq küçəsində (“Qanlı-Göl”-ün cənub hissəsində) Bakı şəhər İcra hakimiyyəti başçısının 11.04.2017-ci il tarixli, 150 saylı və 12.06.2017-ci il tarixli, 258 saylı sərəncamları ilə ayrılmış torpaq sahəsinin İddiaçı MMC-yə aid edilməsi və həmin sahədə avtomobil dayanacağının yaradılması və avtodiaqnostika binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra hakimiyyəti başçısının 652 saylı 29.12.2017-ci il tarixli Sərəncamı ilə İddiaçı MMC-nin 27.12.2017-ci il tarixli 93 saylı müraciəti nəzərə alınaraq, Səbail rayonu Badamdar qəsəbəsinin cənub-qərb hissəsi, 3-cü yaşayış massivində yerləşən 1,20 ha torpaq sahəsində icarə əsasında yaşayış evlərinin və ictimai iaşə obyektlərinin tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********140266 saylı 14.02.2018-ci il tarixli Qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən 01.05.2016-cı il tarixdən 31.12.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədəkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi 04.07.2019-cu il tarixli **********140319 nömrəli aktla rəsmiləşdirilmişdir. **********140319 saylı 04.07.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən 14.02.2018ci il tarixli **********140266 saylı qərara əsasən İddiaçı MMC-də Vergi Məcəllənin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (20162017-ci illər üzrə əmlak vergisi, 2016-2017-ci illər üzrə torpaq vergisi, İİ rüb 2016-İV rüb 2017-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, 2016-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, may 2016-cı il-dekabr 2017-ci illər üzrə mədən vergisi, 2016- 2017-ci illər üzrə mənfəət vergisi, may 2016-cı il-dekabr 2017-ci illər üzrə aksız vergisi, 2016-2017-ci illər üzrə yol vergisi, may 2016-cı il-dekabr 2017-ci illər üzrə əlavə dəyər vergisi, İİ rüb 2016-cı il -İV rüb 2017-ci illər üzrə sadələşdirilmiş vergi üzrə) növbədənkənar vergi yoxlaması aparılmışdır. Yoxlama 15.02.2018-ci il tarixdə başlanıb, 01.07.2019-cu il tarixdə başa çatdırılmışdır. Səyyar Vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyalarına baxışının keçirilməsi haqqında 03.06.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları İddiaçı MMC-nin direktorunun iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti məhəllədə 2270/77-də baxış keçirilmiş, baxış zamanı müəssisənin hər hansı bir fəaliyyətinin və tikilinin olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 29.06.2018-ci il tarixli **********155003 nömrəli Qərarına əsasən 06.07.2018-ci il tarixdə İddiaçı MMC-nin hüquqi ünvanı olan ünvan 2 ünvanın yaşayış evi olduğu və müəssisəyə məxsus ərazi, anbar və pərakəndə ticarət obyektlərinin rəsmi formada olmadığı, eyni zamanda müəssisənin heç bir malmaterial sərvətləri (o cümlədən nağd pullar, qiymətli kağızlar, inventar, xammal, hazır məhsullar və s.) aşkar edilmədiyi üçün inventarizasiya keçirilməmiş, 06.07.2018-ci il tarixdə İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib olunmuşdur. “Mütəxəssisin dəvət edilməsi haqqında” **********153363 saylı 13.06.2018-ci il tarixli qərara əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin nümayəndəsi X3 mütəxəssis kimi cəlb edilmiş, onun qarşısında yoxlama ilə əhatə edilən 01.05.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək olan dövr üzrə yerinə yetirilən işlərin tərkibində mal-materialın miqdarının və dəyərinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. 05.07.2018-ci il tarixdə mütəxəssis rəyində İddiaçı MMC tərəfindən 01.05.2016-cı il tarixdən 01.01.2018-ci il tarixə qədər olan dövr üzrə yerinə yetirilən işlərin tərkibində mal-materialların qiyməti 23.959,26 manat müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə 463.533,33 manat (ƏDV-siz), dövriyyədən hesablanan ƏDV 83.436,00 manat, əvəzləşdirilən ƏDV 82.479 manat, büdcəyə hesablanan ƏDV 956,62 manat (972,40 manat (büdcəyə ödəmə)-15,78 manat (büdcədən qaytarma)) təşkil etmişdir. Müəssisə tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığının olmadığı bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə (yerinə yetirilmiş işlərin qəbul aktları Forma-2, qaimə fakturalar, EQF, VHF, bank sənədlərinə) əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri gözlənilməklə vergi ödəyicisinin dövriyyəsi 463.533,33 manat (ƏDV-siz) və mal qalığı üzrə qeyd olunmuş 434.237,91 manat (ƏDVsiz) məbləğ də nəzərə alınmaqla ƏDV üzrə ümumi dövriyyə 897.771,24 manat (ƏDV-siz) müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən vergi hesab fakturası ilə alınmış malların (sement, meşə materialı) təqdim olunmuş forma-2 üzrə silinməsindən sonra (mütəxəssis rəyinə əsaslanaraq) 434.237,91 manat dəyərində əskik gəlməsi müəyyən edilmiş və yoxlama ilə ƏDV məbləğinin 78.162,82 manat azaldılması aşkar edilmişdir. Qeyd olunan akta görə yoxlamanın nəticəsi olaraq (iddiaçı tərəfindən mübahisələndirilən) Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78.162,82 manat azaldılmasına görə 50% miqdarında, yəni 39.081,41 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında 27.08.2019-cu il tarixli 1**********890006 №-li qərarla (iddiaçı tərəfindən mübahisələndirilən hissədə) İddiaçı MMC-yə ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78.162,82 manat azaldılmasına görə 50% miqdarında, yəni 39.081,41 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmış və qeyd olunan qərar 27.08.2019-cu il tarixdə İddiaçı MMC-nin nümayəndəsi Bəhruz Azadova rəsmi qaydada təqdim olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin müstəntiqi F.O.İsazadənin cinayət işi üzrə icraata xitam verilməsi barədə 28.01.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı MMC-nin təsisçisi X10 tərəfindən xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata, cinayət nəticəsində vurulmuş ziyan tamamilə, yəni 83.957,73 manat məbləğində vergilər dövlət büdcəsinə ödənildiyi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən xitam verilmişdir. Hazırda İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın **********89006 saylı 27.08.2019-cu il tarixli qərarının 78.162,82 manat əlavə dəyər vergisinin azaldılması və 39.081,41 manat maliyyə sanksiyasının tutulması hissəsinin ləğv edilməsini tələb edir. İddiaçının əsaslandırması: Cavabdeh tərəfindən MMC-də 01 may 2016-cı il tarixdən 01 yanvar 2018-ci il tarixədək olan dövr üzrə iddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirmiş və 04.07.2019-cu il tarixli **********140319 saylı akt tərtib edərək, həmin aktda yoxlama əsasında ümumilikdə 83.957,73 manat vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktının aşkar edildiyi göstərilmişdir. Cavabdeh İdarə müəyyən etmişdir ki, MMC müvafiq dövr üzrə 463.000 manat dəyərində tikinti materialları almış, həmin tikinti materiallarından bir qismini, yəni 28.763 manat dəyərində olan hissəsini istifadə edərək ƏDV ödəsə də, 434.237 manat dəyərində tikinti materialları hal-hazırda mövcud olmadığından göstərilən məbləğə də ƏDV ödənilməlidir. Cavabdeh İdarə MMC-yə 78.162,82 manat ƏDV-nin azaldılmasını və onu əsas götürərək 39.081,41 manat maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, həmin tikinti materialları MMC-nin daxili ehtiyaclarının təmin edilməsinə zərurət yaranmış və həmin tikinti materialları MMCyə məxsus əmlakların təmir- tikintisinə istifadə olunmuşdur. Bakı şəhər İHB-nın 410 saylı 11.10.2016-cı il tarixli Sərəncamı ilə MMC-yə Xətai rayonu Yusif Səfərov küçəsində avtomobil dayanacağının təşkil və avtodioqnostika mərkəzinin tikintisi üçün 0,21 ha torpaq ayrılmışdır. Bakı şəhər İHB-nın 449 saylı 28.10.2016-cı il tarixli Sərəncamı ilə MMC-yə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində avtomobil dayanacağının təşkil və avtodoqnostika mərkəzinin tikintisi üçün 1,21 ha torpaq ayrılmışdır. Bakı şəhər İHB-nın 98 saylı 06.03.2017-ci il tarixli Sərəncamı ilə MMC-nin balansına Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv. metr qeyri-yaşayış sahəsi verilmiş və orada əsaslı təmir işləri aparılmaqla yanaşı, həmin ərazidə 2 mərtəbəli ofıs binasının, anbar və kassaların tikintisinə icazə verilmişdir. Bakı şəhər İHB-nın 450 saylı 02.10.2017-ci il tarixli Sərəncamı ilə MMC-yə Yasamal rayonu, M.Müşfıq küçəsində torpaq sahəsi verilmiş və orada avtomobil dayanacağının yaradılmasına və avtodioqnostika mərkəzinin tikintisinə icazə verilmişdir. Bakı şəhər İHBnın 652 saylı 29.12.2017-ci il tarixli Sərəncamı ilə MMC-yə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayış evlərinin və ictimai-iaşə obyektlərinin tikintisinə icazə verilmişdir. Qeyd olunan Sərəncamlarla MMC-yə verilən əmlaklarda təmir-tikinti işləri aparılaraq həmin tikinti materialları da göstərilən daxili ehtiyaclara sərf edilmişdir. Lakin cavabdeh heç bir araşdırma aparmadan akt tərtib etmişdir. Həmin akta imza etməkdən imtina edib, ona 15.07.2019-cu, 04.09.2019-cu, 24.09.2019-cu və 23.10.2019-cu il tarixli məktublarla müraciət edilərək, qanunun tələblərinə riayət edilməsi bildirilsə də, həmin məktublara cavab verilməmiş, yalnız 19.11.2019-cu il tarixdə elektron cavab verilərək orada göstərilmişdir ki, vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə 14.11.2019-cu il tarixdə VN-nin Vergi Cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cavabdehdən müəssisənin qanuni istifadəsində olan əmlaklara baxış keçirilərək və müvafiq ekspertiza təyin olunmaqla həmin obyektlərə sərf olunan tikinti materiallarının dəyərinin müəyyən edilməsi xahiş olunsa da, sonuncu tərəfindən buna əhəmiyyət verilmədən Vergi Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Qanunvericilikdə müəssisənin istifadəsində olan həmin əmlakların özgəninkiləşdirildiyi halda ƏDV-nin ödənilməsi, əks təqdirdə isə əmlak vergisinin ödənilməsi nəzərdə tutulsa da, cavabdeh qanunsuz və əsassız qərar qəbul etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan 04.07.2019-cu il tarixli **********140319 nömrəli səyyar vergi yoxlaması aktı vergi ödəyicisi üçün hər hansı hüquqi nəticələr yaratmadığından həmin sənəd inzibati akt deyildir və mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Belə ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14.02.2018-ci il tarixli **********140266 nömrəli Qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən 01.05.2016-cı il tarixdən 31.12.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədəkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi 04.07.2019-cu il tarixli **********140319 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən olunmuşdur. “Mütəxəssisin dəvət edilməsi haqqında” 27.04.2018-ci il tarixli **********178834 nömrəli Qərarına əsasən yerinə yetirilmiş işlərin tərkibində əmək tutumunun müəyyənləşdirilməsi, 13.06.2018-ci il tarixli **********153363 nömrəli Qərarına əsasən yoxlanılan dövr üzrə yerinə yetirilmiş işlərin tərkibində mal-materialların miqdarının və dəyərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertza” Birliyinə məktubla müraciət edilmiş və oradan mütəxəssis ayrılmışdır. Mütəxəssis tərəfindən 05 iyun və 05 iyul 2018-ci il tarixlərdə rəylər təqdim olunmuşdur. Yoxlama zamanı vergilərin hesablanmasında mütəxəssis tərəfindən təqdim olunmuş rəylərə istinad olunmuşdur. Mənfəət vergisinin yoxlanılması üzrə yoxlanılan dövrdə müəssisə mənfəət vergisinin ödəyicisi olmuşdur. Bu vergi növünün yoxlanılması üzrə 2016-2017-ci illər əhatə edilmişdir. 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılması zamanı kənarlaşma aşkar edilməmişdir. Belə ki, müəssisənin 2016-cı ildə fəaliyyəti olmamışdır. Vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə müvafiq kameral yoxlama ilə münasibət bildirilərək (kameral yoxlama ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsaslanaraq müəssisənin xərclərinə gəlir müəyyən edilmişdir) gəlir 565.126.00 manat, xərclər 470.939.00 manat göstərilməklə vergiyə cəlb olunan 94.187.00 manat (565126.00 manat - 470939.00 manat ) mənfəətdən 18.837.40 manat (94187.00 manat x 20%) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən gəlir və xərclərin uçotu hesablama metoduna əsasən aparılmışdır. Yoxlama ilə müəssisə tərəfindən təqdim olunmuş sənədlərə (Forma-2 və digər sənədlər) və Vergilər Nazirliyinin baza məlumatlatlarına əsasən vergi ödəyicisinin mənfəət vergisinin məqsədləri üçün gəliri 463.533.33 manat müəyyən edilmişdir. (Müəssisə tərəfindən təqdim edilmiş və kameral yoxlama nəticəsində 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində qeyd olunan dövriyyə ilə səyyar vergi yoxlaması ilə müəyyən edilmiş dövriyyə arasında 101.592.67 manat fərq yaranmışdır). Yoxlama nəticəsində kameral yoxlama ilə hesablama öz təsdiqini tapmamış və 3386,29 manat məbləğində mənfəət vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 202-ci maddəsinə əsaslanaraq müəssisənin təqdim etdiyi 2017-ci il üzrə əmlak vergisi bəyannaməsində nəqliyyat vasitələrinə hesablanmış 385,00 manat əmlak məbləği azaldılmışdır. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan verginin bəyannamə təqdim edilməməklə 9.566,20 manat məbləğində azaldıldığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i, yəni 4783,1 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Müəssisə tərəfindən ƏDV məqsədləri üçün 19.08.2016-cı il tarixli **********1 saylı qeydiyyat bildirişi alınmış və bildiriş 19.08.2016-cı il tarixdən qüvvəyə minişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə 463.533,33 manat (ƏDV-siz), dövriyyədən hesablanan ƏDV 83.436,00 manat əvəzləşdirilən ƏDV 82.479 manat, büdcəyə hesablanan ƏDV 956,62 manat (972,40 manat (büdcəyə ödəmə)- 15,78 manat (büdcədən qaytarma)) təşkil etmişdir. Müəssisə tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığının olmadığı bəyan edilmişdir. Bakı şəhər Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” 29.05.2018-ci il tarixli **********152075 nömrəli Qərarına əsasən müəssisənin fəaliyyət göstərdiyi ünvana (ofis) baxış keçirilən zaman qeyd edilən ünvanda vergi ödəyicisinə məxsus hər hansı mal qalığı və vergi ödəyicisinə məxsus digər ünvanlarda obyektin olması aşkar edilməmiş, baxışın nəticəsi 06.06.2018-ci il tarixli **********15366 nömrəli “Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” Protokolla rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən aparılmış inventarizasiya nəticəsində tərtib olunmuş 06.07.2018-ci il tarixli akta əsasən müəssisənin hüquqi ünvanı yaşayış sahəsi olduğundan, müəssisənin qeyd etdiyi obyektlər isə rəsmi qaydada vergi orqanında uçotda olmadığından, eyni zamanda, hər hansı mal-material (o, cümlədən, xammal, nağd pullar, hazır məhsul, qiymətli kağızlar və s.) aşkar edilmədiyindən inventarizasiya keçirilməsi mümkün olmamışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə (yerinə yetirilmiş işlərin qəbul aktları Forma-2, qaimə fakturalar, EQF, VHF, bank sənədlərinə) əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri gözlənilməklə vergi ödəyicisinin dövriyyəsi 463.533,33 manat (ƏDV-siz) və mal qalığı üzrə qeyd olunmuş 434.237,91 manat (ƏDV-siz) məbləğ də nəzərə alınmaqla ƏDV üzrə ümumi dövriyyə 897.771,24 manat (ƏDV-siz) müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən VHF ilə alınmış malların (sement, meşə materialı) təqdim olunmuş forma-2 üzrə silinməsindən sonra (mütəxəssis rəyinə əsaslanaraq) 434.237,91 manat dəyərində əskik gəlməsi müəyyən edilmiş (Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığının olmadığı bəyan edilmişdir) və Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV hesablanmışdır. Yoxlama ilə ƏDV məbləğinin 78.162,82 manat azaldılması aşkar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78.162,82 manat azaldılmasına görə 50% məbləğində, yəni 39.081,41 manat məbləğində maliyyə sansksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Qeyd olunan akt əsasında 27.08.2019-cu il tarixli **********6140319 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərar qəbul edilmiş və nəticə olaraq, vergi ödəyicisinə 83.957,73 manat vergi məbləği, 44.024,51 manat maliyyə sansksiyası hesablanmışdır. Cavabdehin iddia ərizəsinə etiraza dair əlavənin dəlilləri: Etiraza əlavədə qeyd edilmişdir ki, iddiaçı iddia ərzəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdeh Baş İdarənin 27.08.2019-cu il tarixli **********140319 nömrə qərarın 78.162,82 manat əlavə dəyər vergisi azaldılması və ona görə 39.081,41 manat maliyyə sanksiyasının tutulması hissəsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. “İddia ərzəsinin dəqiqləşdirilməsinə dair” ərizədən məlum olduğu kimi, iddiaçı qeyd olunan ərizə ilə iddia tələbinin həcmini azaltmışdır. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair Baş İdarə tərəfindən etiraz təqdim edilmişdir. Hazırki iddia ərizəsinin dəqiqləşdirilməsinə (iddia tələbinin azaldılmasına dair) dair ərizədə qeyd olunanlara bağlı Baş İdarənin dəlilləri tərəflərindən təqdim edimiş etirazda öz əksini tapmışdır. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin 14.11.2019-cu il tarixli qərarı ilə iddiaçı “X17 MMC-də xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzə AR CM-ni 213.1 -ci maddəsi ilə cinayət işi başlanmış və İddiaçı MMC-nin təsisçisi X10 tərəfindən cinayət nəticəsində vurulmuş ziyan tamamilə, yəni 83.957,73 manat məbləğində vergilər dövlət büdcəsinə ödənildiyindən Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş İdarəsinin 28.01.2020-ci il tarixli Qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən Baş İdarə tərəfindən təqdim edilmiş etirazın iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəyə münasibətdə nəzərə alınması və iddiaçı "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Şahid qismində dəvət olunmuş X4 ifadəsi: İddiaçı MMC yaranan tarixdən cəmiyyətə etibarnamə əsasında mühasib xidməti göstərmişdir. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 24.09.2019-cu il tarixdə müəssisənin artıq ödəməsinin olması barədə məktub yazmışdır. Qeyd olunan tikinti materialları kommersiya məqsədləri üçün istifadə edilmədiyindən həmin tikinti materialları ilə bağlı büdcəyə ƏDV ödənilməmişdir. Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Əgər müəssisə mülkiyyət hüququnu başqasına satsaydı yayınma hesab olunardı. Mal satılmayıbsa əmlak vergisi də verilmir. Səyyar vergi yoxlaması keçirilən zaman Bakı şəhər İHB-nın sərəncamlarına əsasən cəmiyyətə məxsus olan obyektlər barədə vergi yoxlayıcısına şifahi məlumat verilib. Obyektlər barədə məlumat sonradan rəsmi qaydada vergi orqanına göndərilib. Yoxlayıcıya anbarda olan mallar barədə məlumat verilib. Yoxlayıcıya sənədləri rəsmi qaydada təqdim etməyib. Yoxlama dövründə obyektlər müəssisə tərəfindən təhvil verilmədiyi üçün əmlak vergisi də ödənilməyib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-700/2020 saylı 17 mart 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cəmiyyət tərəfindən əldə edilmiş 434237,91 manat dəyərində mallar yoxlama ilə əhatə olunan dövrdə qalıqda olmadığından, cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq əskik gəlmə kimi qiymətləndirilməklə VM-nin 159.5-ci maddəsinə uyğun olaraq yoxlama ilə büdcəyə 78162,82 manat ƏDV hesablanmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən müəyyən edilmişdir ki, MMC müvafiq dövr üzrə 463000 manat dəyərində tikinti materialları almış, həmin tikinti materiallarından bir qismini, yəni 28763 manat dəyərində olan hissəsini istifadə edərək ƏDV ödəsə də, 43427 manat dəyərində tikinti materialları hal-hazırda mövcud olmadığından göstərilən məbləğdə ƏDV ödənilməlidir. Həmin mövcud olmayan tikinti materialları MMC-nin daxili ehtiyacları üçün istifadə edilmişdir. MMC-yə məxsus Bakı şəhərinin bir neçə rayonunda torpaq sahələri mövcud olmuş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının sərəncamları ilə həmin torpaq sahələrində tikinti və yenidənqurma işlərinin aparılmasına icazə verilmişdir. İddia ərizəsində Sərəncamlar və onunla bağlı görülən işlər barədə sübutlar əlavə edilmiş və məhkəmədən həmin işlərin görülübgörülməməsinə dair ekspertizanın keçirilməsinin zəruri olduğu bildirilsə də, ekspertiza keçirilməsində əsassız olaraq imtina edilmişdir. Cavabdeh sərəncamlarına MMC-nin balansına verilən daşınmaz əmlaklarda təmir-tikinti işləri aparılara həmin qalıq tikinti materiallarını MMC-yə məxsus əmlakların təmir-tikintisinə istifadə olunması bildirilsə də, vergi müfəttişi Şakir Əliyevə tikinti materiallarının daxili ehtiyac üçün istifadə edildiyini yoxlama aktı yazılarkən nəzərə alınacağı bildirilmiş, lakin cavabdeh heç bir araşdırma aparmadan qanunsuz və əsassız akt tərtib etmişdir. Ona görə də həmin akta imza etməkdən imtina edilərək cavabdehə 04.01.2018-ci, 02.02.2018-ci, 02.05.2018-ci, 15.070.2019-cu, 04.09.2019-cu, 24.09.2019-cu və 23.10.2019-cu il tarixli məktublarla müraciət edilərək, qanunun tələblərinə riayət edilməsi bildirilmişdir. Məhkəmə tikinti materiallarının hara sərf olunmasını araşdırmadan qərarında göstərmişdir ki, MMC-yə məxsus əmlaklar yoxlamadan 4 ay sonra qeydiyyata alındığına görə həmin materialların hara istifadə olunması əhəmiyyət kəsb etmir. Məhkəmə tərəfindən tikinti materiallarını daxili ehtiyaca sərf edilib-edilməməsinə dair ekspertiza keçirilməli və qanuni qərar qəbul olunmalıdır. Cavabdehin təqdim etdiyi yazılı mülahizə: Vergi orqanı tərəfindən aparılmış araşdırılmalar zamanı müəyyən edilmişdir ki, 06.07.2017-ci il tarixdə müəssisənin ƏDV depozit hesabına BAKİ ŞƏHƏR MƏNZİL- KOMMUNAL TƏSƏRRÜFATİ DEPARTAMENTİ (VÖEN: **********) tərəfindən cari hesabdan 55.0 m.m. (əsas məbləğ: 305,6 m.m.) vəsait daxil olmuş, E-VHF üzrə satışda Bakı ş.,Xətai rayonun 257 saylı orta məktəb üçün 24 əlavə sinif tikintisi' 245 saylı orta məktəb üçün 20 əlavə sinif otaqların tikintisi; 58 saylı orta məktəb üçün əlavə işlər qeyd olunmuşdur. 07.07 2017 və 12.07.2017-ci il tarixlərdə cəmi 36,0 m.m. (əsas məbləğ: 200 0 m.m.) ƏDV məbləği müəssisə tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) ƏDV depozit hesabına köçürülmüş, E-VHF üzrə alışda sement optimal; sement spesial (2083,04 ton) qeyd olunmuşdur. Həmçinin 20.07.2017-ci il tarixdə 18,0 m.m. (əsas məbləğ: 100.0 m.m.) ƏDV məbləği müəssisə tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) ƏDV depozit hesabına köçürülmüş E-VHF üzrə alışda Sement Klass-A; Sement Klass-B (1000 ton) qeyd olunmuşdur. 02.08.2017-ci il tarixdə müəssisənin ƏDV depozit hesabına BAKİ ŞƏHƏR MƏNZİL KOMMUNAL TƏSƏRRÜFATİ DEPARTAMENTİ (VÖEN. **********) tərəfindən cari hesabdan 28,4 m.m. (əsas məbləğ: 157,8 m.m.) vəsait daxil olmuş, E-VHF üzrə satışda yerinə yetirilmiş işlərə görə (kod üzrə: Qeyri-yaşayış binaları Yaşayış binalarının qurulması üzrə ümumtikinti işləri (yeni, əlavə, yenidənqurma və bərpa işləri)) qeyd olunmuşdur. 03.08.2017-ci il tarixdə daxil olan vəsaitin 100 %-i taxta alışına yönəldilmiş, yəni 28,4 m.m. (əsas məbləğ: 157,8 m.m.) ƏDV məbləği müəssisə tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) ƏDV depozit hesabına köçürülmüş, E-VHF üzrə alışda taxta meşə materiallı "Pmns Sylvestms L" növlü şam ağacı; taxta Flomaterial profilli rəndələnmiş və cilallanmış qeyd olunmuşdur. Eyni zamanda, müəssisə tərəfindən 2017-ci ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən vergi ödəyicisi tərəfindən cəmi 3 nəfər işçi göstərilmişdir. Belə ki, ümumilikdə, 3083,04 ton sementin və 624.3 m3 taxtanın alınmaması və qeyd olunan tikintiyə istifadə olunması və bu işlərin yerinə yetirilməsi üçün 3 nəfər işçi qüvvəsinin yeterli olması absurd olduğundan vergi orqanı tərəfindən vergidən yayınma əlamətlərinin mövcudluğunun yoxlanılması zərurəti yaranmışdır. İş materiallarında olan Forma-2 aktlarına və 08.07.2018-ci il tarixli mütəxəssis rəyinə əlavəyə əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə, ümumilikdə 98.25 ton sement, 56.87 m3 taxta materiallarından istifadə olunmuşdur. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. Qərarda qeyd olunan digər bir dəlil ondan ibarətdir ki vergi ödəyicisinin ƏDV üzrə dövriyyəsi 897771,24 manat, mənfəət vergisi üzrə dövriyyəsi isə 463533.33 manat göstərilmişdir. Belə ki, arada iki qat fərq yaranmışdır ki, vergi orqanı tərəfindən qeyd olunan fərqin nədən ibarət olması bildirilməmişdir. Mənfəət vergisi üzrə vergi ödəyicisinin dövriyyəsinin 463533.33 manat olması işin mübahisələndirilməyən halıdır. Mənfəət vergisi və ƏDV üzrə dövriyyə arasında fərq isə vergi ödəyicisi tərəfindən VHF ilə alınmış malların (sement, meşə materialı) yoxlama zaman, əldə olunmuş mütəxəssis rəyinə əsasən təqdim olunmuş Forma-2 aktları üzrə silinməsindən sonra 434 237.91 manat dəyərində əskik gəlməsi nəticəsində yaranmışdır. Yəni, vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə VHF-lərə əsasən alınmış 3083 04 ton sement və 624,3 kub.m taxtaya münasibətdə 98.25 ton sement, 56.87 m3 taxta materialları istifadə olunmuş və vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində hər hansı mal qalığı göstərilməmişdir. Belə ki, vergi ödəyicisinin ƏDV üzrə dövriyyəsi Vergi Məcəlləsinin 159.5-ci maddəsi nəzərə alınmaqla mənfəət vergisinə nəzərən müəyyən edilmiş dövriyyədən 434.237.91 manat çox müəyyən edilmiş, nəticədə Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən 78162.82 manat (434.237.91 X 18%) əlavə ƏDV hesablanmışdır. Həmin maddənin tələbinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə beldə mallardan (işlərdən, xidmətlərdən) qeyrikommersiya məqsədləri üçün istifadə edilməsi, fövqaladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğlurlanması vergi tutulan əməliyyat sayılır. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və məhkəmənin 2-1(103)-1365/2020 saylı 19 avqust 2020-ci il tarixli qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-700/2020 saylı 17 mart 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-41/2021 saylı 02 fevral 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1365/2020 saylı 19 avqust 2020-ci il tarixli qərarının ləğv edilərək, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X5 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək və bu barədə yazılı etirazın məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının mübahisələndirdiyi vergi orqanının 27.08.2019-cu il tarixli qərarı elə həmin tarixdə İddiaçı MMC-nin nümayəndəsi Bəhruz Azadova rəsmi qaydada təqdim olunmuşdur. İddiaçı müəssisə sözügedən qərardan narazı qaldığı üçün 04.09.2019-cu il və 23.10.2019-cu il tarixlərdə ondan vergi orqanına şikayət etmiş, lakin həmin şikayətləri vergi orqanı tərəfindən təmin edilməmişdir (bu barədə məktubun tarixi göstərilməsə də, iddiaçı ona sonuncu dəfə elektron qaydada 19.11.2019-cu il tarixdə cavab verildiyini bildirmişdir). Bundan sonra iddiaçı 27.11.2019-cu il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, iş üzrə cavabdeh inzibati orqan iddiaçının şikayətlərinin təmin olunmaması ilə bağlı məktubun (iddiaçının deməsinə görə 19.11.2019-cu il tarixli elektron qaydada daxil olmuş məktubun) nə vaxt göndərilməsini və iddiaçı tərəfindən nə vaxt alınmasını sübuta yetirə bilmədiyi üçün Kollegiya hesab edir ki, iddiaçı tərəfindən 27.08.2019-cu il tarixli inzibati aktın mübahisələndirilməsi üçün iddia müddəti ötürülməmişdir. Buna görə də iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdeh inzibati orqanın **********89006 saylı 27.08.2019-cu il tarixli qərarın 78.162,82 manat əlavə dəyər vergisinin azaldılması və 39.081,41 manat maliyyə sanksiyasının tutulması hissəsinin ləğv edilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbini təmin etməmiş və bu zaman ona istinad etmişdir ki, iddiaçı cəmiyyət tərəfindən əldə edilmiş 434.237,91 manat dəyərində mallar (sement, meşə materialı) yoxlama ilə əhatə olunan dövrdə qalıqda (qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan) olmadığından, cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq əskik gəlmə kimi qiymətləndirilməklə, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə uyğun olaraq yoxlama ilə büdcəyə 78.162,82 manat əlavə dəyər vergisi hesablanmış və həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən 39.081,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 41/2021 saylı 02 fevral 2021-ci il tarixli qərarında göstərilmişdir ki, cavabdeh səyyar vergi yoxlamasını növbədənkənar qaydada aparsa da, bunun üçün qanunvericilikdə nəzərdə tutulan əsasların olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, qanunvericilik növbədənkənar səyyar vergi yoxlamasının aparılmasının əsaslarının dəqiq siyahısını VM-nin 38.3-cü maddəsində müəyyən etmişdir. Lakin hazırkı iş üzrə qeyd edilən halların mövcudluğu öz təsdiqini tapmır, bununla bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmiş, apelyasiya instansiyası məhkəməsi də bu əsasların mövcudluğunu yoxlamamış və bu hallara qiymət verməmişdir. Cavabdehin səyyar vergi yoxlamasının nəticələrinə dair aktının 10-cu vərəqində qeyd edilmişdir ki, “vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə əsasən vergi ödəyicisinin dövriyyəsi 463533,33 manat (ƏDV-siz) və mal qalığı üzrə qeyd olunmuş 434237,91 manat (ƏDV-siz) məbləğ də nəzərə alınmaqla, ƏDV üzrə ümumi dövriyyə 897771,24 manat (ƏDV-siz) müəyyən edilmişdir. Eyni məlumat iddia tələbinə qarşı cavabdeh tərəfindən verilmiş etirazda da qeyd edilmişdir. Halbuki, səyyar vergi yoxlaması aktının nəticələrinə dair aktın 6-cı vərəqində mənfəət vergisinin məqsədləri üçün iddiaçının dövriyyəsi eyni il üzrə 463533,33 manat müəyyən edilmişdir. Göründüyü kimi, eyni il üzrə müxtəlif vergi tədiyyələri üzrə iddiaçının dövriyyəsi ilə bağlı ziddiyyətli məlumatlar qeyd edilmişdir. Başqa sözlə, ƏDV üzrə ümumi dövriyyə 897771,24 manat (ƏDV-siz), mənfəət vergisi üzrə isə 463533,33 manat müəyyən edilmiş, yəni yoxlama nəticəsində iddiaçının ƏDV üzrə ümumi dövriyyə məbləği təxminən iki dəfə artırılmış, lakin bu hal əsaslandırılmamışdır. Belə ki, iddiaçı tərəfindən alınan malın ümumi məbləği 463533,33 manatdır (ƏDV-siz) və bu hal tərəflər arasında mübahisələndirilmir. İşin hallarına dair bu ziddiyyətli hal isə apelyasiya instansiyası məhkəməsi tərəfindən aradan qaldırılmamışdır. Bu səbəbdən də işə təkrar baxan apelyasiya instansiyası məhkəməsi, növbədənkənar aparılan səyyar vergi yoxlamasının qanuniliyini yoxlamalı, bundan əlavə, dövriyyə ilə bağlı ziddiyyətli halları aradan qaldırmaqla işə baxmalıdır. İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bu baxımdan işə təkrarən apellyasiya qaydasında baxılarkən kassasiya instansiya məhkəməsinin qərarında qeyd olunanlarla bağlı araşdırma aparılmış və aşağıdakılar müəyyən olunmuşdur. Əvvəla, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi (mübahisələndirilən hissədə) formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda Vergi Məcəlləsinin 38-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarlardan birini çıxarır. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabddehin 27.08.2019-cu il tarixli qərarı (mübahisələndirilən hissədə) maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, əvvəla inzibati orqanın iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin əsasları yoxlanılarkən cavabdehin verdiyi məlumatlardan və iş materiallarından müəyyən olundu ki, 06.07.2017-ci il tarixdə müəssisənin ƏDV depozit hesabına Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən cari hesabdan 55.0 m.m. (əsas məbləğ: 305,6 m.m.) vəsait daxil olmuş, E-VHF üzrə satışda Bakı ş.,Xətai rayonunun 257 saylı orta məktəb üçün (24 əlavə sinif tikintisi üçün) 20 əlavə sinif otaqların tikintisi; 58 saylı orta məktəb üçün əlavə işlər qeyd olunmuşdur. 07.07 2017 və 12.07.2017-ci il tarixlərdə cəmi 36,0 m.m. (əsas məbləğ: 200 0 m.m.) ƏDV məbləği müəssisə tərəfindən "xxxx" MMC-nin ƏDV depozit hesabına köçürülmüş, E-VHF üzrə alışda sement optimal; sement spesial (2083,04 ton) qeyd olunmuşdur. Həmçinin 20.07.2017-ci il tarixdə 18,0 m.m. (əsas məbləğ: 100.0 m.m.) ƏDV məbləği müəssisə tərəfindən "xxxx" MMC-nin (VÖEN: **********) ƏDV depozit hesabına köçürülmüş E-VHF üzrə alışda Sement Klass-A; Sement Klass-B (1000 ton) qeyd olunmuşdur. 02.08.2017-ci il tarixdə müəssisənin ƏDV depozit hesabına Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən cari hesabdan 28,4 m.m. (əsas məbləğ: 157,8 m.m.) vəsait daxil olmuş, E-VHF üzrə satışda yerinə yetirilmiş işlərə görə (kod üzrə: Qeyri-yaşayış binaları Yaşayış binalarının qurulması üzrə ümumtikinti işləri (yeni, əlavə, yenidənqurma və bərpa işləri)) qeyd olunmuşdur. 03.08.2017-ci il tarixdə daxil olan vəsaitin 100 %-i taxta alışına yönəldilmiş, yəni 28,4 m.m. (əsas məbləğ: 157,8 m.m.) ƏDV məbləği müəssisə tərəfindən "xxxx" MMC-nin ƏDV depozit hesabına köçürülmüş, E-VHF üzrə alışda taxta meşə materialı "Pmns Sylvestms L" növlü şam ağacı; taxta Flomaterial profilli rəndələnmiş və cilallanmış qeyd olunmuşdur. Eyni zamanda, müəssisə tərəfindən 2017-ci ilin iyul ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsinə əsasən vergi ödəyicisi tərəfindən cəmi 3 nəfər işçi göstərilmişdir. Halbuki, ümumilikdə, 3083,04 ton sementin və 624.3 m3 taxtanın alınması və qeyd olunan tikintiyə istifadə olunması və bu işlərin yerinə yetirilməsi üçün 3 nəfər işçi qüvvəsinin yetərli olması absurd doğurduğu üçün vergi orqanı tərəfindən vergidən yayınma əlamətlərinin mövcudluğunun yoxlanılması zərurəti yaranmışdır. Həmçinin iş materiallarında olan Forma-2 aktlarına (cild İ, i.v. 116-150) və mütəxəssis rəylərinə əlavələrə (cild İ, i.v. 154-182) əsasən müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlanılan dövrdə, ümumilikdə 98.25 ton sement, 56.87 m3 taxta materiallarından istifadə olunmuşdur. Qeyd olunan ziddiyyətli hallar vergi orqanı tərəfindən vergidən yayınma əlamətlərinin mövcudluğu kimi qiymətləndirilərək, iddiaçı müəssisədə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas yaratmışdır. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. Kollegiya onu da nəzərə alır ki, İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən 01.05.2016-cı il tarixdən 31.12.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədəkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********140266 saylı 14.02.2018-ci il tarixli Qərarı indiyənədək iddiaçı tərəfindən mübahisələndirilməmişdir. “Dövriyyə ilə bağlı ziddiyyətli hallar”a gəldikdə isə qeyd olunur ki, mənfəət vergisi üzrə vergi ödəyicisinin dövriyyəsinin 463533.33 manat olması işin mübahisələndirilməyən halıdır. Mənfəət vergisi və ƏDV üzrə dövriyyə arasında fərq isə vergi ödəyicisi tərəfindən VHF ilə alınmış malların (sement, meşə materialı) yoxlama zamanı əldə olunmuş mütəxəssis rəyinə əsasən təqdim olunmuş Forma-2 aktları üzrə silinməsindən sonra 434237.91 manat dəyərində əskik gəlməsi nəticəsində yaranmışdır. Yəni, vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə VHF-lərə əsasən alınmış 3083,04 ton sement və 624,3 kub.metr taxtaya münasibətdə 98.25 ton sement, 56.87 m3 taxta materialları istifadə olunmuş və vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində hər hansı mal qalığı göstərilməmişdir. Belə ki, vergi ödəyicisinin ƏDV üzrə dövriyyəsi Vergi Məcəlləsinin 159.5-ci maddəsi nəzərə alınmaqla mənfəət vergisinə nəzərən müəyyən edilmiş dövriyyədən 434.237.91 manat çox müəyyən edilmiş, nəticədə Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən 78162.82 manat (434.237.91 X 18%) əlavə ƏDV hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.5-ci maddəsinə görə vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyrikommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Göründüyü kimi, qeyd olunan hallar yalnız ƏDV üzrə vergitutma obyektini formalaşdırır, bu səbəbdən həmin məbləğin mənfəət vergisi dövriyyəsinə aid edilməsi qeyri-mümkündür. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə görə verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bu baxımdan vergi orqanı tərəfindən iddiaçı müəssisəyə ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78162,82 manat azaldılmasına görə 50% miqdarında, yəni 39081,41 manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması qanuni olmuşdur. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki işdə iddiaçının mübahisələndirdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu həmin inzibati aktı qəbul edən cavabdeh inzibati orqan tərəfindən tam sübuta yetirilir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi “tikinti materiallarını daxili ehtiyaca sərf edilib-edilməməsinə dair ekspertiza keçirilməsi” barədə dəlilinə münasibətdə isə qeyd olunur ki, bu dəlil də iddiaçı tərəfindən əsaslandırılmadığından, bu barədə verilmiş hesabatlarda hər hansı məlumat öz əksini tapmadığından və buna görə də müvafiq ekspertiza təyin olunmasına zərurət olmadığından təmin edilə bilməz. Ona görə də Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyi üçün iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-700/2020 saylı 17 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-700/2020 saylı 17 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar