Məhkəmə qərarları › İş №2-1(103)-1364/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1364/2020

04.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1364/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı İnzibati Məhkəməsinə qarşı müraciətə cavab verilməsi tələbinə dair iş üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi barədə məsələyə Bakı Apellyasiya Məhkəməsinin binasında, (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurası üçüncü şəxs qismində göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)266/2013№-li, xx.xx.2013-cü il tarixli qərarının icrası ilə bağlı hərəkətlərin edilməsi (borclunu cərimə edilməsi) və onun müraciətlərinə qanunamüvafiq qaydada cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2in(82)-266/2013 saylı qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə qarşı icra vərəqəsinin məhkəməyə yenidən tərtib edilməsi üçün qaytarılması və icra sənədinin üzrlü səbəblərdən icra olunub olunmaması halının müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasına dair iddiası qismən təmin edilmiş, cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-967/2009 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsinin üzrlü səbəblərdən icra olunub olunmaması halını müəyyən etmək, bundan sonra qanunamüvafiq hərəkətləri etmək vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-967/2009 saylı, xx.xx.2009-cu il tarixli icra vərəqəsinin onu vermiş məhkəməyə yenidən tərtib edilməsi üçün qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində rədd edilmiş, cavabdehdən 3 manat dövlət rüsumu və 0,50 manat banka xidmət haqqı iddiaçının xeyrinə, məhkəmənin çəkdiyi 19 manat prosessual xərclər cavabdehdən dövlət büdcəsinə tutulması qərara alınmışdır. Məhkəmə iddiaçının razılığı ilə əsl olmayan cavabdeh 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsini əsl cavabdeh Bakı İnzibati Məhkəməsi ilə əvəz etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2316/2020 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərardadda qeyd olunmuşdur ki, hazırkı tələb işə baxan məhkəməyə yönəldiyindən inzibati məhkəmə icraatının prinsiplərinin tam şəkildə həyata keçirilməsi hüquqi və faktiki baxımdan Bakı İnzibati Məhkəməsi tərəfindən mümkünsüz olacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya icraatında iddiaçının dinlənilmək hüququnun təmin edilməsi məqsədilə onun ünvanına – ünvan 1 məhkəmə bildirişi (ştrix kod – SS649776493AZ) eyni zamanda iddiaçının əlaqə nömrəsinə - ********** SMS xəbərdarlığı göndərilmişdir. İşin apellyasiya icraatı zamanı iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iddiaçı tərəfindən hər hansı yazılı münasibət daxil olmamışdır. Məhkəmə kollegiyası hazırkı məsələyə hüquqi qiymət verərək hesab edir ki, hazırkı işə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. İş materiallarından müəyyən edilir ki, iddia həmin məhkəməyə qarşı qaldırılmışdır. Məhkəmə kollegiyası MPM-in 44.2.4-cü maddəsinə əsaslanaraq iddianın Bakı İnzibati Məhkəməsinə qarşı qaldırılmasını nəzərə alaraq hesab edir ki, işə digər məhkəmə, Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı (AZE №13856590 seriya və nömrəli) şəxsiyyət vəsiqəsinə əsasən qeydiyyat ünvanı ünvan 2 ünvanında qeydiyyatda olduğundan iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması iddiaçının “müdafiə hüququnun əlçatanlığı”, “pozulmuş hüquqların səmərəli bərpa edilməsi” kimi prinsiplərə uyğundur. Belə ki, “ “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranması ilə yanaşı , məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana bilər və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Həmin qərarda eyni zamanda İnsan hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə istinad edilərək göstərilmişdir ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxxxxxx 2010-cu il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Avropa Məhkəməsinin Vasilesku Ruminiyaya qarşı iş üzrə xx xxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan “məhkəmə” anlayışının tələblərinə cavab vermiş olur. Beləliklə, hazırkı iddia ərizəsinə Sumqayıt İnzibati Məhkəməsində baxılmasının iddiaçının konstitusion hüquqlarının müdafiəsi baxımından məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 9, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı İnzibati Məhkəməsinə qarşı “cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)266/2013№-li, xx.xx.2013-cü il tarixli qərarının icrası ilə bağlı hərəkətlərin edilməsi (borclunu cərimə edilməsi) və onun müraciətlərinə qanunamüvafiq qaydada cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə tələbinə dair inzibati iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar