Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1365/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dairiş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-700/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, **********140319 saylı səyyar vergi yoxlaması aktının və ona əsasən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********89006 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddia tələbinin həcminin azaldılması)na dair ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixli, **********89006 saylı qərarın 78.162,82 manat əlavə dəyər vergisinin azaldılması və ona görə 39.081,41 manat maliyyə sanksiyasının tutulması hissəsinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İdarə xx xxx 2016-cı il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövr üzrə iddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirmiş və xx.xx.2019-cu il tarixli **********140319 saylı akt tərtib edərək, həmin aktda yoxlama əsasında ümumilikdə 83.957,73 manat vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı aşkar edildiyini göstərmişdir. Cavabdeh İdarə müəyyən etmişdir ki, MMC müvafiq dövr üzrə 463.000 manat dəyrində tikinti materialları almış, həmin tikinti materiallarından bir qismini yəni 28.763 manat dəyərində olan hissəsini istifadə edərək ƏDV ödəsə də, 434.237 manat dəyərində tikinti materialları hal-hazırda mövcud olmadığından göstərilən məbləğə də, ƏDV ödənilməlidir. Cavabdeh İdarə MMCyə 78.162,82 manat ƏDV-nin azaldılmasını və onu əsas götürərək 39.081,41 manat maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmamışdır. Belə ki, həmin tikinti materialları MMC-nin daxili ehtiyaclarının təmin edilməsinə zərurəti yaranmış və həmin 'tikinti materialları MMC-yə məxsus əmlakların təmir-tikintisinə istifadə olunmuşdur. Bakı şəhər İHB-nın 410 saylı xx.xx.2016-cı il tarixli Sərəncamı ilə MMC-yə Xətai rayonu Yusif Səfərov küçəsində avtomobil dayanacağının təşkil və avtodioqnostika mərkəzinin tikintisi üçün 0,21 ha torpaq ayrılmışdır. Bakı şəhər İHB-nın 449 saylı xx.xx.2016-cı il tarixli Sərəncamı ilə MMC-yə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində avtomobil dayanacağının təşkil və avtodoqnostika mərkəzinin tikintisi üçün 1,21 ha torpaq ayrılmışdır. Bakı şəhər İHB-nın 98 saylı xx.xx.2017-ci il tarixli Sərəncamı ilə MMC-nin balansına Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240.16 kv. metr qeyri-yaşayış sahəsi verilmiş və orada əsaslı təmir işləri aparılmaqla yanaşı, həmin ərazidə 2 mərtəbəli ofıs binasının, anbar və kassaların tikintisinə icazə verilmişdir. Bakı şəhər İHB-nın 450 saylı xx.xx.2017- ci il tarixli Sərəncamı ilə MMC-yə Yasamal rayonu, M.Müşfıq küçəsində torpaq sahəsi verilmiş və orada avtomobil dayanacağının yaradılmasına və avtodioqnostika mərkəzinin tikintisinə icazə verilmişdir. Bakı şəhər İHB-nın 652 saylı xx.xx.2017-ci il tarixli Sərəncamı ilə MMC-yə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yaşayış evlərinin və ictimaiiaşə obyektlərinin tikintisinə icazə verilmişdir. Qeyd olunan Sərəncamlarla MMC-yə verilən əmlaklarda təmir-tikinti işləri aparılaraq həmin tikinti materialları da göstərilən daxili ehtiyaçlara sərf edilmişdir. Lakin cavabdeh heç bir araşdırma aparmadan akt tərtib etmişdir. Həmin akta imza etməkdən imtina edib ona, xx.xx.2019-cu, xx.xx.2019-cu, xx.xx.2019-cu, və 23,10.2019-cu il tarixli məktublarla müraciət edilərək, qanunun tələblərinə riayət edilməsi bildirilsə də, həmin məktublara cavab verilməmiş, yalnız xx.xx.2019-cu il tarixdə elektron cavab verilərək orada göstərilmişdir ki, vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktı üzrə xx.xx.2019-cu il tarixdə VN-nin X7 araşdırılması Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işi başlanmışdır. Cavabdehdən müəssisənin qanuni istifadəsində olan əmlaklara baxış keçirilərək və müvafiq ekspertiza təyin olunmaqla həmin obyektlərə sərf olunan tikinti materiallarının dəyərinin müəyyən edilməsi xahiş olunsa da, sonuncu tərəfindən buna əhəmiyyət verilmədən Vergi Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Qanunvericilikdə müəssisənin istifadəsində olan həmin əmlakların özgəninkiləşdirildiyi halda ƏDV-nin ödənilməsi, əks təqdirdə isə əmlak vergisinin ödənilməsi nəzərdə tutulsa da, cavabdeh qanunsuz və əsassız qərar qəbul etmişdir. Cavabdeh Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb olunan xx.xx.2019-cu il tarixli **********140319 nömrəli səyyar vergi yoxlaması aktı vergi ödəyicisi üçün hər hansı hüquqi nəticələr yaratmadığından həmin sənəd inzibati akt deyildir və mübahisələndirmə haqqında iddianın predmeti ola bilməz. Belə ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********140266 nömrəli Qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədəkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli **********140319 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı aşağıdakılar müəyyən olunmuşdur. “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********178834 nömrəli Qərarına əsasən yerinə yetirilmiş işlərin tərkibində əmək tutumunun müəyyənləşdirilməsi, xx.xx.2018-ci il tarixli **********153363 nömrəli Qərarına əsasən yoxlanılan dövr üzrə yerinə yetirilmiş işlərin tərkibində mal-materialların miqdarının və dəyərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertza” Birliyinə məktubla müraciət edilmiş və oradan mütəxəssis ayrılmışdır. Mütəxəssis tərəfindən 05 iyun və xx xxxx 2018-ci il tarixlərdə rəylər təqdim olunmuşdur. Yoxlama zamanı vergilərin hesablanmasında mütəxəssis tərəfindən təqdim olunmuş rəylərə istinad olunmuşdur. Mənfəət vergisinin yoxlanılması üzrə: yoxlanılan dövrdə müəssisə mənfəət vergisini ödəyicisi olmuşdur. Bu vergi növünün yoxlanılması üzrə 2016- 2017-ci illər əhatə edilmişdir. 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsinin düzgünlüyü ilkin sənədlər əsasında yoxlanılması zamanı kənarlaşma aşkar edilməmişdir. Belə ki, müəssisənin 2016-cı ildə fəaliyyəti olmamışdır. Vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə müvafiq kameral yoxlama ilə münasibət bildirilərək (kameral yoxlama ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsaslanaraq müəssisənin xərclərinə gəlir müəyyən edilmişdir) gəlir 565.126.00 manat , xərclər 470.939.00 manat göstərilməklə vergiyə cəlb olunan 94.187.00 manat (565126.00 manat - 470939.00 manat ) mənfəətdən 18.837.40 manat (94187.00 manat x 20%) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən gəlir və xərclərin uçotu hesablama metoduna əsasən aparılmışdır. Yoxlama ilə müəssisə tərəfindən təqdim olunmuş sənədlərə (Forma-2 və digər sənədlər) və Vergilər Nazirliyinin baza məlumatlatlarına əsasən vergi ödəyicisinin mənfəət vergisinin məqsədləri üçün gəliri 463.533.33 manat müəyyən edilmişdir. (Müəssisə tərəfindən təqdim edilmiş və kameral yoxlama nəticəsində 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində qeyd olunan dövriyyə ilə səyyar vergi yoxlaması ilə müəyyən edilmiş dövriyyə arasında 101.592.67 manat fərq yaranmışdır). Yoxlama nəticəsində kameral yoxlama ilə hesablama öz təsdiqini tapmamış və 3386,29 manat məbləğində mənfəət vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 202-ci maddəsinə əsaslanaraq müəssisənin təqdim etdiyi 2017-ci il üzrə əmlak vergisi bəyannaməsində nəqliyyat vasitələrinə hesablanmış 385,00 manat əmlak məbləği azaldılmışdır. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində tutulan verginin bəyannamə təqdim edilməməklə 9.566,20 manat məbləğində azaldıldığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50%-i, yəni 4783,1 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Müəssisə tərəfindən ƏDV məqsədləri üçün xx.xx.2016-cı il tarixli **********1 saylı qeydiyyat bildirişi alınmış və bildiriş xx.xx.2016-cı il tarixdən qüvvəyə minmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə 463.533,33 manat (ƏDV-siz), dövriyyədən hesablanan ƏDV 83.436,00 manat əvəzləşdirilən ƏDV 82.479 manat, büdcəyə hesablanan ƏDV 956,62 manat (972,40 manat (büdcəyə ödəmə)-15,78 manat (büdcədən qaytarma)) təşkil etmişdir. Müəssisə tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığının olmadığı bəyan edilmişdir. Bakı şəhər X5 “Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********152075 nömrəli Qərarına əsasən müəssisənin fəaliyyət göstərdiyi ünvana (ofis) baxış keçirilən zaman qeyd edilən ünvanda vergi ödəyicisinə məxsus hər hansı mal qalığı və vergi ödəyicisinə məxsus digər ünvanlarda obyektin olması aşkar edilməmiş, baxışın nəticəsi xx.xx.2018-ci il tarixli **********15366 nömrəli “Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə” Protokolla rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən aparılmış inventarizasiya nəticəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli akta əsasən müəssisənin hüquqi ünvanı yaşayış sahəsi olduğundan, müəssisənin qeyd etdiyi obyektlər isə rəsmi qaydada vergi orqanında uçotda olmadığından, eyni zamanda, hər hansı mal-material (o, cümlədən, xammal, nağd pullar, hazır məhsul, qiymətli kağızlar və s.) aşkar edilmədiyindən inventarizasiya keçirilməsi mümkün olmamışdır. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə (yerinə yetirilmiş işlərin qəbul aktları Forma-2, qaimə fakturalar, EQF, VHF, bank sənədlərinə) əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri gözlənilməklə vergi ödəyicisinin dövriyyəsi 463.533,33 manat (ƏDV-siz) və mal qalığı üzrə qeyd olunmuş 434.237,91 manat (ƏDV-siz) məbləğ də nəzərə alınmaqla ƏDV üzrə ümumi dövriyyə 897.771,24 manat (ƏDV-siz) müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən VHF ilə alınmış malların (sement, meşə materialı) təqdim olunmuş forma-2 üzrə silinməsindən sonra (mütəxəssis rəyinə əsaslanaraq) 434.237,91 manat dəyərində əskik gəlməsi müəyyən edilmiş (Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017- ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığının olmadığı bəyan edilmişdir) və Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV hesablanmışdır. Yoxlama ilə ƏDV məbləğinin 78.162,82 manat azaldılması aşkar edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78.162,82 manat azaldılmasına görə 50 % məbləğində, yəni 39.081,41 manat məbləğində maliyyə sansksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Qeyd olunan akt əsasında xx.xx.2019-cu il tarixli **********6140319 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunması haqqında” qərar qəbul edilmiş və nəticə olaraq, vergi ödəyicisinə 83.957,73 manat vergi məbləği, 44.024,51 manat maliyyə sansksiyası hesablanmışdır. Sonradan cavabdeh Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə iddia ərizəsinə etiraza əlavə təqdim edərək etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərzəsinin dəqiqləşdirilməsinə dai ərizə təqim edərək, cavabdeh Baş İdarənin xx.xx.2019-cu il tarixli **********140319 nömrə qərarın 78.162,82 manat əlavə dəyər vergisi azaldılması və ona görə 39.081,41 manat maliyyə sanksiyasının tutulması hissəsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.“İddia ərzəsinin dəqiqləşdirilməsinə dair” ərizədən məlum olduğu kimi iddiaçı qeyd oluna ərizə ilə iddia tələbinin həcmini azaltmışdır. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair Baş İdarə tərəfindən etiraz təqdim edilmişdir. Hazırki iddia ərizəsinin dəqiqləşdirilməsinə (iddia tələbinin azaldılmasına dair) dair ərizədə qeyd olunanlara bağlı Baş İdarənin dəlilləri tərəflərindən təqdim edimiş etirazda öz əksini tapmışdır. Vergilər Nazirliyinin X7 Araşdırılması Baş İdarəsinin 14.11,2019-cu il tarixli qərarı ilə iddiaçı “X16 MMC-də xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzə AR CM-ni 213.1 -ci maddəsi ilə cinayət işi başlanmış və İddiaçı MMCnin təsisçi: X11 tərəfindən cinayət nəticəsində vurulmuş ziyan tamamilə, yəni 83.957,73 manat məbləğində vergilər dövlət büdcəsinə ödənildiyindən X7 Araşdırılması Baş İdarəsinin xx.xx.2020-ci il tarixli Qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. Qeyd olunanlara əsasən, Baş İdarə tərəfindən təqdim edilmiş etirazın iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizəyə münasibətdə nəzərə alınması və iddiaçı “X13” MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-700/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verib apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-700/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı MMC hüquqi şəxs kimi xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X1 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona bu barədə müvafiq Şəhadətnamə verilmişdir. İddiaçı MMC tərəfindən ƏDV məqsədləri üçün xx.xx.2016-cı il tarixli **********1 saylı qeydiyyat bildirişi alınmış və bildiriş xx.xx.2016-cı il tarixdən qüvvəyə minmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhər İcra Hakimiyyəti xüsusi təyinatlı avtonəqliyyat idarəsinin müraciəti əsasında İddiaçı MMC-yə avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi ayrılması barədə” xx.xx.2016-cı il tarixli 410 №-li Sərəncamı ilə İddiaçı MMC-nin xx.xx.2016-cı il tarixli, 17 saylı müraciəti nəzərə alınaraq, Xətai rayonu, Yüsif Səfərov küçəsində (Cavanşir körpüsünün yaxınlığı, Dəmir yolunun kənarı) yerləşən 0,21 ha torpaq sahəsi avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün sonuncunun daimi istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Bakı şəhər İcra Hakimiyyəti xüsusi təyinatlı avtonəqliyyat idarəsinin müraciəti əsasında İddiaçı MMC-yə avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.2016-cı il tarixli 449 №-li Sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti xüsusi təyinatlı avtonəqliyyat idarəsinin xx.xx.2016-cı il tarixli, 005 saylı razılıq məktubu və İddiaçı MMC rəhbərliyinin müraciəti nəzərə alınaraq Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsində yerləşən 1,21 ha torpaq sahəsi avtomobil dayanacağının təşkili və avtodiaqnostika mərkəzinin tikintisinin layihələndirilməsi üçün regional qış qarajının tikintsinin layihələndirilməsi üçün İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 98 №-li sərəncamı ilə Bakı şəhər Mənzil-Kommunal Departamentinin balansında olan Yasamal rayonu, İnşaatçılar prospekti 5 saylı yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 240,16 kv.m qeyri-yaşayış sahəsi İddiaçı MMC-nin balansına verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 450 №-li sərəncamı ilə İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli, 84 saylı müraciəti və Bakı şəhər İcra Hakimiyyəti xüsusi təyinatlı avtonəqliyyat idarəsinin xx.xx.2017-ci il tarixli, 116 saylı razılıq məktubu nəzərə alınaraq, Yasamal rayonu, M.Müşviq küçəsində (“Qanlı-Göl”-ün cənub hissəsində) Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 150 saylı və xx.xx.2017-ci il tarixli, 258 saylı sərəncamları ilə ayrılmış torpaq sahəsinin İddiaçı MMC-yə aid edilməsi və həmin sahədə avtomobil dayanacağının yaradılması və avtodiaqnostika binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 652 №-li Sərəncamı ilə İddiaçı MMC-nin xx.xx.2017-ci il tarixli 93 saylı müraciəti nəzərə alınaraq, Səbail rayonu Badamdar qəsəbəsinin cənubqərb hissəsi, 3-cü yaşayış massivində yerləşən 1,20 ha torpaq sahəsində icarə əsasında yaşayış evlərinin və ictimaiiaşə obyektlərinin tikintisinin layihələndirilməsi üçün həmin MMC-yə icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2018-ci il tarixli **********140266 nömrəli Qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********) Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədəkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli **********140319 nömrəli aktla rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli, **********140319 №-li səyyar vergi yoxlaması aktından görünür ki, Bakı şəhəri X5 əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixli **********140266 saylı qərara əsasən İddiaçı MMC-də Vergi Məcəllənin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə (2016- 2017-ci illər üzrə əmlak vergisi, 2016-2017-ci illər üzrə torpaq vergisi, İİ rüb 2016-İV rüb 2017-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergi, 2016-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi, may 2016-cı il-dekabr 2017-ci illər üzrə mədən vergisi, 2016- 2017-ci illər üzrə mənfəət vergisi, may 2016-cı il-dekabr 2017-ci illər üzrə aksız vergisi, 2016-2017-ci illər üzrə yol vergisi, may 2016-cı il-dekabr 2017-ci illər üzrə əlavə dəyər vergisi, İİ rüb 2016-cı il -İV rüb 2017-ci illər üzrə sadələşdirilmiş vergi üzrə) növbədənkənar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanıb, xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Səyyar Vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyalarına baxışının keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Bakı şəhəri X5 əməkdaşları İddiaçı MMC-nin direktorunun iştirakı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti məhəllədə 2270/77-də baxış keçirilmiş, baxış zamanı müəssisənin hər hansı bir fəaliyyətinin və tikilinin olmadığı müəyyən edilmişdir. Bakı şəhəri X5 xx.xx.2018-ci il tarixli **********155003 nömrəli Qərarına əsasən xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin hüquqi ünvanı olan Bakı şəhəri, Yasamal rayonu, X14 ev 15H ünvanına baxış keçirilmiş, baxış zamanı hüquqi ünvanın yaşayış evi olduğu və müəssisəyə məxsus ərazi, anbar və pərakəndə ticarət obyektlərinin rəsmi formada olmadığı, eyni zamanda müəssisənin heç bir mal material sərvətləri (o cümlədən nağd pullar, qiymətli kağızlar, inventar, xammal, hazır məhsullar və s.) aşkar edilmədiyi üçün inventarizasiya keçirilməmiş, xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı ilə akt tərtib olunmuşdur. “Mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2018-ci il tarixli, **********153363 nömrəli qərara əsasən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin nümayəndəsi X6 mütəxəssis kimi cəlb edilmiş, onun qarşısında yoxlama ilə əhatə edilən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə yerinə yetirilən işlərin tərkibində mal-materialın miqdarının və dəyərinin müəyyən edilməsi barədə sual qoyulmuşdur. xx.xx.2018-ci il tarixdə müətəxsis rəyində İddiaçı MMC tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr üzrə yerinə yetrilən işlərin tərkibində malmaterialların qiyməti 23.959,26 manat müəyyən edilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə 463.533,33 manat (ƏDV-siz), dövriyyədən hesablanan ƏDV 83.436,00 manat, əvəzləşdirilən ƏDV 82.479 manat, büdcəyə hesablanan ƏDV 956,62 manat (972,40 manat (büdcəyə ödəmə)-15,78 manat (büdcədən qaytarma)) təşkil etmişdir. Müəssisə tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığının olmadığı bəyan edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş sənədlərə (yerinə yetirilmiş işlərin qəbul aktları Forma-2, qaimə fakturalar, EQF, VHF, bank sənədlərinə) əsasən Vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri gözlənilməklə vergi ödəyicisinin dövriyyəsi 463.533,33 manat (ƏDV-siz) və mal qalığı üzrə qeyd olunmuş 434.237,91 manat (ƏDVsiz) məbləğ də nəzərə alınmaqla ƏDV üzrə ümumi dövriyyə 897.771,24 manat (ƏDV-siz) müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən vergi hesab fakturası ilə alınmış malların (sement, meşə materialı) təqdim olunmuş forma-2 üzrə silinməsindən sonra (mütəxəssis rəyinə əsaslanaraq) 434.237,91 manat dəyərində əskik gəlməsi müəyyən edilmiş və yoxlama ilə ƏDV məbləğinin 78.162,82 manat azaldılması aşkar edilmişdir. Qeyd olunan akta görə yoxlamanın nəticəsi olaraq (iddiaçı tərəfindən mübahisələndirilən) Vergi Məcəlləsinin 58.1ci maddəsinə əsasən ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78.162,82 manat azaldılmasına görə 50 % miqdarında, yəni 39.081,41 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, 1**********890006 №li qərarla (iddiaçı tərəfindən mübahisələndirilən hissədə) İddiaçı MMC-yə ƏDV-nin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78.162,82 manat azaldılmasına görə 50 % miqdarında, yəni 39.081,41 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmış və qeyd olunan qərar xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-nin nümayəndəsi Bəhruz Azadova rəsmi qaydada təqdim olunmuşdur. Azərbaycan Respublikası Vergilər Nazirliyinin X7 Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 3-cü şöbəsinin müstəntiqi F.O.İsazadənin cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı MMC-nin təsisçisi X11 tərəfindən xeyli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması faktı üzrə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata, cinayət nəticəsində vurulmuş ziyan tamamilə, yəni 83.957,73 manat məbləğində vergilər dövlət büdcəsinə ödənildiyi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.4-cü maddəsinə əsasən xitam verilmişdir. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi izahat verərək göstərmişdir ki, vergi yoxlaması zamanı 434.237,91 manat dəyərində əskik gəlməsinin müəyyən edilməsinə və yoxlama ilə ƏDV məbləğinin 78.162,82 manat azaldılmasının aşkar edilməsinə əsas olmuş həmin tikinti materialları (sement, meşə materialı), cəmiyyətin daxili ehtiyaclarının təmin edilməsinə zərurəti yarandığı üçün yuxarıda adları çəkilən Bakı şəhər İHB-nın sərəncamlarına əsasən cəmiyyətə məxsus olan əmlakların təmir-tikintisinə istifadə olunsa da, lakin qeyd olunan hal vergi orqanının əməkdaşları tərəfindən yoxlama keçirilərkən və müvafiq olaraq yoxlamanın nəticələrinə dair akt tərtib edilərkən və həmin akt üzrə qərar qəbul olunarkən vergi qanunvericiliyinin tələblərinə zidd olaraq nəzərə alınmamışdır. İddiaçının nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında” **********9, 200017950, **********3, **********5, **********9 saylı arayışlardan müəyyən olunmuşdur ki, İddiaçı MMC-yə məxsus ünvan 2 mənzil 0 ünvanında, ünvan 3 qəsəbəsi) ünvanında, ünvan 4 m. ünvanında, ünvan 5 (Qanlı Gölün cənub hissəsində), Bakı şəhəri Səbail rayonu Badamdar ŞTQ 3-cü Badamdar, ev Cənub şərq küçəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən təsərrüfat subyektləri (obyektləri) xx.xx.2019-cu il tarixdə, yəni mübahisələndirilən qərarın qəbul olunmasından 4 (dörd) aydan artıq bir müddət keçdikdən sonra vergi orqanında uçota alınmışdır. İş üzrə iddiaçı-İddiaçı MMC tərəfindən birinci instansiya məhkəməsinə şahid qismində dəvət olunmuş X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçı MMC yaranan tarixdən cəmiyyətə etibarnamə əsasında mühasib xidməti göstərmişdir. Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə xx.xx.2019-cu il tarixdə müəssisənin artıq ödəməsinin olması barədə məktub yazmışdır. Qeyd olunan tikinti materialları kommersiya məqsədləri üçün istifadə edilmədiyindən həmin tikinti materialları ilə bağlı büdcəyə ƏDV ödənilməmişdir.Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə əsasən malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Əgər müəssisə mülkiyyət hüququnu başqasına satsaydı yayınma hesab olunardı. Mal satılmayıbsa əmlak vergisi də verilmir. Səyyar vergi yoxlaması keçirilən zaman Bakı şəhər İHB-nın sərəncamlarına əsasən cəmiyyətə məxsus olan obyektlər barədə vergi yoxlayıcısına şifahi məlumat verilmişdir. Obyektlər barədə məlumat sonradan rəsmi qaydada vergi orqanına göndərilmişdir. Yoxlayıcıya anbarda olan mallar barədə məlumat verilmişdir. Yoxlayıcıya sənədləri rəsmi qaydada təqdim etməyib. Yoxlama dövründə obyektlər müəssisə tərəfindən təhvil verilmədiyi üçün əmlak vergisi də ödənilməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı cəmiyyət tərəfindən əldə edilmiş 434.237,91 manat dəyərində mallar (sement, meşə materialı) yoxlama ilə əhatə olunan dövrdə qalıqda (qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan) olmadığından, cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq əskik gəlmə kimi qiymətləndirilməklə, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə uyğun olaraq yoxlama ilə büdcəyə 78.162,82 manat əlavə dəyər vergisi hesablanmış və həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən 39.081,41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formalhüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Hazırki iş üzrə mübahisəli inzibati aktın qanuniliyi (mübahisələndirilən hissədə) formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda Vergi Məcəlləsinin 38-ci maddəsi və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarlardan birini çıxarır. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli qərarı (mübahisələndirilən hissədə) maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 159.5-ci maddəsinə görə vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyrikommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. İş materiallarından göründüyü kimi iddiaçı müəssisə tərəfindən ƏDV məqsədləri üçün xx.xx.2016-cı il tarixli **********1 saylı qeydiyyat bildirişi alınmış və bildiriş xx.xx.2016cı il tarixdə qüvvəyə minmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə müəssisə tərəfindən təqdim edilmiş bəyannamələrə əsasən dövriyyə 463.533,33 manat (ƏDV-siz), dövriyyədən hesablanan ƏDV 83.436,00 manat,əvəzləşdirilən ƏDV 82.479,38 manat, büdcəyə hesablanan ƏDV 956,62 manat (972,40 manat (büdcəyə ödəmə)-15,78 manat (büdcədən qaytarma) təşkil etmişdir. Müəssisə tərəfindən təqdim edilmiş 2017-ci il mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində dövrün sonuna mal qalığının olmadığı bəyan edilmişdir. Bakı şəhər X5 "Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********152075 nömrəli Qərarına əsasən müəssisənin fəaliyyət göstərdiyi ünvana (ofis) baxış keçirilən zaman qeyd edilən ünvanda vergi ödəyicisinə məxsus hər hansı mal qalığı və vergi ödəyicisinə məxsus digər ünvanlarda obyektin olması aşkar edilməmiş, baxışın nəticəsi xx.xx.2018-ci il tarixli **********153366 nömrəli "Vergi ödəyicisinin ərazisinə, binalarına, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə" Protokolla rəsmiləşdirilmişdir. Vergi orqanı tərəfindən aparılmış inventarizasiya nəticəsində tərtib olunmuş xx.xx.2018-ci il tarixli akta əsasən müəssisənin hüquqi ünvanı yaşayış sahəsi olduğundan, müəssisənin qeyd etdiyi obyektlər isə rəsmi qaydada vergi orqanında uçotda olmadığından, eyni zamanda, hər hansı mal-material (o cümlədən, xammal, nağd pullar, hazır məhsul, qiymətli kağızlar və s.) aşkar edilmədiyindən inventarizasiya keçirilməsi mümkün olmamışdır. Vergi ödəyicisi tərəfindən VHF ilə alınmış malların (sement, meşə materialı) təqdim olunmuş forma-2 üzrə silinməsindən sonra (mütəxəssis rəyinə əsaslanaraq) 434.237.91 manat dəyərində əskik gəlməsi müəyyən edilmiş və Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən ƏDV hesablanmışdır. Yoxlama ilə ƏDV məbləğinin 78.162.82 min manat azaldılması aşkar edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 78.162.82 manat azaldılmasına görə 50% məbləğində, yəni 39.081.41 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, vergi ödəyicisi apelyasiya şikayətində qeyd olunan materialların daxili ehtiyaclar üçün sərf edildiyini bildirilmişdir ki, bu münasibətlərə də vergi qanunvericiliyinin konkret normaları tətbiq edilir ki, vergi orqanı tərəfindən bu baxımdan hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Maddənin tələbindən göründüyü kimi, qeyri-kommersiya məqsədləri üçün malların istifadəsi ƏDV məqsədləri üçün vergitutma obyektidir və bu halın mövcudluğu iddiaçı tərəfindən də təsdiq edilir. Habelə Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən, bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV- nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV- nin məbləği qədər əvəzləşdirilir. Maddənin tələbindən göründüyü kimi, şəxsi istehlak üçün ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi iddiaçı 82.479,38 manat məbləğində ƏDV-ni əvəzləşdirmişdir. Göründüyü kimi iddiaçı birinci instansiya məhkəməsinin qərarının əsassız və qanunsuz olduğunu göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, qərarın qanunsuzluğunun nədən ibarət olmasını apellyasiya şikayətində əsaslandıra bilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-700/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-700/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarıdəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1365/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1365/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver