Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1363/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “işlədiyi müvafiq dövrlərin əmək stajına daxil edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 14495/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonu, “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işlədiyi dövrlərin əmək stajına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Kəlbəcər rayonu, Tirkeşəvənk kəndində doğulmuş və orada işləmişdir. xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonunda “Karl Marks” adına Kolxoz İdarə heyətinin qərarına əsasən həmin Kolxozda Zootexnik vəzifəsində işləmişdir. Lakin xx.xx.1992-ci il tarixdə Ermənistanın Azərbaycan Respublikasına təcavüzü ilə əlaqədar məcburi olaraq Kəlbəcər rayonunu tərk etmişdir. Əmək kitabçası isə onda olmadığı üçün hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Daha əvvəl vəkil sorğusu ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kəlbəcər Dövlət Arxivinə müraciət olunaraq xx.xx.1981ci il tarixdən xx.xx.1992-ci il tarixədək Karl Marks adına Kolxozda Zootexnik vəzifəsində işləməyi ilə bağlı arayış verilməsi xahiş olunmuşdur. Kəlbəcər rayon Dövlət Arxivi sorğuya xx.xx.2023-cü il tarixli, 08 saylı məktubla cavab verərək bildirmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Kəlbəcər rayon Karl-Marks adına kolxozda Zootexnik vəzifəsində işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində heç bir əsaslı sənəd mövcud deyil. Ona görə ki, Kəlbəcər rayonu xx.xx.1993-ci il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün xx.xx.1993-cü il tarixə qədər Kəlbəcər rayon idarə, müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. Bundan sonra “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair” ərizə ilə iddiaçı tərəfindən Ağdam Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin Ağdam Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(013)-1494/2023 saylı qərardadı ilə ərizəçi - İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonu, “Karl Marks” adıına kolxozda zootexnik vəzifəsində işləməyi faktının təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsi barədə ərizəsinə məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması, ərizəçiyə ümumi qaydada hazırki mübahisə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (DSMF orqanlarına) müraciət etmək, həmin orqanların imtina etdiyi təqdirdə müvafiq pensiyanın təsdiq edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olduğunun izah edilməsi qərara alınmışdır. Məhkəmə ərizənin geri qaytarılması barədə qərardadını əsaslandırarkən “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 №-li qərarının 13.3-cü maddəsinə istinad etmişdir. Bundan sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ərizəsınə - xx.xx.2023-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış, xx.xx.2023-cü il tarixdə 3-17-1/1-Ə-173616/2023 və xx.xx.2023-cü il tarixdə 3-17-1/1-Ə- 170687/2023 nömrə ilə qeydiyyata alınmış müraciətiniz araşdırılmışdır. Məlumat üçün bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunanın haqqında məlumatların uçotunun təşkilinə xx.xx.2006-cı il tarixdən başlandığından Kəlbəcər rayon Karl Marks adına kolxozda işlədiyiniz barədə müraciətinizdə qeyd etdiyiniz dövr üzrə hər hansı məlumatın verilməsi mümkün olmamışdır”. İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu Karl-Marks adına Kolxozda Zootexnik vəzifəsində işləməyi barədə sənəd ona görə lazımdır ki, həmin sənədi, o, Rusya Federasiyasında pensiya çıxmaq üçün Rusiya Federasiyasının aidiyyəti orqanlarına təqdim etməlidir. Yuxarıda qeyd edilən dövrlərdə işləməyini təsdiq edən mötəbər sənədlər Kəlbəcər rayonunun işğalı ilə əlaqədar əldə edə bilmədiyi üçün hazırkı iddia ərizə ilə müraciət etmək zərurəti yaranmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Ləman Musayeva) 2-1(112)-14495/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddiaçı tərəfindən qaldırılmış iddiaya mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Kəlbəcər rayonu, Tirkeşəvənk kəndində doğulmuşdur və orada işləmişdir. xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonunda “Karl Marks” adına Kolxoz İdarə heyətinin qərarına əsasən həmin Kolxozda Zootexnik vəzifəsində işləmişdir. Lakin xx.xx.1992-ci il tarixdə Ermənistanın Azərbaycan Respublikasına təcavüzü ilə əlaqədar məcburi olaraq Kəlbəcər rayonunu tərk etmişdir. Əmək kitabçası isə onda olmadığı üçün hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Daha əvvəl vəkil sorğusu ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kəlbəcər Dövlət Arxivinə müraciət olunaraq xx.xx.1981ci il tarixdən xx.xx.1992-ci il tarixədək Karl-Marks adına Kolxozda Zootexnik vəzifəsində işləməyi ilə bağlı arayış verilməsi xahiş olunmuşdur. Kəlbəcər rayon Dövlət Arxivi sorğuya xx.xx.2023-cü il tarixli, 08 saylı məktubla cavab verərək bildirmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Kəlbəcər rayon Karl-Marks adına kolxozda Zootexnik vəzifəsində işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində heç bir əsaslı sənəd mövcud deyil. Ona görə ki, Kəlbəcər rayonu xx.xx.1993-cü il tarixdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyi üçün xx.xx.1993-cü il tarixə qədər Kəlbəcər rayon idarə, müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. Bundan sonra “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair” ərizə ilə iddiaçı tərəfindən Ağdam Rayon Məhkəməsinə müraciət olunmuşdur. Lakin Ağdam Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli, 2(013)-1494/2023 saylı qərardadı ilə ərizəçi - İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonu, “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işləməyi faktının təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək tələbinin təmin edilməsi barədə ərizəsinə məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsi, ərizə və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması, ərizəçiyə ümumi qaydada hazırkı mübahisə ilə bağlı müvafiq icra hakimiyyəti orqanına (DSMF orqanlarına) müraciət etmək, həmin orqanların imtina etdiyi təqdirdə müvafiq pensiyanın təsdiq edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququnun olduğunun izah edilməsi qərara alınmışdır. Məhkəmə ərizənin geri qaytarılması barədə qərardadını əsaslandırarkən “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 №-li qərarının 13.3-cü maddəsinə istinad etmişdir. Bundan sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ərizəsinə xx.xx.2023-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış, xx.xx.2023-cü il tarixdə 3-17-1/1-Ə-173616/2023 və xx.xx.2023-cü il tarixdə 3-17-1/1-Ə- 170687/2023 nömrə ilə qeydiyyata alınmış müraciətiniz araşdırılmışdır. Məlumat üçün bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunanın haqqında məlumatların uçotunun təşkilinə xx.xx.2006-cı il tarixdən başlandığından Kəlbəcər rayon Karl Marks adına kolxozda işlədiyiniz barədə müraciətinizdə qeyd etdiyiniz dövr üzrə hər hansı məlumatın verilməsi mümkün olmamışdır”. İddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu Karl-Marks adına Kolxozda Zootexnik vəzifəsində işləməsi barədə sənəd ona görə lazımdır ki, həmin sənədi o, Rusiya Federasiyasında pensiya çıxmaq üçün Rusiya Federasiyasının aidiyyəti orqanlarına təqdim etməlidir. Yuxarıda qeyd edilən dövrlərdə işləməyini təsdiq edən mötəbər sənədlər Kəlbəcər rayonunun işğalı ilə əlaqədar əldə edə bilmədiyi üçün hazırkı iddia ərizə ilə müraciət etmək zərurəti yaranıb. Lakin Bakı İnzibati Məhkəməsi onun iddiasının əsassız olaraq mümkün sayılmaması barədə qərardad qəbul edib. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.2. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli qərarı:
13. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. 13.1. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. 13.2. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. 13.3. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 13.4. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 4 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarı: 1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 15.3. … mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 5 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı cavabdehə ərizə ilə müraciət edərək Rusiya Federasiyasında pensiyaya çıxması üçün ümumi iş stajına əlavə etmək məqsədilə Rusiya Federasiyasının aidiyyəti orqanlarına təqdim etməyi üçün onun xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Kəlbəcər rayonu Karl Marks adına Kolxozda Zootexnik vəzifəsində işləməyi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna (onun varisi olduğu əvvəlki orqana) xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək verilmiş ödənişlər, hesabatlar, iş təcrübəsini təsdiq edən digər zəruri sənədlərin surətinin və həmin halı təsdiq edən arayışın verilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavabdeh tərəfindən ünvanlanmış “məlumatların təqdim olunması haqqında” xx.xx.2023-cü il tarixli məktubda bildirilir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkilinə xx.xx.2006-cı il tarixdən başlandığından Kəlbəcər rayonu Karl Marks adına kolxozda işlədiyiniz barədə müraciətinizdə qeyd etdiyiniz dövr üzrə hər hansı məlumatın verilməsi mümkün olmamışdır”. İddia tələbində isə iddiaçı onun xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonu, “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işlədiyi dövrlərin əmək stajına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmədə iddia qaldırılmamışdan əvvəl iddiaçının cavabdehə müraciəti hazırki iddia tələbinə uyğun deyildir. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdehə müraciət edərək Kəlbəcər rayonu Karl Marks adına Kolxozda Zootexnik vəzifəsində işlədiyi xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixədək verilmiş ödənişlər, hesabatlar, iş təcrübəsini təsdiq edən digər zəruri sənədlərin surətinin və həmin halı təsdiq edən arayışın verilməsini tələb etsə də, iddia tələbində həmin dövrlərin əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Bundan başqa, yalnız müvafiq dövrlərin əmək stajına daxil edilməsi deyil, bu zaman həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi cavabdehin müvafiq qurumlarının səlahiyyətlərinə aiddir. İddiaçı isə xx.xx.1981-ci ildən xx.xx.1992-ci ilədək Kəlbəcər rayonu, “Karl Marks” adına kolxozda zootexnik vəzifəsində işlədiyi dövrlərin əmək stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir və bunu Rusiya Federasiyasında pensiyaya çıxması üçün ümumi iş stajına əlavə etmək məqsədi ilə lazım olduğunu vurğulayır. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın tələblərindən göründüyü kimi, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bundan başqa, iddia ərizəsində və apellyasiya şikayətində iddiaçı qeyd edir ki, o, Ermənistanın Azərbaycan Respublikasına təcavüzü ilə əlaqədar məcburi olaraq Kəlbəcər rayonunu tərk etmişdir, əmək kitabçası isə onda olmadığı üçün hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarında olan Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 08 saylı məktubunda qeyd edilmişdir ki, «vətəndaş İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Kəlbəcər rayon Karl Marks adına kolxozda Zootexnik vəzifəsində işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində heç bir əsaslı sənəd mövcud deyil. Ona görə ki, Kəlbəcər rayonu xx.xx.1993-cü il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün xx.xx.1993-cü il tarixə qədər Kəlbəcər rayon idarə, müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozlarının Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi bütün sənədləri işğal zonasında qalmışdır». Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtina etdiyi hallarda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Göründüyü kimi, iddiaçının qeyd olunan dövrlərdə iş stajını təsdiq edən əmək kitabçası və digər sənədlər (o cümlədən arxiv arayışı) mövcud deyildir. Belə olan halda iddiaçı qeyd edilən dövrlərin əmək stajına daxil edilməsi üçün hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə ümumi məhkəməyə müraciət etməlidir. Belə ki, qeyd olunan tələblərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd olunan normalarına əsasən xüsusi icraat qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər) məhkəmə tərəfindən baxılmalıdır. Həmin işlərə baxılması isə ümumi məhkəmələrin səlahiyyətlərinə aiddir, həmin məsələlər mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən araşdırılmalıdır. Qeyd olunanlara əsasən hazırki iddia tələbinin inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14495/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.